DİM 9 milli xüsusiyyətlərə uyğun olaraq inklüziv və dayanıqlı
sənayeləşmənin təşviq edilməsini, habelə məşğulluqda və ÜDM-də sənayenin
payının əhəmiyyətli
dərəcədə yüksəldilməsini, resurslardan istifadə
səmərəliliyinin artırılmasını, ekoloji təmiz texnologiyaların daha geniş şəkildə
tətbiq
edilməsini, iqtisadi inkişafa və insan rifahına dəstək göstərmək üçün
dayanıqlı infrastrukturun yaradılmasını nəzərdə tutur. Bu da,
öz növbəsində,
sənaye sahəsində elmi tədqiqatların genişləndirilməsini, innovasiyaların
stimullaşdırılmasını və tədqiqatçıların sayının, habelə tədqiqat və inkişaf üçün
tələb olunan məsrəflərin (xərclərin) əhəmiyyətli şəkildə artırılmasını
ön plana
çəkir. Qeyd olunanlarla əlaqədar, texnologiyaların inkişafına, sənayenin inkişafı
sahəsində tədqiqatlara və innovasiyalara dəstək artırılmalı, sənayenin
şaxələndirilməsi
üçün əlverişli siyasi mühit, sənaye müəssisələrinin müasir
texnologiyalardan geniş istifadəsi, onların maliyyə xidmətlərinə çıxış imkanları,
habelə bazarlara inteqrasiyası təmin edilməlidir.
Emal sənayesinin əlavə dəyərinin ÜDM-ə faiz nisbəti və onun əhalinin hər
nəfərinə düşən məbləği. Emal sənayesinin əlavə dəyərinin ÜDM-ə faiz nisbəti
emal sənayesində yaradılmış əlavə dəyərin ÜDM-də payını göstərir. Bu göstərici
emal sənayesinin əlavə dəyərinin ÜDM-ə nisbətinin 100-ə hasili kimi hesablanır.
Əhalinin hər nəfərinə düşən emal sənayesinin əlavə dəyəri.
Emal sənayesinin
əlavə dəyərinin ÜDM-dəki payında 2010-2020-ci illər ərzində azalma və artma
qeydə alınmış və bu göstərici 2020-ci ildə 5,8 faiz olmaqla ən yüksək qiymətini
almışdır. Emal sənayesində yaradılmış əlavə dəyər 2020-ci ildə 4177,7 milyon
manat təşkil etmişdir. Bu göstərici emal sənayesində yaradılmış əlavə dəyərin
əhalinin hər nəfərinə düşən məbləğini bildirir. Əhalinin hər nəfərinə düşən emal
sənayesinin əlavə dəyəri emal sənayesinin əlavə dəyərinin ölkə əhalisinin sayına
nisbəti kimi hesablanır. 2010-2020-cu illər ərzində Azərbaycanda əhalinin hər
nəfərinə düşən emal sənayesinin əlavə dəyəri 86,0 -% artaraq 225,2 manatdan
418,9 manatadək yüksəlmişdir. Sözügedən göstərici 2019-cu
illə müqayisədə
2020-ci ildə 1,3 % artmışdır.
Emal sənayesində məşğulluğun ümumi məşğulluqda xüsusi çəkisi emal sənayesi
sahəsində məşğul olanların sayının iqtisadiyyatda məşğul olanların ümumi
sayına nisbətinin 100-ə hasili kimi hesablanır. 2010-2020-ci illər ərzində emal
sənayesində məşğulluğun ümumi məşğulluqda xüsusi çəkisi 4,8 -%dən 5,3 %-
dək yüksəlmişdir. Bu illər ərzində emal sənayesində məşğul olan şəxslərin sayı
23,6 faiz artaraq 208,9 min nəfərdən 258,3 min nəfərə çatmışdır ki, onun da 175,9
min nəfəri və ya 68,1 faizi kişilər, 82,4 min nəfəri və ya 31,9 faizi isə qadınlar
olmuşdur. İqtisadi rayonlar üzrə bölgüdə 2020-ci ildə sözügedən göstəricinin ən
yüksək həddi Abşeron-Xızı iqtisadi rayonunda 11,9 %, ən aşağı həddi isə Dağlıq-
Şirvan iqtisadi rayonunda 2,9 % olaraq qeydə alınmışdır.