Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə28/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   24   25   26   27   28   29   30   31   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
32 
Kinoromanda müəllif düşüncələrinin açılması üçün vi-
zual mənzərədən istifadə olunur. Bu zaman vizual mənzərə 
informasiyanın ötürülməsinin verbal vasitələrinə bağlanır 
ki, kinoromanı kinossenaridən fərqləndirir. Kinoromanda 
hakim mövqe mətn informasiyasının ötürülməsi mövqeyi-
dir. Kinomatoqrafiya səhnəcikləri, kameraların hərəkəti, 
montajın xüsusiyyətləri və s. – bütün bunlar bədii əsərin 
mətninə tabedir. Sinkretik janr formalarının bir çox xüsu-
siyyətlərini özündə cəmləşdirmiş və kütləviləşmiş belə ki-
noromanlardan biri olan A. Rob-Qriyerin «Ötən il Marien-
badedə» əsəridir ki, 1961-ci ildə rejissor A. Rene tərəfin-
dən ekranlaşdırılmışdır. 
Azərbaycan romançılığında kinoromanın bir neçə nü-
munəsi məlumdur. Azərbaycan kinoromanının tarixi və 
epik çalara malik olması onun əsas xüsusiyyətidir: 
- tarixi və sənədli ədəbiyyat janrları qarışıqlığı; 
- ümumiləşdirilmiş obraz kimi xalq obrazı çıxış edir, 
bununla da Azərbaycan kinoromanını roman-epopeyaya 
yaxınlaşdırır. 
2005-ci ildə rejissor Kamran Qasımovun «İyirmi üç 
ay» (2005) kinoromanı nəşr olunur. Romanın süjeti 23 ay 
yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ətrafın-
da qurulub. Kinoroman tarixliliyi və sənədliliyi ilə fərqlə-
nir. Təsadüfi deyil ki, müəllif əsərin adını aşağıdakı kimi 
izah edir – «bədii-sənədli, tarixi kinoroman». Bu izah əsər 
üçün səciyyəvi olan janr qarışıqlığının bütün spektrini əha-
tə edir. Romanın faktlarla dolu əsası tarixi hadisələrin xro-
nologiyasını izləyir. Maraqlıdır ki, prototipləri dövrün si-
yasi və dövlət xadimləri olan bədii obrazların fonunda, ay-
rıca obraz kimi xalq obrazı dövlət qurucusu kimi çıxış 
edir. Ədəbiyyata montaj kinodan, kollaj isə rəssamlıqdan 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin