Federativ Respublikasının CM-ndə saxta pul hazırlama əməli ilə mübarizəyə həsr
olunan üç müstəqil maddə nəzərdə tutulmuşdur. Söhbət həmin Məcəllənin 146, 147 və
149-cu paraqraflarından gedir ki, bu paraqrafların vasitəsi ilə ayrıca üç cinayət tərkibinin
cinayət-hüquqi tənzimlənməsi həyata keçirilir. 146-cı paraqrafda pul nişanlarının
saxtalaşdırılmasına və ya satış məqsədi ilə saxta pul nişanlarının əldə olunmasına görə
cinayət məsuliyyəti nəzərdə tutulur. 147-ci paraqraf saxta pul nişanlarını satmanı, habelə
saxta pul nişanlarını satmağa cəhd etməni cinayət əməli kimi tanıyır. 149-cu paraqraf isə
pul nişanlarının saxtalaşdırılmasına hazırlığı cinayət hesab edir və həmin əmələ görə
məsuliyyət nəzərdə tutur.
İsveçrə Konfederasiyasının Cinayət Qanunvericiliyində (irəlidə - İS.K. CM)
pul nişanlarının saxtalaşdırılması ilə mübarizə aparmaq üçün bir neçə cinayət hüquq
norması müəyyən edilmişdir. Söhbət İS.K. CM-nin 240-244-cü maddələrində ifadə
olunan cinayət-hüquq normalarından gedir. Həmin Məcəllənin 240-cı maddəsi qəlb
(saxta) metal və kağız pullar və ya banknot hazırlamağı cinayət əməli hesab edir. Həmin
maddəyə görə qəlb kağız və metal pul və ya banknot hazırlayan (düzəldən) şəxs cinayət
məsuliyyətinə cəlb olunur və cəzalandırılır. İS.K. CM-nin 241-ci maddəsi pulların
saxtalaşdırılmasına görə məsuliyyət müəyyənləşdirir. Burada deyilir ki, metal və kağız
pulları və ya banknotları böyük nominala malik olan pul kimi dövriyyəyə buraxmaq
məqsədi ilə saxtalaşdıran şəxs cəzalandırılır.
104
S.O.Əliyev
İS.K. CM-nin 242-ci maddəsi saxta pulları dövriyyəyə buraxmağa, 243-cü
maddəsi pulun məzmununu qanunsuz azaltmağa, 244-cü maddəsi isə saxta pulları
daşımağa, əldə etməyə və ya saxlamağa görə məsuliyyət müəyyənləşdirir. Bu kimi
hərəkətlər (hazırlama, saxtalaşdırma, dövriyyəyə buraxma, daşıma, saxlama və s.) pul
nişanlarını saxtalaşdırmanın müstəqil formalarıdır.
İsveç Krallığının Cinayət Məcəlləsinin 14-cü fəsli “saxtalaşdırma ilə bağlı olan
cinayətələr haqqında” adlanır ki, həmin fəsil özündə 12 maddəni (1-12-ci maddələri)
birləşdirir. Bu maddələrdən ikisinin (1-ci və 2-ci maddələrin) vasitəsi ilə pulları
saxtalaşdırma cinayətinə görə məsuliyyət məsələsi həll olunur.
Fransa Respublikasında saxta pul hazırlama (pulları saxtalaşdırma) ictimai
inama qəsd edən əməllər sırasına aid olunur. Fransa Respublikasının Cinayət
Məcəlləsinin (irəlidə - FR CM) “saxta pullar haqqında” II fəsli pulların
saxtalaşdırılmasına görə məsuliyyət nəzərdə tutur ki, həmin fəslə bir neçə maddə (442-1
– 442-14-cü maddələr) daxildir. Bu maddələrdə pul və ya banknotların saxtalaşdırılması
ilə bağlı ictimai təhlükəli əməllər cinayət hesab edilir. Bu cinayətlərin predmeti qismində
pul çıxış edir.
FR CM-nin ayrıca bir fəsli (III fəsil) qiymətli kağızların saxtalaşdırılmasına
görə məsuliyyət nəzərdə tutur ki, həmin fəsil özündə 8 maddəni (443-1 – 443-8 ci
maddələri) birləşdirir. Həmin maddələrdə nəzərdə tutulan cinayətlərin (saxtalaşdırma
cinayətlərinin) predmeti qismində qiymətli kağızlar çıxış edir.
Polşa Respublikasının qüvvədə olan Cinayət Məcəlləsi pulların
saxtalaşdırılmasını təsərrüfat dövriyyəsi əleyhinə olan cinayətlər sırasına aid edir. Onun
310-cu maddəsi həmin növ cinayətlərlə mübarizəyə həsr edilmişdir. Ölkəmizin Cinayət
Qanunvericiliyi ilə müqayisədəd həmin cinayətin obyektiv tərəfi daha geniş hərəkətlərdə
ifadə olunur (qəlb pul hazırlama; yenidən pul düzəltmə; saxta pulu saxlama; saxta pulu
göndərmə; saxta pulun yerini dəyişmə; saxta pulu əldə etmə). Bu kimi hərəkətlər saxta
pulları dövriyyəyə buraxmaq məqsədi ilə edilməlidir.
İspaniya Respublikasının Cinayət Məcəlləsinin (irəlidə - İR CM) 386-cı
maddəsi də pulları saxtalaşdırma cinayətinin obyektiv tərəfini təşkil edən əməllərə daha
geniş hərəkətlər daxil edir. Belə ki, pulları saxtalaşdırma cinayəti aşağıdakı hərəkətlərlə
edilə bilər: 1) saxta pul hazırlama; 2) ölkəyə saxta pullar gətirmə; 3) saxta pulları satma;
4) saxta pulları qaçaqmalçılıqla məşğul olan və ya saxta pul hazırlayan başqa şəxslərlə
əlbir yayma; 4) satış məqsədi ilə saxta pulları əldə etmə; 5) dövriyyəyə buraxmaq
məqsədi ilə saxta pulları əldə etmə.
Göründüyü kimi İR CM-nin pulları saxtalaşdırma cinayətinin obyektiv tərəfini
xarakterizə edən əməllərə daha geniş dairəli hərəkətləri daxil edir. Bu da öz növbəsində
həmin cinayətlə daha effektiv mübarizə aparılmasını təmin edir.
Göründüyü kimi biz, bank fəaliyyəti əleyhinə törədilən ictimai təhlükəli əməllər
sırasına aid etdiyimiz cinayətlərə görə məsuliyyət müəyyənləşdirən xarici ölkə
Qanunvericiliyinə elmi tədqiqat konteksində diqqət yetirdik. Xarici ölkə
Qanunvericiliyinin təhlili göstərir ki, Qərb dövlətlərində qanunsuz kredit alma, kreditor
borclarını ödəməkdən qəsdən yayınma, saxta pul hazırlama və bank fəaliyyəti əleyhinə
törədilən digər cinayətlərlə mübarizə aparılmasına xüsusi əhəmiyyət verilir. Aparılan
mübarizənin hüquqi əsasını həmin dövlətlərdə qəbul edilmiş Cinayət Məcəllələri və digər
hüquqi aktlar təşkil edir ki, belə aktlar xarici ölkələrin Cinayət Qanunvericiliyinin əsasını
təşkil edir. Nəzərdən keçirdiyimiz xarici ölkələrin Qanunvericiliyinin demək olar ki,
105
S.O.Əliyev
hamısında bank fəaliyyəti əleyhinə törədilən ictimai təhlükəli əməllər haqqında məsələ
müxtəlif anlayışların (məsələn, dələduzluq, müflisləşmə və digər anlayışların) tətbiq
olunması ilə həll edilir. Lakin buna baxmayaraq, xarici ölkələrin Qanunvericilik təcrübəsi
Azərbaycan Respublikasının hüquqyaratma subyektləri tərəfindən nəzərə alınmalı, ona
diqqət yetirilməlidir. Zənn edirik ki, bunun ölkəmizdə bank fəaliyyəti əleyhinə törədilən
ictimai təhlükəli əməllərlə aparılan mübarizə məsələsində yalnız əhəmiyyəti ola bilər.
ƏDƏBİYYAT SİYAHISI:
1.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı: Hüquq nəşriyyatı, 2014;
2.
Cinayət Qanunları Külliyyatı 1920-2000-ci illər. Hüquq yayın evi: 2014;
3.
Щербаков, Александр Васильевич "Уголовно-правовые проблемы борьбы с
преступлениями в банковской сфере", М: 2003 г, диссертасия;
4.
Уголовное право России. Часть особенная. Учебник/ отв. ред. Л.Л.Кругликов.
М.: Проспект, 2013;
5.
Уголовное право России. Часть общая и особенная. Учебник / Под ред.
А.И.Рарога. М.: Проспект, 2008;
6.
Уголовное право зарубежных стран. Общая часть / Под ред. И.Д. Козочкина.
М.: Омега-Л, 2003;
7.
Уголовное право в ХХI веке. М.: Лекс-Эст, 2002;
8.
Уголовное законодательство зарубежных стран / Под ред. И.Д.Козочкина. М.:
Зерцало, 1998;
9.
Трикоз Е.Н. Практикум международное уголовное право. М.: Норма, 2007;
10.
Тынель А. Функ Я., Хвалей В., Курс международного торгового права.
Учебник. Минск: Амалфея, 2000.
КРИМИНАЛЬНО-ПРАВОВЫЕ АСПЕКТЫ БОРЬБЫ С ПРЕСТУПЛЕНИЯМИ
ПРОТИВ БАНКОВСКОЙ ДЕЯТЕЛЬНОСТИ В ЗАПАДНЫХ СТРАНАХ
РЕЗЮМЕ
Будучи субъектом предпринимательства банк является важным средством в
развитии постоянно изменяющейся развивающейся и параллельно с этим развитием
экономики, требующей размещения и приспособления в правовой системе.
Современный банк, занимаясь многосторонней деятельностью характеризуется
значительным денежным оборотом и финансируя различные области экономики
создает основу для экономического прогресса.
Борьба с преступлениями, посягающими на денежный и финансовый оборот,
а также экономических отношений, связанных с банковской деятельностью, иными
словами на финансово-кредитную сферу (финансово-кредитный сектор экономики)
считается одной из актуальных задач уголовного права. В период, когда банковская
деятельность получила широкий размах и уделения особого внимания этой
деятельности очень насущным является проведение научных исследований
106
S.O.Əliyev
уголовно-правовых аспектов регулирования этой деятельности и внесения
предложений по этому поводу.
В этом значении в статье на передний план выставляется экономическая
важность банков для страны, затрагиваются особенности преступлений,
совершенных против банков, кратко анализируются уголовно-правовые нормы,
предусмотренные за такие преступления.
CRIMINAL AND LEGAL ASPECTS OF FIGHTING TOWARDS CRIMINAL
ACTS COMMITED AGAINST BANKING ACTIVITY IN WESTERN
COUNTRIES
RESUME
Bank, being an entrepreneurial entity, in line with current and international
conditions, is an important means in development of continually changing and developing
economy which requires renovation, adaptation in legal system in parallel with this
development. The modern bank, with its multilateral operation, is characterized by huge
money turnover and provides basis for economic progress by financing various fields of
economy.
One of the most actual duties of criminal law is to combat against the crimes which
offend the economic relations related to money and financial turnover, as well as bank
operation, in other words, the financial-credit sphere (financial-credit sector of economy).
In the period in which banking operations are widespread and special attention is focused
on these operations, it is crucial to conduct scientific researches on criminal-legal aspects
of regulation of this type of operations and to make offers thereon.
In this context, the submitted article brings into foreground the economic
importance of banks for the country, touches upon the features of crimes perpetrated
against banks, and briefly reviews the criminal-legal standards for such crimes.
90
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
2015 - № 41
DEMOKRATİK DÖVLƏT QURUCULUĞU PROSESİNDƏ
MƏTBUATIN YERİ VƏ ROLU
V.G.Rəhimzadə
AMEA Naxçıvan bölməsi
Naxçıvan AZ7000, Heydər Əliyev prospekti 76
e-mail: ikisahil@mail.ru
Açar sözlər: demokratiya, plüralizm, söz və fikir azadlığı, konstitusiya, hakimiyyət, mətbuat, hüqu-
qi dövlət
Keywords: democracy, pluralism, freedom of thought and speech, constitution, power, press, lawful
state
Ключевые слова: демократия , плюрализм, свобода мысли и слова, конституция, власть,
пресса, правовое государство
Demokratik prinsiplər, plüralist dəyərlər statik vəziyyətdə qalan anlayışlar
olmayıb, daim təkmilləşməyə və yeniliyə meyillidir. Azərbaycanda qərarlaşan demokratik
dəyərlər də davamlı təkmilləşərək, yeni keyfiyyətdə təzahür edir. Əsas odur ki, demokratik
dəyərlərin təşəkkülü və təkmilləşməsi üçün kifayət qədər əlverişli mühit yaradılmışdır.
Demokratik dövlət quruculuğu ölkədə sivil dəyərlərin geniş tətbiqini ilk sıraya
çıxarmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın gələcək
inkişafının məhz demokratiyadan asılı olacağı, dövlət quruculuğunda bu mühüm dəyərə
xüsusi diqqət yetiriləcəyini vurğulamışdır: “Azərbaycan demokratik dəyərlərə möhkəm
inanan ölkədir. Demokratiyanın inkişafına tam sadiqdir. Biz başa düşürük ki, cəmiyyətin
demokratikləşməsi həyata keçmədən nəzərdə tutduğumuz iri iqtisadi layihələr uğurlu ola
bilməz” [1, s.37-38].
Avropa məkanına intensiv inteqrasiya olunan Azərbaycanda insan haqlarının
qorunması sahəsindəki vəziyyəti məncə iki mərhələyə bölmək olar. Birinci mərhələdə
insan hüquqlarının qorunması ölkədəki hərc-mərclik ilə əlaqədar yox dərəcəsində idi.
Əksinə, dövlət müstəqilliyinin ilkin mərhələsində insan hüquqları kütləvi şəkildə pozulur,
onların bu və ya başqa fəaliyyət imkanları, hər cür təşəbbüsləri məhdudlaşdırılırdı.
Ölkənin dünya birliyinə inteqrasiyası sürətləndikcə insan hüquqlarının qorunmasına olan
zərurət daha da artırdı. Belə ki, demokratik idarəçiliyə əsaslanan dövlətlərlə əməkdaşlıq
demokratik dəyərlərə hörmətlə yanaşmağı labüd edirdi.
1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə respublika rəhbərliyinə
ümummilli lider Heydər Əliyevin qayıdışı dövlətçiliyin qorunub saxlanılmasını və
möhkəmləndirilməsini, demokratik prinsiplərə riayət edilməsini təmin etdi. Bunun da
nəticəsində insan hüquqlarının qorunması dövlət səviyyəsində yerinə yetirilməyə başlandı.
Bu artıq ikinci və mühüm mərhələnin başlanğıcı idi.
Dövlət quruculuğu, demokratikləşmə prosesi ilk növbədə insanların düşüncə tər-
zində, təfəkküründə yeniləşməni zəruri edir. Bu ondan irəli gəlir ki, demokratiya hər
şeydən əvvəl düşüncə tərzidir. İnsanlar fikrən, ruhən bunu qəbul etməyə hazır olmadıqca
demokratikləşmədən, dünyəvi, hüquqi dövlət quruculuğundan söhbət gedə bilməz.
Təsadüfi deyil ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin ilkin mərhələsində
91
V.G.Rəhimzadə
insanlarda anarxizm, xaosa aludəlik meyli güclənmişdi ki, bu da demokratik təsisatların
formalaşdırılması prosesini ləngidir, hüquqi dövlət qurmaq işində baryerlər yaradırdı.
Əlbəttə ki, demokratik inkişaf elə bir prosesdir ki, onu birdən-birə, xüsusi
göstəricilərlə formalaşdırmaq olmur. Heç Avropanın özü də indiki demokratik dəyərlərə
birdən-birə çatmamışdır. Böyük publisist Ü.Hacıbəyli hələ ötən əsrin əvvəllərində yazırdı:
“Avropanın xarici politikası, ya bizim qonşumuz ermənilərin politikası – birdir. Ermənilər
öz qonşularının tərəqqisini istəmədiyi kimi, Avropa dəxi qonşusu Asiyanın və Afrikanın…
münbit yerlərini ona buraxmasını arzu ediyor» (7, s.125). Bu səviyyədən indiki
demokratik dəyərlərə çatan Avropanın tarixi inkişaf yolunda insan hüquq və
azadlıqlarından keçmişdir.
Bu mənada, ictimai şüurun yeniliklərə hazır olmadığı cəmiyyətdə modernləşmə
prosesində ətalət, hadisələrin axarında kortəbii iştirak tendensiyası hökm sürürdü.
Şübhəsiz ki, belə situasiyada – demokratik ənənələrin, demokratik təfəkkürün olmadığı
şəraitdə – demokratiyadan, onun reallaşmasından danışmaq yersiz olardı. Cəmiyyət
həyatında müşayiət olunan inkişaf rüşeymləri intişar tapdıqca insanların şüurlarında
tərpəniş, irəliyə doğru hərəkət baş verdi ki, bu da öz növbəsində yeni təfəkkür tərzinin
formalaşmasına zəmin yaratdı. İnsanların siyasi şüuru gerçək hadisələri daha doğru
qiymətləndirdikcə onların reallaşan dəyişikliklərə adaptasiyası prosesi də sürətlənmiş
oldu. Lakin bu proses heç də öz-özünə baş vermədi. Ölkədə demokratik dəyərlərin
formalaşması üçün möhkəm iradəli, siyasi təcrübəli, xalqı və dünyanın dəyişən
proseslərini duyub təhlil edən, bu təhlillərin nəticəsini ölkəyə tətbiq edən lider lazım idi.
Xalqımız o çətin günlərdə özünün Heydər Əliyev kimi liderini sığındı. Ümummilli lider
ölkədə demokratik dəyərlərin, insan hüquqlarının formalaşdırılması üçün ilk növbədə
Azərbaycan Respublikasının Konstitusiyasını ümumxalq müzakirəsinə çıxardı. Böyük
miqyaslı ümumxalq müzakirəsindən keçən bu Konstitusiya insan hüquq və azadlıqları
haqqında Heydər Əliyevin möhtəşəm əsəri idi.
Demokratik dövlət quruculuğu prosesində Konstitusiyanın yerini, insanların siyasi
şüurunun pozitiv rolunu başa düşmək üçün son illərin xronikasına nəzər salmaq kifayətdir.
Siyasi həyatın insan tərəfindən qavranılmasını ehtiva edən siyasi şüur baş verən hadisə və
proseslərə həlledici təsir göstərmək imkanındadır. Belə ki, siyasətin subyekti olan insanlar
siyasi proseslərə özləri istiqamət verirlər. Buna görə də demokratikləşmə prosesinin tərkib
hissəsi kimi ictimai şüurun, onun tərkib hissəsi olan siyasi şüurun inkişaf səviyyəsi,
cəmiyyətin yeni dəyərləri qəbul etməsi mühüm səciyyə daşıyır. Demokratik dövlət
quruculuğu zamanı siyasi şüurda dövlətçilik ruhunun və şüurunun təşəkkül tapması
məqsədin daha dinamik və pozitiv şəkildə reallaşmasına təkan verir.
Bu mənada, hakimiyyətin mənbəyi xalqdır və xalqın hakimiyyəti formalaşdırması
seçkilər vasitəsilə reallaşır. Hər bir demokratik ölkənin xüsusi dəyərlər sisteminə daxil
olan bu demokratik prinsip Azərbaycan Respublikası Konstitusiyasında xüsusi maddə ilə
təsbit olunmuşdur: “Azərbaycan Respublikasında hakimiyyətin yeganə mənbəyi
Azərbaycan xalqıdır” [6, səh. 4].
Konstitusiyanın dövlət orqanlarına seçmək və seçilmək haqqı verən bu maddəsi
dövlət hakimiyyətinin vətəndaşların nəzarətində saxlanılmasına hüquqi şərait yaradır. De-
mokratik dəyərlərin yüksək tutulduğu dövlətlərdə reallaşan hakimiyyətin xalqdan asılılığı
prinsipinin Azərbaycanda da özünə dayaq tapmasında Konstitusiyanın həmin maddəsinin
müstəsna əhəmiyyəti var.
92
V.G.Rəhimzadə
Bütün mahiyyətində demokratik prinsiplərə söykənən Azərbaycan Respublikası
Konstitusiyası Azərbaycan vətəndaşının fikir və söz azadlığını təsbit edərək ona hüquqi
status vermişdir: Maddə 47.1 “Hər kəsin fikir və söz azadlığı vardır” [6, s.16]. Əslində bu
maddə söz və fikir azadlığının təminatçısı olan mətbuatın da müstəqilliyini, azadlığını
təsbit edir.
Konstitusiyada təsbit olunmuş fikir və söz azadlığı hüququ dövlətin və xalq
hakimiyyətinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu hüququn
gerçəkləşməsi plüralist dəyərlərin inkişafı üçün katalizator rolu oynayır. Məsələ bundadır
ki, demokratik cəmiyyətlərdə fikir və söz azadlığı şəxsiyyətin sosiallaşması prosesində
başlıca meyar sayılır. Öz rəyi, məsələlərə yanaşma tərzi olan insanlar sivil qaydaları
yarada bilən, onun inkişafına təkan verən şəxsiyyət kimi qəbul olunurlar. Vətəndaş
cəmiyyətinin, hüquqi dövlətin ali məqsədinin həm də azad insan yetişdirmək olduğunu
nəzərə alsaq, fikir və söz azadlığının demokratikləşmə prosesi üçün əhəmiyyəti daha aydın
görünər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir ki, demokratik
cəmiyyətin qurulması işində azad medianın xüsusi rolu vardır: “Azərbaycanda söz
azadlığı, mətbuat azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan
azadlığı təmin edilib. Hesab edirəm ki, bizim gündəlik həyatımız dediklərimi təsdiq edir.
Azərbaycan o ölkələrdəndir ki, azad internet mövcuddur və internet istifadəçilərinin sayı
70 faizdən çoxdur. Heç bir məhdudiyyət yoxdur. Yüzlərlə mətbuat orqanı fəaliyyət
göstərir. Bir sözlə, medianın inkişafı ilə bağlı dövlət tərəfindən yalnız dəstək göstərilir”
[2].
İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatı haqqında Konstitusiya
maddəsi, yuxarıda deyilənlərin davamı kimi, dövlətçiliyin demokratik əsaslar üzərində
təşəkkül tapması və inkişafında əhəmiyyətli hadisədir. Məsələ bundadır ki, uzun illər
ərzində totalitar idarə maşını insanların hüquq və azadlıqlarını deklorativ görüntüyə
çevirməklə, reallıqda cəza maşınına rəvac vermişdi. Bu halda insanlar nəinki öz haqlarına
sahib çıxa bilmir, habelə, dövlətin əlində kölə vəziyyətinə düşürdülər. Belə mühitdə
yetişən insanlarda dövlətçilik təfəkküründən söhbət açmaq yersiz görünərdi.
Konstitusiyada fikir və söz azadlığının, insan və vətəndaş hüquq və azadlıqlarının təsbit
olunması insanların şəxsiyyət kimi yetişməsində çox böyük əhəmiyyət kəsb edir və
dövlətçilik baxımından vacib səciyyə daşıyır. Azərbaycan Respublikası Konstitusiyası
ölkəmizdə mətbuatın hüquqi bazasının yaradılması işində də əsas mənbə olmuşdur.
Bundan irəli gələrək, Azərbaycanın demokratik inkişafı prosesində mətbuatın
xüsusi rolu və çəkisi önə çəkilmişdir. Belə ki, ümummilli lider Heydər Əliyevin misilsiz
səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda
süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in
maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi.
Vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan
Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı bir sıra
beynəlxalq konvensiya və sazişlərə qoşuldu. Müstəqil kütləvi informasiya vasitələrinin
təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradıldı. Bu
hüquqi baza isə informasiya azadlığına təminat verən, mətbuat da daxil olmaqla KİV-də
dövlət senzurasının aradan qaldırılması prinsipini təsbit edən Azərbaycan Respublikasının
Konstitusiyasına söykənir.
93
V.G.Rəhimzadə
Tarix elmləri doktoru, professor Əli Həsənov qeyd edir ki, mətbuat-dövlət
münasibətlərində mütərəqqi ənənələrin əsasının qoyulması və inkişaf etdirilməsi
ümummilli liderin Azərbaycan mediası və cəmiyyəti qarşısında mühüm xidmətlərindən
biridir [5].
Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında söz,
fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust
1998-ci il tarixli fərmanı KİV-in sərbəst inkişafı,cəmiyyətin dinamik şəkildə
demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin
həyata keçirilməsində mühüm addım oldu [8]. Bu fərmanla Nazirlər Kabineti yanında
mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərinin Mühafizəsi Baş
İdarəsi ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman
və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il
tarixli sərəncam qüvvədən düşmüş hesab edildi. Həmçinin, 1998-ci ildə senzuranın ləğvi
müstəqil mətbuatımızın ictimai fikrə təsir edən və “dördüncü hakimiyyət” funksiyasını
həyata keçirən real gücə çevrildi. Məhz, bundan sonra mətbuatımızın azad cəmiyyətin və
demokratik ölkənin formalaşdırılmasında rolu ortaya çıxdı, hərtərəfli şəkildə dövlət
qayğısı ilə əhatələnən mediamız həmin dövrdə tranzitar dövlət kimi müstəqil
Azərbaycanın atributuna çevrildi. Mətbuata dövlət nəzarəti olan senzuranın aradan
qaldırılmasından sonra beynəlxalq standartlara cavab verən «Kütləvi informasiya
vasitələri haqqında», «Məlumat azadlığı haqqında» və s. qanunlar qəbul edildi, KİV-in
təsis edilməsi və fəaliyyəti üçün qanunvericiliyin təkmilləşdirilməsi, optimal hüquqi
mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı.
Belə ki, 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Qanun qəbul
edildi. Bu müasir Azərbaycan reallıqlarını dolğun əks etdirən, KİV-in istehsalı və
yayımının bütün məsələlərini demokratik şəkildə tənzimləyən hüquqi sənəddir.
2000-ci il martın 6-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "2000-
2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması
üzrə tədbirlər proqramı" təsdiq olundu. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin
11 may 2002-ci il tarixli ««Kütləvi informasiya vasitələri haqqında Qanuna əlavə və
dəyişikliklər edilməsi haqqında» fərmanı ilə bir daha ölkəmizdə KİV sahəsində dövlət
siyasəti xalqın maariflənməsində, ümumbəşəri ideyaların təbliğində, vətəndaş cəmiyyəti
quruculuğunda KİV-in qüdrətli vasitəyə çevrilməsinə, demokratiya, aşkarlıq və ədalətin
təntənəsinə xidmət etməyə yönəldildi [8].
Fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyev qeyd edir ki, Azərbaycanda
azad kütləvi informasiya vasitələrinin yaranması hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğunun əsas şərtlərindən biri kimi qəbul olunmuşdur və daim dövlətin diqqət
mərkəzindədir: “Ümummilli lider Heydər Əliyev söz və məlumat azadlığını, KİV-lərin
müstəqilliyini demokratik cəmiyyət quruculuğunun vacib şərti hesab edirdi. İstər
Azərbaycana rəhbərliyinin sovet dövründə, istərsə də müstəqil dövlətimizə başçılıq etdiyi
illərdə Heydər Əliyev jurnalistikanın inkişafına, KİV-lərin maddi-texniki bazasının,
yaradıcılıq imkanlarının genişlənməsinə xüsusi diqqət və qayğı göstərmiş, dövlət
quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, azərbaycançılıq ideyalarının,
milli-mənəvi dəyərlərin təbliğində medianın roluna böyük əhəmiyyət verirdi” [3].
Prezident İlham Əliyevin 2003-cü ildə dövlət başçısı seçilməsindən sonra Azərbay
-
can mətbuatı keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəldi. 2005-ci ildə «Əməkdar
jurnalist» adı bərpa olundu, «Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında»,
94
V.G.Rəhimzadə
«Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında», «Kütləvi informasiya
vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında» sərəncamlar imzalandı, həmçinin
milli mətbuatımızın yaranma tarixinin ardıcıl şəkildə qeyd olunması davam etdirildi,
2008-cu ildə KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyası təsdiq edildi və bir il sonra
müstəqil mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu yaradıldı. Bu Azərbaycanın mətbuat tarixində çox böyük hadisə idi. Eyni
zamanda, dünyada ilk dəfə olaraq, Azərbaycanda jurnalistlərin mənzil problemi həll
edildi, 2010-cu ildə jurnalist şəhərciyinin salınması üçün maliyyə vəsaiti ayrıldı və
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə 17 mərtəbədən və iki
girişdən ibarət olan müasir üslubda inşa olunmuş və tam təmirli binanın 2013-cü ilin 22
iyul tarixində rəsmi açılış mərasimi keçirildi və 156 mənsildən ibarət bina jurnalistlərin
ixtiyarına verildi. Eyni zamanda 3 girişli 17 mərtəbəli 255 mənzildən ibarət yeni binanın
inşa edilməsi üçün növbəti sərəncam imzalandı və bu binanın təməlqoyma mərasimi
keçirildi. Bütün bunları nəzərə alaraq mətbuat işçiləri, Azərbaycanın mətbuat tarixinə qızıl
hərflərlə yazılmış addımların atılmasının təşəbbüskarı olan Prezident İlham Əliyevi iki
dəfə “Jurnalistlərin dostu” seçdi.
Tarix elmləri doktoru, professor Əli Həsənov qeyd edir ki, müstəqil medianın
inkişafına xidmət edən yeni qanunların qəbul edilməsi, mətbuat orqanlarının
"Azərbaycan" nəşriyyatına borclarının silinməsi, hər beş ildən bir milli mətbuatın,
televiziya və radionun yubileylərinin ölkə səviyyəsində qeyd edilməsi, KİV
əməkdaşlarının dövlət mükafatlarına və fəxri adlara layiq görülməsi, redaksiyalara birbaşa
maliyyə yardımının göstərilməsi və s. 2003-cü ildən sonrakı dövrdə həyata keçirilmiş
rəsmi tədbirlərin qısa siyahısıdır. Prezident İlham Əliyev Azərbaycanda mətbuata dövlət
dəstəyini yüksək səviyyəyə qaldıraraq rəsmiləşdirmiş və şəffaflaşdırmışdır: "İlham
Əliyevin prezidentliyi dövründə dövlətin media siyasətinin başlıca məqsədi güclü,
müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə
sədaqət nümayiş etdirən, milli maraqların təəssübünü çəkən medianın formalaşması və
inkişafı olmuşdur. Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı fərman və sərəncamlar,
xüsusilə 2008-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" məhz bu məqsədlərin həyata
keçirilməsinə xidmət etmişdir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2009-cu ildə
yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərin maddi-texniki bazasının,
jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir.
Fəaliyyət göstərdiyi 5 il ərzində dövlət büdcəsindən Fonda ayrılmış vəsaitin həcmi 17
milyon manatı keçmişdir" [5].
Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının, maliyyə kütləsinin 80-90
faizini özündə cəmləşdirən Azərbaycanda reallaşdırılmış iqtisadi və siyasi reformalar
insanların hüquq və azadlıqlarının təmin edilməsinə, sosial rifah halının yüksəlməsinə
səbəb olduğu kimi, demokratik tranziti də labüdləşdirir. Azərbaycanda dövlət
quruculuğunun ümumi inkişaf xətti barədə fəlsəfə elmləri doktoru, akademik Ramiz
Mehdiyev yazır: “XXI əsrin astanasında müstəqillik əldə etmiş Azərbaycan xalqı böyük
tarixə və zəngin ənənələrə malik olan dövlətçiliyini bərpa etmək, milli-mənəvi dəyərlərə
söykənən və ümumbəşəri ideallardan qidalanan məfkurəsini, öz milli ideologiyasını
formalaşdırmaq, azad iqtisadi münasibətlərə əsaslanan, demokratik prinsipləri ehtiva və
95
V.G.Rəhimzadə
tətbiq edən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyir” (4,
s.67).
Eyni zamanda, Azərbaycanda dövlətçiliyin demokratik əsaslar üzərində
qurulmasının vətəndaşlardan da asılı olduğunu nəzərə alsaq, hazırki mərhələdə hər bir
fərdin məsuliyyətinin nə qədər böyük olduğu haqda dolğun təsəvvür yaranar. Bütövlükdə
dövlət qurmaq, demokratik dəyərlər formalaşdırmaq bir təbəqənin, yaxud bir dairənin
imkanları xaricindədir. Belə miqyaslı proseslər yalnız geniş insan kütlələrinin iştirakı ilə
reallaşır. Buna görə də, hər bir fərddən yeniliklərə dözümlü, təşəbbüskar yanaşmaqla
birgə, onların möhkəmlənməsinə səy göstərməsi də lazım gəlir. Fərdlərin keçid dövrünə
psixoloji adaptasiyası prosesi o qədər də asan iş deyil. “Problem ondadır ki, insanın
radikal şəkildə dəyişilmiş real şəraitə adaptasiya imkanları hüdudsuz deyil. Burada insanın
fiziki və psixoloji imkanları ilə bağlı olan həddin varlığını inkar etmək olmaz. Bu həddin
pozulması əks proseslərin yaranmasına səbəb olar” (9, s.212).
Beləliklə də, artıq bu mərhələdə medianın gücləndirilməsi və nəhayət, demokratik
dəyərlərin cəmiyyətdə oturuşmasına nail olmaq hədəfi reallaşdırılır.
Dostları ilə paylaş: |