a l l i i d d ə ə Ş Ş ə ə r r i i f f o o v v a a 40
Hibrid janr formasında Nuranə Lətifənin «Eşqin rəngi»
(2008) romanı yaradılmışdır. Bu əsər «ali» və «aşağı»
janrların elementlərini birləşdirməyə cəhd edir. Bu növ qa-
rışıqlığın təzahürü postmodern lirik romandır. Postmodern
lirik romanlarda personajların simasında «ilahi məhəb-
bət»in təcəssümü bədii dillə açıqlanır. Müəllif mistik və
eyni zamanda cəlbedici «ilahi məhəbbət» fenomeni vasitə-
si ilə dünyanı göstərməyə cəhd edir. Lirizm müəllifin qəh-
rəmanların daxili emosional vəziyyətinin açıqlanmasında
gücləndirilmiş diqqətində özünü göstərir.
Yuxarıda qeyd olunduğu kimi postmodernizm ədəbiy-
yatda bədii zaman xaotik, fraqmentar və sıxışdırılmış xa-
rakter daşıyır. Postmodern dövründə zamanın keçmişin ta-
beçiliyində olması iddia edilir və bu keçmiş zaman qırıl-
mış halda təsəvvür olunur, «əvvəl-sonra» kimi məntiqi ar-
dıcıllıqdan imtina edilir. Postmodern romanlarda hadisələr
xarici gerçəkliklə tam uyuşan bir əhvalatı xronoloji ardıcıl-
lıqla ifadə edə bilən ənənəvi romanlarda olduğu kimi xro-
noloji ardıcıllıqla davam etmir, bədii mətndə «dünən – bu
gün – sabah», «səbəb – nəticə» əlaqələri sındırılır. Aydın
Talıbzadənin «Kəpənək modeli. 102» romanı bu baxımdan
istisna hal deyil. Əsərin quruluşu dağınıq təhkiyə və za-
man müstəvisi xaotik şəkildə düzümü ilə digər postmodern
üslubda qələmə alınmış əsərlərdən fərqlənir.
Aydın Talıbzadənin «Kəpənək modeli. 102» əsərində
hadisələrin müxtəlif zaman kəsiyində inkişaf etdiyini mü-
şahidə edirik. Əsərdə hadisələrin zaman ardıcıllığı yoxdur.
Postmodern romanlara xas zamanın ardıcıl nizamına qarşı
biganəlik «Kəpənək modeli. 102» əsərində özünü göstərir.
Hadisələr keçmişin indiyə, indinin keçmişə keçidində ger-
çəkləşir.