Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə48/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   44   45   46   47   48   49   50   51   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

Çağdaş Azərbaycan postmodern romanı 
53 
neçə cəbhədə apardığı mübarizə, məişətdən siyasətə olan 
həyat yolunun bütün qatları əhatə edilir. 
Qeyri-xətti təhkiyə – postmodern ədəbiyyatın xüsusiy-
yətlərindəndir. Qeyri-xətti təhkiyə Kurt Vonnequtun bir 
çox qeyri-xətti romanlarında özünü göstərir. Ən məşhur 
nümunə – «5 nömrəli sallaqxana və ya uşaqların xaç yürü-
şü» əsəridir. 
Fraqmentar fabulaya Nərmin Kamalın «Aç, mənəm» 
postmodern dünyagörüşü ortaya qoymuş Azərbaycanın ta-
leyi barəsində qırx hekayədən ibarət əsərdə rast gəlirik. 
N. Kamal «Aç, mənəm» əsərinə yazdığı ön sözdə əsəri he-
kayələr romanı kimi təqdim edir. qırxbalaca bir mətndə 
qırx əhvalat əks olunur. Nərmin Kamalın «Aç, mənəm» 
romanı «Açmaq» fəsli ilə başlayır. Romanın «Qurtulmaq» 
fəslində mətni necə qavramaq yolu göstərilir. Qırx 
hekayədən ibarət olan əsərin qırxıncı «Sevmək» adlı 
hekayəni oxucu tərəfindən yazılması üçün boş qoyulması 
da maraqlı ədəbi priyomdur: müəllif oxucuya bildirir ki, 
əsərin fabulası bitməmiş, və oxucuya fabulanı davam et-
məyi təklif edir. Müəllif bu məqama özünün müsahibələri-
nin birində münasibətini belə bildirmişdir: «Hə, açığı, Sev-
mək adlı hissə yaza bilmədim, elə bir hekayə düşünüb tapa 
və ya eşidə bilmədim ki, Azərbaycandakı Sevməyi ifadə 
etsin, insanlar öz sevməklərindən danışırdılar mənə, amma 
dinləyib görürdüm ki, bunların heç biri axtardığım deyil. 
İndi isə boş qoyulmuş qırxıncı məsdərin yerində qoy bir 
oxucu onu yazsın». 
Postmodern romanda əks edilən hadisələr yüksəlmiş 
mifologizasiyaya məruz qalır. Mifologizm əsərdə toxunu-
lan problemlərin daha dərin əks etdirilməsinə müəllifə im-
kan yaradır, tez-tez varlığın «əbədi» problemlərinin açıq-


S
S

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin