Microsoft Word lal? ?miraslanova -ias? m?hsul texno muhazir? m?tni II semestr doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə41/62
tarix10.04.2023
ölçüsü0,49 Mb.
#95965
1   ...   37   38   39   40   41   42   43   44   ...   62
lala qidano

Soğanlı və karnişonlu qırmızı sous. 
Burada narın doğranıb kərə yağında qızardılmış baş soğan, istiot dənləri, 
dəfnə yarpağı sirkə ilə birlikdə quruyunca qaynadılıb buxarlanıb və əldə edilən 
kütlə hazır qırmızı əsas sousa qatılıb 10-15 dəqiqə bişirildikdən sonra içinə 
“Cənub” sousu və marqarin yaxud kərə yağı vurulur. Bişib qurtarmağa 5-6 dəqiqə 
qalmış həmin sousuniçinə doğranmış karnişon salınır, yaxud xörək üstünə sous 
tökülüb süfrəyə veriləndə ona karnişon əlavə edilir. 
Bu sous file, langet, dil və kotlet xörəklərinin yanında süfrəyə verilir. 


55 
Hər 1 kq üçün burada 850q hazır qırmızı əsas sous,300q baş soğan, 40q yağ, 
70q 8%-li sirkə, 30q “Cənub” sousu, 20q süfrəyə marqarini və 130q karnişon 
(marinadlaşdırılmış xiyar) götürülür. 
Ağ sous (əsas sous). Burada ağ isti qovurma tədricən isti ət bulyonunda açılır 
və bir növlü kütlə şəklində gəlincə qarışdıra-qarışdıra 25-30 dəqiqə bişirilir. Bişən 
zaman bunun üzünün yağı və kəfi alınır. Bu sousun içinə yağda qovrulmuş baş 
soğan, cəfəri və kərəvəzi qatılır. Hazır olduqda sous süzülür və ona limon duzu və 
kərə yağı vurulur. Həmin sousdan digər souslar hazırlanır və habelə şorbalara 
qatılır. 
Hər 1kq sous üçün burada 1100q ağ bulyon, 50q buğda unu, 50q süfrə 
marqarini, 35q baş soğan, 30q cəfəri (kök), 50q şit marqarin və 1q limon duzu 
götürülür. 
Tomat sous. Burada isti ağ qovurma qaynar ət-sümük bulyonu (ağ) ilə 
birləşdirilir və qatışdırıla-qatışdırıla birnövlü kütlə şəklində salınaraq qaynar 
vəziyyətə gətirilir. Eyni zamanda yağda qızardılmış yerkökü, cəfəri, kərəviz və baş 
soğan tomat-püre qatılıb hazırlanmış həmin ağ sousa qatılır və 30-40 dəqiqə 
bişirilir. Bişən zaman bunun üzünün yağı və kəfi alınır. 
Bişib qurtarana 10-15 dəqiqə qalmış bu sousun içinə istiot dənləri, dəfnə 
yarpağı, duz, ağ turş üzüm şərabı, limon duzu və şəkər vurulur. 
Hazır sous ələkdən süzülüb 2-3 dəqiqə bişirilir və içinə kərə yağı vurulur. 
Tomat sousu tərəvəz raqusu, kartof kroketi, zapekanka, qiyməli tərəvəz, 
sosiska, sardelka, file, bifşteks, langet, eskalop, beyin fri, qoyun döşü fri, döymə 
kolet, tefteli, rulet, toyuq fri xörəkləri üçün tətbiq olunur və habelə bundan digər ət 
sousları hazırlanır. 
Hər 1kq sous üçün burada 700q ağ bulyon, 35q buğda unu, 35q yağ, 35q baş 
soğan, 65q yerkökü, 27q cəfəri, 350q tomat-püre, 50q kərə yağı, 10q şəkər, 0,5q 
limon duzu, 75q ağ turş şərab, 20q süfrə marqarini və 25q yağı götürülür. 

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin