Jurnal Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində qeydiyyatdan keçmişdir



Yüklə 14,92 Mb.
Pdf görüntüsü
səhifə11/20
tarix16.02.2017
ölçüsü14,92 Mb.
#8497
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

 
 
 
 

 
83
 
 
 
 
H U M A N İ T A R,    İ Q T İ S A D İ Y YA T 
V Ə    S O S İ A L    E L M L Ə R İ 
B Ö L M Ə S İ 
 
 
 
 
S E С T I O N   O F   H U M A N I T I E S,    
E C O N O M I C S 
A N D   S O C I A L   S C I E N C E S 
 

 
80
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ 
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
 
 
2015 - № 41
 
 
 
ŞƏXSİYYƏT VƏ ONUN HAQQINDA KLASSİK NƏZƏRİYYƏLƏR 
 
S.V.Vəliyeva 
Odlar Yurdu Universiteti 
samira.veliyeva@oyu.edu.az 
 
Açar sözlər: bioloji, müstəqil, sosial, psixologiya 
Ключевые слова: биологическое, независимое, социальное, психология 
Key words: biological, independent, social, psychology 
 
      Insan  hər seydən  əvvəl bioloji varlıqdır və bioloji təsnifatına görə “Homo Sapens” 
(ağıllı insan) növünə aiddir.İnsan gələcəkdə şəxsiyyətə çevrilə biləcək, anadan gəlmə irsi 
imkanlara malik canlı varlıqdır,təbiət etibarı ilə bioloji, mahiyyət etibarı ilə sosialdır. O 
özünün subyektiv aləmində gedən prosesləri dərk edir. İnsan orqanizm, fərd və şəxsiyyət 
kontekstində xarakterizə edilə bilər. Orqanizm anlayışı bioloji elmlər,şəxsiyyət anlayışı isə 
sosial elmlər kontekstində formalaşmışdır. Psixologiyada insanı bioloji varlıq kimi fərd 
termini ilə, sosial varlıq kimi isə şəxsiyyət termini ilə ifadə edilir. İnsan həyata insan kimi 
gəlir,onun bədəninin konfiqurasiyası düz yerimək imkanı yaradır,beynin strukturu 
intellektin inkişaf imkanını  təmin edir. Əlinin quruluşu gələcəkdə  əmək alətlərindən 
istifadənin perspektivlərini yaradır və fərd anlayışı  meydana çıxır. Yeni doğulmuş  uşaq 
da, ağlını itirmiş orta yaşlı insan da, yaşlı insanda ,fərd hesab olunur. Fərd özünəməxsus 
psixoloji xüsusiyyətləri olan,hec kəsə oxşamayan təbii varlıqdır.  
    Insan fərd kimi doğulur,cəmiyyətdə müəyyən sosial keyfiyyətlər kəsb edərək şəxsiyyətə 
çevrilir, “şəxsiyyət” sözü ərəb sözü olan “şəxs” sözündən götürülərək hər hansı konkret 
şəxsi simanı bildirir. 
Insan  şəxsiyyəti birbaşa və dolayı  mənada onun, siması sifətidir.Şəxsiyyət keçmişin 
şüursuz meyyləri və  gələcəyə yönəlməsinin qarşılaşdırılmasının imkan və  təzahür 
vasitəsidir. 
Şəxsiyyət müstəqil, sosial, yüksək düşüncəsi, öz hərəkət və davranışları üçün məsuliyyət 
hissini,  şəxsi ləyaqəti və yüksək mənəvi keyfiyyətləri özündə birləşdirən insandır. 
Şəxsiyyət öz mənliyini dərk edib qiymətləndirə bilən, mühitə aydın dərk olunmuş 
münasibəti olan,əməyə, cəmiyyətə münasibəti olan əşyalara, adət  ənənəyə, öz məninə 
münasibəti olan, özünün əqidəsi olan fəal insandır. 
Şəxsiyyət təbii, bioloji və anadan gəlmə amillərlə xarici, yəni tərbiyənin, təlimin və sosial 
mühitin qarşılıqlı təsiri nəticəsində inkişaf edir. Məlumdur ki, insan bioloji, təbii quruluşa 
malik olsa da, o tarixi inkişafın məhsuludur. Yəni insanın bütün  psixi prosesləri ictimai 
amillərin təsiri ilə şərtlənir. Şəxsiyyətin mahiyyəti təbiət etibarı ilə ictimaidir, onun bütün 
psixi xassə  və keyfiyyətlərinin mənbəyi və yaradıcı  fəallığı sosial mühitdə  və 
cəmiyyətdədir. Insanın psixi inkişafı üçün müvafiq təbii, biolji imkanın olması zəruridir. 
Insanın təbii xassələri psixi  inkişafın zəruri şərtini təşkil edir. Lakin təbii xassələr  
 
 
 

 
81
 
S.V.Vəliyeva 
 
özlüyündə insanın xarakterini, qabiliyyətini marağını, əqidəsini,idealını təyin etmir. Bütün 
keyfiyyət və xassələr ictimai varlığın məhsuludur. Insan cəmiyyət xaricində böyüdülərsə  
heç vaxt şəxsiyyətə çevrilə bilməz. Çünki insanın müvafiq qabiliyyəti məhz ictimai həyat 
şəraitində,təlim tərbiyə nəticəsində, fəaliyyət prosesində formalaşır.  
Şəxsiyyət haqqında bir sıra nəzəriyyələr vardır Z. Freydə görə şəxsiyyət bir sistem kimi 
inkişafının konket hərəkətverici mexanizmlərinə malikdir. Z.Freydin psixo analitik 
nəzəriyyəsinə görə şəxsiyyətin strukturunda 3 əsas instansiya  -id(o),eqo(mən), super eqo 
(super mən) əsas yer tutur. O hesab edir ki, şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsi 
libido,cinsi enerjidir. Freydin fikirincə  həyata keçirilməyən arzular nevrozluq 
yaradır,insana heç vaxt bəla ağıldan gəlmir,arzudan gəlir və arzuların çoxluğu patologiya 
yaradır. Arzular  və onların ödənilməsi arasındakı uyğunsuzluqlar insanın xəstələnməsinə 
gətirib cıxarır. Freydin fikrincə  həmin tələbatların ödənilməsi  şəxsiyyətin normal 
inkişafını təmin edir.  
Id – şüursuzluq – elə sahədir ki, oradan yalnız sıxışdırılmış şüursuz instiktlər hökmranlıq 
edərək və həzz prinsipinə tabe olurlar və dərk edilə bilməzlər.  Eqo ( mən) - həm şüursuz 
instinklərin ardınca gedir, həm də gercəkliyin norma və tələblərinə tabe olur.  
Super eqo (yüksək mən) -  cəmiyyətin  əxlaqi tələbatlarının məcmusu olub insanın hələ 
uşaqlıq dövründən mənimsədiyi sosial norma, inam və qaydalardan ibarətdir. O nəzarətçi 
rolunu oynayaraq həmişə münaqişədə olur.  
   Isveçrə psixoloqu  Karl  Yunqun  analitik nəzəriyyəsinə görə  şəxsiyyət  şüur,şəxsi 
şüursuzluq ,şüursuzluq və kollektiv şüursuzluq elementlərini özündə  cəmləşdirir. Yunqa 
görə insan təkcə özünün gizli tendensiyaları ilə deyil, istəkləri, məqsədləri arzuları ilə də 
müəyyən edir.  
Yunq  şüursuzlugu kölgə adlandıraraq,onun öz başlanğıcını heyvan əcdadlarının amoral 
həzzlərindən aldığım  əsas gətirərək bunu cəmiyyətin normal  həyat və  fəaliyyəti üçün 
qəbul edilməz  sayır. O hesab edirki, şəxsi  şüursuzluq öz başlanğıcını anadan olduğu 
gündən əldə edir və bütün həyatı boyu formalaşır. 
Yunqun fikirncə yeni doğulmuş  uşaq heç də  ağ lövhədir. Cünki yeni doğulmuş  uşaqda 
yaşlılıq dövründə onun davranışını şərtləndirən  anadangəlmə tendensiya öz əksini tapır. 
Bu tendensiyalar Yunq tərəfindən arxteplər adlandırılmışdır.  
Alfred Adlerin fərdi psixologiya nəzəriyyəsinə  ğörə insanda əsas onun təbii instinktləri 
deyil anadangəlmə olan birlik hissidir və bu hiss sosial cəhətdən inkişaf etdirilməlidir. 
Adler şəxsiyyətin formalaşmasına təsir edən başqa adamlara münasibət,əməyə münasibət 
və başqa cinsi münasibəti xüsusi qeyd edir.  
Adlerə görə şəxsiyyətin strukturunu özünün gücsüzlüyünü hiss etmək, təkmilləşməyə və 
üstünlük  əldə etməyə  cəhd və birlik və ya sosial hiss müəyyən edir və bu tendensiyalar 
anadangəlmə deyildir. Sadəcə olaraq uşaq doğularakən bu tendensiyalar üçün potensial 
imkan olur 
 
 
 
 
 
 
 

 
82
 
S.V.Vəliyeva 
 
ЛИЧНОСТЬ И КЛАССИЧЕСКИЕ ТЕОРИИ О НЕМ 
 
С.Валиева 
 
РЕЗЮМЕ 
 
 
Человек  в  первую  очередь  биологическое  существо  и  в  биологической 
классификации  относится  к  группе  "Гомо  Сапиенс".  Хотя  человек  и  имеет 
биологическую, природную фигуру, он продукт исторического развития. 
 
PERSONALITY AND HIS CLASSICAL THEORIES 
 
S.Valiyeva 
 
SUMMARY 
 
Human is a biological being first of all and refers to a group of Homo Sapiens in 
biological classification. Though human has a biological, natural figure he is a product of 
historical development.  

 
75
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ 
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
 
 
2015 - № 41
 
 
 
BİOLOGİYA MÜƏLLİMLİYİ İXTİSASINDA TƏLƏBƏLƏRİN  
PEDAQOJİ HAZIRLIĞI 
 
R.R.Teymurova  
   Odlar Yurdu Universitetinin magistrantı 
      e-mail: ruhana.teymurova@mail.ru 
 
Açar sözlər: müəllim, tələbə, pedaqoji hazırlıq, biologiya, pedaqoji təcrübə, ixtisas. 
Ключевые  слова:  учитель,  студент,  педагогические  способности,  биология,  
педагогическая  работа, специальность 
Key words: teacher, student, pedagogical skills, biology, pedagogical practice, 
specialty.  
Müstəqilliyimizin  əldə edildiyi son illərdə respublikamızda təhsil sahəsində çox 
mühüm işlər görülmüşdür. Təhsil qanunu qəbul edilmiş, təhsilin inkişafı üzrə Dövlət 
strategiyası, təhsil proqramı (kurrikulumlar) və digər normativ sənədlər hazırlanmış, təhsil 
sisteminin bütün pillələrində dünya standartlarına müvafiq yeniliklər aparılmış  və 
aparılmaqdadır. Bütün tədbirlər müstəqil respublikamızda yaşaya və yarada biləcək  əsl 
vətəndaşlar yetişdirməyə, tərbiyə edib formalaşdırmağa imkan yaratmışdır. Bu isə 
məktəbin, müəllimin üzərinə düşən məsuliyyəti daha da artırmışdır.  
Müəllim gələcək cəmiyyətin memarı və qurucusu olduğundan o, dərin və hərtərəfli 
biliyə, bacarığa, vərdişlərə malik olmalıdır. Vətənimizin inkişafında yüksək amallarla 
yaşayan əsl vətəndaşın tərbiyə edilməsi müəllimlərimizin metodik hazırlıq səviyyəsindən, 
peşə ustalığından məsuliyyətli davranışından asılıdır.  
Məhz müəllimlik, o cümlədən biologiya müəllimliyi ixtisasına yiyələnən tələbələrə 
bütün  bunlar öyrədilməlidir. Onlar əvvəlcə pedaqogikaya metodikaya dair nəzəri bilikləri 
öyrənir, sonrakı  mərhələdə pedaqoji təcrübədə praktik bilik və bacarıqlara yiyələnirlər. 
Tələbələrin ixtisası üzrə metodik hazırlığında pedaqoji təcrübənin əhəmiyyəti böyükdür. 
Biologiya müəllimliyi ixtisasına yiyələnən tələbələr  əvvəlcə bioloji fənlərin 
tədrisində nəzəri biliklər əldə edirlər. Biologiyanın  tədrisi metodikası fənninin tədrisində 
həmin biliklərin ümumtəhsil məktəb şagirdlərinə necə ötürəcəyinə dair bilik və bacarıqlara 
yiyələnirlər.  Əvvəlcə onların qarşısında yalnız öyrənmək, bilmək vəzifəsi durursa, indi 
daha mürəkkəb və çoxşaxəli vəzifələr həm öyrənmək, həm də öyrətmək, öyrəndiyini 
öyrətməyi bacarmaq durur. 
Biologiyadan pedaqoji təcrübə keçən tələbələr məktəbin müxtəlif məzmunlu və 
xarakterli sənədlərini, iş planlarını, dərs cədvəllərini öyrənməlidirlər, burada həyata 
keçirilən tədbirlərlə tanış olmalıdırlar. Məktəbin biologiya müəllimlərinin dərslərində, 
dərsdənkənar təlim işlərində, sinif rəhbərlərinin,  şagird təşkilatlarının keçirdikləri 
tədbirlərdə iştirak etməli, onların iş təcrübəsi ilə tanış olmalıdırlar. 
Təcrübədə olduğu qısa bir müddət  ərzində  şagirdləri elmlərin  əsasları ilə 
silahlandırmağı bacarmalı, müəllim peşəsinə, öz ixtisasına maraq və məhəbbət  

 
76
R.R.Teymurova 
 
oyatmalıdırlar. O, apardığı təlim işləri ilə yanaşı təhkim olunduğu sinfin tərbiyəvi işlərində 
də yaxından iştirak etməli, sinif rəhbəri kimi müxtəlif tərbiyəvi tədbirlərin təşkilatçısı və 
aparıcısı olmalıdır.  
Bunlarla yanaşı o, təcrübəçi yoldaşlarının biologiyadan sınaq dərslərində, apardıqları 
sinifdənkənar təlim və  tərbiyə  işlərində yaxından iştirak etməli, onları  təhlil etməyi 
bacarmalıdır. 
Deyilənlərin həyata keçirilməsi üçün məktəblərdə lazımı  şərait yaradılır. Çalışmaq 
lazımdır ki, dərslər biologiya kabinetində, laboratoriyasında, canlı guşədə təşkil edilsin.  
Pedaqoji  təcrübə, ali məktəblərdə  tələbələrin nəzəri təlimi  ilə  gələcək müstəqil 
fəaliyyəti arasında  əlaqələndirici  həlqə  rolunu  oynayır. Pedaqoji  təcrübənin vəzifəsi 
tələbəni  gələcək  müəllim, tərbiyəçi  kimi yetişdirməyə, onu kompleks bacarıq və 
vərdişlərlə  silahlandırmağa, təlim-tərbiyəni və ictimai işləri yaradıcılıqla həyata  
keçirməyə hazırlamaqdır. 
Pedaqoji təcrübədə  tələbənin müstəqil fəaliyyətə yalnız nəzəri və  əməli hazırlığı  
yoxlanılmır, həm də  gələcək müəllimin  şəxsi yaradıcılığına dair potensial imkanlarının  
zənginləşdirilməsi  üçün də geniş imkan yaranır. 
Pedaqoji təcrübənin təşkili və keçirilməsi aşağıdakı  vəzifələrin həllini irəli sürür. 
Birincisi, pedaqoji təcrübə öyrədici xarakter daşımalıdır. Çünki pedaqoji  təcrübə tələbə-
təcrübəçilərin ali məktəbdə yiyələndikləri nəzəri hazırlığı tamamlayır və  zənginləşdirir. 
Onların  aldıqları bilikləri  möhkəmləndirir və    dərinləşdirir. Pedaqoji təcrübə zamanı 
gələcək müəllimin əsas peşə bacarığı və müvafiq vərdişlərinin formalaşması onu metodik 
hazırlığına müsbət təsir göstərir. O, təlim-tərbiyə prosesinin gedişini izləyir, müşahidələr 
aparır və  təhlillər edir. Tələbələrdə pedaqoji sənətə  sahib olmaq və bu fəaliyyətə 
yiyələnmək istəyini güclənir. 
Pedaqoji təcrübə müəllim kadrları hazırlığında  ən çox fayda verən, müntəzəm 
xarakter daşıyan prosesdir. Bu işin düzgün təşkili müəllim hazırlığının müvəffəqiyyətli 
həllinə zəmanət verir. Pedaqoji təcrübə ali məktəblərin təhsil və təlim-tərbiyə prosesinin 
mühüm bir sahəsini təşkil edir. Müəllim hazırlığı  və onun şəxsiyyətinin 
formalaşdırılmasında mühüm yer tutur, ictimai-siyasi, pedaqoji-psixoloji və ixtisas 
biliklərinin  möhkəmlənməsinə,  dərinləşməsinə, peşə qazanılmasına xidmət edir. 
Tələbələrin elmi-nəzəri və metodik biliklərinin təcrübədə həyata keçirilməsi dövlət, 
ümumxalq  əhəmiyyətli işdir. Respublikamızda yüksək elmi dünya görüşə, hərtərəfli 
hazırlığa, vətənimizə, xalqımıza, öz soy-kökünə, millətinə, dilinə, dininə bağlı  əsl 
vətəndaşların hazırlanmasına böyük ehtiyac vardır. Vətənimizin gələcəyi məhz onların 
hazırlıq səviyyəsinin necəliyindən asılı olduğu üçün vətəndaş tərbiyəsi günümüzün birinci 
dərəcəli vəzifəsi kimi bu gün dövlətimizin və xalqımızın qarşısında durur. Tələbələr 
pedaqoji təcrübə müddətində müəllim və  tərbiyəçiyə xas olan keyfiyyətlərə yiyələnir, 
şagirdlərlə davranış qaydalarını öyrənirlər. 
Biologiya müəllimliyi ixtisasında təhsil alan tələbələrlə aparılan pedaqoji təcrübənin 
qarşısında aşağıdakı bir sıra mühüm vəzifələr durur: 

 
Tələbələrin ali məktəbdə aldıqları biologiya üzrə bilikləri möhkəmləndirmək, 
dərinləşdirmək, həmçinin, təcrübə zamanı aparılan təlim-tərbiyə işlərində  onlardan 
yaradıcılıqla istifadə etmək; 

 
Tələbələrə biologiya fənni üzrə  uşaq və yeniyetmələrlə aparılan təlim-tərbiyə 
işlərini müşahidə və təhlil etmək bacarığı aşılamaq; 
 

 
77
R.R.Teymurova 
 

 
Psixologiya, pedaqogika, biologiyanın tədrisi metodikası, uşaq və yeniyetmələrin 
fiziologiyasına aid biliklərə istinad etməklə,  şagirdlərin yaş  və  fərdi 
xüsusiyyətlərini nəzərə almaqla tələbələrə biologiya dərslərində  təlim-tərbiyə  işi 
aparmağı öyrətmək; 

 
Pedaqoji üsulları yaradıcılıqla tətbiq etmək və  tələbələri biologiyadan dərs 
aparmağa hazırlamaq; 

 
Tələbələrə sinif rəhbərlərinin vəzifələrini yerinə yetirmək,  şagirdlərlə  tərbiyə 
işlərini təşkil etmək bacarıqlarını aşılamaq; 

 
Tələbələri fəal təlim metodlarını tədrisdə tətbiq etmək bacarığına yiyələndirmək; 

 
Tələbələrdə  şagirdlərin fiziki və  mənəvi sağlamlığına qayğıkeş münasibət 
yaratmaq, bacarıqlarını inkişaf etdirmək;  

 
Biologiya fənn kurrikulumunun standartları  əsasında  dərsləri təşkil etmək kimi 
pedaqoji hazırlığına yiyələndirmək. 
Pedaqoji təcrübə müddətində tələbələr gündəlik, icmal, plan, fərdi iş planı tutmalı, 
gördüyü işlərin hesabatını yazmalı, təcrübədə  nəzərdə tutulan sənədləri qaydaya 
salmalıdır. Görülən işlərin qiymətləndirilməsi də böyük əhəmiyyətə malikdir. Bu 
tələbələrin məsuliyyətini artırır, bu zaman onlar sənədləşmənin aparılması  və hesabatın 
yazılması metodlarını öyrənirlər. 
Təcrübəçi tələbənin gördüyü maraqlı  və  məsuliyyətli işlərindən biri də biologiya 
dərsi üçün icmalların və ya planların tərtibi metodikasıdır. Sınaq dərslərinin icmalı bir növ 
dərsin ssenarisidir və bunun üçün tələbə 3-4 gün sınaq dərsindən əvvəl icmalın yazılması 
hazırlığına başlamalı, orta məktəb dərsliyində olan mövzu ilə kifayətlənməyərək ali 
məktəbdə aldığı biliklərdən, əlavə ədəbiyyatdan istifadə etməlidir. Ən əsası isə yeni təlim 
metodlarının tələblərinə cavab verən suallar qoymalı, dərsin məqsədini, müvafiq 
standartını motivasiya və  tədqiqat sualını  dərsin mərhələlərini, qiymətləndirmə 
meyarlarını müəyyən etməlidir. 
Pedaqoji təcrübədə  əsas məsələlərdən biri sınaq dərs üçün icmalın yazılmasıdır. 
Biologiya dərsləri üçün müasir dərsin icmalı aşağıdakı mərhələlər üzrə yazılmalıdır: 
1.Motivasiya (problemin qoyuluşu, fərziyyələrin irəli sürülməsi, tədqiqat sualı). 
2.Tətqiqatın aparılması (fərziyyələri və  tədqiqat sualına cavabı yoxlamaq üçün 
faktorların axtarılması) 
4.İnformasiyanın müzakirəsi və təşkili (informasiyanın müzakirəsi, müxtəlif faktlar 
arasında əlaqənin tapılması, onların təsnifatı) 
5.Ümumiləşdirmə  və  nəticə (ümumiləşdirmənin tərifi və onun fərziyyələrlə 
müqayisəsi, onların təsdiq və ya təkzib edilməsi haqqında nəticələri) 
6.Yaradıcı tətbiqetmə (praktik vəzifələrin həlli üçün yeni şəraitdə biliklərin tətbiqi)  
7.Ozünüqiymətləndirmə 
və refleksiya (fərdi fəaliyyətin inikası 
və 
qiymətləndirilməsi istənilən mərhələdə keçirilə bilər) 
Tələbə keçəcəyi dərsi özü yaxşı  mənimsədikdən sonra icmalın yazılmasına 
başlamalıdır. Burada müəllimin şərhi, şagirdlərə verilən suallar və cavablar qeyd edilməli, 
digər mühüm məsələlər, o cümlədən dərsdə istifadə edilən əyani avadanlıqlar laboratoriya 
və təcrübə işləri üçün lazım olan vəsaitlər müəyyənləşdirilməlidir. 
İcmal 12 vərəqli şagird dəftərində yazıla bilər, fənn müəllimi ilə razılaşdırıldıqdan 
sonra dərsin keçirilməsinə azı bir gün qalmış metodist tərəfindən yoxlanmalı  və  təsdiq 
olunmalıdır. Sınaq dərslərinin keçirilməsində icmalla yanaşı geniş plandan da istifadə 
olunur. Təcrübəçi tələbənin dərs zamanı danışacağı material, müəllim və şagirdlərin  

 
78
R.R.Teymurova 
 
suallara verəcəyi cavablar geniş planda yazılır. Geniş planda dərsin məqsədi, təchizi, tipi, 
quruluşu nisbətən ətraflı göstərilir. Təcrübəçi tələbə sərbəst dərs demək məqsədi ilə planı 
dərsə aparır. Bu, onların bir neçə aydan sonra sərbəst müəllimlik fəaliyyətinə tam hazırlıq 
mərhələsi deməkdir. Təcrübə müddətində yüksək səviyyədə  dərs demiş  tələbələrin 
sonuncu kursun son sınaq dərslərini planla deməsi məqsədəuyğundur. Dərsin geniş 
planından fərqli olaraq adi plan daha qısa və sadə  tərtib edilir və burada yalnız mövzu, 
məqsəd, təchizat, istifadə ediləcək üsullar, ev tapşırıqlarının yoxlanılması, keçmiş 
mövzunun soruşulması, yeni materialların  şərhi, yeni mövzunun möhkəmləndirilməsi, 
şagirdlərin biliyinin qiymətləndirilməsi və ev tapşırıqlarının verilməsi qısaca qeyd edilir 
və yeni təlim metodları nəzərə alınmaqla dərs aparılır. 
Hər  şeydən  əvvəl, tələbə varislik prinsipinə  əməl etməklə  dərs modelini 
mənimsəməli, gələcək fəaliyyəti üçün əsas baza yaratmalıdır. Bu müddətdə  tələbə 
dərslərin deyilməsinə, dərslərin dinlənilməsinə, müşahidəsinə  və  təhlilinə yer verməli, 
dərsə hazırlaşmağın yollarını bilməli, pedaqoji-psixoloji cəhətləri nəzərə almalı, 
şagirdlərlə  tərbiyəvi söhbətlər aparmalı, tədbirlər keçirməlidir. Bu sahənin müasirlik 
baxımından metodikasına yiyələnməlidir. Tələbə  həmçinin məruzə  və mühazirələrin 
işlənməsi, disput və müzakirələrin keçirilməsi metodlarını, uşaqların ekskursiya işinin 
təşkili, tərbiyəvi tədbirlərin təhlili, şagird şəxsiyyətinin psixoloji xarakteristikasını, məktəb 
gigiyenası üzrə tapşırıqların yerinə yetirilməsi, məktəbin gün rejimi və bütövlükdə 
görüləcək işlərin metodikasını öyrənməlidir. Bütün bunlar nəzəriyyənin təcrübə ilə 
vəhdətinin nəticəsində meydana çıxır. Bu işlər təcrübəçi tələbə üçün öyrədici  əhəmiyyət 
kəsb edir. Təcrübəçi tələbənin gələcək müəllimlərin dərslərinin dinlənilməsində və onun 
təhlilində iştirak etməsi onun əsas vəzifələrindən biridir. Bu sahənin də böyük əhəmiyyəti 
vardır. Burada təcrübəçi tələbə digər təcrübəçi tələbənin dərsini dinləməklə, onun 
dərslərinə hazır olmalı, dərsin gedişinə fikir verməli və  təhlilində öz dəyərli fikirlərini 
söyləməlidir. 
Bununla tələbələr müəllimlik, o cümlədən biologiya müəllimliyi ixtisasında 
pedaqoji hazırlığa nail olurlar. 
  Məqalənin aktuallığı: Müstəqilliyimizin əldə edildiyi son illərdə respublikamızda 
təhsil sahəsində çox mühüm işlər görülmüşdür. Təhsil qanunu qəbul edilmiş, təhsilin 
inkişafı üzrə Dövlət strategiyası, təhsil proqramı (kurrikulumlar) və digər normativ 
sənədlər hazırlanmış, təhsil sisteminin bütün pillələrində dünya standartlarına müvafiq 
yeniliklər aparılmış  və aparılmaqdadır. Bütün tədbirlər müstəqil respublikamızda yaşaya 
və yarada biləcək  əsl vətəndaşlar yetişdirməyə, tərbiyə edib formalaşdırmağa imkan 
yaratmışdır. Bu isə məktəbin, müəllimin üzərinə düşən məsuliyyəti daha da artırmışdır.  
 
Məqalənin elmi yeniliyi: Biologiya müəllimliyi ixtisasına yiyələnən tələbələrin 
pedaqoji hazırlığının səmərəli forma, metod və yolları aydınlaşdırılmışdır. 
Məqalənin praktik əhəmiyyəti və  tətbiqi:  Biologiya fakültəsində müəllimlik 
peşəsinə yiyələnən tələbələrin pedaqoji hazırlığının müəyyən edilmiş forma, metod və 
yolları ali məktəbdə kadr hazırlığının keyfiyyətini yüksəldir, peşəkar müəllimlərin 
yetişdirilməsini reallaşdırır. 
 
 
 
 
 
 

 
79
R.R.Teymurova 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
İlyasov M.M. və b. Təcrübəçi tələbələr üçün yaddaş kitabçası. (metodik 
göstəriş), Bakı, APİ 1998 
2.
 
Paşayev T. Ali təhsilin bakalavr pilləsində pedaqoji təcrübənin təşkilinin 
səmərəli yolları. Bakı, 2004. 
3.
 
Bəşirov B. Ali məktəb didaktikası. Bakı, 1992. 
4.
 
Z.Veysova. Fəal/interaktiv təlim. Bakı, 2007 
 
 
ПЕДАГОГИЧЕСКАЯ ПОДГОТОВКА СТУДЕНТОВ ПО  
СПЕЦИАЛЬНОСТИ УЧИТЕЛЯ БИОЛОГИИ  
 
Р.P.Теймурова 
 
РЕЗЮМЕ 
 
          Статья  посвящена  педагогической  подготовке  студентов,  обучающихся    в 
высших  школах  по  специальности  учителя  биологии.  Излагаются    особенности  
организации    педагогической    практики    и    ее  значение    в  педагогической 
подготовке студентов. Указываются эффективная организация, возможности и пути  
педагогической  подготовки    студентов  в  университетах.  Выдаются  методические  
рекомендации по решению проблемы.  
 
 
Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin