İşsizlik səviyyəsi, cins və yaş qrupları üzrə bölgüdə. 2010-2019-cu illərdə ölkə
üzrə işsizlik səviyyəsi azalma meyli almış, lakin COVID-19 pandemiyasının
tüğyan etdiyi 2020-ci ildə bu göstəricinin qiyməti 2019-cu illə müqayisədə 4,8
faizdən 7,2 faizə, o cümlədən kişilər üzrə 4,0 faizdən 6,0 faizə, qadınlar üzrə isə
5,7 faizdən 8,4 faizə yüksəlmişdir. Bu müddət ərzində ölkədə işsiz əhalinin sayı
375,9 min nəfər olmuşdur ki, bunlardan da 159,9 min nəfəri kişilər, 216,0 min
nəfəri isə qadınlardır.
Azərbaycanda 2020-ci ildə yaşayış yerinə görə qadınlar arasında
işsizlik
səviyyəsi şəhər yerlərində 10,0 faiz, kənd yerlərində 6,8 faiz, kişilər arasında
işsizlik səviyyəsi şəhər yerlərində 7,2 faiz, kənd yerlərində 4,6 faiz təşkil
etmişdir. İqtisadi rayonlar üzrə bölgüdə işsiz şəxslərin sayı ən çox Bakı şəhərində
qeydə alınmışdır.
Dostları ilə paylaş: