Mühazirə -V. DİM 6 Hamı üçün su və sanitariyaya əlçatanlığı və dayanıqlı idarə etməni təmin edilməsi


– 2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası



Yüklə 271,88 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix07.04.2023
ölçüsü271,88 Kb.
#94261
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə-V. Davamli inkisaf(06.04.23)

2019–
2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” 
təsdiq edilmişdir.


Məşğulluq Strategiyasının məqsədi məşğulluq siyasətinin ekstensiv 
mərhələdən intensiv mərhələyə keçidini təmin etmək, əhalinin məşğulluq 
səviyyəsini artırmaq, tam məşğulluğu təmin etmək, layiqli əməyi dəstəkləmək və 
əmək məhsuldarlığını yüksəltməkdir.
Gənclərin peşə təhsilindən əmək bazarına inteqrasiyasını gücləndirmək 
məqsədilə karyera (peşə) - məsləhət və karyera - planlaşdırma xidmətlərinin 
təkmilləşdirilməsi, o cümlədən rəqəmsal texnologiyalardan geniş istifadəyə 
keçidin təmin edilməsi Strategiyanın prioritet istiqaməti kimi müəyyən edilib. 
Sənaye, innovasiya və infrastruktur. Sənayenin inkişafı möhkəm infrastruktur 
yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyalara 
dəstək vermək vasitəsilə nail oluna bilər. 
Məlum olduğu kimi texnologiya və innovasiyalar olmadan sənayeləşmə baş verə 
bilməz, sənayeləşmə olmadan da inkişaf ola bilməz. Bu baxımdan, sənaye 
infrastrukturuna investisiya qoyuluşları dayanıqlı inkişafa nail olmaq üçün vacib 
şərtdir. Belə ki, inklüziv və dayanıqlı sənayeni inkişaf etdirməklə texnoloji 
irəliləyişə nail olaraq insanların həyat səviyyəsinin yaxşılaşdırılması 
mümkündür.
BMT-nin açıqladığı məlumatlara əsasən dünyada ticarət olunan mal və 
əmtəələrin həcminin 80 %-dən çoxu dəniz nəqliyyatı vasitəsilə daşınır. Bu da öz 
növbəsində dəniz nəqliyyatını ticarətin və qloballaşmanın vacib amilinə çevirir. 
2020-ci il aviadaşımalara tələbat baxımından böhranlı il olmuşdur. Avia 
sərnişinlərin sayı dünya üzrə 2019-cu ildə 4,5 milyarddan 2020-ci ildə 1,8 
milyarda düşmüşdür ki, bu da 60 % azalma deməkdir. Nəticədə, hava nəqliyyatı 
sənayesi ilə əlaqəsi olan iş yerlərinin sayı 2020-ci il ərzində 52,5 faiz azalaraq 
87,7 milyondan 41,7 milyona düşmüşdür. 2020-ci ildə aviaşirkətlərin maliyyə 
itkiləri 371 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.
2007-2009-cu illərin qlobal maliyyə böhranı ilə müqayisədə 2020-ci ildə 
pandemiya sənaye sektoruna daha çox zərbə vurmuş və bu da istehsalın 6,8 % 
azalması ilə nəticələnmişdir. Qlobal ÜDM-də emal sənayesinin əlavə dəyərinin 
payı 2019-cu illə müqayisədə 2020-ci ildə 16,6 %-dən 16,0 % qədər azalmışdır. 
Elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə investisiyalar 2010-cu ildəki 1,4 
trilyon ABŞ dollarından 2018-ci ildə 2,2 trilyon ABŞ dollarına (alıcılıq 
qabiliyyəti paritetinə) çatmışdır. Baxılan dövrdə dünyada hər milyon nəfərə 
düşən tədqiqatçıların sayı 1022-dən 1235-ə yüksəlmişdir. Bununla yanaşı 2020-
ci ildə demək olar ki, bütün dünya əhalisi mobil telefon şəbəkəsi siqnalının, 85-
% isə 4G şəbəkəsinin yayıldığı ərazi daxilində yaşamışdır. 2019-cu ildə dünya 
əhalisinin yalnız 51 faizi internetdən istifadə etmişdir, başqa sözlə 3,7 milyard 
insanın hələ internetə çıxış yoxdur. 



Yüklə 271,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin