Mövzu tarix dərsləRİNDƏ ŞAGİrdləRDƏ elmi DÜnyagöRÜŞÜNÜn formalaşdirilmasi fəNNİNİn obyekti, predmeti, MƏQSƏDİ, TƏLİm və TƏRBİYƏVİ VƏZİFƏLƏRİ plan


 Fəlsəfi ədəbiyyatda dünyanın dərki probleminə münasibət



Yüklə 333,93 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix28.03.2023
ölçüsü333,93 Kb.
#90599
növüDərs
1   2   3   4
MÖVZU 1 (1)

2. Fəlsəfi ədəbiyyatda dünyanın dərki probleminə münasibət 
İdrakın məqsədi hissi və məntiqi təhlil əsasında gerçəkliyin dərk edilməsi yolu ilə 
insanları həqiqi biliklərlə silahlandırmaqdan ibarətdir. Lakin ümumiyyətlə fəlsəfədə 
“Həqiqət nədir? Gerçəklik haqqında həqiqi biliklər əldə etmək mümkündürmü?” suallarına 
müsbət cavab verilsə də, onların əldə edilməsi mürəkkəb və ziddiyyətli bir prosesdir, 
əvvələn, alınan biliyin həqiqət olub olmamasının müəyyənləşdirilməsi çətin məsələdir, 
ikincisi də, məlumdur ki, gerçəklik insan şüurunda iki formada əks olunur: yanlış və 
düzgün. Buna uyğun bilik də yanılma və həqiqətdən ibarət olur. Odur ki, iki anlayış 
meydana çıxıb: “həqiqət” və “yanılma”. 
Həqiqət anlayışının fəlsəfi təhlili mühüm idraki problem olaraq qalır. Dialektik 
materialist fəlsəfəyə görə insan idrakı həqiqətə nail ola bilər, başqa sözlə, gerçəkliyin 
dolğun, düzgün inikasını verən biliyə çata bilər. Həqiqət dedikdə dialektik materialist 
fəlsəfə obyektiv gerçəkliyin insan idrakında əsasən düzgün, doğru və adekvat inikasını 
həmin dolğun inikasdan əldə edilən biliyi nəzərdə tutur. Deməli, əgər biliklərimiz 
gerçəklikdəki mövcud obyektiv əlaqə və münasibətləri, qanunları düzgün əks etdirirsə, 
obyektiv varlığa uyğun gəlirsə, həqiqətdir, əgər uyğun gəlmirsə, yanılmadır. 
Lakin fəlsəfə tarixində heç də həmişə həqiqətə belə birmənalı münasibət olmamışdır. 
Hələ Aristotel belə hesab edirdi ki, həqiqət odur ki, həmin bilik insanı əhatə edən aləm 
haqqında düzgün fikirlər söyləyir. Onun ardınca çoxlu filosoflar həqiqətə – biliyin 


gerçəkliyə uyğun gəlməsi kimi yanaşmışlar. Obyektiv idealist filosof olan Platon isə 
həqiqətə başqa mövqedən yanaşmışdı. Onun fikrincə, həqiqət insan biliklərinin əbədi və 
dəyişməz ideyalarına uyğundur. Platon qeyd edirdi ki, maddi varlıq haqqında biliklər 
həqiqət ola bilməz, ona görə ki, maddi dünya özü dəyişkəndir. Hegel isə həqiqəti biliyin 
mütləq ideyaya dünya ruhuna uyğunluğundan ibarət hesab edirdi. Hegelə görə həqiqət – 
idrakın mütləq ideyaya tam uyğunluğudur, ona nail olmaq isə idrakın məqsədidir. 
Materialistlərin əksəriyyəti isə belə hesab edirdilər ki, həqiqət – biliklərimizin obyektiv 
maddi varlığa tam uyğun gəlməsidir. 
Lakin burada çətinlik ondan ibarətdir ki, bəs biliyin həqiqət olduğunu obyektiv 
gerçəkliyi düzgün, ona uyğun əks etdirdiyini necə müəyyən etməli? Onun meyarını necə 
müəyyən etməli? Əgər bu meyarın duyğulardan ibarət olduğunu qəbul etsək, onda yanlış 
nəticələrə də gəlmək olar. Axı duyğular, hisslər keçicidir, çox vaxt insanı yanıldır. Həmin 
meyarı yalnız zəka ilə də müəyyənləşdirmək olmur. Çünki yalnız zəkaya istinad etmək, 
birtərəfliyə gətirib çıxarar, ideyaların idealizə edilməsinə səbəb ola bilər. Ona görə də 
burada həqiqətin müəyyən edilməsi üçün əsas meyar praktika – insanın gerçəkliyə 
yaradıcı, fəal münasibəti əsasında yaranan sosial-siyasi, əmək-istehsal və mənəvi, təcrübi 
fəaliyyəti ola bilər. 
Ancaq bu yolla biliyin tarixi praktik fəaliyyətdən keçməsi nəticəsində hansı biliyin 
həqiqət, hansının yanılma olduğunu müəyyən etmək mümkündür. Yalnız insan 
praktikasından keçən, insan fəaliyyətinə məqsədyönlülük verən, onu obyektiv zəruri 
biliklərlə silahlandıran biliklər həqiqət sayıla bilər. Buna görə də fəlsəfədə praktikaya 
idrakın əsası, başlanğıcı və məqsədi, həqiqətin meyarı kimi baxılır, idrak canlı seyrdən, 
müşahidədən başlanır, təfəkkürdən keçir, onun nəticələri isə praktikada tərtib olunub 
sınaqdan keçirilir. Doğruluğu təsdiq olunan, gerçəkliyə uyğun bilik - həqiqət kimi qəbul 
olunur. 
Gerçəkliyi dəqiq və dolğun əks etdirmə səviyyəsinə, ona uyğunluğu dərəcəsinə görə 
həqiqətlər (gerçəkliyi əsasın düzgün əks etdirən biliklər) də müxtəlif olur. Həqiqətlər həm 
də obyektiv məzmunlarına, təsdiq olunmalarına görə də müxtəlif cür olurlar. Bu mənada 


obyektiv mütləq və nisbi həqiqətləri bir-birindən fərqləndirmək, həqiqətin konkretliyini 
aydınlaşdırmaq lazımdır. Ümumiyyətlə obyektiv həqiqət vardırmı? Və ya obyektiv həqiqət 
nə deməkdir? 
Müasir qabaqcıl fəlsəfə həmin suallara müsbət cavab verir qeyd edir ki, 
ümumiyyətlə bilik, həqiqət subyektivdir, yəni insan idrakının məhsuludur. Lakin bu cəhət 
heç də həqiqətin obyektivliyini, obyektiv məzmun daşımasını inkar etməyə əsas vermir. 
Çünki həqiqət obyekti dünyanın insan beynində inikasıdır, o, düzgündürsə, həqiqətdir. 
Obyektiv həqiqət – ayrı-ayrı fərdi insanlardan, bütövlükdə bəşəriyyətdən asılı olmayaraq 
gerçəkliyi düzgün, obyektiv əks etdirən biliyə həqiqətə deyilir. Obyektiv həqiqətə 
bəşəriyyət uzun sosial-tarixi və idraki təcrübə əsasında gəlib çıxmışdır. Obyektiv 
həqiqətlərin praktikada tam təsdiq olunması, təkzib olunması mümkün olmayan bilikdir. 
Məsələn, su 100° temperaturda qaynayıb buxara çevrilir; Yer – kürə şəklindədir; insan – 
ictimai şüurlu varlıqdır; 28 May – Azərbaycanın istiqlaliyyət günüdür və i.a. 
Lakin insan həqiqətə – gerçəkliyin adekvat inikasını verən biliyə tədricən, 
uzunmüddətli tarixi və nəzəri təcrübi fəaliyyət nəticəsində çatmışdır. Obyektiv həqiqət 
nisbi həqiqətlərin vasitəsilə təsdiqlənmiş, dolğunlaşmışdır. Orta əsrlərdə insanlar belə 
hesab edirdilər ki, Yer mərkəzdir, Günəş və planetlər isə onun ətrafında fırlanırlar, insanlar 
öz imkanları daxilində Yerdən müşahidələrlə belə nəticəyə gəlmişdilər. Bu həqiqətmi, 
yoxsa yanılma idi? O zaman bu suala aydın cavab vermək üçün elmi-tarixi təcrübə imkan 
vermirdi. Kopernik təlimi bu həqiqəti təkzib etdi, sübut olundu ki Günəş mərkəzdir, Yer və 
bütün planetlər onun və öz oxu ətrafında fırlanırlar. Bu gerçəkliyin daha dolğun inikası idi 
həqiqətə yaxın idi. Lakin hələlik astronomik müşahidələr və sübutlar çatışmırdı. Kepler 
sübut etdi ki, planetlər Günəş ətrafında dairəvi deyil, ellipsvari hərəkət edirlər. Bu, daha 
dolğun bilik idi. Müasir astronomiya elmi isə planetlərin dövranının qanunlarını və 
trayektoriyasını daha dəqiq müəyyənləşdirdi. Deməli, təsdiq olundu ki, həqiqət də tarixən 
inkişaf edir, hər bir yeni kəşflə daha da dəqiqləşir və təsdiqlənir. 
İdrakın müəyyən səviyyəsinə uyğun əldə edilən tarixi şərait və təcrübədən asılı 
olaraq təsdiqlənən, özünün müəyyən dəqiqliyi, dolğunluğu ilə fərqlənən biliyə nisbi 


həqiqət deyilir. Bütün idrakın, o cümlədən elmi inkişafı tarixi nisbi həqiqətlərin 
dəqiqləşməsi, təsdiq və təkzib edilməsi tarixindən ibarətdir, idrak prosesi – bütövlükdə 
həqiqətin daha dolğun və tam dərk edilməsi prosesidir. Predmet və hadisələr haqqında daha 
dolğun, dəqiq, hərtərəfli, gerçəkliyə tam uyğun biliyə isə mütləq həqiqət deyilir. 
Fəlsəfə tarixində çox vaxt mütləq həqiqətə münasibət ətrafında mübahisə getmişdir. 
Relyativistlər, aqnostiklər həqiqətin ancaq nisbi olduğunu qəbul edirdilər. Relyativistlər 
əbədi, mütləq həqiqətləri inkar etməklə biliyimizin obyektiv məzmun daşıdığını rədd 
edirdilər. Fəlsəfədə ehkamçılıq və metafizik mövqe isə, biliyin dəyişkənliyini, nisbiliyini 
qəbul etmir, bir dəfə əldə olunan biliyin əbədi, dəyişməz olduğunu təsdiqləyirdi. Bununla 
da mütləq həqiqətə pərəstiş edilir, o, idealizə olunurdu. 
Əslində obyektiv, nisbi və mütləq həqaqətləri bir-birindən ayırmaq, onları bir-birinə 
qarşı qoymaq düzgün deyildir. Obyektiv, mütləq və nisbi həqiqətlər bir-birilə qarşılıqlı 
əlaqədə və dialektik vəhdətdədirlər, əslində mütləq və nisbi həqiqətlər – obyektiv həqiqətin 
müxtəlif səviyyələri və formalarıdır. Biliklərimiz həmişə nisbidir, çünki idrakın müəyyən 
inkişaf səviyyəsi ilə, cəmiyyətin, elmin, texnikanın nailiyyətləri ilə və s. şərtlənir, idrakın 
səviyyəsi yüksəldikcə, biz mütləq həqiqətə daha sürətlə yaxınlaşırıq. Lakin bu mütləq 
həqiqətə nail olma prosesi sonsuzluğa qədər uzanıb gedə bilər, çünki tarixi inkişafın hər 
yeni mərhələsi yeni-yeni həqiqətlər aşkara çıxarır. Obyektiv həqiqətin bir nisbi 
formasından başqasına keçilməsindən ibarət olan bu daimi proses – idrakda dialektikanın 
mühüm təzahürüdür. Deməli, hər bir nisbi həqiqətdə mütləq həqiqətin də payı vardır və ya 
mütləq həqiqətə ancaq nisbi həqiqətlər çərçivəsində nail olmaq olar. 
Həqiqi bilik gerçəkliyə müvafiq olduğuna görə bu bilik gerçəklikdən ayrılıqda 
götürülə bilməz. Gerçəklik dəyişdikçə, onun haqqındakı biliyimiz də dəyişilməlidi. 
Deməli, biliyin həqiqiliyi məkandan, zamandan, şəraitdən və onun formalaşdığı başqa 
şərtlərdən asılıdır. Bu şərtlərin dəyişilməsi ona gətirib çıxarır ki, həqiqi bilik daha həqiqi 
olmur. Bu o deməkdir ki, abstrakt həqiqət yoxdur, həqiqət həmişə konkretdir. Həqiqət 
obyektiv əlaqələri, şərtləri, məkanı, zamanı, tarixi xüsusiyyətləri hərtərəfli öyrənib nəzərə 


almaq yolu ilə əldə edilir, çünki bir şəraitdə həqiqi olan şey, başqa şəraitdə yanlış ola bilər, 
həm də əksinə. 

Yüklə 333,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin