MÖVZU 1. TARİX DƏRSLƏRİNDƏ ŞAGİRDLƏRDƏ ELMİ
DÜNYAGÖRÜŞÜNÜN FORMALAŞDIRILMASI FƏNNİNİN OBYEKTİ,
PREDMETİ, MƏQSƏDİ, TƏLİM VƏ TƏRBİYƏVİ VƏZİFƏLƏRİ
PLAN
1. Fənnin obyekti, predmeti, məqsədi,
təlim-tərbiyəvi vəzifələri
2. Fəlsəfi ədəbiyyatda dünyanın dərki probleminə münasibət
3. İdrakın struktur səviyyələri. Yaradıcılıq və intuisiya
ƏDƏBİYYAT
1. Абишев К. Человек. Индивид. Личность. Алма-Ата, 1978
2. Агацци Э. Человек как предмет философии, «вопросы философии»// 1989, №2, стр
50-59
3. Алексеев В. П. Становление человечества, М., 1984, 420 стр.
1. Fənnin obyekti, predmeti, məqsədi, təlim-tərbiyəvi vəzifələri
Neft amilinin insan amilinə çevrilməsinin yeganə yolu təhsildən keçir. Ölkəmiz
müstəqillik əldə etdikdən sonra təhsili kökündən dəyişmək üçün
köklü islahatlar həyata
keçirmişdir. Fikrimizi sübut etmək üçün deyə bilərik ki, yeni məktəb binalarının inşa
edilməsi, milli kurikulumların yaradılması, yeni dərsliklərin hazırlanması,
yeni təlim
texnologiyalarının
təlim
prosesinə
daxil
edilməsi,
təhsil
müəssisələrinin
kompyuterləşdirilməsi, yeni təfəkkürlü, xüsusi bacarığa malik müəllim kadrlarının
hazırlanması buna misaldır. Son illər ölkə miqyasında xüsusi
metodikaya dair elmlərə
əsaslı diqqət yetirilib.
Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri də vətəndaşların intellektual
səviyyəsinin yüksəldilməsini, nümunəvi vətəndaş və yüksək
səviyyəli elmi dünyagörüşə
malik insanın formalaşdırılmasını tələb edir. Məhz bu tələbləri həyata keçirmək məqsədi
ilə ali təhsilin magistratura pilləsində “Tarix dərslərində şagirdlərdə
elmi dünyagörüşün