S S a a l l i i d d ə ə Ş Ş ə ə r r i i f f o o v v a a 42
və burjua. Vurğulamaq lazımdır ki, postmodern əsərlərdə
zamanların montajı özünü qabarıq göstərmişdir. «İdeal»
ictimai quruluş formalarının nöqsanlarını qabartmaqla,
Anar insanda irrasional başlanğıcın əhəmiyyətini tarixdən
kənar ümuminsan dəyərləri ilə üç zaman kəsiyində, keç-
miş, indiki və gələcək zamanda açıqlayır.
Postmodern romanlarda zamanın «sıxlaşma»sı («sıxıl-
ma») ona gətirib çıxarır ki, bədii əsərdə fasiləli nizamlı za-
mandan dövrü prosesə keçidi və ya da zamanın «dondurul-
masına» ehtimal edilir. Məkan «sıxılma»sı real və sürreal
qarşılıqlı nüfuz etməsinin güclənməsində özünü göstərir.
Məsələn, Əli Əkbər «Amneziya» romanında bədii məkan
və bədii vaxt sıxlaşdırılmışdır. Bədii məkan Qafqaz ərazisi
ilə əlaqələndirilir, bədii zaman isə 2010-2011-ci illəri əha-
tə edir. Eyni zamanda, ideal cəmiyyətin bütün mənfi tərəf-
lərinin açılması roman boyu müşahidə olunur.
Zaman sıxılmasını Kamal Abdullanın «Yarımçıq əl-
yazma» roman-antimifində müşahidə etmək olar. Roman-
da vahid zaman anlamının olmaması bizi hadisələrə əbə-
diyyət nöqtəsindən baxmağa sövq edir. «Yarımçıq əlyaz-
ma»da hadisələrin üç zaman axarında inkişafını müşahidə
edirik. Romanda zamanın sıxılması səbəbindən hadisələrin
müəllifin yaşadığı zamanda, yəni müasir zamanda, Oğuz-
ların yaşadığı zaman və şah İsmayıl Xətainin yaşadığı və
onun ölümündən sonrakı zaman çərçivəsində istədiyi şə-
kildə sərbəst hərəkət etməsi və oxucunu fraqmentar
şəkildə qısa zaman ərzində bu dövrlərə, daha doğrusu bir
zamandan o biri zamana aparması yazıçının istifadə etdiyi
bədii üslubdur. Zaman çərçivəsində zamansızlığı nəzərə
çarpdırmaqla sərbəst hərəkət etmələr əsərin ahəngdarlığına
xələl gətirmir.