62
Burada ağ isti qovurma tədricən isti ət bulyonunda açılır və bir növlü kütlə
şə
klində gəlincə qarışdıra-qarışdıra 25-30 dəqiqə bişirilir. Bişən zaman bunun
üzünün yağı və kəfi alınır. Bu sousun içinə yağda qovrulmuş baş soğan, cəfəri və
kərəvəzi qatılır. Hazır olduqda sous süzülür və ona limon duzu və kərə yağı
vurulur. Həmin sousdan digər souslar hazırlanır və habelə şorbalara qatılır.
Hər 1kq sous üçün burada 1100q ağ bulyon, 50q buğda unu, 50q süfrə
marqarini, 35q baş soğan, 30q cəfəri (kök), 50q şit marqarin və 1q limon duzu
götürülür.
TOMAT SOUS
Burada isti ağ qovurma qaynar ət-sümük bulyonu (ağ) ilə birləşdirilir və
qatışdırıla-qatışdırıla birnövlü kütlə şəklində salınaraq qaynar vəziyyətə gətirilir.
Eyni zamanda yağda qızardılmış yerkökü, cəfəri, kərəviz və baş soğan tomat-püre
qatılıb hazırlanmış həmin ağ sousa qatılır və 30-40 dəqiqə bişirilir. Bişən zaman
bunun üzünün yağı və kəfi alınır.
Bişib qurtarana 10-15 dəqiqə qalmış bu sousun içinə istiot dənləri, dəfnə
yarpağı, duz, ağ turş üzüm şərabı, limon duzu və şəkər vurulur.
Hazır sous ələkdən süzülüb 2-3 dəqiqə bişirilir və içinə kərə yağı vurulur.
Tomat sousu tərəvəz raqusu, kartof kroketi, zapekanka, qiyməli tərəvəz,
sosiska, sardelka, file, bifşteks, langet, eskalop, beyin fri, qoyun döşü fri, döymə
kolet, tefteli, rulet, toyuq fri xörəkləri üçün tətbiq olunur və habelə bundan digər ət
sousları hazırlanır.
Hər 1kq sous üçün burada 700q ağ bulyon, 35q buğda unu, 35q yağ, 35q baş
soğan, 65q yerkökü, 27q cəfəri, 350q tomat-püre, 50q kərə yağı, 10q şəkər, 0,5q
limon duzu, 75q ağ turş şərab, 20q süfrə marqarini və 25q yağı götürülür.
Dostları ilə paylaş: