67
Ş
okalad şirəsi üçün: toz-şəkər-0,5st., süd-3 x/q, kakao tozu-5 x/q, yağ-50q.
Yağı isidib üzərinə toz-şəkər tökün və arası kəsilmədən çalıb bir-bir yumurta
ə
lavə edin. Üzərinə söndürülmüş soda və un əlavə edib xəmir yoğurun, xəmri iki
yerə bölün. Bir hissəsinə kakao tozu qatın. Ayrı-ayrılıqda iki kökə bişirin,
soyuduqdan sonra ortadan üfüqi istiqamətdə iki yerə kəsin. Aralarına yağlı krem
sürtüb ayrı-ayrılıqda yapışdırın.
Südlə manna sıyığı bişirin soyudun, üzərinə sürtgəcdən keçirilmiş qabıqlı
limon, şəkər və axırda yağ əlavə edib köpük əmələ gələnə qədər çalın. Açıq rəngli
kökənin üstünə 1,5-2sm qalınlığında krem çəkib tünd rəngli kökəni üstünə qoyun,
tortun üzərinə və qırağını şokalad şirəsi ilə şirələyin. Şokalad şirəsini hazırlamaq
üçün kiçik qazanda və ya emallı çuxurda bütün xammalları qarışdırın və qatılaşana
kimi bişirin.
İ
deal tortu.
Xəmir üçün: un-2st., toz-şəkər-1st., marqarın 50q, bal-1 x/q, soda-0,5 ç/q,
yumurta-6 ədəd.
Yağlı krem üçün: kərə yağı-300q, qatılaşdırılmış süd-1banka, konyak-1 x/q.
Xəmiri su hamamında hazırlamaq lazımdır. Kiçik qazançaya yağ, şəkər, bal,
ayrıca çalınmış yumurta, soda və bir çimdik duz töküb qarışdırmalı, 10 dəqiqə su
hamamında qızdırılmalı. Bunun üçün çalıntı olan qazanı içərisində qaynar su olan
iri qazanın içərisinə qoymaq lazımdır. Sonra un əlavə edib xəmiri qarışdıraq 5
dəqiqə isitməli. Xəmiri isti-isti kündələyib 6 ədəd kökə bişirin. Soyuduqdan sonra
aralarına krem sürtüb üst-üstə qoyun, səthinə kökələrin qıraqlarından çıxmış
ovuntu və şəkər kirşanı səpin. Soyuq yerdə bir müddət saxlayıb süfrəyə verin.
Dostları ilə paylaş: