Ədəbiyyat
1. İlham Əliyev: İqtibaslar və təhlil. Bakı, “Azərbaycan” nəşriyyatı, 2006, s.328
2. www.azertag.az/node/1163550
3. R.Mehdiyev. Azərbaycanın efir məkanı: problemlər və vəzifələr. "Azərbaycan" qəzeti,
2009, s.3-6
4. R.Mehdiyev. “Azərbaycanda siyasət: dünən, bu gün və sabah”. “Dirçəliş. XXI əsr”.
2002, № 50, s.44-69
5. www.azertag.az/node/1254949
6. “Azərbaycan Respublikası Konstitusiyası”. Bakı, «Qanun» nəşriyyatı, 2008, s.64
7. Ü.Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bakı, «Elm» nəşriyyatı, 2009,
s.300
8. www.e-qanun.az
9. Z.Ağayeva. Qloballaşma və mənəvi həyat. “Qloballaşma və Azərbaycan. Respublika
elmi-praktik konfransının materialları”. Bakı, Adiloğlu. 2002, s.212-218
THE PLACE AND THE ROLE OF MASS MEDIA
IN DEMOCRATIC STATE-BUILDING PROCESS
V.G.Rahimzadeh
SUMMARY
State-building and democratization process urge, first of all, new public mentality.
It comes from that the democracy, first of all, is a way of thinking. Until people are not
ready to accept this in mind and heart, we cannot talk about democratic, secular and lawful
state-building.
96
V.G.Rəhimzadə
The special role and importance of media was put in the forefront during the
process of democratization in Azerbaijan. Thanks to the unprecedented efforts by the
national leader Heydar Aliyev, necessary measures have been taken to ensure the freedom
and further development of press, to eliminate artificial barriers and improve the relevant
legislative framework.
МЕСТО И РОЛЬ СМИ В ДЕМОКРАТИЧЕСКОМ ПРОЦЕССЕ
ГОСУДАРСТВЕННОГО СТРОИТЕЛЬСТВА
В.Г.Рагимзаде
РЕЗЮМЕ
Государственное строительство и процесс демократизации в первую очередь
требуют обновления в образе мышления людей. Это происходит из-за того, что
демократия в первую очередь является образом мышления. Пока люди не будут
готовы принять это умом и сердцем, мы не сможем говорить о демократическом,
светском и правовом государственном строительстве.
Особая роль и значение средств массовой информации были выдвинуты на
первый план в ходе процесса демократического развития в Азербайджане.
Благодаря беспрецедентным усилиям общенационального лидера Гейдара Алиева,
были приняты меры для свободной деятельности и развития прессы, устранения
искусственных препятствий и совершенствования соответствующей законодатель-
ной базы.
84
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
2015 - № 41
MÜASİR İNGİLİS DİLİNDƏ SÖZDÜZƏLDİCİ ŞƏKİLÇİLƏR
G.R.Məmmədova
Odlar Yurdu Universiteti
e-mail: rafael_mextiyev@mail.ru
Açar sözlər: bağlayıcı, quruluş, prefiks, suffiks, söz düzəltmə, mürəkkəb isimlər
Keywords: conjunction, structure, prefix, suffix, word formation, compound nouns
Ключевые слова: союз, структура, префикс, суффикс, словообразование, сложные существи-
тельные
Hər bir sözün yaranması müəyyən ehtiyacdan doğur. Ünsiyyətin müəyyən şəraitə
baglı ehtiyacından yaranan söz sonra bütün dil başlayıcıları üçün zərurətə cevrilir. Əslində
dilin lüğət fonduna daxil olunmuş sözün hər birinin etimologiyasına gedib çıxmaq olar,
amma bu xüsusi elm sahəsi olan etimologiyanın mövzusudur.
Adətən etimon axtarışı ulu dilə gedib cıxır, bəzən də başqa dillərlə qarşılıqlı tarixi
əlaqənin aşkar olunmasını tələb edir (F.Yadigar, “German dilçiliyinə giriş”, s.108).
German dillərində sözün strukturu, onun morfem quruluşu çox mürəkkəbdir.
Düzəltmə sözlər bir leksik morfemdən və bir və bir ya bir neçə sözdüzəldici
morfemdən ibarət ola bilər. Araya sözdüzəldici morfem də girə bilər. Leksik morfem həm
də morfoloji funksiya yerinə yetirə bilər, yəni bir sözdən başqa söz düzəldə bilər. Bu
sözdüzəldici morfemləri affiks adı altında birləşdirirlər və buraya prefiks və suffikslər
daxildir.
İngilis dilində söz heç bir şəkilçi qəbul etmədən bir nitq hissəsindən başqasına keçə
bilər. Buna konversiya deyilir. Məsələn : to look - a look, to work - a work, to mind - a
mind, to bridge - a bridge və s.
Son dövrlərdə elmi-nəzəri ədəbiyyatda mürəkkəb sözlərlə bağlı diqqəti çəkən
məsələlərdən biri də ani yaranan sözlərin dilin lüğət tərkibinə möhkəm daxil olması və
digər sözlərlə tam hüquqla işlənə bilməsidir.
Dilin lüğət tərkibinin zənginləşməsinin birinci və əsas mənbəyini dilin daxili vəsaiti
təşkil edir. Bu mənbədən danışarkən:
a)
leksik yolla,
b) morfoloji yolla,
c) sintaktik yolla,
ç) kalka (yamsılama) yolu ilə yaranan sözlər nəzərə alınır.
Biz əsasən leksik və morfoloji yollara nəzər salacaq və onları izah etməyə çalışaca-
ğıq.
1.
Leksik yolla yaranan sözlər
Ümumxalq danışıq dili və onun müxtəlif sözdüzəltmə vəsaiti (sözdüzəldici
şəkilçiləri və sözlərin birləşməsi) istər dilin tarixi inkişafı prosesində və istərsə də müasir
dildə yeni sözlərin yaranmasında əsas olmuşdur. Ümumxalq danışıq dilindən qidalanma-
85
G.R.Məmmədova
yan və onun hesabına zənginləşməyən hər hansı bir ədəbi dil nəticədə məhv ola bilər.
Dilin söz ehtiyatından istifadə etməklə yeni hadisə, anlayış və dəyişmələri ifadə etmək
üçün başlıca yol dildə tarixən mövcud olan sözdüzəltmə formalarına əsaslanıb, dilin tarixi
inkifaş qanunlarına uygun surətdə yeni sözlər yaratmaqdır.
Söz yaradıcılığında süniliyə yol vermək olmaz, çünki belə düzəltmə sözlərin ömrü
az olur.
Dildə onun öz materialı zəminində yaranan və lüğət tərkibini zənginləşməsinə
səbəb olan sözdüzəltmə qaydaları dilin daxili inkişaf qanunları ilə bağlıdır. Belə
sözdüzəltmə qaydaları müxtəlif istiqamətlərdə oyrənmək olar.
Hər bir nitq hissəsinə daxil olan söz qruplarının konkret məzmunu, qrammatik
forması,sintaktik quruluşu və bunların hər biri ilə əlaqədar olan sözdüzəltmə qayaları da
vardır.
2.
Morfoloji yolla yaranan sözlər
Dünya dillərində sözdüzəldici şəkilçilər: ön, orta və son olmaqla üç yerə bölünür.
Azərbaycan dilinin özünə məxsus sözdüzəldici şəkilçiləri yalnız son şəkilçilərdən
ibarətdirsə, ingilis dilində sözdüzəldici şəkilçilər həm ön, həm də son şəkilçilərdən
ibarətdir.
Yuxarıda qeyd etdiyimiz kimi dunya dilləri bir-biri ilə əlaqədə inkişaf etmiş və
etməkdədir. Həmin əlaqələr nəticəsində bu dillər qarşılıqlı surətdə bir-birinin lüğət
tərkibini zənginləşdirdiyi kimi, bu və ya başqa qrammatik formalar da bir dildən başqa bir
dilə keçə bilər.
Dilin lüğət tərkibinin zənginləşməsində sözdüzəldici şəkilçilərin rolu çox
böyukdür. Çünki şəkilçilər vasitəsilə bir sözdən bir çox yeni sözlər əmələ gətirmək
mümkündür. Bu da öz növbəsində dilin lüğət tərkibini zənginləşdirir. Sözdüzəldici
şəkilçilər bu və ya digər nitq hissəsinin sonuna artırıla bilər. Bu şəkıilçilər qoşulduğu
sözlərə təsir edərək bir nitq hissəsindən başqa bir nitq hissəsi də əmələ gətirir. Məsələn:
short – to shorten, deepen – to deepen, bright - to brighten və s.
3.
Sintaktik yolla yaranan sözlər
Dilin lüğət tərkibinin zənginləşməsində sözlərin yanaşdırilması və birləşdirilməsi-
nin də rolu az deyildir. Bu üsulla yaradılan sözlər müxtəlif mənşədən ola bilər. Dilin tarixi
inkişafinda sadə və ya düzəltmə sözlər müxtəlif üsullarla birləşərək bir çox mürəkkəb
sözlər əmələ gətirmişdir. Deməli,birləşən hər iki söz mənalarına görə qaynayib-qarışır,
qovuşma və ya birləşmə halında işlədildiyi zaman hər iki sözün əvvəlki mənaları əsasında
onlardan fərqli olaraq ümumiləşmiş, vahid yeni anlayış ifadə edir.
4. Kalka (yamsılama) yolu ilə yaradılan sözlər
Yeni söz və terminlərin yaradılmasında kalka üsulunu da müəyyən rolu var. Bu
üsulla yaranan sözlər dilin öz daxili materialı əsasında yaradılır. Buna görə də burada dilin
daxili inkişaf qanunları həlledici rol oynayır.
Bu və ya başqa dildə kalka yolu ilə yaradılan hər hansı bir sözün kök və şəkilçiləri
həmin sözün alındığı dilin kök və şəkilçilərinə uyğun gəlməlidir. Kalka üsulu ilə yaradılan
86
G.R.Məmmədova
sözlər həm morfoloji, həm də leksik yolla əmələ gəlir. İstər morfoloji və istərsə də
sintaktik yolla yaradılan yeni söz və terminlər dildə yeni anlayışları ifadə etməyə xidmət
edir.
Düzəltmə sözlərin içərisində şəkilçilərlə düzələn isimlər xüsusi əhəmiyyət kəsb
edir. Sözdə dəyişmə, əsasən məna ilə əlaqədardır. Sözün fonetik tərkibi dəyişməz
qalır,mənası təzələnir, yenidən yarana bilir.Fonetik tərkibi də sodifikasiya yolu ilə yeni
struktur əmələ gətirir.mənaya təsir edir. yeni məna yaradır. Struktura sözün ünsürləri ilə
əlaqədardır.
Sözün məna strukturu onun ifadə etdiyi əşya və ya məfhumla bağlıdır.
İsimlərin məna strukturunun məntiqi mənasını təyin etmək asandır, çünki onlar
mənaca daha konkretdir.
Sözün məna strukturu sabit deyildir. Onun dəyişməsi əsasən üç planda olur:
a) sözlərin məntiqi-əşyavi məzmununun dəyişməsi,
b) sözlərin leksik-qrammatik əlaqələrinin dəyişməsi,
c) leksik-semantik sistemdə sözlərin məna əlaqələrinin dəyişməsi.
Bunların strukturunda bir-birinə yaxınlıq olsa da, onlar mənalarına görə fərqlənir.
Söz öz daxili formasına görə üç struktur elementdən ibarətdir: fonoloji, morfoloji,
semantik.
Sözün məna strukturunda sözün leksik mənasını təşkil edən ayrı-ayrı elementler
ayrıla bilər. Çoxmənalı sözlərin müxtəlif məna elementləri-leksik semantik variantları bir
məna srtukturunda birləşir.
Hər bir dildə söz digər sözdən öz çoxmənalı olmasına və işlədilmə dərəcəsinə görə
seçilir. Ümumiyyətlə, daxili və xarici amillər dildə sözün çoxmənalı olmasına şərait
yaradır, mənanın dəyişməsinə səbəb olur. Mənanın dəyişməsini yalnız xarici amillərin
təsiri kimi izah etmək düzgün olmaz. Çoxmənalılıq dildə həm məntiqi, həm də dil amilləri
ilə əlaqədar yaranır. Yeni sözlər mövcud sözlərdən yaranır. Hər hansı bir söz yeni məfhum
ifadə etdiyi zaman öz əvvəlki mənasını da saxlayır. Əvvəlki forma yeni məfhumu ifadə
edən formaya çevrilir.
Sözlər cümlə daxilində leksik vahid kimi müxtəlif mənalarda işlədilir, müəyyən
qrammatik formalar qəbul edir və sintaktik funksiya daşıyır. Hər bir sözün leksik və
qrammatik mənaları var, həqiqi və məcazi mənalarda işlədilir.
Dil sisteminin müxtəlif hissələri bir-biri ilə qarşılıqlı şərtlənir və bir-birinə təsir
göstərir.
Tədqiqatçılar mənanın sözün adlandırdığı əşyaya, onun məfhumuna münasibətini
müxtəlif şəkildə dərk edirlər. Sözün əsas vəzifəsi əşyanı, hadisəni adlandırmaqdır. Ona
görə də leksik mənanı müəyyənləşdirərkən ancaq dil amilləri ilə məhdudlaşdırmaq olmaz.
Sözlərin müxtəlif affikslərlə birləşməsi mənanın vacib göstəricisidir. Bu birləşmə göstərici
olsa da, mənanın özü deyildir. Bu sözün mənası nəticəsində yaranır. Məna sözün daxili cə-
həti kimi onun strukturuna daxildir, sözün səslənməsi isə onun maddi əsası kimi çıxış edir.
Bu yalnız mənanı ifadə etmək üçün deyil, bu həm də mənanı çatdırma vasitəsidir.
Sözün leksik mənası sözlə əşya arasında fikri əlaqədir. Sözün leksik mənası onun bu
və ya digər məfhumu ifadə etməsidir. Leksik məna məfhumun bilavasitə ifadəçisidir.
Konkret məna sözün leksik mənası adlanır. Leksik məna sözün ilk və başlıca
mənasıdır. Leksik yolla lüğət tərkibinin zənginləşməsində və yeni sözlərin əmələ
gəlməsində mühüm yerlərdən birini söz kökünün öz müstəqilliyini itirərək sözdüzəldici
87
G.R.Məmmədova
(leksik və ya leksik-qrammatik, bəzən də qrammatik-leksik) şəkilçi ilə qarışıb, tərkib
hissələrilə ayrılmayan yeni bir söz əmələ gətirməsi prosesi tutur. Bu proses öz mahiyyəti
etibarilə bir tərəfdən sözdə səsin dəyişməsi prosesi ilə, digər tərəfdən morfoloji üsulla
sözlərin yaranması prosesi ilə əlaqədardır. Belə ki, bir tərəfdən hər hansı bir sözün burada
göstərilən prosesi keçirməsi üçün düzəltmə sözdən ibarət olması, digər tərəfdən isə söz
kökünün öz müstəqilliyini itirməsi və şəkilçi ilə qarışaraq tərkib hissələrinə ayrılmayan
yeni sözə çevrilməsi lazımdır ki, bu da sözdəki səslərin düşməsi və ya dəyişməsi ilə
meydana gəlir.
Məlumdur ki, türk dillərində söz kökü müəyyən bir məfhum ifadə edən leksik bir
vahid kimi özünü göstərir. Hər hansı bir söz kökünə şəkilçi artırılar yeni söz düzəldikdə də
söz kökü öz əsas məfhum ifadə etmək xüsusiyyətini itirmir və şəkil bütövlüyünün
mühafizə edir.
Söz köklərinin dəyişib-dəyişməməzliyi məsələsinə məhz bu nöqteyi-nəzərdən
yanaşıldıqda görür ki, onların ümumiyyətlə dəyişməməzliyi nəzəriyyəsi öz elmi zəmini
itirir. Dilimizin leksikasında təsadüf edilən bir çox faktlar sübut edir ki, bu dildə də söz
həmişə məfhumu müstəqil şəkildə leksik bir vahid kimi ifadə etmək qüvvəsində qalmış və
dəyişir. Bu hadisə əsas etibarilə düzəltmə sözlərdə baş verir.
Aqqlyuninativ dillərdə, o cümlədən Azərbaycan dilində özünü göstərməkdə olan
bu düzəltmə sözlər daxilində söz köklərinin dəyişməsi və artıq müstəqil leksik vahid kimi
lüğət tərkibində işlənməməsi hadisəsi həmin dillərin flektivləşmə hadisələrindən kənarda
qaldığını və bu müxtəlif sistemlər arasında da bir ümumi inkişaf xəttinin olduğunu
göstərir.
Azərbaycan dilində düzəltmə söz tərkibində olan söz köklərinin müstəqil bir leksik
vahid kimi çıxış etmək hüququnu itirməsi yeni leksik vahidlərin meydana çıxmasına
xidmət edir ki, bu da müasir dilimizdə leksik yolla sözlərin əmələ gəlməsi qaydalarından
birini yaradır.
Düzəltmə sözlərin bu yolla sadə sözlərə çevrilməsi hadisəsində düzəltmə sözü
əmələ gətirməyə xidmət edən ünsürlər (şəkilçilər) fonetik dəyişikliyə uğramır və əsas
etibarilə öz formasını mühafizə edir lakin şəkilçilər ayrılıqda hec bir müstəqil məna ifadə
etmək xüsusiyyətinə malik olmadığında sözün kökü dəyişildikdən sonra onların
dəyişilməməsi bu sözün düzəltmə söz kimi yaşamasını təmin edə bilir. Başqa sözlə desək,
düzəltmə sözlərin tərkibi formal cəhətdən kök və şəkilçidən ibarət olduğu halda, ona
düzəltmə söz hüququnu qazandıran və onu düzəltmə süz kimi təsbit edən şəkilçi deyil,
söz köküdür. Ona görə də sözdüzəltmə sözün tərkibində olan kök müstəqilliyini itirən
kimi o sadə sözə və şəkilçilər öz müstəqilliyini mühafizə etsə də, sözün fonetik tərkibini
təmsil edən adi səs ünsürlərinə çevrilir.
Morfoloji yolla sözlərin əmələ gəlmə prosesi Azərbaycan dilində olduğu kimi
ingilis dilində də lüğət tərkibində mühüm yer tutur. Bu proses öz mahiyyəti etibarilə
sintaktik yolla sözlərin əmələ gəlmə prosesinin müəyyən bir inkişaf dərəcəsini təşkil edir.
Leksik yolla sözlərin əmələ gəlmə prosesində, gördüyümüz kimi, morfoloji yolla
əmələ gələn sözlərin özləri də zaman keçdikcə sadə sözlərə çevrilir. Beləliklə, müasir
dildə sadə sözlərdən düzəltmə sözlər, sadə və düzəltmə sözlərdən mürəkkəb sözlər əmələ
gəlmişdir.
Bizim fikrimizcə, şəkilçilər xüsusilə söz yaradıcılığı prosesində iştirak edən
şəkilçilər, ancaq sözlərin əvvəlcə köməkçi söz yerinə keçməsi və sonra da şəkilçiləşməsi
88
G.R.Məmmədova
yolu ilə deyil, yeni zamanda mürəkkəb söz tərkibində olan sözlərdən birinin öz fonetik
tərkibini dəyişərək müstəqilliyini itirməsi yolu ilə əmələ gəlmişdir.
Beləliklə, qəti demək olar ki, morfoloji üsulla sözlərin əmələ gəlmə prosesi
sintaktik üsulla olan bu prosesin davamı olub, ondan törənmiş və ondan sonra meydana
gəlmişdir. Bununla belə morfoloji yolla sözlərin əmələ gəlmə prosesi məhdud bir dairədə
qalmamış, olduqca inkişaf etmişdir.
Məlum məsələdir ki, morfoloji yolla sözdüzəltmə prosesində əsas rol oynayan
abstrakt ünsürlərin şəkilçilərin ümumi cəhətlərini bilmədən, onların xüsusi cəhətlərini, hər
nitq hissəsi xas olan əlamətlərini və nəhayət, hər şəkilçinin spesifik xüsusiyyətlərini
bilmək qeyri mümkündür. Bunların ümumi cəhətlərini isə belə bir bölgüdə tədqiq etmək
olar:
1. Leksik və ya qrammatik əlamətlərinə görə,
2. Məhsuldarlığına və qeyri-məhsuldarlığına görə.
İkinci qrupa mənsub olan şəkilçilər müəyyən məfhum ifadə edən yeni leksik
vahidlər əmələ gətirməklə bərabər, bu vahidlərin başqa sözlərlə qrammatik əlaqəyə
girməsi tələbini də özündə əks etdirir.
Üçüncü qrupa mənsub olan şəkilçilər artırıldığı sözlərdən müəyyən qrammatik
kateqoriyaya mənsub məna bağları əmələ gətirdiyi kimi, eyni zamanda yeni bir məfhum
ifadə etməyə də meyl göstərir.
Dördüncü qrupa mənsub olan şəkilçilər artırdığı sözlərdə ancaq bu və ya digər
qrammatik kateqoriyanın funksiyasını yerinə yetirir. Qeyd etmək lazımdır ki, bu qruplara
mənsub şəkilçilərin ayrı-ayrı nitq hissələrindən özlərinə məxsus fərqlənmə cəhətləri və
qoşulduğu sözlərin semantikasından, bu sözlərin cümlə daxilində tutduğu yerindən asılı
olan xüsusiyyətləri vardır.
Leksik və leksik-qrammatik şəkilçilərdən bəziləri ancaq ismə və bəziləri ancaq felə
aid olduğu halda, bəzi şəkilçilər isim, sifət və saylara da aid ola bilir. Məsələn: frendship,
worker, singer sözlərindəki “ship”, “er” şəkilçiləri ancaq isimlərə aid olduğu halda,
delightful, motionless, marvellous, childish və s. sözlərdəki “ful, less, ous, ish” şəkilçiləri
ancaq sifətlərə aiddir.
Bundan əlavə, həmin şəkilçilərin bəzisi eyni nitq hissəsi daxilində yeni məfhum
ifadə edən söz yaradırsa, bəzisi bir nitq hissəsindən başqa nitq hissəsinin yaranmasına
xidmət edir.
Leksik və qrammatik xüsusiyyətlərə görə şəkilçilərin bu cür qruplaşması eyni
zamanda qrupa mənsub şəkilçilərin özlərinə məxsus məna cəhətləri, sözlərin semantikası
ilə olan münasibəti, nitq hissələrinə görə təsbiti və nəhayət, bu və ya digər qrupa mənsub
şəkilçilər arasındakı məna bağlılığı (birinin digərinə keçməsi) bir dil sistemi əmələ
gətirməkdə leksika ilə qrammatika arasında olan yaxınlığı və çox əlaqəni aydın göstərir.
Şəkilçilərin ümumi xüsusiyyətlərindən mühüm yer tutan əsas amillərdən biri
onların məhsuldar və ya qeyri-məhsuldarlığı məsələsidir.
Morfoloji yolla söz yaradıcılığı prosesində iştirak edən bütün şəkilçilər özlərinin
yeni söz yaratma bacarığına görə eyni deyildir. Bəzi şəkilçilər müxtəlif sözlərə artırılaraq,
bir çox yeni sözlər əmələ gətirdiyi kimi, bəzi şəkilçilər məhdud sözlərə artırılaraq az
miqdarda yeni sözlər əmələ gətirir. Odur ki, çox söz əmələ gətirə bilən şəkilçiləri
məhsuldar, az söz əmələ gətirən şəkilçiləri ilə qeyri-məhsuldar adlandırmaq olar.
Şəkilçilərin məhsuldar və ya qeyri-məhsuldarlığı hər şeydən əvvəl, onların mənşəyi və
qədimliyi ilə bağlı bir məsələdir.Güman etmək olar ki, məhsuldar şəkilçilər çoxmənalı
89
G.R.Məmmədova
(polisemantik) sözlərdən qeyri-məhsuldar şəkilçilər isə öz mənalı və təkmənalı
(monosemantik) sözlərdən törəmişdir. Aydındır ki, sözdən törəmiş olan hər hansı bir
şəkilçinin bu prosesi uzun əsrlər nəticəsində əmələ gəlmişdir. Ona görə də müasir ingilis
dilində işlədilən şəkilçilərin hansı sözdən, nə zaman törədiyini müəyyən etmək çətindir.
Məhsuldar şəkilçilər öz mənşəyi etibarı ilə qeyri-məhsuldar şəkilçilərə nisbətən
daha qədim tarixə malik olduğu üçün, dildə getdikcə geniş bir yaradıcılıq mühiti kəsb edə
bilmişdir. Qeyri-məhsuldar şəkilçilər oz söz yaradıcılığı dairəsinin dar və genişliyinə görə
müxtəlifdir. Buraya bir söz yaradan şəkilçilərdən başlamış bir sıra söz yarada bilən
şəkilçiləri daxil etmək olar. Qeyri-məhsuldar şəkilçilərin bəzisi başqa dillərdən keçmiş və
hələ dildə özünə möhkəm yer qazanmış şəkilçilər olduğu halda, bəziləri dilin özünə
məxsus olan şəkilçilərdir.
Şəkilçilərin leksik və qrammatik xüsusiyyətləri, eyni zamanda məhsuldar və qeyri-
məhsuldarlığı ilə əlaqədar olan mühüm məsələlərdən biri də onların məsələsidir.
Ədəbiyyat
1.
K.Hacıyev. Azərbaycan dilində xüsusi nitq hissələri. Bakı, 1999
2.
П.Aрбекова. Лексикология английского языка. Москва, 1940
3.
H.Marchant. “The categories and types of present day English Word Formation”.
Wiesbaden. 1960
PREFIXES AND SUFFIXES IN MODERN ENGLISH
G.R.Mamedova
SUMMARY
This article deals with the word formation in Azeri and English languages. A lot of
information is given about the role of prefixes and suffixes, their usage and especially
about their importance for the process of word formation and for enriching the
vocabulary system in the language.
ПРЕФИКСЫ И СУФФИКСЫ
В СОВРЕМЕННОМ АНГЛИЙСКОМ ЯЗЫКЕ
Г.Р.Мамедова
РЕЗЮМЕ
Cтатья посвящена проблемам словообразования в азербайджанском и
английском языках. Много информации представлено о роли префиксов и
суффиксов, а так же их использовании, и особенно их значении в словообразовании
и обогащении словарного запаса языка.
Dostları ilə paylaş: |