Jurnal Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində qeydiyyatdan keçmişdir



Yüklə 14,92 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix16.02.2017
ölçüsü14,92 Mb.
#8497
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

 
 
QƏRB ÖLKƏLƏRİNDƏ BANK FƏALİYYƏTİ  
ƏLEYHİNƏ TÖRƏDİLƏN CİNAYƏTLƏRLƏ MÜBARİZƏNİN  
CİNAYƏT-HÜQUQİ ASPEKTLƏRİ 
 
S.O.Əliyev  
Hüquq üzrə fəlsəfə doktoru,  
Azərbaycan Milli Elmlər Akademiyasının  
Fəlsəfə və Hüquq İnstitutunun doktorantı 
s-aliyev@mail.ru 
 
 
 Açar sözlər: bank; zərər; xarici; cinayət.  
  
 
Ключевые слова:   банк; ущерб; иностранные; преступление. 
  
Keywords:              bank; damages; foreign; crime.   
 
 
Hüquq doktrinasında göstərilir ki, bu və ya digər müəssisənin (təşkilatın) bank 
kimi (bank müəssisəsi və ya bank təşkilatı kimi) tanınması üçün onun ən azı, minimum 
iki növ əməliyyat aparması  tələb edilir ki, bu əməliyyatlardan biri depozit qəbul etmə, 
digəri isə kredit vermədir. Kredit vermə  əməliyyatı bankların fəaliyyəti üçün xüsusilə 
böyük əhəmiyyətə malikdir, çünki bankların mənfəətinin xeyli hissəsini kredit əməliyyatı 
aparılması (kredit faizi) nəticəsində əldə olunan gəlir təşkil edir. Buna görə də, məqalədə 
ilk olaraq Roman-German (kontinental), habelə  İngilis-Sakson (ümumi) hüquq ailəsinə 
(hüquq sisteminə) daxil olan bir sıra xarici ölkənin qanunsuz kredit alma, kreditor 
borclarını ödəməkdən qəsdən yayınma, daha sonra eyni zamanda saxta pul hazırlama və 
s. kimi bank fəaliyyəti  əleyhinə törədilən  əməllərlə bağlı Cinayət Qanunvericilikləri 
araşdırılmış, tədqiq olunmuşdur.   
İlk öncə, Almaniya Federativ Respublikasının (irəlidə- AFR) qanunsuz kredit 
almağa görə  məsuliyyət müəyyənləşdirən Cinayət Qanunvericiliyinə toxunaq və diqqət 
yetirək. Bildiyimiz kimi AFR kontinental (Roman-German) hüquq ailəsinə (hüquq 
sisteminə) aid olan ölkələrdən biridir. AFR-in Cinayət Məcəlləsinin (irəlidə - AFR CM) 
265-6-cı paraqrafı kredit alma ilə bağlı olaraq dələduzluğa görə cinayət məsuliyyəti 
nəzərdə tutur. Təsadüfi deyildir ki, AFR CM-nin 265-6-cı paraqrafı “Kredit alma ilə bağlı 
dələduzluq” adlanır. Həmin maddənin dispozisiyasına uyğun olaraq aşağıdakı  şəxslər 
kredit alma ilə bağlı olan dələduzluğa görə cinayət məsuliyyətinə cəlb oluna bilərlər: 1) 
kredit alma ilə bağlı olaraq müəssisə  və  təşkilata düzgün olmayan və ya qeyri-tam 
sənədlər təqdim edirlər; 2) kreditləşdirmənin  şərtlərinin dəyişdirilməsi barədə düzgün 
olmayan və ya qeyri-tam sənədlər təqdim edirlər; 3) təsərrüfat münasibətlərinə aid yazılı 
formaya düzgün olmayan və ya qeyri-tam məlumat verirlər; 4) təqdim olunan sənədlərdə 
və digər məlumatlarda təsərrüfat münasibətlərinin pisləşməsini göstərmirlər.  
AFR CM-nin 265-6-cı paraqrafında ifadə olunan cinayət-hüquq normasında 
göstərilən bəzi vacib məqamlara diqqət yetirək. Həmin normada işlədilən kredit anlayışı 
ilə əhatə olunur: 1) bütün növ pul ssudaları; 2) aksept kreditləri; 3) pul tələblərinin, çek  

 
98
S.O.Əliyev 
 
və veksellərin ödənişinə möhlət verilməsi; 4) zaminlik, qarantiya və ya digər bu kimi 
hərəkətlər. 
Təhlil olunan normanın dispozisiyasında söhbət yalnız o məlumatlardan gedir 
ki, həmin məlumatlar kredit verilməsi barədə müvafiq qərar qəbul olunarkən mühüm 
əhəmiyyətə malik olsun. Məhz mühüm əhəmiyyətə malik olan məlumatlar təqdim 
etməklə kredit alan şəxs cinayət məsuliyyətinə  cəlb edilir. Deməli, nəzərdən keçirilən 
normanın dispozisiyasında söhbət təsərrüfat münasibətlərinə aid olan istənilən 
məlumatdan getmir. Təhlil olunan cinayət hüquq norması hər şeydən əvvəl, kredit almaq 
məqsədi ilə bilə-bilə yalan məlumatlar verməyə görə cinayət məsuliyyəti nəzərdə tutur. 
Həmin norma həmçinin müəssisə  və  təşkilatın təsərrüfat vəziyyətinin pisləşməsi 
haqqında məlumat verilməməsinə görə cinayət məsuliyyəti müəyyənləşdirir.  
AFR CM-nin 265-6-cı paraqrafında nəzərdə tutulan cinayətin subyekti həm 
mövcud olan, həm də mövcud olmayan müəssisə və ya təşkilatın vəzifəli şəxsi ola bilər. 
Bu paraqrafda sadalanan əməllər nəticənin baş verməsindən asılı olmayaraq cinayət 
hesab edilir. 
AFR CM-nin 264-cü paraqrafı  dələduzluq yolu ilə subsidiya alınmasına görə 
məsuliyyət nəzərdə tutur. Həmin paraqraf “Dələduzluq yolu ilə subsidiya almaq” adlanır. 
Kreditdən fərqli olaraq subsidiya əvəzsiz verilir və geri qaytarılmır. Əgər belə, bilə-bilə 
yalan məlumatlar verməklə subsidiya alınarsa,  əməl AFR CM-nin 264-cü paraqrafına 
uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur.  
Kreditor borclarını ödəməkdən qəsdən yayınmağa gəldikdə, qeyd etməliyik ki, 
bu əməl bank fəaliyyəti əleyhinə törədilən əsas cinayət növlərindən biridir. AFR CM-ndə 
həmin əmələ görə məsuliyyət nəzərdə tutan ayrıca normaya rast gəlinmir, təsadüf edilmir. 
Kreditor borclarını ödəməkdən qəsdən yayınan  şəxslərin (borclu şəxslərin) cinayət 
məsuliyyəti məsələsi AFR CM-nin 24-cü bölməsinin normalarına  əsasən həll olunur. 
Həmin bölmə “Müflisləşmə ilə bağlı olan cinayət əməlləri” adlanır. Deməli, AFR CM-yə 
görə, kreditor borclarını ödəməkdən qəsdən yayınma müflisləşmə ilə bağlı olan cinayət 
əməli hesab edilir.  
Qanunsuz kredit almağa görə  Polşa Respublikasının Cinayət Məcəlləsi 
(irəlidə - PR CM) də  məsuliyyət nəzərdə tutur ki, həmin Məcəllə 06 iyun 1997-ci ildə 
qəbul olunmuşdur. Onun 297-ci maddəsi iki növ əmələ görə məsuliyyət müəyyənləşdirir: 
1) özü və ya başqa şəxs üçün kredit, bank ssudası, kredit zaminliyi, dotasiya, subvensiya 
və ya ümumi sifariş almaq məqsədi ilə saxta və ya belə kredit, bank ssudası, kredit 
zaminliyi, dotasiya, subvensiya və ya ümumi sifariş alınması üçün mühüm əhəmiyyətə 
malik olan hallar haqqında yalan yazılı məlumatlar təqdim etmə; 2) müvafiq orqana və ya 
idarəyə kredit, bank ssudası, kredit zaminliyi, dotasiya, subvensiya və ya ümumi sifarişin 
alınmasının dayandırılmasına və ya məhdudlaşdırılmasına təsir edə bilən halların 
yaranması haqqında məlumat verilməməsi.       
Əgər  şəxs göstərilən iki əməldən birini törədərsə, o, 3 aydan 5 ilə kimi 
azadlıqdan məhrum etmə ilə  cəzalandırılır.  Əməlin hansı  nəticəyə  səbəb olmasının 
əhəmiyyəti yoxdur. Belə ki, həmin  əməllərdən birini törədən  şəxs nəticədən asılı 
olmayaraq PR CM-nin 297-ci maddəsi ilə cinayət məsuliyyətinə  cəlb edilir. Həmin 
maddəsnin 3-cü paraqrafında deyilir ki, əgər  şəxs cinayət təqibinin başlanmasına qədər 
qanunsuz yolla aldığı kreditdən və ya bank ssudasından istifadənin qarşısını könüllü 
surətdə alarsa və ya zərər çəkənin iddiasını təmin edərsə, cinayət məsuliyyətindən azad 
olunur.  

 
99
S.O.Əliyev 
 
PR CM-nin 300-302-ci maddəsində borclunun öz kreditorlarına münasibətdə 
etdikləri hüquqazidd hərəkətlərə görə məsuliyyət nəzərdə tutulur. Bu maddələrdə nəzərdə 
tutulan cinayət-hüquq normaları müflisləşmə  və ya ödəniş qabiliyyətsizliyi anlayışı ilə 
bağlıdır. Belə ki, borclunun məsuliyyəti məsələsi müflisləşmə və ödəniş qabiliyətsizliyi 
haqqında normaların vasitəsilə  həll olunur. Bəzən borclu şəxs öz kreditoru qarşısında 
öhdəliyini icra etməmək, yəni kreditor borclarını ödəməmək üçün əmlakını gizlədir, saır, 
bağışlayır, üzərinə  həbs qoyulan əmlakının tərkib hissələrini zədələyir və  s.  Bu  kimi 
əmələ görə PR CM-nin 300-cü maddəsinin 2-ci paraqrafında məsuliyyət 
müəyyənləşdirilir.  
Fransa Respublikasının Cinayət Məcəlləsində (irəlidə - FR CM) aldatma yolu 
ilə qanunsuz kredit almağa görə  məsuliyyət nəzərdə tutan hər hansı ayrıca normaya 
təsadüf edilmir ki, bu Məcəllə 1992-ci ilin iyul ayında qəbul edilmişdir. Bizim 
tədqiqatımız üçün həmin Məcəllənin “Dələduzluq və ona oxşar cinayət  əməlləri 
haqqında” 3-cü fəsil elmi maraq doğurur. Bu fəslə daxil olan 313-1-ci maddəsə 
dələduzluğa görə  məsuliyyət müəyyənləşdirir. Dələduzluq dedikdə,  şəxsin (fiziki və ya 
hüquqi) yalan addan və ya yalan statustan və ya fırıldaq üsullardan istifadə etməklə elə 
aldatması başa düşülür ki, bunun nəticəsində  şəxs özgəsinin pul vəsaitini, qiymətli 
kağızlarını, maddi qiymətlilərini və ya istənilən digər  əmlakını  ələ keçirir, ona xidmət 
göstərilir və ya vəzifə yaradılmasına və ya vəzifədən azad edilməsinə  səbəb olan əqd 
bağlanılır (FR CM-nin 313-1-ci maddəsi). 
FR CM-yə görə dələduzluq həm də etibardan sui-istifadə yolu ilə törədilə bilər 
ki, bu yolla şəxs özgə  əmlakını  ələ keçirir. FR CM-nin I şöbəsində “sui-istifadə” 
haqqında belə bir maddəyə (3141-ci maddəyə) rast gəlirik ki, həmin maddə etibardan sui-
istifadə etməyə görə məsuliyyət nəzərdə tutur. Etibardan sui-istifadə etmənin mahiyyəti 
bundan ibarətdir ki, hər hansı şəxs özgəsi tərəfindən ona verilmiş (etibar edilmiş) və geri 
qaytarılmalı olan pul vəsaitlərini, qiymətli kağızları, maddi qiymətliləri və ya digər 
istənilən əmlakı mənimsəyir.  
FR CM-ndə kreditor borclarını ödəməkdən qəsdən yayınma kimi cinayət 
əməlinə görə  məsuliyyət nəzərdə tutan xüsusi normaya rast gəlmirik. Sual olunur: 
Fransada  əgər belə  əməl törədilərsə, həmin  əməl FR CM-nin hansı maddəsi ilə tövsif 
olunur? Qeyd etməliyik ki, FR CM-nin III şöbəsini (“süni yolla ödəniş qabiliyyətsizliyi 
yaratmaq haqqında”  şöbəsinin) 1-ci hissəsində belə bir maddəyə (314-7-ci maddəyə) 
təsadüf olunur ki, həmin maddə saxta ödəniş qabiliyyətsizliyi yaratmağa görə məsuliyyət 
nəzərdə tutur. Kreditor borclarını ödəməkdən qəsdən yayınma, ümumiyyətlə, pul 
öhdəliklərini icra etməkdən boyun qaçırma kimi əməl məhz bu maddə, yəni FR CM-nin 
314-7-ci maddəsi ilə tövsif edilir. Söhbət, mahiyyətcə FR CM-nin saxta müflisləşmə 
(saxta ödəniş qabiliyyətsizliyi) haqqında cinayət-hüquq norması  əsasında kreditor 
borclarkdən qəsdən yayınma əməlinə cinayət-hüquqi qiymət verilməsindən gedir. Saxta 
müflisləşmə (ödəniş qabiliyyətsizliyi) dedikdə, hüquqi şəxsin rəhbəri tərəfindən 
kreditorlara olan borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədi ilə 
özünün bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan edilməsi başa düşülür.  
Avropa ölkələrindən biri olan İspaniya Krallığının Cinayət Məcəlləsində 
(irəlidə - İK CM) qanunsuz kredit almağa, yəni AR CM-nin 195-ci maddəsində nəzərdə 
tutulan cinayət hüquq pozuntusuna oxşayan  əmələ görə  məsuliyyət müəyyənləşdirən 
xüsusi maddəyə də rast gəlinmir. İK CM-nin IV fəslinin 248-ci maddəsi özgə əmlakını 
aldatma yolu ilə ələ keçirməyə (mənimsəməyə) görə məsuliyyət nəzərdə tutur. Söhbət  

 
100
S.O.Əliyev 
 
“özgə əmlakını aldatma yolu ilə ələ keçirmə haqqında” maddədən gedir. Həmin maddəyə 
görə, hər hansı şəxs zəhmətsiz gəlir (qazanc) əldə etmək məqsədi ilə digər şəxsi aldadarsa 
və bunun nəticəsində yanlışlığa yol verən həmin  şəxs özünün və ya başqa  şəxslərin 
ziyanına olaraq əmlaka sərəncam verir. 
İK CM-nin VII fəsli “cəzalandırılmalı olan ödəniş qabiliyyətsizliyi haqqında” 
adlanır ki, həmin fəsil borclu şəxslər (kreditorlara borcu ödəməli olan şəxslər) üçün 
məsuliyyət müəyyənləşdirir. Sözügedən fəslə daxil olan 257-ci maddəyə  əsasən, özünü 
öz kreditorlarının zərərinə olaraq müflis, yəni ödəniş qabiliyyəti olmayan elan edən şəxs 
cinayət məsuliyyətinə  cəlb edilir. Həmin maddənin 2-ci hissəsində deyilir ki, bu 
maddənin müddəaları istənilən növ öhdəliklərə  və ya borclara tətbiq olunur. Belə ki, 
öhdəliyini icra etməkdən və ya borclarını ödəməkdən yayınan  şəxslər cinayət 
məsuliyyətinə  cəlb edilirlər. Kreditorun fiziki və ya hüquqi şəxs, dövlət və ya qeyri-
dövlət (xüsusi) hüquqi şəxs olmasının  əhəmiyyəti yoxdur. Buna görə  də  şəxs istənilən 
kreditora borcun ödənilməsindən yayınarsa, onun əməli cinayət məsuliyyətinə səbəb olur. 
İK CM-ində AR CM-nin 196-cı maddəsində nəzərdə tutulan cinayət-hüquq pozuntusuna 
oxşayan  əmələ, yəni kreditor borclarını (kreditora olan borcları) ödəməkdən qəsdən 
yayınmağa görə  məsuliyyət müəyyənləşdirən xüsusi maddə yoxdur. Odur ki, həmin 
əməlin  İspaniyada cinayət-hüquqi tənzimlənməsi onun Cinayət Məcəlləsinin ödəniş 
qabiliyyətsizliyi haqqında normalarının (İK CM-nin VII fəslinin) vasitəsi və köməyi ilə 
həyata keçirilir.  
İsveçrə Konfederasiyasının Cinayət Məcəlləsində (irəlidə - İS.K CM) 
qanunsuz kredit almağa, yəni AR CM-nin 195-ci maddəsinin nəzərdə tutduğu cinayət-
hüquq pozuntusuna oxşayan  əmələ görə  məsuliyyət müəyyənləşdirən xüsusi maddə 
mövcud deyildir. Buna görə də İsveçrədə qanunsuz kredit alma ilə bağlı olan hərəkətlərin 
cinayət-hüquqi tənzimlənməsi İS.K CM-nin 146-cı maddəsinin vasitəsilə həyata keçirilir. 
“Dələduzluq” adlanan həmin maddəyə görə, aldatma yolu ilə özgə əmlakını ələ keçirən 
şəxs cinayət məsuliyyətinə  cəlb olunur. Deməli qanunsuz kredit alma ilə bağlı olan 
hərəkətlər  İS.K CM-nin 146-cı maddəsi ilə nizamlanır və qaydaya salınır. Başqa sözlə, 
kreditlə bağlı hüquqazidd əməllər haqqında məsələ cinayət hüquq müstəvisində 
“dələduzluq” anlayışının tətbiq olunması ilə  həll edilir. “Dələduzluq” kimi cinayət-
hüquqi anlayış isə AR CM-ndə qeyd olunan anlayışdan daha geniş izah edilir, başa 
düşülür və təfsir olunur. 
İsveç Krallığının Cinayət Məcəlləsində (irəlidə - İsv.K. CM) də qanunsuz 
kredit almağa və kreditor borclarını ödəməkdən qəsdən yayınma kimi əməllərə görə 
məsuliyyət nəzərdə tutan xüsusi maddəyə rast gəlmirik. Buna görə  də  həmin  əməllərin 
cinayət-hüquqi tənzimlənməsi  İsv.K. CM-nin dələduzluq və müflisləşmə haqqında 
normalarının vasitəsilə həyata keçirilir. Belə ki, İsv.K. CM-nin IX fəsli dələduzluğa və 
digər vicdansız davranışa görə  məsuliyyət nəzərdə tutur. Həmin fəslin 1.1. maddəsinə 
görə, əgər hər hansı aldatma yolu ilə öə məxsus əmlakın ələ keçirilməsi ilə nəticələnən 
əməl törədərsə, bu cinayət məsuliyyətinə  səbəb olur. AR CM-nin 195-ci maddəsində 
nəzərdə tutulan cinayət əməli məhz İsv.K. CM-nin bu norması ilə əhatə olunur. AR CM-
nin 196-cı maddəsinin nəzərdə tutduğu əmələ, yəni kreditor borclarını ödəməkdən qəsdən 
yayınma  əməlinə oxşayan cinayət-hüquq pozuntusunun İsveçrə Krallığında hüquqi 
tənzimlənməsinə gəldikdə isə, qeyd etməliyik ki, həmin cinayət-hüquq pozuntusu İsv.K. 
CM-nin “kreditorlar əleyhinə cinayətlər haqqında” XI fəsli ilə nizamlanır. Həmin fəslin 
borclu şəxslərin üzərinə öz kreditorları qarşısında öhdəliklərini icra etmədiklərinə görə,  

 
101
S.O.Əliyev 
 
yəni borclarını ödəməkdən yayınmalarına görə cinayət-hüquq məsuliyyəti qoyur. Bu 
fəslə daxil olan maddələrin demək olar ki, hamısında “müflisləşmə” termini işlədilir. 
Deməli, borclu şəxslərin məsuliyyəti “müflisləşmə” anlayışı ilə  əhatə olunur. Belə ki, 
əgər borclu şəxs kreditora olan borcunu ödəməkdən qəsdən yayınarsa, o, müflisləşmə 
haqqında cinayət-hüquq normalarına uyğun olaraq məsuliyyət daşıyır. Məsələn, XI fəslin 
1-ci maddəsinə görə, müflisləşən  şəxs  əmlakı  məhv edərsə, bağışlayarsa və ya əmlaka 
digər yolla sərəncam verərsə, o, cinayət məsuliyyətinə cəlb olunur.      
Niderland Krallığının (Hollandiya) qüvvədə olan mövcud Cinayət 
Qanunvericiliyinə görə özgə  əmlakını  fırıldaq yolu ilə  ələ keçirən  şəxsin məsuliyyəti 
“aldatma” terminindən istifadə olunmaqla müəyyənləşdirilir. Avropa dövlətlərindən biri 
olan həmin ölkənin Cinayət Məcəlləsinin (irəlidə - NK CM) 25-ci bölməsi “aldatma” 
adlanır. Bu bölməyə görə,  əgər  şəxs aldatma yolu ilə özgə  əmlakını  ələ keçirərsə, o, 
cinayət məsuliyyətinə  cəlb edilir. Söhbət mahiyyətcə  dələduzluq kimi ictimai təhlükəli 
əməl törədən şəxsin cinayət məsuliyyəti daşımasından gedir. Axı, özgə əmlakını aldatma 
yolu ilə ələ keçirmə dələduzluq əməli sayılır. Əgər şəxs Niderland Krallığında qanunsuz 
kredit alarsa, onun əməli dələduzluq kimi tövsif olunur.  
NK CM-nin 26-cı bölməsi “kreditorlara və ya səlahiyyətli  şəxslərə ziyan 
vurulması” adlanır ki, həmin bölmə müflisləşmə ilə bağlı cinayətlərə görə  məsuliyyət 
müəyyənləşdirən maddələr nəzərdə tutur. Bu maddələr, yəni müflisləşmə cinayətlərinə 
görə  məsuliyyət müəyyənləşdirən hüquq normaları  əsasında borclunun məsuliyyəti 
məsələsi həll olunur.  
NK CM-ndə eyni zamanda pulların saxtalaşdırılmasını  nəzərdə tutan xeyli 
sayda hüquq norması nəzərdə tutulmuşdur; həmin normala NK CM-nin 10-cu bölməsinə 
daxil olan 8 maddədə (208-215-ci maddələr) ifadə edilmişdir. Bu bölmə “pulların, dövlət 
qiymətli kağızlarının və banknotların qəlpləşdirilməsi və saxtalaşdırılması” adlanır.    
Danimarka Krallığının Cinayət Qanunvericiliyinə nəzər salsaq görərik ki, bu 
ölkənin Cinayət Məcələsi (irəlidə - DK CM) qanunsuz kredit almağa görə  məsuliyyət 
müəyyənləşdirən xüsusi maddə nəzərdə tutmur. Əgər həmin ölkədə şəxs qanunsuz kredit 
alarsa, onun əməli DK CM-nin 298-ci haraqrafı ilə tövsif olunur ki, həmin paraqraf DK 
CM-nin “əmlak  əleyhinə digər cinayətlər” adlı 29-cu fəslinə daxildir. Bu paraqrafda 
söhbət dələduzluq hərəkətlərindən gedir ki, bu hərəkətlər AR CM-nin 195-ci maddəsinin 
nəzərdə tutduğu qanunsuz kredit almağın tam oxşarıdır. Burada deyilir ki, özünün ödəniş 
qabiliyyəti haqqında yalan məlumatlar verməklə özü üçün və ya digər şəxslər üçün ssuda, 
borc və ya kredit alan şəxs cəzalandırılır. Lakin şəxsin törətdiyi əməl nəticəsində əmlak 
zərəri vurulmalı, maddi ziyan yetirilməlidir.    
DK CM həm də kreditor borclarını ödəməkdən qəsdən yayınmağa görə 
məsuliyyət müəyyənləşdirən xüsusi maddə  nəzərdə tutmur. Borclu şəxslərin 
məsuliyyətinin cinayət-hüquqi tənzimlənməsi məsələsi DK CM-nin 300-cü paraqrafı 
vasitəsilə həll edilir.  
İngilis-sakson hüquq ailəsinə (hüquq sisteminə) aid olan ölkələrə gəldikdə, qeyd 
etməliyik ki, elmi tədqiqat konteksində  həmin ölkələrin Cinayət Qanunvericiliyinin 
təhlilinə  də müəyyən diqqət yetirməyi məqsədəuyğun hesab edirik. İngiltərə  cinayət 
hüququnda qanunsuz kredit almağa və kreditor borclarını ödəməkdən qəsdən yayınma 
kimi əməllərə görə cinayət məsuliyyəti müəyyənləşdirən xüsusi norma mövcud deyildir. 
Buna görə  də qanunsuz kredit alma əməli haqqında məsələ  İngiltərə Cinayət 
Qanunvericiliyində dələduzluq kimi müstəqil cinayət tərkibi nəzərdə tutulur. İngiltərə  

 
102
S.O.Əliyev 
 
Cinayət Qanunvericiliyinə görə, dələduzluq aldatma yolu ilə özgəsinin daşınar əmlakını 
və ya pulunu əldə etmə  əməlidir. Bu cinayət tərkibi həm də eyni zamanda qiymətli 
kağızların tərtibində  və ya imzalanmasında aldatmaya yol verilməsi, aldatma yolu ilə 
kredit alınması və aldatma yolu ilə kapital qoyulması kimi əməllərə şamil olunur.  
Borclu  şəxsin kreditorlar barəsində vicdansız hərəkətləri kommersiya 
maraqlarına qəsd edən əməllər sırasına aid olunur. Borclu şəxsin məsuliyyəti müflisləşmə 
və ödəniş qabiliyyətsizliyi haqqında normalarla əhatə edilir. Belə normalar müflisləşmə 
haqqında 1914 və 1926-cı il Qanunlarında (Bankruptcy Acts) ifadə edilmiş  və  nəzərdə 
tutulmuşdur. Onlar borclu şəxslərə münasibətdə tətbiq olunan normalardır. Həddən çox 
borcun yaranması  və ödəniş qabiliyyətinin olmaması özlüyündə  cəzalandırılmalı olan 
cinayət əməli sayılır. Lakin ödəniş qabiliyyətsizliyi kimi vəziyyətə səbəb olan ayrı-ayrı 
bir sıra hərəkət cəzalandırılmalı olan əməl hesab edilir. Belə  hərəkətlər kreditorların 
iddialarının təmin olunmasını qeyri-mümkün edir, yaxud da çətinləşdirir. Məsələn, yalan 
məlumatlar təqdim etməklə kreditə əmlak alma, aldatma yolu ilə qanunsuz kredit alma bu 
cür hərəkətlər sırasına aiddir.  
İngilis-sakson hüquq ailəsinə daxil olan ABŞ-a gəldikdə isə, qeyd etməliyik ki, 
bu ölkənin Cinayət Qanunvericiliyində bank fəaliyyəti  əleyhinə törədilən cinayətlər 
sırasına aid etdiyimiz ictimai təhlükəli  əməllərin hüquqi tənzimlənməsinə aid müvafiq 
normalar mövcuddur. ABŞ-da törədilən bu kimi əməllər məhz həmin normalar əsasında 
tövsif olunur, cinayət-hüquq müstəvisində öz hüquqi qiymətini alır. Söhbət ilk növbədə 
ABŞ-ın Nümunəvi Cinayət Məcəlləsindən (irəlidə - ABŞ N.CM) gedir ki, həmin 
Məcəllədən ABŞ-ın  Ştatları üçün “Model Qanunu” kimi istifadə olunur. ABŞ N.CM 
mövcud hüquq normalarının analiz olunması və ümumiləşdirilməsi, habelə cinayət-hüquq 
doktrinasının müddəalarının nəzərə alınması əsasında yaradılmışdır. Onun 6-cı hissəsinin 
224.7-ci maddəsi (bu maddə “kommersiya fəaliyyətində aldadıcı üsullar” adlanır) əmlak 
və ya kredit almaq məqsədilə yalan yazılı  ərizə verməyə görə  məsuliyyət 
müəyyənləşdirir. Bu kimi əməlin cinayət hesab edilməsi üçün kredit almaq məqsədi ilə 
yalan yazılı  ərizə verilməsi kifayətdir. AR CM-nin 195-ci maddəsində  nəzərdə tutulan 
əmələ, yəni qanunsuz kredit almağa oxşayan hərəkət ABŞ N.CM-nin məhz 224.7-ci 
maddəsi ilə tövsif olunur.  
ABŞ N.CM-nin “sənədlərin saxtalaşdırılması  və aldadıcı üsullar” adlı 
bölməsində kreditorlara münasibətdə aldadıcı hərəkətlər etməyə görə məsuliyyət nəzərdə 
tutan maddələr ifadə edilmişdir. Xüsusən də 224.10-cu maddə maraq doğurur və diqqəti 
çəkir. Bu maddəyə əsasən, borclu şəxslərin öz kreditorlarının aldatmalarına görə cinayət-
hüquq məsuliyyəti müəyyən edilməlidir. Hesab edirik ki, AR CM-nin 196-cı maddəsində 
göstərilən  əməlin, yəni kreditor borclarını ödəməkdən qəsdən yayınma  əməli ABŞ-da 
məhz bu cinayət tərkibi ilə əhatə oluna bilər.  
ABŞ-da Federal Cinayət Məcəlləsinə rast gəlmirik.  Əvvəllər qüvvədə olan 
Cinayət Məcəlləsinin (1909-cu il CM) yenidən işlənilmiş əsas hissəsi ABŞ Konqresinin 
25 iyun 1948-ci il tarixli Aktı ilə  Qanun şəklində ABŞ-ın Qanunlar Külliyatının 18-ci 
bölməsinin 1-ci hissəsinə daxil edilmişdir. ABŞ-ın Qanunlar Külliyatının 46-cı  fəsli  
“dələduzluq və yalan məlumat vermə” adlanır ki, həmin fəslin 1002-ci maddəsi yalan və 
saxta sənədlər təqdim etməklə ABŞ dövlətindən və ya onun hər hansı orqanından, 
vəzifəli  şəxsindən və ya agentindən müəyyən məbləğdə pul almağa görə  məsuliyyət 
nəzərdə tutur. Söhbət, həmin maddədə qanunsuz pul alma əməlindən gedir ki, həmin 
əməl AR CM-nin 195-ci maddəsində nəzərdə tutulan əmələ (qanunsuz kredit alma)  

 
103
S.O.Əliyev 
 
oxşayır. Buna görə  də ABŞ-da bu kimi əməllər ABŞ Qanunlar Külliyatının 1002-ci 
maddəsi ilə tövsif olunur.  
ABŞ-ın Qanunlar Külliyatının 1341-ci maddəsi (həmin maddə “dələduzluq və 
dələduzluq hərəkətləri” adlanır) özgəsiulunu və ya əmlakını  ələ keçirmək məqsədi ilə 
dələduzluq əməliyyatlarının aparılmasına görə məsuliyyət nəzərdə tutur. Bu zaman şəxs 
aldatma yolundan və ya yalan faktlardan və vədetmədən istifadə edir. ABŞ-ın Qanunlar 
Külliyatının 1344-cü maddəsi bankda aparılan dələduzluq  əməliyyatlarına görə 
məsuliyyət nəzərdə tutur. Bu əməliyyatların mahiyyəti isə bilə-bilə yalan məlumatlar 
(faktlar) verməklə  və ya yalan vədlər verməklə bankların (maliyyə  təşkilatlarının) 
sahibliyində və ya nəzarəti altında olan əmlakı (pul vəsaitini, qiymətli kağızları, aktivləri, 
kredit vəsaitlərini və s.) ələ keçirməkdən ibarətdir. 
Bildiyimiz kimi ABŞ-ın ayrı-ayrı  ştatları özünün ayrıca Cinayət 
Qanunvericiliyinə malikdir. Tədqiqat konteksində Texas ştatının Cinayət Qanunvericiliyi 
daha çox diqqəti cəlb edir və maraq doğurur. Belə ki, Texas ştatının CM-nin 32.32-ci 
paraqrafı yalan yolla əmlak və ya kredit almağa görə məsuliyyət müəyyənləşdirir. Həmin 
paraqrafda kredit geniş  mənada işlədilir. Onun məzmunundan və ifadə etdiyi mənadan 
müəyyən etmək mümkün olur ki, kredit anlayışına pul borcu, əmlak və ya xidməti kreditə 
götürmək, öhdəliyin icrasına möhlət vermək, veksel üzrə öhdəliyi təmin etmək, kredit 
xətti, akreditiv və kredit kartı aiddir. Göründüyü kimi, məsələyə bu cür yanaşmaqla 
Texas  ştatının CM-nin 32.32-ci paraqrafı qanunsuz kredit alma kimi cinayət  əməlinin 
predmet parametrlərini xeyli genişləndirmişdir. Haqlı olaraq düşünə bilərik ki, təhlil 
olunan cinayət-hüquq norması  ağlabatan olub, onun AR qanunverici orqanı  tərəfindən 
qəbul olunması mümkündür.  
Qərb ölkələrində bank fəaliyyəti əleyhinə törədilən cinayət növlərindən biri olan 
saxta pul hazırlama əməli ilə də mübarizə aparılır ki, həmin mübarizənin hüquqi əsasını 
Cinayət Qanunvericiliyində  nəzərdə tutulan müvafiq normalar təşkil edir. Almaniya 
Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin