kaolin adlanır. Onun rəngi, adətən, ağ olur,
mexaniki qarışıqları olduqda rəngi dəyişir. Əgər gil montmorillonit
minerallarından təşkil olunmuşsa, ona
bentonit gili deyilir. Bentonit gilinin rəngi
ağla yaşılımtıl-boz arasında dəyişilir.
Qeyd etmək lazımdır ki, quru və nəm halda gilin rəngi bir-birindən fərqlənir.
Bundan başqa, gilin rəngi tərkibindəki qarışıqdan, onun kimyəvi, biokimyəvi və
genetik şəraitindən asılı olaraq kəskin dəyişir. Gillərə qırmızı, qonur, sarı yaşıl,
boz, qara və s. rənglərdə rast gəlmək olar.
Gilli süxurların təsvirində süxurun təbii şəraitindəki nəmliyi, plastikliyi,
qarışıqlarının xarakteri (rənginə əsasən), strukturu (laylı, zolaqlı) və s. nəzərə
alınmalıdır.
Argillitlər az islanan, çətin sınan, bərk, sıx quruluşlu sementləşmiş gilli
süxurlardır. Tərkibində СаСОЗ olduqda üzərinə HC1 turşusu damızdırarkən
qaynamağa başlayır. CaC0
3
-ün miqdarı çox olduqda argillitlər mergellərə keçir.
Kimyəvi yolla əmələ gəlmiş süxurlar Su hövzələrində və qurunun bəzi sahələrində gedən müxtəlif kimyəvi proseslər
nəticəsində kimyəvi çöküntülər əmələ gəlir. Kimyəvi tərkibinə görə bu süxurlar
karbonatlı, silisli, sulfatlı, halloidli, dəmirli, fosfatlı və sairə bölünür.
Əhəng daşı. Karbonatlı süxurlar (kimyəvi əhəngdaşı) təbiətdə geniş yayılmış
kalsit mineralıdır. Kristal quruluşlu bu süxurlar HC1 məhlulu ilə asanlıqla təyin
olunur (üstünə HC1 turşusunun zəif məhlulunun damızdırdıqda qaynayır).
Təbiətdə kimyəvi yolla əmələ gəlmiş təmiz əhəngdaşına çox az təsadüf olunur.
Çox vaxt qum, gil və orqanizm qalıqları ilə qarışıq halda tapılır. Qarışığından asılı
olaraq rəngi də müxtəlif olur. Əhəngdaşının tərkibində qum qarışığı olduqda
qumlu əhəngdaşı, gil olduqda isə gilli əhəngdaşı əmələ gəlir. Süxurun tərkibində
iştirak edən kalsitin müəyyən hissəsi silislə əvəz olunduqda belə süxura silisli
əhəngdaşı deyilir. Quruluşuna görə əhəngdaşı