Çağdaş Azərbaycan postmodern romanı 41
Əsərdə yazıçının xatirələr vasitəsi ilə keçmişə nüfuz
etməsinin şahidi oluruq. Bu «Kəpənək modeli. 102» roma-
nında daha çox qəhrəman düşüncəsində xatirələrin bədii
ifadəsində əksini tapır. Əsərdə qəhrəmanın öz uşaqlığı ilə
kompüter və internet vasitəsi ilə əlaqə saxladığını müşahi-
də edirik. Burada zaman məhdudiyyəti yoxdur. Keçmişə
nüfuz etmək üçün əsərdə Əsədin yaddaşına köklənməsi və
müasirliklə keçmiş bir-biri ilə əlaqələndirilir. Özünü «in-
ternet kəpənəyi» adlandıran Əsəd keçmişin bir parçası ki-
mi Oqtayın müasir həyatına müdaxilə edərək, onun keçmiş
ilə bağlı xatirələrlə bu günü arasında vasitəçi kimi çıxış
edir: «Əziz Tural! Sən məndən on yaş böyüksən. Əgər
əmin məni çox-çox illər bundan əvvəl öldürməsəydi, indi
o yox, mən idim sənin əmin. Mənim beynim inkişaf elə-
yib, onun beynilə birgə, bədənimsə yox. Səbəb də elə bu-
dur ki, mən internetdən bayıra çıxmıram. Mənim səni tap-
dığımı əminə xəbər ver. Bu yenilikdən o sevinməyəcək.
Keçmiş onunladır, bunu bilsin. Hətta bir vaxt olub ki, o,
Əsəd adından utanıb. Belə adama ağıllı demək mümkün-
mü? Düz səkkizcə il mən onun əkizi olmuşam. Sonra
anam bizi bir-birimizə düşmən elədi, daha doğrusu, məni
ondan ayırdı. Və mən indi yalnız quru bir ad kimi varam.
Unutmağa kimsə yox... ha... ha... ha... Bəs Ələkbər? Onu
unudurlar, bilərəkdən yada salmırlar, unudurlar. Ələkbər
də mənim əmim idi... Heç huşumdan çıxmır...
Internet kəpənəyi».
Azərbaycan yazıçısı Anarın «Ağ qoç, qara qoç» (2004)
antiutopiyasında hadisələr üç zaman çərçivəsində inkişaf
edir. Bu antiutopiyanın fəlsəfi mühakiməsi üç «ideal» cə-
miyyətin kinayəli müqayisə edilməsidir ki, üç əsas ideolo-
giyalar əsasında yaradılmışdır: ənənəvi-islam, kommunist