Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə49/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   45   46   47   48   49   50   51   52   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
54 
lanmasına mühüm alətlərindən biri kimi xidmət göstərir. 
Mifologema – postmodernistlərin əsərlərində postmoder-
nizmin poetik əsası kimi bir sıra səciyyəvi əlamətlərə isti-
nad edən əsas detal kimi götürülsə də, yalnız detal mifoloji 
təfəkkürün transformasiyasını stimullaşdıran mif-simul-
yakr əmələ gətirən istiqamət elementlərinin məcmusu kimi 
reallığın itməsinə işarə edən postmodern estetik sisteminin 
bir həlqəsidir. Mifoloji təfəkkürün transformasiyasını sti-
mullaşdıran mif-simulyakr köhnə mifləri solğunlaşdırır. 
Köhnə miflərin yerini isə müasir versiyalar tutur. Rus ya-
zarı V. Pelevinin fikrincə isə mifologemin heç biri bizi bö-
yük sirlərin açılmasına yaxınlaşdırmır, yalnız fikirləri do-
laşdırır və xəstə təxəyyülü coşduraraq, beyinlərdə qarma-
qarışıqlıq yaradır. Onun məşhur «Çapayev və Boşluq» ro-
manında mifologemlərdən biri «Petropavlovsk kilsəsinin 
şpili» mifologemi «Generation «P»» romanında «Vavilon 
qülləsi» mifologeminin çevrəsini genişləndirmiş müəllif 
yuxuda və gerçəklikdəki uçuşlar sistemini, real və irreal 
mifologemə əsaslanan motivləri əsərə daxil edir. 
Postmodern romanda mif fabulanı tam və ya qismən 
əhatə edə bilər. Əgər mif bütünlükdə fabulanın əsasını təş-
kil edirsə, onda roman-mif və ya da onun antipodu (əksi) 
olan roman-antimifdən danışmaq olar. 
Roman-antimif roman-mifdən fərqli olaraq, müstəqil 
janr konstruksiyasını özündə ifadə edir. Roman-antimif 
janrı «mənşə» etibarı ilə klassik roman-miflə bağlıdır, an-
caq semantika baxımından ona ziddir 
28
. Roman-antimifə 
28
Полушкин А.С. Жанр романа-антимифа в шведской литерату-
ре 1940–1960-х годов (на материале произведений П. Лагерквис-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin