Jurnal Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində qeydiyyatdan keçmişdir



Yüklə 14,92 Mb.
Pdf görüntüsü
səhifə3/20
tarix16.02.2017
ölçüsü14,92 Mb.
#8497
1   2   3   4   5   6   7   8   9   ...   20
часть  практически  представляет  информацию  об  истории  корпусной  лингвистики, 
основные  национальные  корпусы  и  их  создание.  Корпус  современного 
американского  английского  языка  анализируются  по  сравнению  с  национальным 
корпусом британского английского языка.  Разработка различных вариантов одного 
и того же слова так же упоминается в статье. Региональные и социальные диалекты 
языков основные содержания статьи. 
 
Уникальные  особенности  формирования  и  развития  корпусной  лингвистики 
также подчеркивается в статье и в областях ее специфики. Корпус расследуется как 
область языкознания. 
В этой статье, где корпус формируется как самостоятельная наука лингвистики,  
использовано много новых понятий и терминов. 
                                                                                                     
 

 
146
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ 
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
 
 
2015 - № 41
 
 
 
 
 
SAĞLAM HƏYAT TƏRZİNİN FORMALAŞDIRILMASINDA  
TƏLİM-TƏRBİYƏ PROSESLƏRİNİN ROLU 
 
Ə.A.Məmmədova  
Odlar Yurdu Universiteti, 
efsane857@yahoo.com 
 
Açar sözlər: təlim prosesi, idrak, somatik sağlamlıq, psixi sağlamlıq, şəxsi gigiyena, 
gender.  
Ключевыеслова:  процесс  обучения,  реализация,  соматическое  здоровье, 
психическое здоровье, гендер. 
Keywords: the learning process, cognitive,somatic health, mental health, personal 
hygiene, gender. 
 
Hazırda təlim tərbiyə prosesində  uşaqların sağlamlığının qorunmasına dünyada və 
ölkəmizdə böyük önəm verilir.    Təlim obyektiv gerçəkliyin çox mürəkkəb prosesi 
olub,öyrədənin məqsədyönlü və planlı  rəhbərliyi altında milli və ümubəşəri dəyərlərlə 
əlaqədar olan biliklərin, bacarıq və  vərdişlərin öyrənənlər tərəfindən mütəşəkkil 
mənimsənilməsi və bu zaman onların tərbiyə olunmaları və inkişaf etmələri prosesi kimi 
anlaşılır. 
Ölkəmizdə qüvvədə olan qanunvericiliyə görə  əhalinin sanitar –epidemioloji 
salamatlığının təmin olunması vasitələrindən biri də əhali arasında sağlam həyat tərzinin 
,yüksək sanitariya mədəniyyətinin yaranmasına yönəldilmiş gigiyena təlim tərbiyəsi 
işlərinin görülməsidir.(Azərbaycan Respubliksında  əhalinin sanitar –epidemioloji 
salamatlığı haqqında Qanun, maddə 1.2) 
"Təlim“ anlayışı hadisəni bildirir. "Tədris prosesi", "təlim prosesi" isə müəyyən 
zaman və  məkanda təlimin inkişafı ilə əlaqədardır,təlim işinin ardıcıllığını bildirir.Təlim 
prosesi  şagirdin (tələbənin) idrak yolundakı  hərəkəti ilə bağlıdır: o, biliksizlikdən 
bilikliliyə doğru inkişaf edir. Təlim prosesinin xarakteri, məzmunu və  təşkili formaları 
cəmiyyətin tələbi ilə, elmi-texniki tərəqqinin təsiri ilə müəyyən olunur. 
Təlim prosesi özü də inkişaf edir. Bu inkişafın mənbəyi ziddiyyətlərlə bağlıdır. 
Təlim prosesi üçün xarakterik ziddiyyətlər bunlardır: cəmiyyətin artan tələbləri ilə  təlim 
prosesinin real imkanları arasında ziddiyyət; yeni vəzifələrlə    təlimin mövcud səviyyəsi 
arasında ziddiyyət; müəllimin öyrətmə fəaliyyəti ilə tələbənin(şagirdin) öyrənmə fəaliyyəti 
arasında ziddiyyət; şagirdin (tələbənin) qavraması və anlaması arasında ziddiyyət; mövcud 
biliklərlə onları tətbiq etmək bacarıqları arasında ziddiyyət və s. 
Təlim-təhsil prosesi uşağın şəxsiyyətinin vahid inkişaf prosesidir. Bu təhsilə yalnız 
bir nəsildən digər nəsilə müəyyən bilik ötürülməsi deyil, həmçinin  şəxsiyyətin mənəvi 
tərəfinin tam inkişafı, müəyyənqaydalarvədavranışnormalarınınistehsalıdaxildir. 
 

 
147
Ə.A.Məmmədova 
 
İcbari təhsil pilləsində öyrədilməsi gərək olan bilik və vərdişlər insanın adi həyatında, 
məişətdə, cəmiyyətdə normal fəaliyyəti zamanı istifadə olunur. Məsələn, məişət texnikası, 
nəqliyyat vasitələri və onlardan istifadə qaydaları haqqında, bizi əhatə edən mühit və bu 
mühiti qorumağın  şərtləri haqqında, sağlamlığın profilaktikası  və elementar tibbi yardım  
haqqında biliklər hamıya lazımdır. Təsadüfi deyildir ki, son vaxtlar Rusiyada ixtisasından 
asılı olmayaraq bütün müəllimlərə sağlam həyat tərzini öyrədən xüsusi fənn – «valeologiya» 
tədris olunur. 
Yadda saxlamaq lazımdırki,  əgər uşaq xəstədirsə  və ya fiziki çatışmazlıqlardan 
əziyyətçəkirsə, uşağın tam vəhərtərəfliinkişafımümkündeyil. Buna görədə, 
tədrisprosesinin funksiyaları arasında sağlamlığın qorunması funksiyasını daxiletmək 
lazımdır. Bu funksiyanın yerinə yetirilməsi üçün təhsil prosesində bütün iştirakçıların  ın 
sağlamlığının qorunması  və yaxşılaşdırılması  məqsədilə bir sıra tədbirlər həyata 
keçirilməlidir. Bu tədbirlər sırasına aşağıdakılar daxildir. 
1.Təlim-təhsil prosesinin normal keçməsiüçün şəraitin təşkili. 
2. Təhsil ocaqlarında sanitariya-gigiyenik norma və qaydalarına  əməl etmək 
lazımdır (bütün otaqlarda daimi yaş təmizləmə, bütün işçilərin gündəlik yoxlanması.). 
3. Xüsusi qurumların (yeməkxana, kafe) mövcudluğu, ilkin və son məhsullar, 
gigiyena standartlarına ciddi riayət olunması keyfiyyətinin və monitorinqi: təhsil 
müəssisələrində tələbələrin mütəmadi düzgün qidalanmasının təşkili. 
4. Şəxsi gigiyena standartlarını, əsas həyat təhlükəsizliyi qaydalarını və ilk yardım 
üsullarını öyrətmək məqsədilə  tələbələrə xüsusi təlim qaydalarını  aşılamaq. Sağlam 
sagirdin tərbiyəsi tədrisin ayrılmaz hissəsi olmalıdır.  
Təhsilin  əlçatan ,müəllimlik peşəsinin isə kütləvi olduğu  şəraitdə, müəllimin 
fərdibacarığına arxayın olmaq getdikcə çətinləşir. 
Sağlamlıq- orqanizmin ekoloji şəraitlə(təbii və sosial) daxili amillərin (irsiyyət, 
gender, yaş) uyğunlaşma keyfiyyətidir. Sağlamlıq insanın təkcə  xəstə olmaması ilə 
ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə 
müəyyən olunur.Sağlamlıq – orqanizmin ətraf mühitə reaksiya normasıdır. 
Hal-hazırda sağlamlığın bir neçə növ və kompanentləri vardır. 
-Fiziki sağlamlıq. 
-Psixi sağlamlıq. 
-Somatik sağlamlıq. 
-Mənəvi sağlamlıq. 
Sağlamlıq üçün əsas meyarlar aşağıdakılardır: 
Somatik və fiziki vəziyyəti –“mənbacararam” 
Ruhi–“mənistəyirəm” 
Mənəvi – “mən məcburam” 
Sağlamlıq pedoqoqikası–pedoqoji elmin yeni bir səviyyəsidir və tədris sistemi onun 
üzərində qurulmalıdır. O uşaqların və yeniyetmələrin sağlamlıq səviyyəsinə  zərər 
vermədən təlim,tərbiyə, inkişafına doğru yönəlmişdir. 
Sağlamlıq qoruyucu təhsil texnologiyaları  təhsil ocaqlarında keçirilən profilaktik 
tibbi işlər texnologiyasına daha yaxındır. Bu işə nümunə olaraq peyvəndlərin vaxtında 
vurulması,tibbi risk qruplarına ayrılması  və s.göstərmək olar. Bu fəaliyyət  şagirdlərin 
sağlamlığının qorunmasına,yoluxucu və s.xəstəliklərin qarşısının alınmasına yönəlmişdir. 
 
 

 
148
Ə.A.Məmmədova 
 
Uşağın sağlamlığı ,sosial-psixoloıi adaptasiyası  və fziki inkişafı  şox hallarda onun 
yaşadığı mühitlə təyin olunur.7-16 yaş uşaq üçün bu mühit oyaq  vaxtının təqribən 50% ni 
keçirdiyi məktəb mühiti sayılır. 
Məktəb risk faktorlarının təhlili göstərirki tələbələrin sağlamlıq problemləri 
müəllimlərin gündəlik praktik işlərinin nəticəsidir.Bu amillər arasında daha vacib risk 
faktorlarını qeyd etmək lazımdır. 
-Tədris prosesinin təşkili üçün fizioloji və gigiyenik tələblərə əməl olunmaması. 
-Uşaqların sağlamlıqlarının qorunması sahəsində valideyinlərin savadlarının kifayət 
qədər olmaması. 
-Bədən tərbiyyəsinin mövcud sisteminin mükəmməl olmaması. 
-Sağlamlığının qorunması və möhkımləndirilməsi sahəsində müəllimin savadsızlığı. 
-Məktəb tibbi nəzarət xidmətinin qismən pozulması. 
Hər bir məktəblidə, yeniyetmədə  aşağıda qeyd olunan bir sıra cəhətlərin 
formalaşdırılması, özünün sağlam həyat tərzini təmin etməsində böyük əhəmiyyətə 
malikdir: 
-öz həyatının sahibi olaraq müsbət nəticələrə nail olacağına inanmaq; 
-zərərli vərdişlərdən uzaq olmaq həyata qarşı özündə müsbət münasibət yaratmaq və hər 
gün yaşadığına görə 
zərrə 
qədər də olsa sevinc duymaq; 
- özünə hörmət hissini inkişaf etdirmək, hədər yerə yaşamadığını  və qarşıda duran 
problemləri həll etməyə qadir olduğunu dərk etmək; 
 
- qidalanma rejiminə və sanitariya qaydalarına riayət etmək; 
- əmək və istirahət rejiminə riayət etmək; 
- həyatda rastlaşdığın uğursuzluqlara nikbinliklə yanaşmaq; 
- nailiyyətlərə sevinmək, çünki hər bir xırda nailiyyətin sevinci böyük nailiyyətlərə 
təkan verir. 
Təhsil prosesinin ənənəvi təşkili şagirdlərdə həddən artıq yükləmələrə səbəb olur.Bu 
da uşağın orqanizmində öz-özünü tənzimləmə psixofizioloji proseslərin pozulmasına və 
psixosomatik xəstəliklərin 
əmələ 
gəlməsinə 
səbəb olur.Təhsil prosesinin 
intensivləşməsinin  də  əhəmiyyətlirolu vardi.Bura litsey və qimnaziyalarda tədris 
saatlarının artırılmasını aid etmək olar. 
Müasir dövrdə  cəmiyyətin informasiyalaşması dövlətin inkişaf dərəcəsinin 
dəyərləndirilməsinin  əsas meyarlarından biridir.Onun iqtisadi və siyasi potensialının 
mühüm faktoru  hazırkı  vəziyyətdə  təhsilə verilmiş önəmin,məlumatın bütövlüyünün, 
informasiyanı  əldə etməni və ondan zəruri bilikləri və bacarıqları qazanmağı  nəzərdə 
tutmalıdır. 
Müasir təsəvvürlərə görə sağlam həyat fəaliyyətinə aşağıdakılar daxildir: 
-Pis vərdişlərdən uzaq durmaq(siqaret,narkotik və s.). 
-Optimal hərəkirejim. 
-Yaxşıqidalanma. 
-Şəxsigigiyena. 
-Müsbətemosiyalar. 

 
149
Ə.A.Məmmədova 
 
XX  əsrin sonu və XXI əsrin  əvvəllərində Azərbaycanın ictimai həyatının faktiki 
olaraq bütün sahələrində, o cümlədən təhsildə  də  əhəmiyyətli dəyişikliklər baş verdi. 
Sosial-iqtisadi faktorların təsiri altında təhsil həcmindəki innovasiya prosesləri 
gücləndirildi, fərdiləşdirilmə, humanistləşdirmə üçün yeni imkanlar yarandı. 
Tədris-tərbiyə prosesindəki dəyişikliklər şagirdlərin əqli vəziyyətinin sürətlənməsinə 
səbəbolmuş, nəticədə  mərkəzi sinirsisteminin, müxtəlif analizatorların yüklənməsi 
artmışdır. Məktəbdə  tədris prosesinin sanitar-gigiyenik norma və müvafiqliyi üzərində 
dövlət sanitar nəzarətinin rolu geniişlənmişdir.  Şagird orqanizminin iş qabiliyyəti və 
tədris-tərbiyə təmin edən tədris, gigiyenik nöqteyi-nəzərdənçox vacibidir. 
Məlumdur ki, təhsilin  əsas problemi insana lazım olan məlumatı gündən-günə 
artması və insanların bu məlumatları bilməməsidir. Praktik olaraq qalan bütün problemlər 
onun davamıdır. Hal-hazırda biz yeniliklərin durmadan artdığının  şahidiyik. Həmin 
yenilikləri biz dayandıra bilmərik. Ancaq bunun nəzərə alınmaması  və onlara reaksiya 
verilməməsi acınacaqlı nəticə verə bilər. 
Məktəbinvəzifəsiböyüyənnəsləelmlərinəsaslarıhaqqındadərinvəmöhkəmbiliklərveril
məsindən, lazımi vərdiş və bacarıqların yaradılmasından, əsl vətəndaşlıq dünya görüşünün 
formalaşmasından ibarətdir. Eynizamanda məktəb sağlamlaşdırıcı rolu həyata 
keçirilməlidir. Cəmiyyət böyüyən nəslin sağlamlığı üçün məktəbdə biliklərin hansı dəyərə 
əldə edilməsinə laqeyd ola bilməz. 
Müasirtəhsilyeniinformasiyatexnologiyalarısahəsindəsürətləinkişafedir. 
Komputerləşdirməmüxtəliffənnsahələrindəşagirdlərtərəfindənmüəyyənbiliyinalınmasındaə
sasistiqamətlərdənbirinə çevrilir. Bu gün məhz kompüter sistemləri və mültimedia 
qurğuları  dərs və  dərsdən kənar vaxtda uşaqların təhsillə bağlı mühüm məsələlərin 
həllində fənn müəlliminə əsaslı köməkedir. 
Qeydetməklazımdırki, 
insanınhəyatındabaşverənkompüterləşməprosesiiləəlaqədarolaraqorqnizmə, 
fizikivəpsixisağlamlığınaonuntəsirihaqqındasuallarmeydanaçıxır. 
Məktəblilərinsağlamlığınakompüterintəsirininöyrənilməsinəxüsusidiqqətyetirilməli,ətrafm
ühitinamillərinəuşaqorqanizmininböyükhəssaslığımüəyyənləşdirilməlidir. 
Uşaqorqanizminətəsirinnəticəsiözünübirneçəildənsonrada göstərəbilər. Kompüterdən 
istifadə edənlərin peşə  xəstəliyinin mümkün ola bilən dairəsini müəyyən etmək üçün, 
onların profilikaktikasının, diaqnostikasının və müalicəsinin metodlarının işlənib 
hazırlanması üçün tədqiqatların aparılması vacibdir. 
Qlobal və lokal ekoloji problemlərin səhralaşma və torpaqların deqradasiyası, 
biomüxtəlifliyin tükənməsi, urbanizasiya, stress kimi ciddi problemlərin artdığı bir dövrdə 
əsrin xəstəlikləri hesab edilən QİÇS (qazanılmış immun çatışmamazlığı sindromu), 
hemofiliya (talassemiya), narkomaniya, alkoqolizm, ürək damar, xərçəng xəstəlikləri də 
geniş yayılmışdır. Belə bir dövrdə sağlamlıq haqqında biliklərə yiyələnmək və bu biliklərə 
riayət etmək hər bir mədəni insanın başlıca vəzifələrindən biridir. Sağlam həyat tərzi hər 
bir yeniyetmənin, gəncin şəxsi seçim yolu və fərdi davranış sistemidir. 
Beləliklə,yuxarıdaşərholunanfikirləriümumiləşdirib,təlim-
tədrisprosesindəuşaqlarınsağlamlığınınqorunmasınınzəruriliyiniqeydedərək,təhsilocaqların
dasanitar- gigiyeniknorma və qaydalarınaəməledilməsi,təhsilprosesinin normal 
gedişiüçünşəraitinyaradılmasıvəöyrənənlərinkompüterşüalanmasınınmənfitəsirindənqorun
masıistiqamətindəmaarifləndirməişlərininaparılmasıvacibliyinəticəsinəgəlməkolar. 
 

 
150
Ə.A.Məmmədova 
 
 
ƏDƏBİYYAT SİYAHISI: 
 
1.
 
1.Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Tibb Universiteti “Reproduktiv 
sağlamlıq” (Dərs vəsaiti),  Bakı, 2010-cu il 
2.
 
2Ахметов А.И., Астратенкова И.В., Комкова А.И. и др. Использование 
ДНК-технологий 
в 
реализации 
концепции 
спортивно-ориентированного 
физического  воспитания // Физическая  культура:  воспитание,  образование, 
тренировка. 2006, №1, с. 3-7. 
3.
 
3. Бальсевич  В.К. Феномен  физической  активности  человека  как 
социально-биологическая проблема // Вопросы философии. 1981, № 8, с. 78 - 89. 
4.
 
4. Бальсевич  В.К. Проблемы  физического  воспитания  младших 
школьников // Сов. педагогика. 1983, № 8, с. 9 - 12. 
5.
 
5. Бальсевич  В.К. Перспективы  развития  общей  теории  и  технологий 
спортивной  подготовки  и  физического  воспитания (методологический  аспект) 
// Теория и практика физ. культуры. 1999, № 4, с. 21 - 26, 39 - 40. 
6.
 
6. Казначеев  В.П., Спирин  Е.А. Феномен  человека:  комплекс 
социоприродных свойств //Вопросы философии. 1988, №7, с. 11-23. 
7.
 
7. Balsevich  V.K., Lubysheva  L.I. Main regularities of human motoric's 
ontogenesis and their actualization in practice of school sport // 6-th Sport Kinetics 
Conference '99.- Ljubljana, Slovenia. - 1999. - P. 66 - 69. 
8.
 
8. Balsevich V.K. Methodological Bases of Human Ontokineziology // The 
6th Annual Congress of the European College of Sport Science. - Jyviaskila. - 2002. - P. 
178. 
9.
 
9.Shephard R.J., Bouhard C. Associations between health behavior 
 
 
 
 
XÜLASƏ 
 
Ə.A.Məmmədova 
 
Məqalədə  təlim-tədris prosesində  uşaqların sağlamlığının qorunması  məsələlərinə 
toxunulur və bu zaman onların kompüterin mənfi təsirindən qorunması üçün 
maarifləndirilməsi məsələlərinin vacibliyi ön plana çəkilir. 
 
 
 
РЕЗЮМЕ 
 
А. А.Мамедова  
 
В  статье  затрагиваются  вопросы  защиты  здоровья  детей  в  учебно-
воспитательном  процессе  и  выводится  на  первый  план  важность  просвещения  для 
защиты от отрицательного воздействия компьютера. 
 

 
151
Ə.A.Məmmədova 
 
 
SUMMARY 
 
A.A.Mammadova 
 
İn the article is touched to problem of the children helth protecting in the educated 
process and this time mececcity of the problems of the enlichpening of the tip protected 
from the computer  look at negative in fly ence to tenplans. 

 
143
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ 
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
 
 
2015 - № 41
 
 
 
ƏMLAK VƏ TORPAQ VERGİLƏRİNİN HESABLANMASINDAKI  
SON DƏYİŞİKLİKLƏR 
 
C.H.Hacıyev 
Odlar Yurdu Universitetinin dosenti 
İqtisad elmləri namizədi 
 
Açar sözlər: əmlak vergisi, torpaq vergisi, vergitutma bazası, ödənilmə  
qaydaları 
Ключевые  слова:  налог  на  недвижимость,  поземельный  налог,  база 
налогооблажения, условия платежа 
Keywords: property tax, land tax, basis of taxation, terms of payment 
 
Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə görə 2015-ci ilin 01 yanvarından həm 
əmlak, həm də torpaq vergilərinin hesablanmasında müəyyən əlavələr edilmişdir. Belə ki, 
fiziki şəxslərin əmlak vergisi indiyə kimi binaların invertar dəyərindən hesablandığı halda, 
yəni fiziki şəxslərin mülkiyyətində olan  binaların inverntar  dəyərinin Nazirlər 
Kabinetinin  28 iyun 1999-cu il tarixli 110 saylı qərarına əsasən 5000 manatdan çox olan 
məbləğindən  0.1 % vergi hesablandığı halda, hazırda binaların yaşayış sahələrinin 
dəyərinə görə yox, tutduğu sahəyə görə  əmlak vergisinə  cəlb olunurlar. Belə ki, yaşayış 
sahələrinin  30 kvadrat metrədək  olan hissəsi vergidən  azad olmaqla,  Bakı şəhərində  1 
kvadrat metr üçün 0.4 manat, Gəncə , Sumqayıt  şəhərlərində  və Abşeron rayonunda 1 
kvadrat metr  üçün 0.3 manat, digər  şəhər və rayon mərkəzlərində 0.2 manat, rayon 
tabeliyində olan şəhər, qəsəbə  və  kəndlərində  1 kvadrat metr  üçün 0.1 manat 
müəyyənləşdirilmişdir. Yşayış  sahələrindən fərqli olaraq , qeyri – yaşayış sahələrinə  30 
kvadrat  metrədək olan hissənin vergiyə cəlb edilməməsi nəzərdə tutulmayıbdır. Binaların 
şəhərin mərkəzində və mərkəzdən kənar yerləşməsi ilə bağlı 1.5 – 0.7 intervalda əmsallar 
tətbiq olunur. Misal olaraq Bakı  şəhəri Nəsimi rayonunda yerləşən sahəsi 100 kvadrat 
metr olan  yaşayış sahəsinə əmlak vergisi aşağıdakı kimi hesablanır: 100 kv.metr – 30 = 
70 kv.metr x 0.4 manat x 1.5 = 42 manat. Yəni 1 ildə  həmin yaşayış sahəsi üçün yerli 
büdcəyə 42 manat vəsait ödənilməlidir.  
Məlumdur ki, fiziki şəxslərin əmlak  vergisi Vergi Məcəlləsinin 198.1.1maddəsinə 
əsasən hesablanaraq yerli büdcəyə ödənilir. Yəni dəyişiklik  bələdiyyələrdə  əmlak 
vergisinin  hesablanmasında və toplanılmasında mövcud çətinlikləri aradan qaldırmaqla 
yanaşı , bələdiyyə büdcələrinin  formalaşmasına  öz müsbət təsirini göstərir.  
Vergi Məcəlləsinin 198.2 maddəsinə    əsasən müəssisələr  əvvəlki qaydalarla 
balansında  olan əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1 faiz dərəcə ilə  əmlak  
vergisini hesablayır və dövlət büdcəsinə ödəyirlər. 
Respublikamızda torpaq vergisi torpaq mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən 
təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq, torpaq sahəsinə görə hər il sabit  
 
 
 

 
144
C.H.Hacıyev 
 
tədiyyə  şəklində    Vergi  Məcəlləsinin 203-cü maddəsinə  əsasən torpaq vergisinə  cəlb 
olunurlar.  
Torpaq vergisi ilə bağlı dəyişikliklərə kənd təsərrüfatı təyinatlı torpaqlar deyil, eyni 
zamanda Vergi Məcəlləsinin 206.3-cü maddəsində  nəzərdə tutulan torpaq sahələri  şamil 
edilir. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı ya-
şayış fondlarının həyətyanı sahələri və  vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar 
üzrə yeni vergitutma mexanizmi müəyyən edilib. Burada vergi dərəcələri torpağın 
sahəsinə (100 kvadratmetr) bağlıdır və  təkcə regionlar üzrə deyil, həm də 10 min kvad-
ratmetr (1 hektar) sahədən asılı olaraq diferensiallaşdırılıb. 
Yaşayış fondları, həyətyanı sahələr və vətəndaşların bağ sahələrinin tutduğu torpaq 
sahələri 10 min kvadratmetrədək olduqda torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 
illik vergi Bakı şəhərində 0,6 manat, 10 min kvadratmetrdən yuxarı hissəsi üçün isə hər 
100 kvadratmetrinə görə 1,2 manat müəyyən edilib. Gəncə, Sumqayıt, Xırdalan şəhərləri 
və Abşeron rayonunun qəsəbə  və ) kəndlərində bu rəqəmlər müvafiq olaraq 0,5 və 1 
manat, digər  şəhər və rayon mərkəzlərində 0,3 və 0,6 manat təşkil edəcək. Rayon 
tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər üzrə hər 100 kvadratmetrə görə illik vergi 
0,1 və 0,2 manat olacaq. 
Kommersiya xarakterli (sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və 
digər) xüsusi təyinatlı torpaqlar 10 min kvadratmetrədək olduqda, torpaq sahəsinin hər 
100 kvadratmetrinə görə illik vergi Bakı  şəhərində 10 manat, 10 min kvadratmetrdən 
yuxarı hissəsi üçün isə  hər 100 kvadratmetrinə görə 20 manat müəyyən edilib. Gəncə, 
Sumqayıt, Xırdalan  şəhərləri və Abşeron rayonunun qəsəbə  və  kəndlərində bu rəqəmlər 
müvafiq olaraq 8 və 16 manat, digər  şəhər və rayon mərkəzlərində 4 və 8 manat təşkil 
edəcək. Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər üzrə hər 100 kvadratmetrə 
görə illik vergi 2 və 4 manat olacaq. 
Qeyd etmək lazımdır ki, vergi qanunvericiliyinə  əsasən,  əmlak vergisi mülkiyyəti 
təsdiq edən sənədlər, torpaq vergisi isə mülkiyyət və istifadə hüququnu təsdiq edən 
sənədlər əsasında hesablanır. 
 
ƏDƏBİYYAT 
 
Azərbaycan Respublikasının Vegi Məcəlləsi, Bakı 2015 
K.Heydərov Azərbaycan Respublikasında vergi ödəmələri Bakı 2003 
 
 
ПОСЛЕДНИЕ ИЗМЕНЕНИЯ В ИСЧИСЛЕНИИ ПОЗЕМЕЛЬНОГО  
НАЛОГА И НАЛОГА НА НЕДВИЖИМОСТЬ 
 
Д. Г.Гаджиев 
 
РЕЗЮМЕ 
 
Поземельный налон оплачивается в местный бюджет на основании Налогового 
Кодекса  Азербайджанской  Республики.  То  есть  изменения  вместе  с  решением 
проблем  в  расчете  и  сборе  поземельного  налога  в  муниципалитетах  вносит 
пожительную лепту в формирование бюджетов мунициполитетов 

 
145
C.H.Hacıyev 
 
 
LAST CHANGES IN CALCULUS OF PROPERTY AND LAND TAX 
 
J.H.Hajiyev 
 
SUMMARY 
 
Land tax is paid in local budget on the grounds of Tax Code of Azerbaijan Republic. 
It means the changes within desicion of problems in calculating and collection of land tax 
in municipalities  makуы a positive contribution in formation of municipalities` budgets 
 
 
 
 

 
137
Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin