55
Hər 1 kq üçün burada 850q hazır qırmızı əsas sous,300q baş soğan, 40q yağ,
70q 8%-li sirkə, 30q “Cənub” sousu, 20q süfrəyə marqarini və 130q karnişon
(marinadlaşdırılmış xiyar) götürülür.
Ağ
sous (ə
sas sous). Burada ağ isti qovurma tədricən isti ət bulyonunda açılır
və bir növlü kütlə şəklində gəlincə qarışdıra-qarışdıra 25-30 dəqiqə bişirilir. Bişən
zaman bunun üzünün yağı və kəfi alınır. Bu sousun içinə yağda qovrulmuş baş
soğan, cəfəri və kərəvəzi qatılır. Hazır olduqda sous süzülür və ona limon duzu və
kərə yağı vurulur. Həmin sousdan digər souslar hazırlanır və habelə şorbalara
qatılır.
Hər 1kq sous üçün burada 1100q ağ bulyon, 50q
buğda unu, 50q süfrə
marqarini, 35q baş soğan, 30q cəfəri (kök), 50q şit marqarin və 1q
limon duzu
götürülür.
Tomat sous. Burada isti ağ qovurma qaynar ət-sümük bulyonu (ağ) ilə
birləşdirilir və qatışdırıla-qatışdırıla birnövlü kütlə şəklində salınaraq qaynar
vəziyyətə gətirilir. Eyni zamanda yağda qızardılmış yerkökü, cəfəri, kərəviz və baş
soğan tomat-püre qatılıb hazırlanmış həmin ağ sousa qatılır və 30-40 dəqiqə
bişirilir. Bişən zaman bunun üzünün yağı və kəfi alınır.
Bişib qurtarana 10-15 dəqiqə qalmış
bu sousun içinə istiot dənləri, dəfnə
yarpağı, duz, ağ turş üzüm şərabı, limon duzu və şəkər vurulur.
Hazır sous ələkdən süzülüb 2-3 dəqiqə bişirilir və içinə kərə yağı vurulur.
Tomat sousu tərəvəz raqusu,
kartof kroketi, zapekanka, qiyməli tərəvəz,
sosiska, sardelka, file, bifşteks, langet, eskalop,
beyin fri, qoyun döşü fri, döymə
kolet, tefteli, rulet, toyuq fri xörəkləri üçün tətbiq olunur və habelə bundan digər ət
sousları hazırlanır.
Hər 1kq sous üçün burada 700q ağ bulyon, 35q buğda unu, 35q yağ, 35q baş
soğan, 65q yerkökü, 27q cəfəri, 350q
tomat-püre, 50q kərə yağı, 10q şəkər, 0,5q
limon duzu, 75q ağ turş şərab, 20q süfrə marqarini və 25q yağı götürülür.
Dostları ilə paylaş: