Çağdaş Azərbaycan postmodern romanı 31
Audioromanda məlumatların ötürülməsinin verbal (şi-
fahi) forması ilə yanaşı, oxucu səslərin bütün spektrlərin-
dən istifadə edir (ifaçıların səsləri, səs tembri və bu səslə-
rin tonallığı, musiqi, səs, təbiət səsləri, hadisələrin səsləri
və s.). Səs tərtibatı paralel olaraq süjet xəttinin inkişaf aləti
kimi çıxış edir: verbal (şifahi) informasiya bu və ya digər
səslərlə müşayiət olunur (qəhrəmanın gedişi – nəqliyyat
səsi, əsərdə münaqişənin gərginləşməsi – həyəcanlı musiqi
və s.). Səs montajı səs obrazını yaratmaqda xüsusi əhəmiy-
yət kəsb edir.
Audiodisk şəklində buraxılmış ilk Azərbaycan romanı
Elxan Xanəlizadənin «Yol» (2009) əsəridir. Təhkiyə öz
həyatını nəql edən ağsaqqal İbrahim İmanov adından apa-
rılır. Süjet xətti «yol motivi» əsasında qurulub. Baş qəhrə-
manın taleyində nəsillərin taleyi cəmləşir: epik başlanğıc
baş personajın uzun monoloqunda dəyişdirilir. Roman mu-
siqi ilə müşayiət olunur. (bəstəkar Gövhər Həsənzadə və
Ülviyyə Vəliyeva) Musiqi vasitəsi ilə baş qəhrəmanın da-
xili vəziyyəti vurğulanır, əlavə olaraq, romanın fabulasının
əsas hadisələri ətrafında emosional mühit yaradılır. Ro-
manda vokal-əlavələr də iştirak edir ki, romanı yalnız vo-
kal-musiqi janrları ilə yaxınlaşdırmır, həm də romanda
gücləndirilmiş lirik başlanğıcı əks etdirir.
Hafiz Mirzənin «Son və başlanğıc» (2010) romanı
özünəməxsusluğu ilə seçilir. Bu romanı audioroman janrı-
na aid etmək olmaz. Belə ki, roman ilk dəfə mətbuatda his-
sə-hissə dərc olunub. Lakin sonradan müəllif romanı ayrı-
ca kitab şəklində nəşr etdirir. Maraqlıdır ki, kitaba musiqi
parçaları yazılmış CD diski əlavə olunur. Müəllifin fikrin-
cə, oxucunun müəllif əsərini qavramasını təmin etmək
üçün musiqi müşayiəti mütləqdir.