Çağdaş Azərbaycan postmodern romanı 39
munə gətirmək olar. «Yarımçıq əlyazma» nadir roman-an-
timif janr formasında yaradılmışdır. «Yarımçıq əlyazma»
romanında «Kitabi-Dədə Qorqud» dastanının dekonstruk-
siyası buna imkan vermişdir.
«Yarımçıq əlyazma» əsərini tarixi romana da aid edən
tədqiqatçılarımız olmuşdur. «Yarımçıq əlyazma» əsərinə
belə bir qiymət verilməsi digər qrup alimlər arasında mü-
bahisə doğurmuşdur. Qeyd etmək yerinə düşərdi ki, «Ya-
rımçıq əlyazma» əsərini roman-mif janrına da aid edən
tədqiqatçılarımız olmuşdur. Kamal Abdullanın «Yarımçıq
əlyazma« romanı ironiya ilə yazılmış romandır. Qeyd et-
mək lazımdır ki, Kamal Abdulla «Kitabi Dədə Qorqud»
dastanının mətnini manipulyasiya edir, mifoloji qəhrəman-
ları ironiya və sarkazmla təsvir edərək nüfuzdan salır (mə-
sələn, mifdə Dədə Qorqud müdrik «ağsaqqal» arxetipidir-
sə, əsərdə – Bayandur xanın sadiq qulluqçusudur), mifoloji
dünyagörüşün əsasını məhv edir (məsələn, Tanrıçılığın
başlanğıcında «Nur»un («Müqəddəs») daşa dönməsi),
eposdan süjetlər sarkazmla yenidən işlənilir. Məhz bunlara
nəzər yetirən tədqiqatçılar müəllifin sarkazmlı interpretasi-
yası ilə tarixi hadisələri qarışdırırlar (məsələn, Şah İsmayıl
Xətainin qaçışı və onun təsadüf nəticəsində mənasız öldü-
rülməsi ) və s. Bizim fikrimizcə, «Yarımçıq əlyazma» ro-
manı müəllif təxəyyülünün novatorluğu baxımından fərq-
lənir. Unutmaq olmaz ki, antimif əsərin yaranması zamanı
müəllif kulturologiya, mifologiya, tarixi və psixologiya sa-
hələrinə dərindən bələd olmalıdır ki, roman-antimif yarada
bilsin. Kamal Abdullanın «Yarımçıq əlyazma» əsəri Azər-
baycan milli ədəbiyyatında nadir roman-antimif nümunə-
lərindən biridir.