127
2. Mühazirələr
xarakterinə görə də bir neçə tipdə olur:
sistemli,
problemli, qarışıq mühazirələr.
Sistemli mühazirələr proqram mövzularını sistemli
şəkildə şərh edən mühazirələrdir.
Bu forma ali məktəblərdə
daha geniş tətbiq olunur.
Problemli mühazirələr hər hansı problemin həllini
nəzərdə tutur. Belə mühazirələr iki növdə ola bilər:
Qarışıq mühazirələr forması
sistemli və problemli
mühazirələrin əlaqələndirilməsini nəzərdə tutur.
3. Pedaqoji ədəbiyyatda mühazirələrin
təşkili qayda-
sına görə müxtəlif tipləri nəzərdən keçirilir:
mühazirə-diskus-
siya (mühazirə tələbələrin sualları əsasında, onlarla diskussiya
şəraitində keçirilir),
ikilikdə mühazirə (müəllim digər mütə-
xəssislə və ya ekspertlə birlikdə dialoq, diskussiya,
polemika
əsasında, tələbələri də dialoqa cəlb etməklə mövzunu şərh edir),
mühazirə-press konfrans (mühazirə müəyyən mövzu üzrə
tələbənin sualları üzərində qurulur),
vizual mühazirə (mühazirə
təlimin texniki vasitələrinin köməyi ilə əvvəldən hazırlanmış
material əsasında keçirilir) və s.
Göründüyü kimi, müasir ali məktəbdə mühazirə forma-
sından istifadə etmək imkanları genişdir. Əsas məsələ didaktik
məqsəddən çıxış edərək optimal formaları seçib,
pedaqoji
tələblərə uyğun tətbiq etməkdir.
Dostları ilə paylaş: