Çağdaş Azərbaycan postmodern romanı 35
edir. «İronik modus» və ya pastişin özünəməxsus xüsusiy-
yətlərində, ilk növbədə postmodern əsər kütlə mediası il-
lyuzionizminə və kütləvi mədəniyyət fenomeninə qarşı yö-
nəlmiş olan neqativ pafosu ilə müəyyən edilir. Postmoder-
nizm özü medianın ictimai şüura təsiri nəticəsi kimi misti-
fikasiya prosesini ifşa etməyə çalışır, bununla da reallıq
mənzərəsinin problematikasını, kütləvi ictimaiyyətə kütlə-
vi mədəniyyəti aşılayır.
Pastiş – müxtəlif əsərlərin elementlərinin kombinə
edilməsi kim qəbul edilir. Umberto Ekonun «Öncəki gü-
nün adası» (1994) romanı da pastiş nümunəsi kimi qəbul
edilir. Belə ki, U. Eko yaradıcılığında pastiş və intertekstu-
allıq kimi ünsürlərə rast gəlinir. Romanda XVII əsr müəl-
liflərinin (Covan Batist Marino, Con Don, Qaliley, Kalde-
ron, Dekart, Mazarini və digərlərinin sitatları, Roxasın
«selestina»sı, Bosyunun replikaları) əsərləri montaj edilə-
rək oxuculara çatdırılmışdır.
Pastiş keçmişin ehtiram üsulu və ya onlar üzərində pa-
rodiya ola bilər. Bu müxtəlif janrların kombinasiyası post-
modern vəziyyəti şərh etmək üçün istifadə olunur və ya
unikal təhkiyə yaradır: Məsələn, Uilyam Berrouz elmi fan-
tastik, detektiv və vesternlərdən istifadə edir, Marqaret Et-
vud - elmi fantastika və nağıllardan, Umberto Eko xəfiy-
yəyə, nağıllara və elmi fantastikaya müraciət edir.
Azərbaycan ədəbiyyatında pastiş əlamətləri Kəramət
Böyükçölün «Çöl» romanının postmodern süjet xəttində
özünü göstərir. Əsər dastan süjetinin müasir dövrdə mo-
delləşmiş süjet xəttində verilməsi ilə diqqəti cəlb edir.
Əsərin qəhrəmanı Koroğlu «Koroğlu» dastanındakı kimi
Bağdada (diktator Səddam Hüseynin rəhbərlik etdiyi Bağ-
dada) səfər edir və diktator ilə görüşür. Səddam Koroğlunu