Mövzu tarix dərsləRİNDƏ ŞAGİrdləRDƏ elmi DÜnyagöRÜŞÜNÜn formalaşdirilmasi fəNNİNİn obyekti, predmeti, MƏQSƏDİ, TƏLİm və TƏRBİYƏVİ VƏZİFƏLƏRİ plan



Yüklə 333,93 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix28.03.2023
ölçüsü333,93 Kb.
#90599
növüDərs
1   2   3   4
MÖVZU 1 (1)

Fənnin obyekti. Tarix dərslərində şagirdlərdə elmi dünyagörüşün formalaşdırılması 
prosesidir. 
Tarix dərslərində şagirdlərdə elmi dünyagörüşün formalaşdırılması fənninin 
predmetinə ümumtəhsil məktəblərində tarix kursları üzrə dərslərdə istifadə olunan 
metodlar, vasitələr, yollar və üsullar daxildir. Bu fənnin predmeti dedikdə, onun öz 
obyektindən ayırd etdiyi, seçdiyi cəhətlərə hansı baxımdan, hansı nəzəri və praktiki 
aspektlərdən yanaşması nəzərdə tutulur. 
Məlum olduğu kimi təhsilin məqsədi təlimin məzmununu müəyyən edir. Bu 
məqsədlə əsas vəzifə şagirdlərə ümumitəhsil verməklə yanaşı, həm də gənc nəsildə elmi 
dünyagörüşün formalaşdırılmasını da nəzərdə tutur. Təhsilin məzmununa və məqsədinə 
uyğun olaraq təlimin səmərəli yolu müəyyən edilir. 
Metodik ədəbiyyatda məqsədə belə tərif verilib: “Məqsəd – başlıca səylərin 
yönəldiyi nəticəyə çatmaq istəyi, yaxud hər hansı fəaliyyətin son nəticəsinin təsəvvürə 
gətirilməsidir”. 
Tarix dərslərində şagirdlərdə elmi dünyagörüşün formalaşdırılması fənninin 
tətbiqində 
əsas 
məqsəd 
tarix 
dərslərində 
şagirdlərdə 
elmi 
dünyagörüşün 
formalaşdırılmasının ən optimal yollarının, vasitələrinin və metodlarının tətbiqi ilə təlimin 
səmərəliliyinin yüksəldilməsinə nail olmaqdır. Bu məqsədin məzmununda vətənpərvərlik 
və elmi dünyagörüşünün təşəkkülü, şagirdlərin təfəkkürünün, idrak fəallığının, 
müstəqilliyinin və maraqlarının inkişafı xüsusi yer tutur. Müəyyənləşdirdiyimiz məqsəd 
tarix təliminin məzmunundan irəli gəlmişdir. 
Şagirdlərdə elmi dünyagörüşü formalaşdırmaq məqsədilə tətbiq edilən həm təlim 
metodları, həm də təlimin məzmunu şagirdlərin gücünə müvafiq olmalıdır. Eyni zamanda 
müxtəlif inkişafa və qabiliyyətə malik olan məktəbliləri təlimin konkret məqsədlərinə 
uyğun fərdiləşdirmək lazımdır. 


Elmi dünyagörüşün formalaşdırılmasına motiv yaradan aşağıdakı amillərə xüsusi 
diqqət yetirilməlidir: 
1) Tarix təlimində zaman və məkana əsaslanan tarixi faktların möhkəm 
mənimsənilməsi; 
2) Tarixə dair biliyi ümumiləşdirən və sistemləşdirən tarixi anlayışlar sisteminin 
təkmilləşdirilməsi; 
3) Tarixi biliyin möhkəmliliyi və şüurluluğunun təmin edilməsi; 
4) Təbiət, cəmiyyət və idraka dair biliklərin bütöv sisteminin şagirdlər tərəfindən 
mənimsənilməsinə nail olmaq; 
5) Şagirdlərin şüurunda canlı, parlaq obrazların, eləcə də ictimai həyatın bütöv 
mənzərəsinin təşəkkülünün yaradılması. 
Fənnin təliminin qarşısında duran vəzifələr məqsəddən yaranır. Metodik ədəbiyyatda 
vəzifəyə belə tərif verilir: “Vəzifə məqsədin yerinə yetirilməsi üçün və görüləcək konkret 
işlərin planlaşdırılması, məqsəd və nəticə arasında atılan addımlar, həyata keçirilməsi vacib 
olan işlər və mərhələlərdir”. 
Tarix dərslərində şagirdlərdə elmi dünyagörüşün formalaşdırılması fənninin 
qarşısında aşağıda sadalanan təlim-tərbiyəvi vəzifələr durur: 
1) Ümumtəhsil məktəblərinin tarix kurslarında şagirdlərdə elmi dünyagörüşün 
formalaşdırılmasına yönəldilmiş mövzuların tədrisinin xüsusiləşdirilməsi; 
2) Məzmununda ictimai şüur formaları olan mövzuların tədrisindən şagirdlərin elmi 
dünyagörüşünü formalaşdırmaq imkanlarından istifadə edilməsi; 
3) Şagirdlərdə dərin tarixi faktlara və hadisələrə dair biliklərin əqidəyə çevrilməsinə 
motiv yaradılması; 
4) Ən mühüm tarixi təsəvvürlərin və anlayışların şagirdlər tərəfindən 
mənimsənilməsi, ictimai inkişaf qanunlarını onların başa düşmələri, tarixin elmi surətdə 
qavranılması, tarixi prosesdə xalq kütlələrinin və görkəmli xadimlərin rolunun öz yaşlarına 
uyğun şəkildə mənimsənilməsinin təmin edilməsi; 


5) Müasir təlim elmi bilikləri müstəqil əldə etməyi tələb edir. Kompyuterdən istifadə 
etməklə aparıcı teleşirkətlərin beynəlxalq miqyasda tanınmış verilişlərinə birgə baxışların 
təşkilinə geniş yer verilməlidir. Belələrindən “heyvanlar aləmi”, “tarix”, “elmi kəşflər”, 
“tanınmış alimlərin həyatı”, “səma cisimlər”inə həsr edilmiş verilişlərə birgə baxışların 
keçirilməsi; Sən dünyanı necə dərk edirsən? mövzusunda viktorinalar və olimpiadaların 
keçirilməsinə nail olunmasıdır. 
Nəticə olaraq deyə bilərik ki, elmi dünyagörüşə yetərincə yiyələnmiş şagirddə 
yüksək mənəvi keyfiyyətlər də formalaşmış olur. 

Yüklə 333,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin