Mövzu tarix dərsləRİNDƏ ŞAGİrdləRDƏ elmi DÜnyagöRÜŞÜNÜn formalaşdirilmasi fəNNİNİn obyekti, predmeti, MƏQSƏDİ, TƏLİm və TƏRBİYƏVİ VƏZİFƏLƏRİ plan


 İdrakın struktur səviyyələri. Yaradıcılıq və intuisiya



Yüklə 333,93 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix28.03.2023
ölçüsü333,93 Kb.
#90599
növüDərs
1   2   3   4
MÖVZU 1 (1)

3. İdrakın struktur səviyyələri. Yaradıcılıq və intuisiya 
İdrakın mürəkkəb yol keçməsi, canlı seyrdən abstrakt təfəkkürə yüksəlməsi, əldə 
edilən elmi-nəzəri nəticələrin praktikada tətbiq edilib sınaqdan keçirilməsi zəruridir. Lakin 
bu mürəkkəb proses heç də həmişə yüksək nəzəri səviyyədə həyata keçirilə bilməz, çünki 
eyni zaman müddətində hec də adamların hamısının elmi-idraki səviyyəyə yiyələnməsi 
mümkün deyildir. İdrak müşahidədən əldə edilən empirik, adi, gündəlik biliklə, elmi-
təcrübi yolla əldə edilən nəzəri biliyin, tam əsaslandırılmamış biliklə kifayət qədər 
sübutlarla doğruluğu təsdiq edilmiş biliyin vəhdətindən ibarətdir. Deməli, idrak prosesinin 
iki başlıca struktur səviyyəsi vardır: empirik və nəzəri səviyyələr. Həmin səviyyələr 
vəhdətdədir və bir-birini tamamlayır. Məsələn, əsasən empirik bilik səviyyəsinə aid edilən 
xalq təbabəti tibb elminin, folklor isə bədii yaradıcılığın əsas mənbəyidir, nəzəri tibbin və 
ədəbiyyatşünaslığın əsaslarını təşkil edirlər. Əksinə, nəzəri təfəkkür formaları olan tibb 
elmi və ədəbiyyatşünaslıq da xalq təbabətinin, folklorun toplanması, qruplaşdırılması və 
nəzəri təhlil edilməsində mühüm rol oynayır. 
Empirik bilik – adi, gündəlik həyatda, çoxillik təcrübi təhlil və müşahidələr əsasında, 
nəyin faydalı və nəyin zərərli olması və s. haqqında əldə edilən təsəvvür, baxış, əhval-
ruhiyyə, hiss və emosiyaların məcmusu və onlar haqqında bilikdir. Xalq təbabəti, şifahi 
xalq yaradıcılığı, folklor nümunələri, mövsüm, peşə, sənət məşğuliyyətləri (əkinçilik, 
sənətkarlıq, maldarlıq və s.), gündəlik birgə yaşayış münasibətləri ilə bağlı əldə edilən 
vərdişlər, ənənələr, təsəvvürlər, biliklər və s. məhz empirik idrak nümunələri hesab oluna 
bilər. Fəlsəfi ədəbiyyatda bu cür empirik biliklərə “sağlam təfəkkür” də deyilir. Lakin belə 
nəticəyə gəlmək düzgün olmazdı ki, empirik idrak səviyyəsi vərdişə ancaq düzgün, sağlam 
təfəkkürə əsaslanan biliklər verir. Yox, bəzən idrak bu səviyyədə yanılmalara meylli 
olduğu üçün dəqiq olmayan, bəzən yanlış təsəvvürlər, baxışlar da əmələ gətirir: 
cadugərliyə əsaslanan “arahəkimliyi”, yuxuyozmalar, mövhumi baxışlar və s. Odur ki, 


empirik biliyin düzgün təhlil edilməsi, sistemləşdirilməsi, səmərəliliyinin müəyyən 
edilməsi, onun xurafat və cəhalətpərəstlikdən təmizlənməsi həmişə mühüm qnoseoloji 
vəzifə olaraq qalır. 
İdrakın yüksək struktur səviyyəsini elmi-nəzəri bilik, həqiqət təşkil edir. Bu, 
gerçəkliyin insan şüurunda dolğun, adekvat inikasıdır, obyektiv reallıq haqqında anlayışlar, 
kateqoriyalar, qanun və qanunauyğunluqlar səviyyəsində əldə olunan bilikdir, 
mühakimələr, əqli nəticələr, fərziyyələr, nəzəriyyələr və i.a. vasitəsilə ifadə olunan elmi-
nəzəri ideyalar, baxışlardır. Nəzəri bilik elmi idrakın əsası, başlıca məqsədi, belə demək 
mümkün olarsa, nəticəsidir. Gerçəklik haqqmda dolğun elmi-nəzəri bilik əldə edilməsi 
ideal idrakın əqli nəticələrin maddiləşdirilməsinə, onlardan məqsədyönlü istifadə 
olunmasına, inkişaf etməkdə olan hadisələrin daxili zəruri inkişaf meylinin düzgün 
tutulmasına, yaradıcı mövqe seçilməsinə təbii-tarixi və sosial proseslərin, bütövlükdə 
tərəqqinin düzgün ehtimallı proqnozlaşdırılmasına, nəhayət elmi qabaqgörənliyə və i.a. 
imkan yaradır ki, bunlar da idrak prosesinin başlıca nailiyyətləri hesab edilməlidir. 
Bunlardan başqa, idrakın strukturunda qeyri-elmi idrak formaları da müəyyən yer 
tutur: adi, dini, bədii. Bunların hər üçü insan şüuru ilə gerçəkliyin spesifik inikası kimi 
yaranır, özünəməxsus xüsusiyyətləri ilə bir-birindən fərqlənirlər. Adi bilik – gerçəklikdə, 
gündəlik yaşayış tərzində insanın empirik, təcrübi yolla əldə etdiyi, əsasən nəyin faydalı, 
nəyin zərərli olması haqqında bilikdir, müəyyən vərdiş və inamlar, hiss və əhval ruhiyyələr 
haqqında təsəvvürlərdir. Dini inikas – gerçəklikdə insana sirli görünən, insan üzərində 
müəyyən təsir gücünə, hökmranlığa malik olan təbiət və cəmiyyət hadisələrinin dini şüurda 
doğurduğu dini təsəvvür və ideyaların məcmusudur, dini ehkamlar, adət və mərasimlər 
haqqında dini baxış və hisslərdir. Bədii inikas isə gerçəkliyin gözəllik qanunları ilə dərk 
edilməsi, mənəvi-estetik ideyalar haqqında, bədii zövq və mədəniyyətə dair insanların 
müəyyən təsəvvür, hiss və baxışlara yiyələnmələridir, təbiətə, cəmiyyətə, insanlara 
humanist-estetik münasibət ifadə edən bilik və hissi-emosional baxışların məcmusudur. 
İdrak prosesinin ən yüksək struktur səviyyəsi yaradıcılıqdır. Yaradıcılıq nədir? Bu 
suala da birbaşa, birmənalı cavab vermək çətindir. Çünki yaradıcılığın növləri, aspektləri 


müxtəlifdir və hərəsinin də özünə məxsus keyfiyyət xüsusiyyətləri vardır. Lakin yaradıcı 
üçün ümumi cəhətlər də çoxdur, məqsədimiz də onlar üzərində dayanmaqdır. Məsələn, 
insanlar adi, gündəlik həyatlarında çoxsaylı məsələlər, problemlərlə qarşılaşırlar. Çox vaxt 
onlar həmin problemləri həll etmək üçün ümumini, hamının istifadə etdiyi vasitələrdən 
deyil, tamam yeni, başqa məlum olmayan və ya çox az məlum olan vasitələrdən istifadə 
edərək orijinal, qeyri-standart qərar qəbul edirlər, problemin həllinin, necə deyərlər, yeni 
yolunu tapır, yaradırlar. Adətən belə proses yaradıcılıq adlandırılır. 
Fəlsəfə tarixində yaradıcılığa müxtəlif münasibət mövcud olmuşdur. Əksəriyyət belə 
hesab etmişdir ki, yaradıcılıq qeyri-rasional prosesdir, subyektin psixikasının xüsusi 
halıdır, 
qeyri-şüuridir. 
Yaradıcılığın 
psixo-fizioloji 
əsasları 
hələ 
də 
tam 
müəyyənləşdirilməsə də, fəlsəfə tarixində onun haqqında bir cox maraqlı və faydalı fikirlər 
söylənilmişdir. İndinin özündə də bəziləri yaradıcılıq, üçün anadangəlmə xüsusiyyətləri, 
fizioloji genlə keçən cəhətləri, bəziləri insanın telepatik imkanlarını, bəziləri ilahi vergini, 
ekstazı, “İlahi nurlanmanı” (“Allahla qovuşmaq”), bir çoxları isə insanın intuisiyasını, 
intuitiv qabiliyyətlərini, sosial-tarixi şəraiti, işgüzarlığı və s. başlıca, aparıcı cəhət hesab 
edirlər. Yaradıcılıq üçün bunların bir çoxlarının mühüm əhəmiyyət olsa da, onlardan heç 
birini mütləqləşdirmək düzgün olmazdı. Platon yaradıcılığı “İlahi qabiliyyət” hesab etmiş, 
ona “ağılsızlığın xüsusi növü” kimi baxmışdı. Dinlər, o cümlədən İslam dini yaradıcılığa 
“İlahi vergi” kimi baxaraq, onu “İnsanın ilahiləşməsi Allahla qovuşması” prosesinin 
təzahürü hesab etmişdir. Kant yaradıcılığa “dahinin fərqləndirici keyfiyyəti” kimi baxmış, 
onu rasionala qarşı qoymuşdu. Müasir ekzistensialistlər yaradıcılığa daha böyük əhəmiyyət 
verirlər, yaradıcılığa “qeyri-şüurinin ruhu” (E.Kartman), “mistik intuisiya qabiliyyəti” 
(Berqson), “İnstinktin özünü göstərməsi” (Freyd) və s. kimi baxışlar da az deyildir. 
Psixoanalizin nümayəndələri olan Freyd, Yum, Kreçmer və b. belə hesab edirlər ki, 
yaradıcılıq bütövlükdə qeyri-şüuriyə aiddir, təkrarolunmaz və yenidən işlənməzdir, 
mahiyyətcə dərk olunmazdır və rasional (məntiqi) idrak prosesi ilə bir araya sığmazdır. 
Bu mövqelərdə müəyyən səmərəli cəhətlər olsa da, onlara yaradıcılığın izahı kimi 
baxmaq olmaz, onlardakı məhdudluqlar hökmən nəzərə alınmalıdır. Onu demək kifayətdir 


ki, yaradıcılığın bütöv mexanizmi hələ də kifayət qədər öyrənilməmişdir. Yuxarıdakı 
baxışların hərəsi də yaradıcılığın bu və ya digər aspektinə, xüsusiyyətinə görə söylənilmiş, 
onun bütöv mahiyyətini əhatə edə bilməmişdir. 
Bunlara baxmayaraq belə demək düzgün olardı ki, yaradıcılıq – insan fəallığının 
yüksək formasıdır, insanın biopsixososial təkamülünün məhsuludur. Bunu insana doğru 
inkişaf prosesində müəyyən canlılarda, insanabənzər heyvanlarda və s. “yaradıcılıq” 
qabiliyyətinin olması da təsdiq edir. Yaradıcılığın əsası heç də ancaq beynin neyrofizioloji 
və biofıziki strukturunda deyil, onun bütün “funksional memarlığındadır”, yaradıcılıq 
beynin müxtəlif mərkəz və sahələrinin təşkil olunmuş qarşılıqlı kompleks fəaliyyətinin, 
qarşılıqlı əlaqəli əməliyyatlarının nəticəsidir. Həmin mərkəzlərin köməyi ilə hissi obrazlar, 
abstraksiyalar alışır, işarə informasiyaları işlənib yaddaşa verilir, həmin informasiyalar 
beyində saxlanılır və lazımi anda yenidən bərpa olunur, “canlandırılır”. Burada yaddaşın və 
insanın elmi-praktik fəaliyyətində informasiyanın yenidən bərpasının çox böyük 
əhəmiyyəti vardır. Bunlar da göstərir ki, yaradıcılıq heç də ancaq qeyri-rasional deyildir, 
bütün insanlara məxsus biofızioloji və sosial-mənəvi hadisədir, yüksək idraki qabiliyyətdir. 
Yaradıcılığın bütün növləri də (bədii, elmi, təsviri, texniki, təşkilatçılıq əmək-istehsal, 
sosial-siyasi və i.a.) onun insanın rasional və hissi idraki fəaliyyəti ilə bağlı olduğunu, 
qabiliyyət, istedad və talantla yanaşı (istedad talantda mistikanın, ekstazın, anadangəlmə 
imkanların, intuisiyanın, “verginin” və s. rolunu da inkar etməmək şərtilə), burada 
əməksevərliyin, işgüzarlığın da mühüm rol oynadığını tamam təsdiq edir, işgüzarlıq 
çalışqanlıq olmadan hər hansı böyük talant, hətta genlə keçən qabiliyyət bəşər (müəyyən 
nəslin üzvlərinin şeir yazmaq, rəsm əsərləri yaratmaq imkanları və s.) belə itib gedir. 
Çalışqanlıq isə istedadı talant səviyyəsinə, dahi yaradıcıya belə çevrilə bilər. 
Bütün bunlara əsasən, belə nəticəyə gəlmək olmaz ki yaradıcılıq tamamilə sirri 
məlum olan, tam öyrənilmiş, hissi və rasional idrak hadisəsidir, heç şübhəsiz, burada 
şüurun gerçəklikdən, real məzmundan uzaqlaşması, “ayrılması” momentləri, qeyri-şüuri 
cəhətlər, xəyal, təxəyyül fantaziya da çox böyük rola malikdir. Romantikasının fantaziya 
və təxəyyülsüz heç bir yaradıcılıq (istər bədii, istər elmi, istər əmək-istehsal yaradıcılığı 


növü olsun, fərqi yoxdur) ola da bilməz. Bir də real zəminə malik yaradıcı xəyal, fantaziya 
vardır. Belə xəyal insanın intuitiv qabiliyyətləri ilə qovuşaraq böyük yaradıcılıq imkanına 
çevrilir, real romantikaya gətirib çıxarır. Məhz ikinci növ xəyal, fantaziya - mühüm 
yaradıcılıq amili kimi çıxış edir. 
Beləliklə, yaradıcılıq – insan ruhunun fəallığı məhsuludur; təkrarolunmazlıq və 
məhsuldar fəallıq keyfiyyəti kəsb edən insan fəaliyyətidir. İnsanın yaradıcılıq imkanları 
sonsuzdur. Yaradıcılıq – insanın elə mənəvi-praktik fəaliyyətidir ki, onun nəticəsində yeni, 
orijinal, təkrarolunmaz mənəvi-sosial əhəmiyyətli sərvətlər yaradılır, yeni, məlum olmayan 
faktlar, xassələr və qanunauyğunluqlar, aləmin dərk edilməsi və dəyişdirilməsinin yeni 
metodları, yaradıcılıq üsulları aşkar edilir. 
İdrak prosesində bəzi yaradıcılıq nümunələri və məntiqi mühakimələr heç də həmişə 
əsaslandırıla, sübut edilə bilinmir. Elə hadisələr olur ki, insan müəyyən anda, qeyri-adi 
sürətlə çox mürəkkəb şəraitdən baş çıxarır, bir anda hadisənin, problemin həllinin düzgün 
yolunu tapa bilir, bədahətən böyük həcmli şeir deyir, çoxsaylı hadisələrin məntiqi 
nəticəsini söyləyir və s. həqiqətə xüsusi sübutlar, dəlillər aramadan, qeyri-rasional yolla 
nail olmaq imkanını fəlsəfədə intuisiya anlayışı ilə ifadə edirlər. Son illərin fəlsəfi 
ədəbiyyatında mistika, genlə keçən fitri qabiliyyət, ürəyədamma, bir sıra telepatik 
qabiliyyətlər və s. yaradıcılığın mənbələri və vasitələri kimi qəbul edilir, onlara intuitiv 
qabiliyyətlər, idrakın qeyri-şüuri formaları kimi baxılır. Əgər Platon intuisiyaya “ağılın 
qəflətən şölələnməsi”, Dekart sübuta ehtiyacı olmayan aksioma, “əqlin ziyası”, “biliyin 
həqiqiliyinin meyarı” kimi baxırdısa, Spinoza intuisiyanı “üçüncü növ” idrak adlandırır, 
“onu həqiqətin mahiyyətini sübutsuz verən bilik vasitəsi” hesab edirdi. İntuisiya hissi və 
məntiqi formada ola bilər. XX əsrin müasir fəlsəfəsində də “intuisiyada davranışın 
instinktiv forması” (A.Berqson), “yaradıcılığın gizli, qeyri-şüuri ilkin prinsipi" (Z. Freyd) 
və s. kimi yanaşanlar vardır, idrakın mənbəyinin ocaq intuisiyadan ibarət olduğunu iddia 
edən müasir intuivizm cərəyanlarının nümayəndələrinə görə isə intuisiya “ilahi vəyhdir”, 
hər şeyə qadir qeyri-şüuri fenomendir, onun heç bir məntiqə, təcrübəyə ehtiyacı yoxdur. 


İntuisiya qeyri-şüuru, qeyri-rasional fenomen adlandırılsa da, elm hələ intiusiyanın 
necə qurulmasını dəqiq deyə bilmir. Lakin onun əmələ gəlməsi də insan beynini (mürəkkəb 
funksiyaları ilə əlaqədardır, xüsusi növ instinktiv haldır. Elm belə sübut edir ki, 
intuisiyanın əmələ gəlməsi prosesi çoxmərhələli mürəkkəb bir yol keçir: a) beyninin 
yaddaş sistemində obrazlarının və abstraksiyaların yığılması və bölüşdürülməsi; b) 
müəyyən məsələni həll etmək üçün toplanmış abstraksiyaların və obrazların qeyri şüuri 
təcili işlənməsi; v) məsələnin (vəzifənin) dəqiq dərk edilməsi; q) həmin vəzifənin ani 
olaraq, gözlənilmədən həllinin verilməsi. Çox hallarda məsələnin gözlənilməz həllinin 
verilməsi anı – intuisiya momenti qəflətən qeyri-adi vəziyyətdə yatıb röyada, başqa iş 
görəndə o, baş verir. Odur ki, intuisiyaya bəzi möcüzəvi münasibətdə rast gəlinir. Lakin 
əslində yaradıcılıqda heç bir möcüzə yoxdur, bu ən ciddi məşğuliyyətdir, yüksək 
gərginlikdir, coşqun beyin fəaliyyətidir. 
Rasional və qeyri-rasional, intuitiv, nəzəri, empirik və i.a. idrak formalarının əsas 
məqsədlərindən birini də gerçəklik hadisələri arasındakı obyektiv əlaqə və münasibətləri, 
onların inkişaf qanunauyğunluqlarını dərk etmək əsasında maddi və mənəvi hadisələrin 
zəruri inkişaf meylini, istiqamətini tapmaq və onların gələcək perspektivlərini görmək, 
sözün həqiqi mənasında “gələcəkdən xəbər verməkdir”, idrakın “gələcəyi xəbər vermək”, 
qabaq görənlik fəaliyyəti də beyinlə, mərkəzi əsəb sisteminin imkanları ilə bağlıdır. 
İnsan beynində daimi, fəal ehtimallı proqnozlaşdırma, gələcək perspektivləri, ölçüb-
biçmə mexanizmi fəaliyyət göstərir, insan psixikası ehtimal mücəssiməsidir. İnkişaf 
meylini, ehtimalını düzgün qiymətləndirmək, obyektiv hərəkət istiqaməti tutmaq, aydın və 
dəqiq mövzu seçib məharətlə çıxış etmək, necə deyərlər, yüz ölçüb bir biçmək ehtimallı 
proqnozlaşdırma üçün əsas şərtdir. Ancaq bu yolla inkişafın yüksələn xətt üzrə qarşısı 
alınmazlığının qanunlarını aşkar etmək, dərin şəxsi intuisiya vasitəsilə hadisələri 
qabaqlamaq, müəyyən perspektiv üçün ümumiləmiş nəticələrə gəlmək olar. Qabaqgörənlik 
real zəminə əsaslanmalıdır, ona mövhumi, möcüzəvi, röyəvi səciyyə verilməməlidir. Elm 
sübut edir ki, yalnız real qabaqgörənlik vardır, görünür, dini, qabaqgörənlik, peyğəmbərlik 
də müəyyən şəxsiyyətlərin (məsələn, Məhəmməd peyğəmbər və b.) hadisələrin zəruri 


inkişaf meylini, qanunauyğun əlaqələrini başqa adamlardan daha yaxşı, dolğun dərk etməsi 
qabiliyyətindən irəli gəlmişdir. Heç təsadüfi deyildir ki, islam dini həmişə magiya ilə 
gələcəyi əvvəlcədən xəbər verməyin əleyhinə olmuş, falçılığı, cadugərliyi “şeytan əməli” 
hesab etmişdir. 
Qabaqgörənlikdə böyük əhəmiyyətə malik olan intuisiyada “təbii vergi" (genlə 
keçən nəsli əlamətlər), ekstaz, telepatik “ürəyədamma”, “fitri qabiliyyətlər” kimi qeyri- 
şüuri amillər müəyyən əhəmiyyətə malik olsalar da, burada aparıcı yeri zəngin təfəkkür 
qabiliyyəti və böyük həyati təcrübə tutur. Elmi qabaqgörənlik iki formada özünü göstərir: 
yaxın gələcəyin qabaqcadan söylənilməsi. Burada hadisələrin inkişaf meyli qismən 
üzdədir, gələcək üçün imkanlar mövcuddur, yetişib, onları tanımaq, təhlil etmək yolu ilə 
real qabaqgörənlik meydana çıxır. Real qabaqgörənlik ideyaları yaxın gələcəkdə əsasən 
maddiləşir, həyata keçir. Məsələn, sovet imperiyasının dağıdılmasının, müstəqil 
Azərbaycan Respublikasının qurulacağının qabaqcadan söylənilməsi real qabaqgörənlik 
idi. Qabaqgörənliyin ikinci növünü isə uzaq və ən uzaq gələcəyin qabaqcadan söylənilməsi 
təşkil edir. Burada insan əsasən intuitiv, qeyri-şüuri imkanlarla hadisələrin gələcək inkişaf 
perspektivlərini görür, proqnozlar, ehtimallar irəli sürür. Buna ehtimali qabaqgörənlik də 
demək olar. 
Beləliklə, elmi qabaqgörənlik hadisələrin inkişafının obyektiv qanunauyqunluqlarını 
nəzərə almaq, çoxlu nəzəri və təcrübi faktları ümumiləşdirmək və intuitiv təfəkkür 
əsasında təbiət, cəmiyyət və insan idrakında hələlik müşahidə olunmayan hadisə və 
prosesləri qabaqcadan görmək, söyləməkdir. Bu mənada qabaqgörənlıyin iki növünü də 
fərqləndirmək lazımdır: a) obyektiv şəkildə gerçəklikdə mövcud olan, lakin hələlik məlum 
olmayan hadisə və proseslərin qabaqcadan deyilməsi, tapılması. Məsələn, kimyəvi 
elementlər, filiz yataqları tapmaq, qanunlar kəşf etmək və s.; b) gerçəklikdə qərarlaşmada 
olan, ilkin əlamətləri təzahür etməkdə olan hadisə və prosesləri görmək, söyləmək. 
Məsələn, müstəqil respublikamızın maddi və mənəvi potensial imkanları əsasında onun 
gələcək sosial-siyasi, iqtisadi və mənəvi tərəqqisi proseslərini müəyyən etmək və s. 


Məhz elmi qabaqgörənlik əsasında təsdiq etmək olar ki, hazırda idrak üçün sirli 
görünən bir sıra telepatik hadisələrin də (müəyyən adamların gələcəyi “xəbər verməsi”, 
ürəkdə tutulan sözləri “oxunması”, gizlədilmiş əşyaları tapması, yuxugörmə, ürəyədamma, 
vibrasiya hissi ilə tam kar və kor olanların bəzi adamları tanıması, adamları yuxuda 
danışdırıb “sirlərin alınması”, yatarkən işləmək, şeir yazmaq və s. və i.a.) yaxın gələcəkdə 
mahiyyəti tamam açılacaq, dərk olunacaqdır. 
Elm 
çox 
mürəkkəb 
quruluşa 
malik 
insan 
beyninin 
psixik-fizioloji 
qanunauyğunluqlarını addım-addım açır, həmin addımlar getdikcə böyüyür, insanı beynin 
öyrənilməsində mütləq həqiqətə daha da yaxınlaşdırır. Məhz bu yolla da qeyd etdiyimiz 
“dərkolunmaz”, “müəmmalı” hadisələrin sonu yaxınlaşır. 

Yüklə 333,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin