vasitəsilə iqtisadi məhsuldarlığın daha da yüksək səviyyələrinə nail olunmasını,
tam və məhsuldar məşğulluğun və hamı üçün layiqli işin təmin edilməsini,
məcburi əməyin ləğv edilməsi, müasir köləliyə, insan alverinə və bütün
formalarda uşaq əməyinə son qoyulması üçün tədbirlərin görülməsini, bərabər
dəyərli işə görə bərabər ödənişin təmin edilməsini nəzərdə tutur. Bu da, öz
növbəsində, məhsuldar fəaliyyət, layiqli iş yerlərinin yaradılması, sahibkarlıq,
yaradıcılıq və innovasiyalara dəstək göstərən inkişaf yönümlü siyasətlərin təşviq
edilməsinə, mikro, kiçik və orta sahibkarların maliyyə xidmətlərinə çıxışının
təmin edilməsinə, məşğulluqda, təhsildə və ya təlimdə iştirak etməyən gənclərin
xüsusi çəkisinin əhəmiyyətli dərəcədə azaldılmasına zəmin yaradır.
Əhalinin hər nəfərinə düşən real Ümumdaxili məqsul (ÜDM-in) illik artım sürəti
iki ardıcıl il arasında əhalinin hər nəfərinə düşən real ÜDM-dəki dəyişikliyi faizlə
bildirir.
Dostları ilə paylaş: