Jurnal Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində qeydiyyatdan keçmişdir



Yüklə 14,92 Mb.
Pdf görüntüsü
səhifə10/20
tarix16.02.2017
ölçüsü14,92 Mb.
#8497
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

Ədəbiyyat 
1. İlham Əliyev: İqtibaslar və təhlil. Bakı, “Azərbaycan” nəşriyyatı, 2006, s.328 
2. www.azertag.az/node/1163550 
3. R.Mehdiyev. Azərbaycanın efir məkanı: problemlər və vəzifələr. "Azərbaycan" qəzeti, 
2009, s.3-6 
4. R.Mehdiyev. “Azərbaycanda siyasət: dünən, bu gün və sabah”. “Dirçəliş. XXI əsr”. 
2002, № 50, s.44-69 
5. www.azertag.az/node/1254949 
6. “Azərbaycan Respublikası Konstitusiyası”. Bakı, «Qanun» nəşriyyatı, 2008, s.64 
7. Ü.Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri. Bakı, «Elm» nəşriyyatı, 2009, 
s.300 
8. www.e-qanun.az 
9. Z.Ağayeva. Qloballaşma və  mənəvi həyat. “Qloballaşma və Azərbaycan. Respublika 
elmi-praktik konfransının materialları”. Bakı, Adiloğlu. 2002, s.212-218 
 
THE PLACE AND THE ROLE OF MASS MEDIA  
IN DEMOCRATIC STATE-BUILDING PROCESS 
 
V.G.Rahimzadeh 
 
  SUMMARY 
 
State-building and democratization process urge, first of all, new public mentality. 
It comes from that the democracy, first of all, is a way of thinking. Until people are not 
ready to accept this in mind and heart, we cannot talk about democratic, secular and lawful 
state-building.  
 
 
 
 

 
96
V.G.Rəhimzadə
 
 
The special role and importance of media was put in the forefront during the 
process of democratization in Azerbaijan. Thanks to the unprecedented efforts by the  
national leader Heydar Aliyev, necessary measures have been taken to ensure the freedom 
and further development of press, to eliminate artificial barriers and improve the relevant 
legislative framework.   
 
МЕСТО И РОЛЬ СМИ В ДЕМОКРАТИЧЕСКОМ ПРОЦЕССЕ 
ГОСУДАРСТВЕННОГО СТРОИТЕЛЬСТВА 
 
            В.Г.Рагимзаде 
 
              РЕЗЮМЕ 
 
Государственное строительство и процесс демократизации в первую очередь 
требуют  обновления  в  образе  мышления  людей.  Это  происходит  из-за  того,  что  
демократия  в  первую  очередь  является  образом  мышления.  Пока  люди  не  будут 
готовы  принять  это  умом  и  сердцем,  мы  не  сможем  говорить  о  демократическом, 
светском и правовом государственном строительстве. 
Особая  роль  и  значение  средств  массовой  информации  были  выдвинуты  на 
первый  план  в  ходе  процесса  демократического  развития  в  Азербайджане. 
Благодаря  беспрецедентным  усилиям  общенационального  лидера  Гейдара  Алиева, 
были  приняты  меры  для  свободной  деятельности  и  развития  прессы,  устранения 
искусственных препятствий и  совершенствования  соответствующей  законодатель- 
ной базы. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
84
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ 
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
 
 
2015 - № 41
 
 
 
 
MÜASİR İNGİLİS DİLİNDƏ SÖZDÜZƏLDİCİ ŞƏKİLÇİLƏR 
 
           G.R.Məmmədova 
            Odlar Yurdu Universiteti 
                                                     e-mail: rafael_mextiyev@mail.ru 
 
Açar sözlər: bağlayıcı, quruluş, prefiks, suffiks, söz düzəltmə, mürəkkəb isimlər 
             Keywords: conjunction, structure, prefix, suffix, word formation, compound nouns 
Ключевые слова: союз, структура, префикс, суффикс, словообразование, сложные существи- 
тельные 
 
         Hər bir sözün yaranması müəyyən ehtiyacdan doğur. Ünsiyyətin müəyyən  şəraitə 
baglı ehtiyacından yaranan söz sonra bütün dil başlayıcıları üçün zərurətə cevrilir. Əslində 
dilin lüğət fonduna daxil olunmuş sözün hər birinin etimologiyasına gedib çıxmaq olar, 
amma bu xüsusi elm sahəsi olan etimologiyanın mövzusudur. 
        Adətən etimon axtarışı ulu dilə gedib cıxır, bəzən də başqa dillərlə qarşılıqlı tarixi 
əlaqənin aşkar olunmasını tələb edir (F.Yadigar, “German dilçiliyinə giriş”, s.108).    
        German dillərində sözün strukturu, onun morfem quruluşu çox mürəkkəbdir. 
        Düzəltmə sözlər bir leksik morfemdən və bir və bir ya bir neçə sözdüzəldici 
morfemdən ibarət ola bilər. Araya sözdüzəldici morfem də girə bilər. Leksik morfem həm 
də morfoloji funksiya yerinə yetirə bilər, yəni bir sözdən başqa söz düzəldə bilər. Bu 
sözdüzəldici morfemləri affiks adı altında birləşdirirlər və buraya prefiks və suffikslər 
daxildir. 
        İngilis dilində söz heç bir şəkilçi qəbul etmədən bir nitq hissəsindən başqasına keçə 
bilər. Buna konversiya deyilir. Məsələn: to look - a look, to work - a work, to mind - a 
mind, to bridge - a bridge və s.  
        Son  dövrlərdə elmi-nəzəri  ədəbiyyatda mürəkkəb sözlərlə bağlı diqqəti çəkən 
məsələlərdən biri də ani yaranan sözlərin dilin lüğət tərkibinə möhkəm daxil olması  və 
digər sözlərlə tam hüquqla işlənə bilməsidir. 
         Dilin lüğət tərkibinin zənginləşməsinin birinci və əsas mənbəyini dilin daxili vəsaiti 
təşkil edir. Bu mənbədən danışarkən:    
a)
 
leksik yolla,                                
b) morfoloji yolla,  
c) sintaktik yolla, 
ç) kalka (yamsılama) yolu ilə yaranan sözlər nəzərə alınır. 
        Biz əsasən leksik və morfoloji yollara nəzər salacaq və onları  izah  etməyə  çalışaca- 
ğıq. 
1.
 
Leksik yolla yaranan sözlər 
 
             Ümumxalq  danışıq dili və onun müxtəlif sözdüzəltmə  vəsaiti (sözdüzəldici 
şəkilçiləri və sözlərin birləşməsi) istər dilin tarixi inkişafı prosesində və istərsə də müasir 
dildə yeni sözlərin yaranmasında əsas olmuşdur. Ümumxalq  danışıq  dilindən  qidalanma- 
 

 
85
G.R.Məmmədova
 
 
yan və onun hesabına zənginləşməyən hər hansı bir ədəbi dil nəticədə  məhv ola bilər. 
Dilin söz ehtiyatından istifadə etməklə yeni hadisə, anlayış  və  dəyişmələri ifadə etmək 
üçün başlıca yol dildə tarixən mövcud olan sözdüzəltmə formalarına əsaslanıb, dilin tarixi 
inkifaş qanunlarına uygun surətdə yeni sözlər yaratmaqdır. 
             Söz yaradıcılığında süniliyə yol vermək olmaz, çünki belə düzəltmə sözlərin ömrü 
az olur. 
             Dildə onun öz materialı  zəminində yaranan və lüğət tərkibini zənginləşməsinə 
səbəb olan sözdüzəltmə qaydaları dilin daxili inkişaf qanunları ilə bağlıdır. Belə 
sözdüzəltmə qaydaları müxtəlif istiqamətlərdə oyrənmək olar. 
             Hər bir nitq hissəsinə daxil olan söz qruplarının konkret məzmunu, qrammatik 
forması,sintaktik quruluşu və bunların hər biri ilə əlaqədar olan sözdüzəltmə qayaları da 
vardır. 
 
2.
 
Morfoloji yolla yaranan sözlər 
 
            Dünya dillərində sözdüzəldici şəkilçilər: ön, orta və son olmaqla üç yerə bölünür. 
Azərbaycan dilinin özünə  məxsus sözdüzəldici  şəkilçiləri yalnız son şəkilçilərdən 
ibarətdirsə, ingilis dilində sözdüzəldici  şəkilçilər həm ön, həm də son şəkilçilərdən 
ibarətdir.                               
           Yuxarıda qeyd etdiyimiz kimi dunya dilləri bir-biri ilə  əlaqədə inkişaf etmiş  və 
etməkdədir. Həmin  əlaqələr nəticəsində bu dillər qarşılıqlı surətdə bir-birinin lüğət 
tərkibini zənginləşdirdiyi kimi, bu və ya başqa qrammatik formalar da bir dildən başqa bir 
dilə keçə bilər. 
           Dilin  lüğət tərkibinin zənginləşməsində sözdüzəldici  şəkilçilərin rolu çox 
böyukdür. Çünki şəkilçilər vasitəsilə bir sözdən bir çox yeni sözlər  əmələ  gətirmək 
mümkündür. Bu da öz növbəsində dilin lüğət tərkibini zənginləşdirir. Sözdüzəldici 
şəkilçilər bu və ya digər nitq hissəsinin  sonuna artırıla bilər. Bu şəkıilçilər qoşulduğu 
sözlərə təsir edərək bir nitq hissəsindən başqa bir nitq hissəsi də əmələ gətirir.  Məsələn: 
short – to shorten, deepen – to deepen, bright - to brighten və s. 
           
 
3.
 
Sintaktik yolla yaranan sözlər 
 
           Dilin lüğət tərkibinin zənginləşməsində sözlərin yanaşdırilması  və  birləşdirilməsi- 
nin də rolu az deyildir. Bu üsulla yaradılan sözlər müxtəlif mənşədən ola bilər. Dilin tarixi 
inkişafinda sadə  və ya düzəltmə sözlər müxtəlif üsullarla birləşərək bir çox mürəkkəb 
sözlər  əmələ  gətirmişdir. Deməli,birləşən hər iki söz mənalarına görə qaynayib-qarışır, 
qovuşma və ya birləşmə halında işlədildiyi zaman hər iki sözün əvvəlki mənaları əsasında 
onlardan fərqli olaraq ümumiləşmiş, vahid yeni anlayış ifadə edir. 
 
4. Kalka (yamsılama) yolu ilə yaradılan sözlər 
           
          Yeni  söz  və terminlərin yaradılmasında kalka üsulunu da müəyyən rolu var. Bu 
üsulla yaranan sözlər dilin öz daxili materialı əsasında yaradılır. Buna görə də burada dilin 
daxili inkişaf qanunları həlledici rol oynayır. 
          Bu və ya başqa dildə kalka yolu ilə yaradılan hər hansı bir sözün kök və şəkilçiləri 
həmin sözün alındığı dilin kök və şəkilçilərinə uyğun gəlməlidir. Kalka üsulu ilə yaradılan  

 
86
G.R.Məmmədova
 
 
sözlər həm morfoloji, həm də leksik yolla əmələ  gəlir.  İstər morfoloji və istərsə  də 
sintaktik yolla  yaradılan yeni söz və terminlər dildə yeni anlayışları ifadə etməyə xidmət 
edir.                     
    
Düzəltmə sözlərin içərisində  şəkilçilərlə düzələn isimlər xüsusi əhəmiyyət kəsb 
edir. Sözdə  dəyişmə,  əsasən məna ilə  əlaqədardır. Sözün fonetik tərkibi dəyişməz 
qalır,mənası  təzələnir, yenidən yarana bilir.Fonetik tərkibi də sodifikasiya yolu ilə yeni 
struktur əmələ gətirir.mənaya təsir edir. yeni məna yaradır. Struktura sözün ünsürləri ilə 
əlaqədardır.              
            
Sözün məna strukturu onun ifadə etdiyi əşya və ya məfhumla bağlıdır. 
           İsimlərin məna strukturunun məntiqi mənasını  təyin etmək asandır, çünki onlar 
mənaca daha konkretdir. 
           Sözün məna strukturu sabit deyildir. Onun dəyişməsi əsasən üç planda olur: 
           a) sözlərin məntiqi-əşyavi məzmununun dəyişməsi, 
           b) sözlərin leksik-qrammatik əlaqələrinin dəyişməsi, 
           c) leksik-semantik sistemdə sözlərin məna əlaqələrinin dəyişməsi.   
           Bunların strukturunda bir-birinə yaxınlıq olsa da, onlar mənalarına görə fərqlənir. 
Söz öz daxili formasına görə üç struktur elementdən ibarətdir: fonoloji, morfoloji, 
semantik. 
           Sözün  məna strukturunda sözün leksik mənasını  təşkil edən ayrı-ayrı elementler 
ayrıla bilər. Çoxmənalı sözlərin müxtəlif məna elementləri-leksik semantik variantları bir 
məna srtukturunda birləşir. 
           Hər bir dildə söz digər sözdən öz çoxmənalı olmasına və işlədilmə dərəcəsinə görə 
seçilir. Ümumiyyətlə, daxili və xarici amillər dildə sözün çoxmənalı olmasına  şərait 
yaradır, mənanın dəyişməsinə  səbəb olur. Mənanın dəyişməsini yalnız xarici amillərin 
təsiri kimi izah etmək düzgün olmaz. Çoxmənalılıq dildə həm məntiqi, həm də dil amilləri 
ilə əlaqədar yaranır. Yeni sözlər mövcud sözlərdən yaranır. Hər hansı bir söz yeni məfhum 
ifadə etdiyi zaman öz əvvəlki mənasını da saxlayır.  Əvvəlki forma yeni məfhumu ifadə 
edən formaya çevrilir.                            
            Sözlər cümlə daxilində leksik vahid kimi müxtəlif mənalarda işlədilir, müəyyən 
qrammatik formalar qəbul edir və sintaktik funksiya daşıyır. Hər  bir sözün leksik və 
qrammatik mənaları var, həqiqi və məcazi mənalarda işlədilir. 
           Dil  sisteminin  müxtəlif hissələri bir-biri ilə qarşılıqlı  şərtlənir və bir-birinə  təsir 
göstərir. 
           Tədqiqatçılar mənanın sözün adlandırdığı  əşyaya, onun məfhumuna münasibətini 
müxtəlif  şəkildə  dərk edirlər. Sözün əsas vəzifəsi  əşyanı, hadisəni adlandırmaqdır. Ona 
görə də leksik mənanı müəyyənləşdirərkən ancaq dil amilləri ilə məhdudlaşdırmaq olmaz. 
Sözlərin müxtəlif affikslərlə birləşməsi mənanın vacib göstəricisidir. Bu birləşmə göstərici 
olsa da, mənanın özü deyildir. Bu sözün mənası nəticəsində yaranır. Məna sözün daxili cə-  
həti kimi onun strukturuna daxildir, sözün səslənməsi isə onun maddi əsası kimi çıxış edir. 
Bu yalnız mənanı ifadə etmək üçün deyil, bu həm də mənanı çatdırma vasitəsidir. 
         Sözün leksik mənası sözlə əşya arasında fikri əlaqədir. Sözün leksik mənası onun bu 
və ya digər məfhumu ifadə etməsidir. Leksik məna məfhumun bilavasitə ifadəçisidir. 
         Konkret  məna sözün leksik mənası adlanır. Leksik məna sözün ilk və başlıca 
mənasıdır. Leksik yolla lüğət tərkibinin zənginləşməsində  və yeni sözlərin  əmələ 
gəlməsində mühüm yerlərdən birini söz kökünün öz müstəqilliyini itirərək sözdüzəldici  
 

 
87
G.R.Məmmədova
 
 
(leksik və ya leksik-qrammatik, bəzən də qrammatik-leksik) şəkilçi ilə qarışıb, tərkib 
hissələrilə ayrılmayan yeni bir söz əmələ gətirməsi prosesi tutur. Bu  proses  öz  mahiyyəti  
etibarilə bir tərəfdən sözdə  səsin dəyişməsi prosesi ilə, digər tərəfdən morfoloji üsulla 
sözlərin yaranması prosesi ilə əlaqədardır. Belə ki, bir tərəfdən hər hansı bir sözün burada 
göstərilən prosesi keçirməsi üçün düzəltmə sözdən ibarət olması, digər tərəfdən isə söz 
kökünün öz müstəqilliyini itirməsi və  şəkilçi ilə qarışaraq tərkib  hissələrinə ayrılmayan 
yeni sözə çevrilməsi lazımdır ki, bu da sözdəki səslərin düşməsi və ya dəyişməsi ilə 
meydana gəlir.                           
         Məlumdur ki, türk dillərində söz kökü müəyyən bir məfhum ifadə edən leksik bir 
vahid kimi özünü göstərir. Hər hansı bir söz kökünə şəkilçi artırılar yeni söz düzəldikdə də 
söz kökü öz əsas məfhum ifadə etmək xüsusiyyətini itirmir və  şəkil bütövlüyünün 
mühafizə edir. 
         Söz  köklərinin dəyişib-dəyişməməzliyi məsələsinə  məhz bu nöqteyi-nəzərdən 
yanaşıldıqda görür ki, onların ümumiyyətlə  dəyişməməzliyi nəzəriyyəsi  öz  elmi  zəmini 
itirir. Dilimizin leksikasında təsadüf edilən bir çox faktlar sübut edir ki, bu dildə də söz 
həmişə məfhumu müstəqil şəkildə leksik bir vahid kimi ifadə etmək qüvvəsində qalmış və 
dəyişir.  Bu hadisə əsas etibarilə düzəltmə sözlərdə baş verir. 
          Aqqlyuninativ  dillərdə, o cümlədən Azərbaycan dilində özünü göstərməkdə olan 
bu düzəltmə sözlər daxilində söz köklərinin dəyişməsi və artıq müstəqil leksik vahid kimi 
lüğət tərkibində işlənməməsi hadisəsi həmin dillərin flektivləşmə hadisələrindən kənarda 
qaldığını  və bu müxtəlif sistemlər arasında da bir ümumi inkişaf xəttinin olduğunu 
göstərir. 
           Azərbaycan dilində düzəltmə söz tərkibində olan söz köklərinin müstəqil bir leksik 
vahid kimi çıxış etmək hüququnu itirməsi yeni leksik vahidlərin meydana çıxmasına 
xidmət edir ki, bu da müasir dilimizdə leksik yolla sözlərin əmələ gəlməsi qaydalarından 
birini yaradır. 
           Düzəltmə sözlərin bu yolla sadə sözlərə çevrilməsi hadisəsində düzəltmə sözü 
əmələ  gətirməyə xidmət edən ünsürlər (şəkilçilər) fonetik dəyişikliyə  uğramır və  əsas 
etibarilə öz formasını mühafizə edir lakin şəkilçilər ayrılıqda hec bir müstəqil məna ifadə 
etmək xüsusiyyətinə malik olmadığında sözün kökü dəyişildikdən sonra onların 
dəyişilməməsi bu sözün düzəltmə söz kimi yaşamasını təmin edə bilir. Başqa sözlə desək, 
düzəltmə sözlərin tərkibi formal cəhətdən kök və  şəkilçidən ibarət olduğu halda, ona 
düzəltmə söz hüququnu qazandıran və onu düzəltmə süz kimi təsbit edən  şəkilçi  deyil, 
söz köküdür. Ona görə  də sözdüzəltmə sözün tərkibində olan kök müstəqilliyini itirən 
kimi o sadə sözə və şəkilçilər öz müstəqilliyini   mühafizə etsə də, sözün fonetik tərkibini 
təmsil edən adi səs ünsürlərinə çevrilir.                    
           Morfoloji  yolla  sözlərin  əmələ  gəlmə prosesi Azərbaycan dilində olduğu kimi 
ingilis dilində  də lüğət tərkibində mühüm yer tutur. Bu proses öz mahiyyəti etibarilə 
sintaktik yolla sözlərin əmələ gəlmə prosesinin müəyyən bir inkişaf dərəcəsini təşkil edir. 
           Leksik yolla sözlərin əmələ gəlmə  prosesində, gördüyümüz kimi,  morfoloji  yolla 
əmələ  gələn sözlərin özləri də zaman keçdikcə sadə sözlərə çevrilir. Beləliklə, müasir 
dildə sadə sözlərdən düzəltmə sözlər, sadə və düzəltmə sözlərdən mürəkkəb sözlər əmələ 
gəlmişdir. 
           Bizim  fikrimizcə,  şəkilçilər xüsusilə söz yaradıcılığı prosesində  iştirak edən 
şəkilçilər, ancaq sözlərin əvvəlcə köməkçi söz yerinə keçməsi və sonra da şəkilçiləşməsi  
 

 
88
G.R.Məmmədova
 
 
yolu ilə deyil, yeni zamanda mürəkkəb söz tərkibində olan sözlərdən birinin öz fonetik 
tərkibini dəyişərək müstəqilliyini itirməsi yolu ilə əmələ gəlmişdir.             
           Beləliklə, qəti demək olar ki, morfoloji üsulla sözlərin  əmələ  gəlmə prosesi 
sintaktik üsulla olan bu prosesin davamı olub, ondan törənmiş  və ondan sonra meydana 
gəlmişdir. Bununla belə morfoloji yolla sözlərin əmələ gəlmə prosesi məhdud bir dairədə 
qalmamış, olduqca inkişaf etmişdir. 
           Məlum məsələdir ki, morfoloji yolla sözdüzəltmə prosesində  əsas rol oynayan 
abstrakt ünsürlərin şəkilçilərin ümumi cəhətlərini bilmədən, onların xüsusi cəhətlərini, hər 
nitq hissəsi xas olan əlamətlərini və  nəhayət, hər  şəkilçinin spesifik xüsusiyyətlərini 
bilmək qeyri mümkündür. Bunların ümumi cəhətlərini isə belə bir bölgüdə tədqiq etmək 
olar: 
           1. Leksik və ya qrammatik əlamətlərinə görə, 
           2. Məhsuldarlığına və qeyri-məhsuldarlığına görə. 
İkinci qrupa mənsub olan şəkilçilər müəyyən məfhum ifadə edən yeni leksik 
vahidlər  əmələ  gətirməklə  bərabər, bu vahidlərin başqa sözlərlə qrammatik əlaqəyə 
girməsi tələbini də özündə əks etdirir.   
            Üçüncü  qrupa  mənsub olan şəkilçilər artırıldığı sözlərdən müəyyən qrammatik 
kateqoriyaya mənsub məna bağları əmələ gətirdiyi kimi, eyni zamanda yeni bir məfhum 
ifadə etməyə də meyl göstərir. 
            Dördüncü  qrupa  mənsub olan şəkilçilər artırdığı sözlərdə ancaq bu və ya digər 
qrammatik kateqoriyanın funksiyasını yerinə yetirir. Qeyd etmək lazımdır ki, bu qruplara 
mənsub  şəkilçilərin ayrı-ayrı nitq hissələrindən özlərinə  məxsus fərqlənmə  cəhətləri və 
qoşulduğu sözlərin semantikasından, bu sözlərin cümlə daxilində tutduğu yerindən asılı 
olan xüsusiyyətləri vardır. 
            Leksik və leksik-qrammatik şəkilçilərdən bəziləri ancaq ismə və bəziləri ancaq felə 
aid olduğu halda, bəzi şəkilçilər isim, sifət və saylara da aid ola bilir. Məsələn: frendship
worker,  singer sözlərindəki “ship”, “er” şəkilçiləri ancaq isimlərə aid olduğu halda, 
delightfulmotionlessmarvellouschildish və s. sözlərdəki “ful, less, ous, ish” şəkilçiləri 
ancaq sifətlərə aiddir. 
            Bundan  əlavə, həmin  şəkilçilərin bəzisi eyni nitq hissəsi daxilində yeni məfhum 
ifadə edən söz yaradırsa, bəzisi bir nitq hissəsindən başqa nitq hissəsinin yaranmasına 
xidmət edir. 
            Leksik  və qrammatik xüsusiyyətlərə görə  şəkilçilərin bu cür qruplaşması eyni 
zamanda qrupa mənsub şəkilçilərin özlərinə məxsus məna cəhətləri, sözlərin semantikası 
ilə olan münasibəti, nitq hissələrinə görə təsbiti və nəhayət, bu və ya digər qrupa mənsub 
şəkilçilər arasındakı  məna bağlılığı (birinin digərinə keçməsi) bir dil sistemi əmələ 
gətirməkdə leksika ilə qrammatika arasında olan yaxınlığı və çox əlaqəni aydın göstərir.             
            Şəkilçilərin ümumi xüsusiyyətlərindən mühüm yer tutan əsas amillərdən biri 
onların məhsuldar və ya qeyri-məhsuldarlığı məsələsidir. 
            Morfoloji  yolla  söz  yaradıcılığı prosesində  iştirak edən bütün şəkilçilər özlərinin 
yeni söz yaratma bacarığına görə eyni deyildir. Bəzi şəkilçilər müxtəlif sözlərə  artırılaraq, 
bir çox yeni sözlər  əmələ  gətirdiyi kimi, bəzi  şəkilçilər məhdud sözlərə artırılaraq az 
miqdarda yeni sözlər  əmələ  gətirir. Odur ki, çox söz əmələ  gətirə bilən  şəkilçiləri 
məhsuldar, az söz əmələ  gətirən  şəkilçiləri ilə qeyri-məhsuldar adlandırmaq olar. 
Şəkilçilərin məhsuldar və ya qeyri-məhsuldarlığı  hər  şeydən  əvvəl, onların mənşəyi və 
qədimliyi ilə bağlı bir məsələdir.Güman etmək olar ki, məhsuldar şəkilçilər çoxmənalı  

 
89
G.R.Məmmədova
 
 
(polisemantik) sözlərdən qeyri-məhsuldar  şəkilçilər isə öz mənalı  və  təkmənalı 
(monosemantik) sözlərdən törəmişdir. Aydındır ki, sözdən törəmiş olan hər hansı bir  
şəkilçinin bu prosesi uzun əsrlər nəticəsində əmələ gəlmişdir. Ona görə də müasir ingilis 
dilində işlədilən şəkilçilərin hansı sözdən, nə zaman törədiyini müəyyən etmək çətindir. 
            Məhsuldar  şəkilçilər öz mənşəyi etibarı ilə qeyri-məhsuldar  şəkilçilərə nisbətən 
daha qədim tarixə malik olduğu üçün, dildə getdikcə geniş bir yaradıcılıq mühiti kəsb edə 
bilmişdir. Qeyri-məhsuldar şəkilçilər oz söz yaradıcılığı dairəsinin dar və genişliyinə görə 
müxtəlifdir. Buraya bir söz yaradan şəkilçilərdən başlamış bir sıra söz yarada bilən 
şəkilçiləri daxil etmək olar. Qeyri-məhsuldar şəkilçilərin bəzisi başqa dillərdən keçmiş və 
hələ dildə özünə möhkəm yer qazanmış  şəkilçilər olduğu halda, bəziləri dilin özünə 
məxsus olan şəkilçilərdir. 
            Şəkilçilərin leksik və qrammatik xüsusiyyətləri, eyni zamanda məhsuldar və qeyri-
məhsuldarlığı ilə əlaqədar olan mühüm məsələlərdən biri də onların məsələsidir.  
 
Ədəbiyyat 
1.
 
K.Hacıyev. Azərbaycan dilində xüsusi nitq hissələri. Bakı, 1999 
2.
 
П.Aрбекова. Лексикология английского языка. Москва, 1940 
3.
 
H.Marchant. “The categories and types of present day English Word Formation”. 
Wiesbaden. 1960 
 
    PREFIXES AND SUFFIXES IN MODERN ENGLISH 
 
   G.R.Mamedova 
 
   SUMMARY 
 
This article deals with the word formation in Azeri and English languages. A lot of 
information is given about the role of prefixes and suffixes, their usage and especially 
about their importance for the process of  word  formation  and  for enriching the 
vocabulary system in the language. 
 
      ПРЕФИКСЫ И СУФФИКСЫ  
      В СОВРЕМЕННОМ АНГЛИЙСКОМ ЯЗЫКЕ 
 
             Г.Р.Мамедова 
 
              РЕЗЮМЕ 
 
Cтатья  посвящена  проблемам  словообразования  в  азербайджанском  и 
английском  языках.  Много  информации  представлено  о  роли  префиксов  и 
суффиксов, а так же их использовании, и особенно их значении в словообразовании 
и обогащении словарного запаса языка. 
Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin