PEDAGOGICAL PREPARATION OF STUDENTS IN THE
SPECIALTY OF BIOLOGY TEACHER
R.R.Teymurova
SUMMARY
The article is dedicated to the pedagogical preparation of the students in the specialty of
biology teacher. In the pedagogical preparation of students, organization features of
practice and its importance is explained. Effective organization, opportunities and ways of
pedagogical preparation of students is given. Methodic recommendations on the solution
of the problem are followed.
70
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
2015 - № 41
BİOTEXNOLOGİYADA FERMENT VƏ GEN MÜHƏNDİSLİYİ
MÖVZULARININ TƏDRİSİNDƏ İNTEQRASİYA İMKANLARI
A.X.Səfərova
Odlar Yurdu Universitetinin II kurs magistrantı.
e-mail: ayten.84.safarova@gmail.com
Açar sözlər: biotexnologiya, ferment, gen, inteqrasiya, texniki mikrobiologiya,
enzimologiya, hüceyrə.
Ключевые слова: биотехнология, фермент, ген, интеграция, технической
микробиологии, ензимология, клетка.
Key words: biotechnology, ferments, gen, integration, technical microbiology,
enzymology, sitology
XXI
əsrdə bəşəriyyət qarşısında duran mühüm vəzifələrin – planet əhalisinin
maddi nemətlərlə təminatı, ekoloji böhranın aradan qaldırılması, enerji daşıyıcılarına olan
tələbatın ödənilməsi mühüm problemlərdir. Bu həyat əhəmiyyətli məsələlərin həllində
biotexnologiya elminin və sənayesinin rolu əvəzsizdir. Bakteriyaların, göbələklərin,
fermentlərin, bitki və heyvan hüceyrələrinin köməyi ilə faydalı məhsulların alınması
iqtisadi və ekoloji cəhətdən çox faydalıdır.
Ferment, gen və hüceyrə mühəndisliyi “Biotexnologiyanın əsasları” fənninin
mühüm bölmələrindəndir. Mürəkkəb, inteqrasiya etmiş və kompleks tədris fənni olan
biotexnologiya bir çox təbiət elmləri ilə əlaqəlidir. Tədrisin səmərə və keyfiyyətinin
yüksəldilməsində müasir təlim metodlarının və innovasiyaların, o cümlədən inteqrativ
təlim imkanlarından istifadənin əhəmiyyətli rolu vardır. Apardığımız tədqiqatlarda
aşağıdakı istiqamətlər öyrənilmişdir:
1.
ferment mühəndisliyinin tədrisində inteqrativ təlim imkanlarından istifadənin
əhəmiyyəti;
2.
gen mühəndisliyinin tədrisinin səmərə və keyfiyyətinin yüksəldilməsində
inteqrativ təlimin rolu;
3.
hüceyrə mühəndisliyinin tədrisi prosesində inteqrativ təlim prinsiplərindən istifadə
olunmasının istiqamətləri.
Biotexnologiyanın əsasları fənnində ferment mühəndisliyi bölməsində aşağıdakı
mövzular üzrə biliklərin öyrədilməsi tədris planına daxil edilmişdir:
1)
mikroorqanizmlərdə fermentlərin biosintezi;
2)
mikrob fermentlərinin alınması:
3)
produsent və onun becərilmə şəraitinin seçilməsi;
4)
mikroorqanizmlərin sənayedə becərilməsi;
71
A.X.Səfərova
5)
fermentlərin qida mühitindən ayrılması, təmizlənməsi və saxlanması;
6)
fermentlər sintez edən mikroorqanizmlər;
7)
fermentlərin tətbiqi;
8)
təbabətdə istifadə olunan fermentlər;
9)
immobilizə olunmuş fermentlər və onların tətbiqi;
10) fermentlərin fotoqrafiya və bioelektrokataliz proseslərində istifadə olunması.
Təqdim etdiyimiz məqalədə ferment mühəndisliyinin tədrisində biokimyanın
əsasları fənni ilə qarşılıqlı əlaqəli tədrisin bakalavr pilləsində tələbələrin elmi hazırlığına
təsiri araşdırılmışdır.
Biokimyanın əsasları kursunda isə bakalavr pilləsində tələbələrə aşağıdakı
mövzular üzrə biliklərin verilməsi nəzərdə tutulmuşdur.
1)
fermentlər, fermentlərin və kimyəvi katalizatorların ümumi və spesifik
xüsusiyyətləri;
2)
fermentlərin nomenklaturası və təsnifatı;
3)
fermentlərin kimyəvi təbiətləri və xassələri;
4)
fermentlərin təsirinin temperatur şərtləri;
5)
mühitin PH-nın təsiri;
6)
fermentlərin təsirinin spesifikliyi;
7)
fermentlərin təsirinin dönərliyi;
8)
aktivatorların və inhibitorların fermentlərin aktivliyinə təsiri;
9)
fermentlərin aktiv mərkəzləri
10)
fermentativ reaksiyaların kinetikası;
11)
fermentlərin inhibirləşməsi;
12)
fermentativ aktivliyin nizamlanması
Dərsliklərdəki mövzuların və buradakı elmi biliklərin müqayisəsindən aydın olur
ki, hər iki fənnin bir-biri ilə çox yaxın inteqrativ təlim imkanları vardır. Apardığımız
tədqiqatlardan aydın olmuşdur ki, bakalavr mərhələsində tələbələrin ilk mühazirələri
mənimsəməsi bir qədər çətinlik törədir. Əlbəttə fermentlər haqqında əvvəlcə bəzi elmi
məlumatları verdikdən sonra onların biosintezinə, mikroblardan alınmasına,
becərilməsinə, sənaye istehsalına keçmək daha çox səmərə verir.
Fənni tədris edən müəllim fermentlər haqqında aşağıdakı məlumatları biokimya
kursundakı biliklərə əsaslanaraq verməsi zəruridir. Müəllim hazırladığı məqsədyönlü
mühazirəsində qeyd edir ki, fermentlər (enzimlər) bütün canlı orqanizmlərdə - bitki,
heyvan və insan orqanizmlərdə əmələ gələn və fəaliyyət göstərən zülal tərkibli bioloji
katalizatorlardır. Latınca “fermentum” – maya deməkdir. Yunanca “en” – daxilində,
“zime” – maya mənasını verir. Bu fermentlərin əmələ gəlməsi də onların qıcqırma
prosesində kəşf edilməsi ilə əlaqədardır.
Bitki, heyvan və insan orqanizmlərində çoxlu miqdarda və müxtəlif tipli
reaksiyalar gedir. Həmin biokimyəvi reaksiyaların getmə şəraiti və sürəti təəccüb doğurur.
Adi şəraitdə dəyişməsi mümkün olmayan qida maddələri – zülallar, yağalar və
karbohidratlar insan və ya heyvan orqanizminə düşdükdə qısa müddətdə asanlıqla tərkib
hissələrinə parçalanaraq həzm sistemindən qana sovrulur. Fermentlərin ərzaq
məhsullarının emalında mühüm rol oynaması insanlara çox qədim zamanlardan
məlumdur. Süd, ət, tərəvəz, meyvə və başqa ərzaq məhsullarının emalı zamanı gedən
qıcqırma prosesini, pivənin, spirtin alınmasını, çörəyin bişirilməsi zamanı onun
72
A.X.Səfərova
keyfiyyətinin yüksəldilməsini, maya göbələklərindən, fermentlərdən istifadə edilməsini
buna misal göstərmək olar.
Müəyyən edilmişdir ki, bəzi xəstəliklərin əmələ gəlməsinə səbəb fermentlərin
fəallığının azalması, bəzi fermentlərin isə sintezinin pozulmasıdır. Qalaktozemiya
xəstəliyinin südəmər uşaqlarda əmələ gəlməsinə səbəb süd şəkərini – qalaktozanı
qlükozaya çevirən qalaktoza fermentinin çatışmazlığıdır. Bəzi hallarda bu xəstəlik ölümə
səbəb olur.
Hal-hazırda 150-dən çox ferment kristal şəklində alınmış, bəzilərinin isə homogen
preparatı əldə edilmişdir.
Biokimyanın əsasları, üzvi kimya, bioüzvi kimya fənlərində toplanmış elmi
məlumatlara əsaslanaraq tərtib etdiyi məqsədyönlü mühazirədə müəllim qeyd edir ki,
mövzunun aktuallığı, həyat əhəmiyyətli olması və mürəkkəbliyi fəndaxili, fənlərarası və
çoxfənli interaktiv təlim prinsiplərindən istifadə olunması zəruridir. Məlum həqiqətdir ki,
fermentlərin tərkibini, spesifik xüsusiyyətlərini, nomenklaturasını, kimyəvi təbiətini,
təsnifatını və xassələrini bilmədən onların biotexnoloji üsullarla alınmasını öyrənmək
müəyyən çətinliklər törədir.
Müəllim “Mikroorqanizmlərdə fermentlərin biosintezi” mövzusunda mühazirəyə
hazırlaşan zaman həm fəndaxili və həm də fənlərarası inteqrasiyadan istifadə etdikdə
tələbələrin daha dərin elmi biliklər alması təmin olunur. Biotexnologiyanın birinci əsas
bölməsi olan texniki mikrobiologiya ilə onun ikinci bölməsi olan ferment mühəndisliyi
arasında əlaqələrin yaradılması zəruriyyəti meydana çıxır. Bu zaman fəndaxili əlaqə
imkanları yaranır. Daha sonra biotexnologiyadakı ferment mühəndisliyi ilə biokimya, üzvi
kimya və bioüzvi kimyadakı “Fermentlər, fermentlərin və kimyəvi katalizatorların ümumi
və spesifik xüsusiyyətləri” mövzularının çox sıx əlaqəsindən istifadə edilir. Göründüyü
kimi aşağıdakı fənlərin əlaqələri yaranır:
1.
Biotexnologiyanın əsasları
2.
Biokimyanın əsasları
3.
Üzvi kimya
4.
Bioüzvi kimya
Apardığımız müşahidələr, təhlil və tədqiqatlar sübut etmişdir ki, biotexnologiya
fənni inteqrasiya etmiş, mürəkkəb və kompleks elmlərdəndir. Iyirmidən çox tədris kursu
ilə çox sıx əlaqəsi olan bu elm sahəsinin tədrisi mühazirəçidən çox böyük məsuliyyət, elmi
və metodik hazırlıq tələb edir. Ona görə də müəllim tərəfindən hazırlanan məqsədyönlü
mühazirə mətni müasir tələblərə cavab verməlidir.
Tələbələrə “Mikroorqanizmlərdə fermentlərin biosintezi” mövzusunda oxunan
mühazirədə fermentlərin alınması, produsentin becərilmə texnologiyası, şəraiti,
fermentasiyası, fermentin qida mühitindən ayrılması, təmizlənməsi və saxlanması üzrə
elmi biliklər öz əksini tapmalıdır.
Tələbələrə tövsiyə olunan ədəbiyyat siyahısında biotexnologiya, biokimya, üzvi
kimya, bioüzvi kimya dərsliklərinin göstərilməsi vacibdir.
Biotexnologiyanını əsasları fənninin üçüncü bölməsi olan gen mühəndisliyinin
tədrisində də inteqrativ təlim imkanları çox genişdir. Gen mühəndisliyi üzrə bakalavr
pilləsində tələbələrə aşağıdakı istiqamətlərdə biliklərin verilməsi nəzərdə tutulur:
1) genetik mühəndisliyin yaranması;
2) genetik mühəndislik metodları;
3) rekombinat DNT molekullarının quraşdırılması;
73
A.X.Səfərova
4) rekombinat DNT molekullarının enzimologiyası;
5) genlərin alınması;
6) genlərin kimyəvi-fermentativ sintezi;
7) genlərin təbii mənbələrdən bilavasitə alınması;
8) məlumat RNT əsasında genlərin sintezi;
9) molekulyar klonlaşma vektorları;
10) xromosomdankənar irsiyyət elementləri.
Bu mövzularda və bundan başqa “genetik mühəndisliyin praktikada istifadə
yolları” fəslidəki bir çox mövzuların tədrisində istifadə olunmalı inteqrativ təlim imkanları
da çoxdur. Biokimyanın əsasları, Genetika fənləri ilə əlaqəli tədris daha çox fayda verir.
Biotexnologiyanın tədrisindəki gen mühəndisliyi üzrə biliklərin tələbələr
tərəfindən daha yaxşı mənimsənilməsi üçün mühüm genetik anlayışların, terminlərin və
genetika elminin ən yeni nailiyyətlərinin yığcam şəkildə öyrədilməsi xüsusilə faydalıdır.
Gen, xromosom, irsiyyət, dəyişkənlik, mutasiya, irsi əlamətlər haqqında və bu sahədə
xidmətləri olan alimlərin – Ç.Darvin, Q.Mendel, M.de-Friz, T.Morqan, N.Vavilov və
G.Müllerin tədqiqatları barədə icmal verilməsi gen mühəndisliyinin yaxşı
mənimsənilməsinə zəmin yaradır.
Müəllim genetika elmi və onun nailiyyətlərini icmal şəklində izah etdikdən sonra
əsas diqqəti genetik mühəndisliyin əhəmiyyəti, onun inkişafının əsas mərhələləri və tətbiq
sahələrinə yönəldir. Məqsədyönlü surətdə, çox böyük inteqrasiya imkanlarından səmərəli
istifadə etməklə müəllim genetik mühəndislik metodları əsasında zülalların, peptidli
hormonların, insulinin istifadəsi, molekulyar azotun fiksasiyası üzrə elmi bilikləri
proqramın tələblərinə uyğun şəkildə əhatə etməlidir.
Biotexnologiyanın əsasları fənnində ferment və gen və hüceyrə mühəndisliyinin
tədrisində inteqrasiya imkanları mövzusunda apardığımız tədqiqatlar aşağıdakı nəticələri
çıxarmağa imkan verir:
1. Mürəkkəb, inteqrasiya etmiş kompleks elm sahəsi olan biotexnologiyada
ferment, gen və hüceyrə mühəndisliyi üzrə mövzuların tədrisində çox böyük inteqrativ
təlim imkanları vardır. Enzimologiyanın, genetika və sitologiyanın sərhədində duran
ferment, gen və hüceyrə mühəndisliyi üzrə biliklərin öyrədilməsi prosesində inteqrasiya
tədrisin səmərə və keyfiyyətinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir.
2. İnteqrativ təlim imkanlarından səmərəli istifadə etməklə hazırlanan
məqsədyönlü mühazirələr tələbələrin elmi bilikləri daha yaxşı mənimsənilməsinə yardım
edir, elmi və materialist dünyagörüşünün formalaşdırılmasında faydalı rol oynayır.
3. Ali təhsilin bakalavr pilləsində mövcud tədris planlarının və proqramlarının
təkmilləşdirilməsi bəzi fənlərin vaxtnın və yerinin dəyişdirilməsi zərurəti nəzərə alınmalı,
inteqrasiya etmiş, mürəkkəb və kompleks fənlərin son kurslarda – IV kursda tədris
olunması daha məqsədəuyğundur.
ƏDƏBİYYAT SİYAHISI
1. X.Q.Qəmbərov, R.A.Abuşov, A.Ş.İbrahimov. Biotexnologiyanın əsasları. Dərs
vəsaiti. BDU nəşri. Bakı 1994.
2. S.F.Qarayev, P.Ş.Məmmədova, A.Q.Həbibova. Biokimyanın əsasları. Dərslik.
Bakı – Təfəkkür – 2002 (359 səhifə)
74
A.X.Səfərova
3. Ə.H.İsmayılov, İ.Ə.İsmayılova. Üzvi kimya. Dərslik. “Maarif”n. Bakı 1998.
(526 səhifə)
4. Kazımov Nurəddin. Ali məktəb pedaqogikası. Dərslik. “Nicat” nəşriyyatı. Bakı
– 1999. (338 səhifə)
5. Paşayev Paşa. Təbiət elmlərinin əlaqəli öyrənilməsi. Metodik vasait. “Maarif”
nəşriyyatı. Bakı – 1977. (105 səhifə)
6. Ağayeva V., Rəhimova. Təhsildə tətbiq edilən innovasiyalar. Müəllimlər üçün
vəsait. “Müəllim” nəşriyyatı. Bakı – 2010. (44 səhifə)
BİOTEXNOLOGİYADA FERMENT VƏ GEN MÜHƏNDİSLİYİ
MÖVZULARININ TƏDRİSİNDƏ İNTEQRASİYA İMKANLARI
A.X.Səfərova
XÜLASƏ
Məqalə Biotexnologiyada ferment, gen və hüceyrə mühəndisliyinin tədrisində
inteqrativ təlim imkanlarına həsr olunmuşdur. Tədqiqatlar göstərir ki, mürəkkəb,
inteqrasiya etmiş və kompleks elm sahəsi olan biotexnologiyanın əsasları fənninin
tədrisində çox böyük inteqrativ təlim imkanları vardır.
РЕЗЮМЕ
А.X.Сафарова
В статье описывается интеграция клеточной, генной и ферментной
инженерии в преподавание биотехнологии. Научное исследование подтвердили что,
комплексное изучение биотехнологии составляет научная интеграция
SUMMARY
A.X.Safarova
This article be dedicated enzyme, cell amel gaim the studying biotechnology
integrative in training process.
The eksperiments showel that general, integration and complex sciences pant of
biotechnology functions in subject study, Haw a large opportunity in integration.
65
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
2015 - № 41
GƏNCƏ - QAZAX MAGİSTRAL BOYU ƏKİNALTI TORPAQLARDA
BİOLOJİ AKTİVLİK VƏ BECƏRİLƏN BİTKİLƏRDƏ AĞIR
METALLARIN TOPLANMASI
S.T.Məhərrəmova
Odlar Yurdu Universiteti, doktorant
e-mail: sevinc.m.63@gmail.com
Açar sözlər: reproduktiv,əkinaltı torpaqlar, bitki, mikroorqanizmlər,saprofit, münbitlik
Tədqiqat Gəncə-Qazax magistral yolu boyunca əkinaltı torpaqların bioloji aktivliyini,
üzüm bitkisinin kök və gövdəsində ağır metalların yayılma xüsusiyyətini öyrənməkdir. Bu
məqsədlə tədqiqat sahəsinin torpaq-bitki örtüyü öyrənilmiş, magistral yoldan 50-100 m
məsafədə götürülmüş nöqtələrdən 0-20 sm, 20-40 sm dərinlikdə torpaq nümunələri
götürülmüşdür. Torpaq nümunələrində saprofit mikroorqanizmlər öyrənilmişdir. Alınmış
nəticələr əsasında əkinaltı torpaqlarda mikroorqanizmlərin kəmiyyət göstəricisinin
müqayisəli təhlili aparılmışdır.
Ключевые слова: репродуктивного, растительность, микроорганизмы,сапрофит,
благоприятность.
Key words: reproductive, vegetation, microorganizms, saprofits, productivity, cultivation
Təbii mühitin çirklənməsinə həsr olunan ədəbiyyatlarda vanadium, nikel, dəmir,
marqanes, civə, kadmium. kobalt, mis, qurğuşun, arsen, qalay, sürmə, selen, xrom və sink
şərti olaraq ağır metallar adlanır. Hərçənd kimyaçıların nöqteyi-nəzərində bu elementlərin
hamısı həqiqi metal sayılmır. Təbiətdə ağır metalların əksəriyyəti yalnız çox az
konsentrasiyada bitkilər və bakteriyalar üçün əlverişlidir. Dəmir, mis, sink, selen,
marqanes, molibden və bəzi digər elementlər mikrodozalarda canlı orqanizmlər üçün
zəruridir. Onlar yalnız böyük, izafi dozalarda təhlükəlidir. Qurğuşun. kadmium, arsen,
civə və onun birləşmələri istənilən konsentrasiyada əksər alı bitkilər və bır çox digər
bitkilər üçün zəhərlidir. Lakin son tədqiqatlar göstərdi ki, hətta civə kimi toksik element
mikroorqanizmlərdə leykositlərin aktivliyini və maddələr mübadiləsini həmçinin canlı
orqanizmlərin dezintoksikasiyasını stimullaşdırır.
Çirkləndirici maddələrdən ən təhlükəli sayılan ağır metallar – qurğuşun, civə,
kadmium, arsen, sink, nikel və başqaları sayılır. Ətraf mühitə daxil olan ağır metalların
təxminən 90%-i torpaqda toplanır. Sonra isə onlar təbii sulara miqrasiya olunur, bitkilər
tərəfindən udulur və qida zəncirinə qoşulur.
Qurğuşun, civə, kadmium, arsen və sinkin texnogen vasitələrlə ətraf mühitdə daha
çox toplanması ilə əlaqədar əsas çirkləndiricilər sayılır.
66
S.T.Məhərrəmova
Bitkiyə daxil olduqda ağır metallar onun orqanları və toxumalarında olduqca qeyri-
bərabər yayılır. Məsələn, bitkinin kök sistemində sink yerüstü hissəsinə nisbətən çox
yığılır. Yerüstü orqanlarda sink əksər halda köhnə yarpaqlarda toplanır. Buğda bitkisinin
kökləri yarpağına nisbətən yüksək miqdarda qurğuşun və kadmium toplanması ilə
fərqlənir.
Ağır metallar bitkilərin reproduktiv orqanlarında vegetativ orqanlarına nisbətən az
toplanır. Ağır metalların udulması, nəqli, metabolizmi, orqanlarda və toxumalarda
paylanması becərilən bitkilərin növ və sort xüsusiyyətləri ilə sıx bağlıdır, onlara ekoloji və
antropogen faktorlar da təsir göstərir. Ağır metalların tərəvəz bitkilərində yayılma
xüsusiyyətlərinin öyrənilməsi vacibdir. Yer kökünün kök meyvəsində (dəmirdən başqa uc
hissəsindən başcıq hissəsinə doğru ağır metalların miqdarı azalır. Kökmeyvənin başcıq
hissəsində dəmirin miqdarı yüksək olur, qalan hissədə isə bərabər paylanır, orta hissəsində
sinkin və qurğuşunun, qa-bığında isə mis, marqanes, kadmium və dəmirin miqdarı yüksək
olur.
Kartof bitkisinin yumrusunun orta yumşaq hissəsində kadmium, sink, qurğuşunun
miqdarı az olur, yumrunun kənar hissəsində dəmirin miqdarı yüksək olur. Mis
kartof yumrusunun bütün hissələrində bərabər paylanmışdır. Kələm digər tərəvəz
bitkilərindən və kartofdan sinkin yüksək, kalsiumun az miqdarı ilə fərqlənir. Bütün
elementlərin miqdarıkənardan orta hissəyə doğru artır (təxminən 3...5 dəfə).
Beləliklə, bitkinin müxtəlif orqanlarının ayrı-ayrı hissəsində və toxumasında ağır
metalların paylanmasını bilərək onların təhlükəli dərəcəsini qiymətləndirmək olar. Bu,
bitkinin təhlükəli hissəsini kəsib kənarlaşdırmağa əsas verir. 1 saylı cədvəldə qida
məhsulunda ağır metalların yol verilən konsentrasiyası (YVK) göstərilir.
Cədvəl 1.
Qida məhsulunda və ərzaq xammalında ağır metalların yol verilən konsentrasiyası
(YVK), mq/kq
Qida məhsulu
Qurğuşun
Kadmium
Civə
Mis
Sink
Arsen
Taxıllar
0.2(03)
0.1 (0.03)
0.03
1.0
50.0
0,2
Qarabaşaq
0.5(03)
0.04
0.03
15.0
50 0
0,2
Süd
0.1 (0.05)
0.03 (0.02)
0.005
1.0
5,0
0,05
Kərə yağı
0.1
0.03
0.03
0.5
5.0
0.1
Tərəvəz
05
003
0.02
5.0
10,0
02
Meyvə. giləmeyvə
04
003
0.02
5.0
10.0
02
dən əsasında
0.1
002
001
5.0
10.0
0,1
ət əsasında
03
003
002
5.0
50.0
01
Qeyd: Mötərizədə uşaq və dietik qidalanması üçün YVK göstərilir.
Bioloji amillər torpağın faunası, florası və mikroflorasından ibarət olub, onun canlı
aləmini-torpaq biotunu təşkil edir. Biotlar torpağı humus və biogen elementlərlə
zənginləşdirir və onun məhsuldarlığını yüksəldir. Torpaqların canlı aləminin
fəaliyyəti nəticəsində onlar qida maddələri ilə (humusla) zənginləşir, münbitləşir və
yüksək məhsuldar olur. Canlı orqanizmlər həm də torpaqların strukturunu, onların
su keçirmə qabiliyyətini, su tutumunu və hava rejimini (mübadiləsini) yaxşılaşdırır.
67
S.T.Məhərrəmova
İntensiv nəqliyyat hərəkəti olan magistral yolların ətrafında yerləşən kənd təsərrüfatına
yararlı torpaqların avtonəqliyyat tullantıları vasitəsi ilə daxil olan ağır metallarla sürətlə
çirklənməsi baş verməkdədir. Uzunluğu 500 km-dən çox məsafəni əhatə edən Bakı-Qazax
yol magistralı boyunca min hektarlarla torpaq sahələri qeyd olunan prosesə çox intensiv
şəkildə məruz qalır.
Bu torpaqlarda toplanan müxtəlif ağır metalların, xüsusilə də qurğuşunun kimyəvi
formalarının, miqdarının yayılma xüsusiyyətlərinin öyrənilməsi həm elmi, həm də praktiki
baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Mikrorqanizmlərin torpaqda yayılması, növ trəkibi və miqdarı tropaq mühitindən,
onun kimyəvi tərkibindən və ümumi iqlim amillərindən asılı olaraq çox
fərqlənir.Torpaqda mikroorqanizmlərin həyat fəaliyyəti onun mexaniki, fizki və kimyəvi
xassələrindən asılıdır (2). Mikroorqanizmlərin həyat fəaliyyəti və çoxalması üçün
müəyyən miqdarda üzvi maddələr, nəmlik və istiliyin olması lazımdır. Yaxşı gübrələnmiş
və aqrotexniki tədbirlər aparılan torpaqlarda mikroorqanizmlər çox, gübrələnməyən,
xüsusilə qumsal, qumluca, gillicə və gilli torpaqlarda isə az olur.
Su ilə doymuş, pis aerasiya geden və ya həddindən artıq quru torpaqlarda
mikroorqanizmlər çox olur. Mikroorqanizmlər torpağın səthi və dərin qatlarında az olur,
çünki torpağın səthi qatında mikroorqanizmlər Günəş şüalarının, yüksək temperaturun və
qurumanın təsirindən məhv olur, dərin qatlarda isə onların həyat fəaliyyəti üçün şərait və
qida maddələri olmur (3). Demək olar ki, torpağın 3-6 m dərinliyində mikroorqanizm ya
heç olmur, ya da tək-tək təsadüf olunur. Torpağın daha dərin qatı isə (6 m-dən çox)
mikroorqanizmlərə görə steril sayılır.
Mikroorqanizmlər ən çox torpağın 5-15 sm dərinliyində olur. Burada torpağın
kimyəvi tərkibindən və fiziki xassəsindən asılı olaraq 1 kq torpaqda yüzminlərlə və
milyonlarla mikroorqanizm olur (4). Torpağın bu hissəsində qida maddələri bol, habelə
temperatur və nəmlik rejimi əlverişli olduğuna görə mikroorqanizmlər çox olur. 20-30 sm
dərinlikdə mikroorqanizmlər nisbətən az, 30-40 sm dərinlikdə isə daha az miqdarda olur.
Tədqiqat sahəsi olan Gəncə-Qazax magistral yolu boyunca əkin altı torpaqlarda bioloji
aktivliyi öyrənmək məqsədilə magistral yoldan 50 və 100 m aralıda yerləşən nöqtələrdən
0-20 sm, 20-45 sm dərinlikdən torpaq nümunələri götürülərək, laboratoriya şəraitində
saprofit mikroorqanizmlərin kəmiyyət göstəriciləri (miqdarı) öyrənilmişdir. Saprofit
mikroorqanizmlərin sayı cədvəl 2 də verilmişdir.
Dostları ilə paylaş: |