Çağdaş Azərbaycan postmodern romanı 19
«Yeni roman» öz mahiyyətinə görə antiromandır, anti-
janrdır. Lakin postmodernistlərin «yeni roman»ın özəllik-
lərini mənimsəməsi nəticəsində antiroman əsasında roma-
nın yeni tipoloji növü meydana çıxır.
Ədəbiyyatşünaslıqda antijanrın meydana çıxması heç
də janrın avtomatik olaraq sönməsini nəzərdə tutmur.
V.B. Şklovskinin fikrincə, antijanrın meydana gəlməsi yal-
nız janrın özünün formalarının inkişafıdır: «Öz-özünü in-
kar mərhələsindən keçilməsi qaçılmaz olan incəsənət inki-
şaf edir. Janr antijanr kimi inkişaf edir. Öz dövründə «Don
Kixot» yalnız parodiya kimi deyil, həm də təhlilin digər
vəzifələri olan əsər kimi antiroman idi»
10
.
Janr konstruksiyalarının dekanonizasiyasının təsiri al-
tında antijanrın yaranması, öz təsirini daha parlaq detektiv
ədəbiyyatda göstərib. Postmodern detektivin janr təbiətini
açıqlayaraq, N.V. Kireeva qeyd edir ki, «antidetektiv»i
«milli zəmində postmodern detektiv variantları»
11
bağla-
yır. Bununla yanaşı, N.V. Kireeva vurğulayır ki, «antide-
tektiv» detektivin müxtəlif modellərinin elementlərinin de-
konstruksiyası ilə seçilir. Beləliklə, müasir qələm ustaları-
na janr eksperimentləri, həmçinin roman - dedektivlərin
janr qarışıqlığı nəticəsi kimi müxtəlif variasiyaları üçün
meydan açılır. «Antidetektiv» mövcud janr qarışıqlığı sə-
viyyələri üçün daha bir səviyyə tətbiq etməyə imkan verir
ki, bu da janrdaxili qarışıqlıqdır.
10
Шкловский В.Б. Избранное. В 2-х т. Повести о прозе. Размыш-
ления и разборы. – М., 1983. – Т. 1. – С. 229;
11
Киреева Н.В. Трансформация жанровых конвенций автобио-
графии и детектива в прозе американского постмодернизма:
Автореф. дис. … . д-ра филол. наук. – М., 2011 – С. 22.