Çağdaş Azərbaycan postmodern romanı 33
keçmişdir. Fərqli parçaları bir yerə yığmaq, birləşdirmək,
calaq etmək kimi fəndlər vasitəsilə romanın təhkiyəsi içinə
atılan parçalar mətni ənənəvi təhkiyədən uzaqlaşdırır.
2008-ci ildə Bakıda Nurəddin Adiloğlunun döyüş
meydanlarının «qaynar nöqtə»lərindəki əməliyyatlarından,
keçən əsrin coşqun 90-ci illərinin Bakıda baş verən siyasi
proseslərindən bəhs edən «Qara sarmaşıq» (2008) romanı
nəşr edilmişdir. Müəllif dağıdılmış siyasi prosesin xrono-
logiyasına əsaslanır. Maraqlıdır ki, N. Adiloğlu siyasi in-
triqalardan əziyyət çəkən və mübarizə aparan xalq obrazını
yaratmağa nail olur.
Xalqın mübarizə problemi Аkif Əlinin «Dumanlı dağ-
lar» (2008) romanında da öz əksini tapmışdır. Müəllif əsə-
rin janr formasını kinopritça kimi müəyyən edir. Fikrimiz-
cə, «Dumanlı dağlar» əsərində kinoroman cizgiləri özünü
aydın şəkildə göstərir. Eyni zamanda «Dumanlı dağlar»
əsərinin roman təbiəti pritça janrının təsirinə məruz qalır,
ancaq bu təsir nisbətən zəif xarakter daşıyır. Növlərarası
janr qarışıqlığı janr xüsusiyyətlərinə daha mühüm təsir
göstərir, halbuki növlərdaxili qarışıqlığın təsiri o qədər də
geniş deyil.
Romanın yuxarıda adı çəkilən variasiyalarını (hiper-
tekst, audioroman və kinoroman) bir qrupda birləşdirmək
olar – kommunikasiya texniki vasitələrin vasitəsi ilə ret-
ranslyasiya edilən kreollaşmış roman. Bu əsərlər texniki
kommunikasiya vasitələrinin retranslyasiya xüsusiyyətləri-
ni nəzərə alır. Kreollaşmış romanlarda verbal və qeyri-ver-
bal təhkiyə informasiya ötürülməsi üsulları ilə uyğunlaşır,
janr forması isə yalnız kommunikasiya sosial aspektlərin
deyil, həm də texniki təsirə məruz qalır.