Cədvəl 2.
Tədqiqat sahəsindən götürülmüş nümunələrdə mikroorqanizmlərin miqdarı
Cədvəldən göründüyü kimi Gəncə-Qazax magistral yolu boyunca Tovuz rayonunda
magistral yoldan 50 m aralıda əkin altı torpaqda 0-20 sm dərinlikdə 150 000, 20-40
sm dərinlikdə 144000 olub azalmışdır. Həmin nöqtədən 100 m aralıqda
mikroorqanizmlərin miqdarı bir qədər azalır 0-20 sm qatda 138000, 20-40 sm
№
Nümunənin götürüldüyü yer
Saprofit mikroorqanizmlərin sayı,
KYV/qr
1 Ağstafa yoldan 50 m aralı 0-20 sm
60000
2 Ağstafa yoldan 100 m aralı 20-40 sm
54500
3 Tovuz yoldan 50 m aralı 0-20 sm
150000
4 Tovuz yoldan 100 m aralı 20-40 sm
127500
68
S.T.Məhərrəmova
127500 olmuşdur. Magistral yolun Ağstafa ərazisindən keçən hissəsindən 50 m
aralıda əkin altı 0-20 sm qatından götürülmüş nümunədə mikroorqanizmlərin
kəmiyyəti 60000, 20-40 sm dərinlikdə 35000 qədər azalır. Həmin nöqtədən 100
aralıdan götürülmüş nümunədə 0-20 sm qatda 120000 olduğu halda, 20-40 sm
dərinlikdə 54500 olub üst qatla müqayisədə 2 dəfə azdır.
Ağır metalların ətraf mühitdə toplanması bütün canlılar üçün həddən artıq
təhlükədir. Ətraf mühiti çirkləndirən bütün ünsürlər bitkilərdə stresə səbəb olur.
Apardığım bu təcrübədə məqsəd ağır metalların bitkinin inkişafına təsirini
araşdırmaq idi.
Material olaraq bitki üçün üzüm toxumu, ağır metal için civə və qurğuşundan
istifadə etdim . Hazırladığım birinci saxsıya sadəcə torpaq , ikinci saxsıya isə ağır
metallarla qarışdırdığım torpağı qoydum. Üzüm toxumlarını saxsılara əkərək
uyğun şərtlərdə cücərməsini gözlədim.
Cücərmə zamanı və cücərmədən sonrakı dövrlərdə torpağına ağır metal
qarışdırdığım saxsıdakı üzüm bitkisinin yavaş inkişaf etdiyinin şahidi oldum.
Bundan əlavə Şəmkir rayonu ərazisindən üzüm bitkisinin kök və gövdə
hissələrindən nümunələr götürərək, onlarda ağır metalların yayılması
xüsusiyyətlərini araşdırdım. Nümunələr laboratoriyada qurudulmuş, narın hala
salınmış və mikrodalğalı sobada atom absorbsiya spektrometrində analiz üçün
hazırlanmışdır.
Analizin nəticələri cədvəl 3-də verilib.
Laboratoriya
nümunəsi
Vahid
Kök
Gövdə
Qurğuşun
mg/kq
4,94
<0,1
Civə
mg/kq
0,07
0,5
Cədvəldən göründüyü kimi ağır metallar bitkinin ayrı –ayrı orqanlarında qeyri-
bərabər yayılır. İlk olaraq qurğuşun bitkinin kök sistemində toplanması 4,94 ,
gövdəsində isə <0,1, civə isə kök sistemində 0,07 və gövdəsində 0,5 müəyyən
olunmuşdur.
ƏDƏBİYYAT
1. Babyev M.P., Azizov G.Z., Mustaphayev M.G., Jafarov A.M. Natural factors that can
create danger for that part of the Baku-Tbilisi-Ceyhan oil pipe-linepasseng through the
Azerbaijan Republic and intending measures for preservation.Baku: Elm, 2012, p. 111.
69
S.T.Məhərrəmova
2. The quantity of microorganisms in oil pollution of the gray brown soil of
AzerbaijanThe 4
th
International Congress of the European Confederation of Soil Science
(ECSSS), 2- 6 July 2012, Bari-Italy p.2434
3. Əsgərov Ələddin, Əliyev Fəqan, Hüseynov Eldar, Əliyev Soltan “ Müasir Ekologiya ”,
Bakı: 2007.
4. Д.Г.Звягинцев,И.П.Бабьева,Г.М.Зенова Биоилгия почвИзд-во МГУ,2005,-445 с.,
БИОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ ПОДПАХОТНЫХ ПОЧВ ВДОЛЬ
ГЯНДЖА-ГАЗАХСКОЙ МАГИСТРАЛИ
С.Т.Магеррамова
Исследованы биологические особенности подпахотных почв вдоль Гянджа-
Газахской магистрали.С этой целью Для этих целей в пределах 50-100м от
магистральной дороги взяты образцы почв на глубинах 0-20см, 20-40 см , изучен
растительный покров исследуемой территории.В образцах почв были изучены
сапрофитные микроорганизмы На основе полученных результатовбыл проведен
сравнительный анализ количественных показателей микроорганизмов подпахотных
почв .
BIOLOGICAL FEATURES OF SOILS ALLONG THE GANJA-KHAZAKH
HIGHWAY
S.T.Magerramova
The aim of this study is to research biological features of cultivated soils along the
Ganja-Khazakh highway. on this purpose soil and vegetation cover were studied in the site
and soil samples were collected from 0-20 cm and 20-40 cm depth at a distance of 50 m
and 100 m from the highway. Saprofile microorganizms of the samples collected were
studied. On the basis of results gained a quantative index of microorganizms of cultivated
soils was analysed comparatively.
61
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
2015 - № 41
İNSAN ORQANİZMİNDƏ MİKOZ XƏSTƏLİYİNİ YARADAN
PATOGEN GÖBƏLƏKLƏR
K.S.Zeynallı
Odlar Yurdu Universiteti
e-mail: fuadhud@yahoo.com
Açar sözlər: mikoz, mikologiya, göbələk, patogen
Keywords: mycosis, mycology, fungi, pathogenic
Ключевые слова: микоз , микология, грибки, патогенный
Müxtəlif bioloji aktiv maddələr sintez etmək qabiliyyətinə malik olan
göbələklərdən, xüsusən də mikromisetlərdən dərman preparatlarının hazırlanmasında,
çörək və yeyinti məhsullarının istehsalında, şərabçılıqda və s. geniş miqyasda istifadə
edilməsi son zamanların adi reallığıdır. Lakin elə mikroskopik göbələklər mövcuddur ki,
onlar kənd təsərrüfatı məhsullarına, ev heyvanlarına, nəhayət, insan orqanizminə çox
böyük ziyan vurur və müxtəlif mənşəli xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Bizi əhatə edən bioaerozol mühiti və ya sağlam insan dərisini tədqiq etsək, burada
mikroskopik göbələklərin mitseli fraqmentlərinə, hif və sporlarına hər zaman rast gəlmək
mümkündür. Lakin əlverişli mühit yarandıqda, yəni insan orqanizminin müqaviməti
zəiflədikdə saprotrof hesab etdiyimiz mikromisetlər şərti-patogen göbələklərə çevrilir.
Uzun müddət həkim nəzarəti olmadan qəbul edilmiş antibiotiklər, qlyukokortikoidlər və s.
insanda immun sisteminin zəifləməsinə səbəb olur ki, bu da patogen göbələklərin
orqanizmdə fəallığını artırır və göbələk mənşəli xəstəliklərin yaranmasına təkan verir.
QİÇS, şəkərli diabet, bədxassəli şiş xəstəliklərindən, artıq çəkidən əziyyət çəkən
insanlarda isə mikroskopik göbələklərlə yoluxmalara daha tez-tez rast gəlinir. Xüsusən də
sanitar-gigiyenik qaydalara düzgün əməl olunmadıqda, göbələk xəstəliyinə yoluxmuş
insanın şəxsi əşyalarından (diş fırçası,daraq, dəsmal və s.) istfadə edildikdə, patogen
göbələklər dəridə olan mikroçatlar, mikrozədələr və ya həzm sistemi, tənəffüz sistemi,
ifrazat sistemi vasitəsilə orqanizmə daxil olur.
Klinik tədqiqatlar göstərir ki, mikroskopik göbələklərin insan orqanizmində
törətdiyi patoloji proseslər əsasən mikozlar formasında təzahür edir. Mikoz patogen
göbələklərin əmələ gətirdiyi infeksion xəstəlik olub, dərini, dırnaqları, selikli qişanı, gözü,
hətta sinir sistemini də zədələyə bilir.
Mikozun müxtəlif formaları (dermatomikoz, keratomikoz, kandidoz, dərin
mikozlar) mövcuddur ki, bunlardan ən geniş yayılmış dermatomikoz ( dermatofitiya) hesab
edilir. Dünya əhalisinin təqribən 15-20%-i dermatofitiyadan əziyyət cəkir. Xəstəliyin
yaradıcısı Trichophyton, Microsporum və Epidermophyton göbələk cinsinin növləridir. Bu
patogen göbələklər dərinin üst qatlarını zədələyir. Hazır üzvi maddələrlə qidalanaraq, ətraf
62
K.S.Zeynallı
mühitin əlverişsiz şəraitinə cox dayanıqlı olub, illərlə yaşamaq qabiliyyətinə malikdir.
Dermatofitiyanın bir növü rubrofitiya xəstəliyidir ki, Trichophyton rubrum
göbələyi tərəfindən yaranır və hamar dəridə, əldə, ayaqda (daban və pəncə hissəsi),
lokalizə olunur.Dəridə güclü qaşıntıya səbəb olan papula,eroziya və xoraları əmələ gətirir.
Dərinin sağalması bəzi hallarda çapıqlaşma ilə müşayət olunur.
Dermofitiyanın digər forması olan onixomikoz xəstəliyi dırnağa mikrozədələr
sayəsində daxil olaraq, onun deformasiya olunmasına (qalınlaşma, rəngini
dəyişmə,ovulma və s.) səbəb olur. Müalicəsi uzun müddətlidir, hətta residiv də verə bilir.
Mikrosporiya da dermatofitiyanın bir forması olub, Microsporum ferrugineum
növü tərəfindən başın tüklü hissəsində diametri 2-3 sm olan, oval şəkilli üzəri pulcuqlarla
örtülmüş yaralar əmələ gəlir ki,bu zaman saç kökündən qırılır.
Patogen göbələk növü olan Trichophyton verrucosum və Trichophyton
mcntagrophytes var. gypseum vasitəsilə başın saç, bığ və saqqal nahiyəsinin dərisində
əmələ gələn digər xəstəlik trixofitiya adlanır. Bu zaman dərinin zədələnmiş hissəsi
qaysaqla örtülür.Qaysağın alt hissəsində irinli pustullar əmələ gəlir və tük dəridən
səthindən 2-3 mm hündürlükdə qırılır.
Mikozun digər forması keratomikoz adlanır və bu zaman patogen göbələklər
keratin maddəsilə ilə qidalanaraq, epidermisin buynuz qatını zədələyir. Bura alabəzək
dəmrov və düyünlü trixosporiya xəstəliyi aiddir. Rütubətli mühiti sevən bu mikromisetlər
zəif qaşıntı, cox az iltihabla nəzərə çarparaq, xəstəni yalnız kosmetik cəhətdən narahat
edə bilir. Patogen-lipofil maya göbələklərinin vasıtəsilə əmələ gəlir.
Mikozun daha bir forması olan kandidoz (kandidamikoz) xəstəliyi insanın daxili
orqanlarını, selikli qişalarını, dərisini, zədələyir. Xəstəliyin yaradıcısı isti və rütubətli
mühitdə fəal inkişaf edən, Candida cinsinə aid şərti patogen olan Candida albicans hesab
edilir. C.albicans göbələyinin ən çox rast gəlindiyi bölgə insanın ağız boşluğu, urogenital
və cinsiyyət orqanlarıdır. Ağız boşluğunun kandidoz xəstəliyi əsasən uşaqlar və yaşlılarda
rast gəlinir. Dilin üzərində, damaqda, diş ətində, yanaqda kəsmiyə bənzər bozumtul-ağ
rəngli örtük əmələ gəlir. Örtüyü təmizlədikdə altdan iltihablaşmış qanayan selikli qişa
görünür.
Kandidoz xəstəliyinə hamar dərinin büküşlərində, dırnaqda, ayaqların altında və
barmaqların arasında da rast gəlmək mümkündür.
Mikozun dərin mikozlar adlanan bir neçə növü vardır ki, bu xəstəliklər
( Blastomikoz, Sporotrixoz, Xromomikoz) Cənubi Amerika, Afrika, ABŞ-da geniş
yayılmışdır. Bu göbələklərlə yoluxma dərinin alt qatlarının, sümüklərin, əzələlərin, daxili
orqanların və s. zədələnməsi ilə müşayət olunur. Xəstəliklərin ağırlığını nəzərə alsaq, bəzi
hallarda bu göbələklərlə yoluxma ölümlə də nəticələnə bilir.
Blastomikoz xəstəliyi Blastomyces dermatitidis adlanan patogen göbələk dərinin
alt qatlarına, bəzən də sümüyünə yoluxaraq insanın yuxarı və aşağı ətraflarında düyünlü ,
qan-irin qarışıqlı dərin xoralar əmələ gətirir ki,bu xoralar dərin çapıqlara çevrilir.
Sporotrixoz xəstəliyini əmələ gətirən Sporotrichum schenckii növünün insan
orqanizminə yoluxması nəticəsində dərialtı toxuma, selikli qişa, limfa sistemi, bəzən də
daxili orqan və sümüklər zədələnir. Yoluxma dəri zədələnməsi, tənəffüs və həzm sistemi
vasitəsilə baş verir.Daxili orqanların xoraları uzun müddət sağalmır.
Dərin mikozlardan hesab edilən Xromomikoz xəstəliyinə patogen göbələklərin
Hormodendron cinsninin nümayəndələri vasitəsilə yoluxan xəstələrin aşağı ətraflarında
çoxlu şiş kütləsi əmələ gəlir. Bəzi hallarda bu şişlər böyüyüb, bir-biri ilə birləşir.
63
K.S.Zeynallı
Yuxarıda qeyd olunanları nəzərə alsaq, deyə bilərik ki, göbələklər düşündüyümüz
qədər sadə orqanizmlər deyildir. Hesab edirik ki,müasir mikologiya elminin inkişafı, hələ
də xüsusiyyətlərini bilmədiyimiz bir çox patogen göbələklərin aşkar edilməsinə imkan
verəcəkdir. Bu da öz növbəsində insan orqanizminə zərər verən mikroorqanizmlərin, o
cümlədən patogen göbələklərin tibbi diaqnostika ilə vaxtında müayinə olunaraq düzgün
müalicəsinə şərait yaradacaqdır.
Ədəbiyyat
1.
Кубанова А.А., Потекаев Н.С., Потекаев Н.Н. Руководство по практической
микологии. – Москва, Финансовый издательский дом «Деловой экспресс», 2001
2.
Лещенко В.М. Морфология, физиология, экология грибов (принципиальные
положения). Materia medica, 1997, №2, с. 5-9
3.
Рукавишникова В.М. Эпидемиология, патогенез, клиника, лечение и
профилактика микозов стоп. Materia medica, 1997, №2, с. 11-40
4.
Рукавишникова В.М. Микозы стоп. М.: МСД, 1999
5.
Бурова С.А., Буслаева Г.Н., Шахмейстер И.Я. Грибковые заболевания.
Приложение к журналу «Здоровье»,1999, №6
6.
Сергеев А.Ю. Грибковые заболевания ногтей. Москва, «Медицина для всех».
Национальная академия микологии, 2001
7.
Степанова Ж.В. Грибковые заболевания. Москва, Крон-пресс, 1966
8.
Сергеев А.Ю., Иванов О.Л., Сергеев А.Ю., и др. Исследование современной
эпидемиологии онихомикоза. Вестник дерматологии и венерологии, 2002, №3, с.31-
35
9.
Родионов А.Н. Грибковые заболевания кожи. СПб: Питер, 1998
10.
Сергеев А.Ю. Системная терапия онихомикозов. Москва. Национальная
академия микологии. 2000
11.
Сергеев Ю.В., Сергеев А.Ю. Проект «Горячая линия»: итоги и результаты.
Успехи медицинской микологии, 2003, том №2, с.153-154. Москва, Национальная
академия микологии.
12.
Сергеев Ю.В., Сергеев А.Ю. Онихомикозы: грибковые инфекции ногтей. М.:
Гэотар-медицина, 1998
13.
Сергеев А. Ю., Сергеев Ю. В. Кандидоз: природа инфекции, механизмы
агрессии и защиты, диагностика и лечение. М.: Триада-Х, 2000.
14.
Сергеев А.Ю., Сергеев Ю.В. Чему учат клинициста исследования
эпидемиологии дерматомикозов? Успехи медицинской микологии, 2003, том №2,
с.154-155. Москва, Национальная академия микологии.
15.
Баткаев Э.А., Корсунская И.М. Лечение микозов у взрослых и детей. Вестник
последипломного образования, 2000, №3, с. 12-13
64
K.S.Zeynallı
PATHOGENIC FUNGI THAT PROVOKE
MYCOTIC DISEASES IN THE HUMAN BODY
K.S.Zeynalli
SUMMARY
Mycosis (fungal diseases) is a widespread group of infectious diseases caused by
parasitic fungi. Fungal spores enter the skin and subcutaneous tissues as a result of
microtrauma, get deposited on the mucous membranes of the eyes and upper respiratory
tract or the lungs during breathing. The nature and severity of mycosis depend on the type
of fungus and the location of the lesion. Fungal infections are caused by the diseases that
negatively affects body's immunity. Those diseases can affect various parts of skin and its
appendages (nails, hair), external genitalia, mucous membranes, lungs, esophagus.
Mycosis are typically chronic.
ПАТОГЕННЫЕ ГРИБЫ, ПРОВОЦИРУЮЩИЕ
МИКОЗНЫЕ БОЛЕЗНИ В ЧЕЛОВЕЧЕСКОМ ОРГАНИЗМЕ
К.С.Зейналлы
РЕЗЮМЕ
Микоз (грибковые заболевания) - широко распространенная группа
инфекционных болезней, вызываемых паразитическими грибками. Споры грибков
попадают в кожу и подкожную клетчатку в результате микротравм, оседают на
слизистых оболочках глаз, а также верхних дыхательных путей или в легких при
дыхании. Характер и тяжесть микоза зависят от вида грибка и локализации
поражения. Развитию микозов способствуют любые заболевания, вызывающие
снижение защитных сил организма. Могут поражаться различные участки кожи и ее
придатки (ногти, волосы), наружные половые органы, слизистые оболочки, легкие,
пищевод. Микозы, как правило, имеют хроническое течение.
52
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
2015 - № 41
ANAFİLAKTİK ŞOKUN DİNAMİKASINDA İMMUM VƏ LAXTALANMA
GÖSTƏRİCİLƏRİNİN QARŞILIQLI ƏLAQƏSİNİN QANDA VƏ LİMFADA
DƏYİŞMƏSİNİN MİKROELEMENTLƏRLƏ KORREKSİYASI
İ. A. Axundov
Odlar Yurdu Universiteti
tibb üzrə fəlsəfə doktoru
Açar sözlər: İmmun komponent, laxtalanma, sensibilizasiya, anafilaktik şok,
allergik reaksiya.
Ключевые слова: иммунный компонент, свёртывание, сенсибилизация,
анафилактический шок, аллергическая реакция.
Key words: immune component, coagulation, sensibilisation, anafilaktik shok,
allerdic reaction.
Problemin aktuallığı. İmmun komponentlər ilə laxtalanma arasındakı əlaqə çox
az öyrənilmişdir. Bizə rast gələn məlumata əsasən 1989-cu ildə B.İ.Kuznik.,
H.V.Vasilyev, N.N.Çıbikov nəşr etdirildikləri «İmmunogenez, hemostaz və orqanizmin
qeyri-spesfik davamlığı» (24) adlı sanballı monoqrafiyada canlı orqanizmdə hemostazın
fermentativ tənzimində immun sisteminin rolu haqqında fikir irəli sürmüşdürlər. Onlar
belə qənaətə gəlmişdilər ki, profermentlər orqanizm üçün immunoloji baxımdan lazımdır.
Fermentlərin fizioloji aktivləşməsi prosesində immun sistem fəaliyyətə başlayır və
nəticədə autoantitel sintez olunur və beləliklə, hemostatik homeostaz aktivləşmiş
laxtalanma sisteminə qarşı əmələ gəlmiş autoantitellərlə tənzimlənir. Müəlliflərin fikrinə
görə timus vəzisi çıxarılmış heyvanlarda T-limfositlərdə ciddi çatışmazlıq yaranır ki, bu da
laxtalanma sisteminə qarşı əmələ gəlmiş autoantitellərin miqdarını azaldır, komplementin
fəallığını isə çoxaldır. İmmun sistemi komplement aktivləşdirir (15, 19, 21).
Ona görədə dövr edən immun komplekslərinin (DİK) artması nəticəsində komple-
mentin fəallığı yüksəlir (25, 26, 28, 30).
N.A.Konstantinova «Toxumaların zədələnmələri və immun komplekslər» (22)
adlı monoqrafiyasında göstərilmişdir ki, dövr edən immun komplekslərin miqdarının art-
ması və plazmanın komplementar fəallığının aşağı düşməsi hiperkoaquoyasiyaya və ya
dövr edən immun komplekslərin miqdarının azalması isə hipokoaqulyasiyaya səbəb olur.
Bütün bu ədəbiyyat məlumatlarından belə nəticəyə gəlmək olar ki, immunitet ilə
laxtalanma arasında müəyyən dərəcədə əlaqə vardır. Lakin bu məsələnin bir çox cəhəti
öyrənilməmiş qalır.
Allergik reaksiyalar və xüsusilə anafilaktik şoka gəldikdə isə bizə rast gələn ədə-
biyyatda məlumat tapa bilmədiyimizdən öz tədqiqatımızda anafilaktik şokun dinamika-
sında immun komponentlər və laxtalanma tərəfindən baş verən dəyişikliklərin öyrənilmə-
sini məqsədəuyğun hesab edirik (1, 5, 8).
Tədqiqatın material və metodları. Tədqiqat 2,0-3,0 kq. çəkiyə malik olan
“Şinşilla” cinsli dovşanlar üzərində aparılmışdır. Anafilaktik şoku yaratmaq üçün əvvəlcə
53
İ. A. Axundov
heyvan sensibilizasiya edilir, yəni yüksək həssaslıq halına salınır. Bu məqsədlə dəri altına
az miqdarda (0,1ml) normal at zərdabı yeridilir.
Tədqiqat üçün qan dovşanın qulaq venasından götürülmüş, limfa isə döş limfa
axacağının katerizasiyası yolu ilə alınmışdır (13, 23).
Qanda
və limfada immun göstəricələr (leykosit, neytrofil, eozinofil, limfosit, T-
limfosit, B-limfosit, IgE, DİK, komplement) və laxtalanma göstəriciləri (koalin müddəti
(KM), kefalın müddəti (KfM), hissəvi fəallaşmış trambin müddəti (HFTM), fibrinogenin
miqdarı (FM), trombin müddəti (TM), antitrombin-III (AT-III) fibrinolitik fəallıq (FF))
həmçinin arterial təzyiq (AT), tənəffüsün sayı (TS) və limfanın axın sürəti (LAS) təyin
olunmuşdur.
Alınmış nəticələr və onların müzakirəsi. Eksperimentlərin kontrol seriyasında 30
adadovşanından istifadə olunmuşdur. Anafilaktik şok zamanı 17 heyvan tələf olmuşdur.
Müəyyən edilmişdir ki, sensibilizasiyanın 7-ci günü qanda immun göstəricilər fərqlənmiş,
belə ki, leykositlər, neytrofillər, eozinofillər, limfositlər, T-limfositlər çoxalmış, B-
limfositlər azalmış, komplementin titri aşağı düşmüş, IgE, DİK artmışdır.
Sensibilizasiyanın 14-cü günündə leykositlər, neytrofillər, eozinofillər, limfositlər, T-
limfositlər, B-limfositlər, IgE, DİK artmış, komplement isə azalmışdır. Anafilaktik şokun
özündə leykositlər, neytrofillər, eozinofillər, limfositlər, T-limfositlər, B-limfositlər
azalmış, DİK-isə başlanğıc göstəricisinin 321,6%-ni (p<0,01) təşkil etmişdir. Anafilkatik
şok zamanı qanda komplementin titri və IgE sərbəst halda müşahidə olunmamışdır.
Anafilaktik şokdan çıxan heyvanlarda bir gün sonra leykositlər, neytrofillər eozinofillər,
limfositlər, T-limfositlər, B-limfositlər, DİK artaraq sensibilizasiyanın ilk günlərindəki
kimi olmuşdur. IgE müəyyən olunmamış, komplementin miqdarı isə təxminən
sensibilizaiyanın 14-cü gününə bərabər olaraq -73,8% (p<0,01) təşkil etmişdir.
Həmin tədqiqat dövründə LƏF sistemi göstəriciləri intaktdan fərqlənərək sensibili-
zasiyanın 7-ci günü KM, KfM, HFTM, TM zəifləmiş, FM artmış, AT-III azalaraq 49,7%
(p<0,01), FF-isə yüksələrək-32,4% (p<0,01) olunmuşdur. Sensibilizasiyanın 14-cü günün-
də laxtalanma göstəriciləri getdikcə zəifləmiş, FM artmış, əks-laxtalanma azalaraq 43,4%
(p<0,01), fibrinoliz isə yüksələrək -38,7% (p<0,01) təşkil etmişdir. Anafilaktik şokun
özündə laxtalanma daha da zəifləmiş, AT-III azalaraq 37,2 (p<0,01), FF sürətlə yüksələrək
-66,1% (p<0,01), anafilaktik şokdan çıxan heyvanlarda bir gün sonra isə LƏF sitemi
göstəricilərin miqdarı təxminən sensibilizasiyanın ilk dövrlərindəki kimi olunmuşdur.
Qanda
olduğu kimi limfada da immun göstəricilər intakt qrupundan fərqlənmişdir.
Belə ki, sensebilizasiyanın 7-ci günü leykositlər, B-limfositlər, DİK başlanğıc göstə-
ricidən artıq olmuş, limfositlər normadan -30% (p<0,01), T-limfositlər -40,5 (p<0,01),
komplement isə 51,5% (p<0,01) təşkil etmişdir. Sensibilizasiyanın 14-cü günü leykositlər,
limfositlər, T-limfositlər, komplement isə kəskin azalmışdır. B-limfositlər və DİK-in
miqdarı artıq olmuşdur. Anafilaktik şok zamanı leykositlər, B-limfositlər, DİK sürətlə
artaraq başlanğıc göstəricilərdən kəskin fərqlənmiş, limfositlər, T-limfositlər normadan
getdikcə aşağı olunmuş, komplementin titri müəyyən edilməmişdir. Anafilaktik şokdan
çıxan heyvanlarda bir gün sonra leykositlər, limfositlər, T-limfositlər, DİK, komplement,
sensibilizasiyanın ilk günlərində ki, kimi olmuş, B-limfositlərin miqdarı isə başlanğıc
göstəricinin 329,7%-ni (p<0,01) təşkil etmişdir.
Həmin tədqiqat dövründə LƏF sistemi göstəricilərində də dəyişikliklər müşahidə
olunmuş, belə ki, laxtalanma və əks-laxtalanma artır, FF isə yüksələrək başlanğıc göstə-
ricinin - 6,4%-inə (p<0,01) bərabər olmuşdur. Sensibilizasiyanın 14-cü günündə KM,
54
İ. A. Axundov
KfM, HFTM, TM, AT-III zəifləmiş, FM artmış, FF isə getdikcə yüksələrək - 9%
(p<0,01) olmuşdur. Anafilaktik şok zamanı KM, KfM, HFTM, AT-III getdikcə zəifləmiş,
FM getdikcə artmış, TM-nin zəifliyi ilk dəfə artaraq 63,4% (p<0,01) olmuş, FF-isə - 6,1%
(p<0,01) təşkil etmişdir. Anafilaktik şokdan çıxan heyvanlarda bir gün sonra isə LƏF
sistemi göstəriciləri sensibilizasiyanın ilk dövrlərindəki kimi olmuşdur. Anafilaktik şok
zamanı LAS zəifləyərək 7,8% (q/d) olmuşdur.
Sensibilizasiyanın 7-ci və 14-cü
günündə həyatı vacib funksiyalara (AT, TS) ciddi dəyişiklik olmamışdır. Belə ki,
başlanğıc vəziyyətlə müqayisədə sensibilizasiyanın 7-ci və 14-cü günü AT -0,7% (q/d) və
-3,6% (p<0,01), TS -13% (p<0,01) və -19,1% (p<0,01), həledici dozanı yeritdikdən sonra
anafilaktik şokun başlanğıcını minqoqrafın göstəricilərinə əsasən təsdiqləyirdik. AT
sürətətlə enərək -50% (p<0,01), TS isə -42,7% (p<0,01) təşkil etmişdir. Anafilaktik
şokdan çıxan heyvanlarda AT -43,8% (p<0,01), TS -40,6% (p<0,01)olmuşdur.
Həmcinin həlledici inyeksiyanı yeritdikdən sonra heyvanların ölüm faizi 56,6%
təşkil etmişdir.
Beləliklə, bütün yuxarıda göstərilənləri yekunlaşdıraraq deyə bilərik ki, anafilaktik
şok modeli yaradılmış heyvanlarda həm sensibilizasiya, həm şok, həm də desensibili-
zasiya dövründə qanda və limfada immun və LƏF sistemi göstəricilərində, həmcinin LAS-
da dəyişikliklər yaranır. Nəticədə şok mərhələsində toksik məhsulların yuyulub aparılması
cətinləşdiyi ücün heyvanların həyati vacib funksiyalarında dəyişikliklər əmələ gəlir və
ölüm faizi artır.
Aldiğımız nəticələr öyrəndiyimiz göstəricilərin korreksiyası istiqamətində tədqiqat
aparmaq lazım gəldiyini göstərirdi.
Immun və laxtalanma sistemlərində qan və limfada müşahidə olunan dəyişiklikləri
korreksiya etmək məqsədilə litium mikroelementindən istifadə edildiyi haqda ədəbiyatda
məlumatlar var. Belə ki, müxtəlif dozalarda litium tənzimləyici təsir göstərir, müqaisəli
olaraq deyə bilərik ki, bu dozalarda həmin elementlər qanın laxtalanmasını uzadır. Bundan
əlavə bu mikroelementlər antihistamin, antiserotonik, adrenolitik təsir göstərməklə desen-
sibilizəedici və antiallergik effekt verir, allergik reaksiyalarda bəzi funksional pozğun-
luqları aradan götürür, bronxspazmın əmələ gəlməsinin qarşısını alır. Qeyd etmək lazımdır
ki, litium limfotrop təsirə malikdir (14, 16, 18, 20, 27, 29).
Litium mikroelementinin antikoaqulyant effekti qanda olduğu kimi limfada da lax-
talanma və trombin vaxtının uzanması, həmçinin fibrinogenin konsentrasiyasının azalması
ilə özünü göstərir. Nəticədə limfa axının sürətlənməsi müşahidə olunur. Müəyyən
olmuşdur ki, yuxarıda göstərilən qaydalar üzrə vena daxilinə 3%-li 3 ml yeridilən litium
mikroelementləri döş limfa axarında limfa axınını sürətləndirir. Sensibilizasiyanın
sonunda limfa axınının sürəti maksimal səviyyəyə çatmış olur. Litiumun bütün digər xü-
susiyyətləri onun müxtəlif patologiyalar zamanı tədbiqinin effektliyinin öyrənilməsinə
əsas verir.
Ekperimentlərin II təcrübə seriyasında istifadə olunan 30 dovşanı normal at zər-
dabının ilk inyeksiyası ilə eyni vaxtda litium bikorbonat məhlulunu yeritdik. 7-ci gün, 14-
cü gün və anafilaktik şokun özündə və şokdan çıxan heyvanlarda bir gün sonra təyinat
aparılmışdır. Bu seriyada dovşanların doqquzu şokdan çıxmamışdır.
Tədqiqatın bu mərhələsində yəni sensebilizasiyanın 7-ci günündə qanda leykosit-
lər neytrofillər, eozinofillər, B-limfositlər komplement başlanğıc göstəricilərdən az fərqlə-
nmişdir, limfositlər, T-limfositlər, IgE, DiK isə başlanğıc göstəricidən artıq olmuşdur.
Sensibilizasiyanın 14-cü günündə immun göstəricilərdə fərqlər müşahidə olunmuş, belə
55
İ. A. Axundov
ki, leykositlər, neytrofillər, eozinofillər, komplement nisbətən azalmış, B-limfositlər
sensibilizasiyanın 7-ci gününə nisbətən cüzü artaraq -54,7% (p<0,01) təşkil etmiş,
limfositlər, T-limfositlər, DİK tədricən artmış, IgE isə sensibilizasiyanın 7-ci gününə
nisbətən kəskin azalaraq 459% (p<0,01) olmuşdur. Anafilaktik şokun özündə immun
göstəricilərdən leykositlər, neytrofillər, eoznofillər tədricən azalmış, B-limfositlər nisbətən
artaraq - 48% (p<0,01) olmuş, anafilaktik şokda komplement -81,2% (p<0,01) təşkil
etmiş, limfositlər, T-limfositlər, DİK isə nisbətən artmışdır, IgE qanda sərbəst halda
tapılmamışdır. Anafilaktik şokdan şıxan heyvanlarda bir gün sonra isə leykositlər ney-
trofillər, eozinofillər və komplementin miqdarı nisbətən artmış, B-limfositlər isə azalaraq -
58,7%-ə (p<0,01) çatmış, limfositlər, T-limfositlər, DİK azalaraq, özünü müsbət
istiqamətdə göstərmişdir, IgE isə qanda sərbəst halda müşahidə olmamışdır.
Həmin tədqiqat dövründə qanda LƏF sistemi göstəricilərində də dəyişikliklər mü-
şahidə olunmuş, belə ki, sensibilizasiyanın 7-ci günündə KM, KfM, HFTM, TM, AT-III
başlanğıc göstəricilərə nisbətən kəskin zəifləmiş, FM artmış, fibrinoliz isə azalaraq -
20,9% (p<0,01) olmuşdur. Sensibilizasiyanın 14-cü günündə laxtalanma göstəriciləri
getdikcə zəifləmiş, FM artmış, əks-laxtalanma azalaraq 52,8% (p<0,01), FF yüksələrək -
26,9% (p<0,01) təşkil etmişdir. Anafilaktik şokun özündə laxtalanma göstəriciləri
zəifləməkdə davam etmiş, FM tədricən çoxalmış, AT-III azalaraq 45,6% (p<0,01),
fibrinoliz isə iki dəfə yüksələrək -64,3% (p<0,01) olmuşdur. Anafilaktik şokdan çıxan
heyvanlarda bir gün sonra KM, KfM, HFTM başlanğıc göstəriciyə yaxın olmuş FM, TM
anafilaktik şok mərhələsindən fərqlənərək azalmış, AT-III kəskin azalaraq
30,3%(p<0,01), FF isə başlanğıc göstəriciyə yaxınlaşaraq -9,4% (p<0,01) təşkil etmişdir.
Qanda olduğu kimi bu təcrübə seriyasında da limfada baş verən immun dəyişiklik-
lərində fərqlər nəzərə çarpmış, belə ki, leykositlər, B-limfositlər, DİK başlanğıc göstə-
ricilərdən, fərqlənərək artıq olmuş, limfositlər, T-limfositlər, komplement isə başlanğıc
göstəricidən aşağı olmuşdur. Sensibilizasiyanın 14-cü günü leykositlər, B-limfositlər və
DiK-də artım müşahidə olmuş, limfositlər, T-limfositlər, komplement isə tədricən ço-
xalmışdır. Anafilaktik şok zamanı özündə leykositlər, limfositlər, T-limfositlər, B-limfo-
sitlər, DİK artmış, komplement - 59,8% (p<0,01) təşkil etmişdir. Anafilaktik şokdan çıxan
heyvanlarda bir gün sonra isə immun göstəricilərin miqdarında azalma müşahidə olun-
muşdur.
Həmin tədqiqat dövründə limfanın LƏF sistemi göstəricilərində dəyişikliklər baş
vermiş, belə ki, laxtalanma göstəriciləri sensibilizasiyanın 7-ci günü zəifləmiş, AT-III
başlanğıc göstəricisinə nisbətən artaraq 51,6% (p<0,01) olmuş, fibrinolitik fəallıq isə yük-
sələrək - 23,9%-ə (p<0,01) bərabər olmuşdur. Sensibilizasiyanın 14-cü günü laxtalanma
göstəricilərində zəifləmə müşahidə olunmuş, əks-laxtalanma azalaraq 44,2% -ə (p<0,01)
çatmış, FF isə getdikcə yüksələrək -30,1% (p<0,01) olmuşdur. Anafilaktik şokun özündə
KM, KfM, HFTM, TM, kəskin zəifləmiş, FM artmışdır. AT-III azalaraq 35,6% (p<0,01)
olmuş, FF isə yüksələrək -36,2%-ə (p<0,01) çatmışdır. Anafilaktik şokdan çıxan
heyvanlarda bir gün sonra isə KM, KfM, HFTM, FM azalaraq sensibilizasiya dövrünə
yaxın olmuş, TM, AT-III, FF isə başlanğıc göstəriciyə yaxın olmuşdur. Sensibilizasiya və
şok mərhəlsində FM artmış, şokdan çıxan heyvanlarda bir gün sonra təxminən başlanğıc
mərhələyə yaxınlaşmışdır. Anafilaktik şok zamanı LAS 96% (p<0,01) təşkil etmişdir.
Sensibilizasiyanın 7-ci günü AT və TS -0,2% (q/d) və -5% (p<0,05), 14-cü günü AT
nisbətən azalaraq -5,9% (p<0,01), TS artaraq -10,6% (p<0,01), anafilaktik şok zamanı AT
56
İ. A. Axundov
və TS azalaraq -54,3% (q/d) və -0,2% (q/d), şokdan çıxan heyvanlarda isə bir gün sonra
AT -50,1% (p<0,01) və TS -39,9% (p<0,01) təşkil etmişdir.
Bu seriyada həlledici inyeksiyadan sonra heyvanların ölüm faizi 30% olmuşdur.
Ücüncü təcrübə seriyasında on gün litium xlorid və həlledici dövrdə natrium se-
lenit mikroelemetləri yeridilmişdir, sonra sensibilizasiya dövründə və anafilaktik şokun
özündə heyvanın qanında və limfasında immun və LƏF sisteminin dəyişmə dinamikasını
öyrəndik. Bu seriyada 30 ada dovşanından istifadə olundu. Dovşanlardan biri sensibi-
lizasiyanın 13-cü günü, yeddisi isə anafilaktik şok zamanı tələf olmuşdur.
Litium xlorid və həlledici dövrdə natrium selenit məhlulu inyeksiya edildikdən
sonra sensibilizasiya olunmuş heyvanlarda 7-ci gün qanda leykositlər, neytrofillər, eozino-
fillər, B-limfositlər, komplement başlanğıc göstəriciyə nisbətən fərqlənərək aşağı olun-
muş, limfositlər, T-limfositlər, DİK yüksəlmiş, IgE isə kontrol qrupuna nisbətən azalaraq
802,6% (p<0,01) olmuşdur. Sensibilizasiyanın 14-cü günü leykositlər, neytrofillər,
eoznofillər, B-limfositlər, T-limfositlər, DİK nisbətən artmış, IgE surətlə azalaraq 420,5%
(p<0,01) təşkil etmişdir. Anafilaktik şok zamanı qanda immun göstəricilər kəskin
fərqlənmiş, belə ki, leykositlər, neytrofillər, eozinofillər, B-limfositlər, komplement
başlanğıc göstəricidən fərqli olaraq sürətlə azalmış, limfosit və T-limfositin miqdarı sensi-
bilizasiyanın 14-cü gününə nisbətən artaraq 44,6% (p<0,01) və 56,1% (p<0,01) təşkil
etmiş, IgE azalaraq 53,8% (q/d), DİK artaraq 348,6% (p<0,01) olmuşdur. Anafilaktik
şokdan çıxan heyvanlarda bir gün sonra immun göstəricilərindən leykositlər, neytrofillər,
eozinofillər, komplement nisbətən artmış, limfositlər T-limfositlər, B-limfositlər, DİK
azalaraq sensibilizasiyanın ilk günlərindəki kimi olmuş, IgE-isə başlanğıc göstəricinin
48,7%-ni (q/d) təşkil etmişdir.
Həmin tədqiqat dövründə qanda LƏF sistemi göstəricidən KM, KfM, HFTM, TM
sensibilizasiyanın 7-ci günü litium xloridin təsirindən zəifləmiş, AT-III başlanğıc
göstəricidən artıq olaraq 53,3% (p<0,01), FF isə yüksələrək -23,3% (p<0,01) olmuşdur.
Sensibilizasiyanın 14-cü günü KM, KfM, HFTM, TM sensibilizasiyanın 7-ci gününə
nisbətən daha çox zəifləmiş, AT-III aşağı düşərək 48% (p<0,01), FF isə getdikcə
yüksələrək -28,2 (p<0,01) təşkil etmişdir. Anafilaktik şok zamanı LƏF sistemi göstə-
ricilərində fərqlər kəskinləşmiş, belə ki, KM, KfM, HFTM, TM sürətlə zəifləmiş, AT-III
azalaraq 40,3% (p<0,01), FF isə yüksək səviyyədə olaraq - 67%-ə (p<0,01) bərabər
olmuşdur. FM isə getdikcə artmışdır. Anafilaktik şokdan çıxan heyvanlarda bir gün sonra
isə LƏF sistemi göstəriciləri başlanğıc göstəricilərə yaxın olmuşdur.
Sensibilizasiyanın 7-ci günündə limfanın immun göstəricilərində də dəyişikliklər
baş vermişdir. Belə ki, leykositlər, B-limfositlər, DİK başlanğıc göstəricidən fərqlənərək
artıq olmuş, limfositlər, T-limfositlər, komplement isə başlanğıc göstəricidən aşağı olmuş-
dur. Sensibilizasiyanın 14-cü günü leykositlər, limfositlər, T-limfositlər, B-limfositlər,
DİK, komplementin miqdarı sensibilizasiyanın 7-ci gününə nisbətən artmışdır. Anafilaktik
şok zamanı leykositlərin miqdarında kəskin fərq baş verməyərək 35,1% (p<0,01), yerdə
qalan göstəricilər limfosit T-limfosit, B-limfosit, DİK nisbətən artıq olmuş, komplementin
fəallığı isə litium-xloridin təsirindən əmələ gələrək -57,2%-ə (p<0,01) bərabər olmuşdur.
Anafilaktik şokdan çıxan heyvanlarda bir gündən sonra isə leykositlər, limfositlər, T-
limfositlər, B-limfositlər, DİK-in miqdarı təxminən sensibilizasiya dövründəki kimi
olmuş, komplement isə nisbətən azalaraq - 61,9% (p<0,01) təşkil etmişdir.
Həmin tədqiqat dövründə sensibilizasiyanın 7-ci günündə limfanın LƏF sistemin-
də dəyişikliklər baş verərək, litium-xloridin təsirindən KM, KfM, HFTM, TM, zəifləmiş,
57
İ. A. Axundov
AT-III başlanğıc göstəriciyə nisbətən artaraq 33,9% (p<0,01), FF isə yüksələrək - 20,7%
(p<0,01) olmuşdur. Sensibilizasiyanın 14-cü günündə laxtalanma göstəriciləri getdikcə
zəifləmiş, AT-III azalaraq 26%-ə (p<0,01) FF isə yüksələrək - 24,8% (p<0,01) bərabər
olmuşdur. Anafilaktik şokun özündə laxtalanma göstəriciləri getdikcə zəifləmiş, AT-III
nisbətən azalaraq 20,3% (p<0,01), fibrinolitik sistem isə getdikcə yüksələrək 34%-ə
(p<0,01) çatmışdır. FM getdikcə artmışdır. Anafilaktik şokdan çıxan heyvanlarda bir gün
sonra laxtalanma və fibrinolitik sistem göstəriciləri sensibilizasiya dövründəki kimi ol-
muş, əks-laxtalanma isə nisbətən azalaraq 13,4% (p<0,01) təşkil etmişdir. Anafilaktik şok
zamanı LAS surətlənərək 78% (p<0,01) olmuşdur. AT və TS müsbət istiqamətdə
dəyişmişdir. Sensibilizasiyanın 7-ci günü -2% (p<0,05) və -5% (p<0,05), 14-cü günü AT
nisbətən azalaraq -2,4% (p<0,05), TS isə artaraq 2,1% (q/d), anafilaktik şok zamanı AT və
TS azalaraq -28,4% (p<0,01) və -0,2% (q/d), şokdan çıxan heyvanlarda bir gün sonra isə -
14,9% (p<0,01) və -24,8% (p<0,01) təşkil etmişdir.
Bu seriyada həlledici inyeksiyadan sonra heyvanların ölüm faizi 23,3% təşkil
etmişdir.
Burada qeyd etmək lazımdır ki, apardığımız bu tədqiqat seriyasında dovşanlarda
anafilaktik şokun əlamətləri daha zəif nəzərə çarpmışdır ki, bu da litium mikroelementlə-
rinin antiallergik təsiri ilə əlaqədardır (cədvəl.1).
Cədvəl. 1
Müxtəlif preparatlarla korreksiya fonunda təcrübə heyvanlarının ölüm faizi
Dostları ilə paylaş: |