Laylı tekstura,
çökmə süxurları başqalarından fərqləndirən və onların
əmələgəlmə şəraitini əks etdirən, əsas tekstura formasıdır. Laylanma
müstəvilərinin əlaqələrinə görə düz, çəp, ləpəli və s. teksturalar vardır.
Çökmə süxurları xarakterizə edən xüsusiyyətlərdən biri də sementləşmədir.
Süxur boşluqlarınm sement maddəsi ilə dolma dərəcəsi süxurun teksturasını ifadə
edən mühüm amillərdən biridir. Müxtəlif tərkibli
sement maddələrindən gilli-
qumlu, karbonatlı, dəmirli, silisli və s. maddələri göstərmək olar.
Ola bilər ki, sement maddəsi süxurla
birlikdə əmələ gəlsin, ola bilər, sonra əmələ
gəlib süxur məsamələrini doldursun. Onun xarakterindən asılı olaraq süxurun
möhkəmlik göstəriciləri də dəyişir.
Çökmə süxurların təsnifatı və təsviri
Çökmə süxurlar əmələgəlmə xüsusiyyətlərinə görə dörd qrupa ayrılır:
1.qırıntı və ya
klastik süxurlar;
2. kimyəvi yolla əmələ gəlmiş hemogen süxurlar;
3.üzvi yolla əmələ gəlmiş orqanogen süxurlar;
4.qanşıq yolla əmələ gəlmiş süxurlar.
Qırıntı süxurlar.
Qırıntı süxurlar yer yzərində mövcud olan müxtəlif mənşəli
süxurların mexaniki parçalanması və yenidən toplanması nəticəsində əmələ gəlir.
Bu süxurların təsnifatı onları təşkil edən dənəciklərin ölçü, forma və sementləşmə
xarakterinə əsaslanır. Dənəciklər ölçüsünə görə 4 qrupa bölünür:
1. İri qınntılı süxurlar
Dostları ilə paylaş: