Microsoft Word lal? ?miraslanova -ias? m?hsul texno muhazir? m?tni II semestr doc



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə48/62
tarix10.04.2023
ölçüsü0,49 Mb.
#95965
1   ...   44   45   46   47   48   49   50   51   ...   62
lala qidano

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


65 
MÜHAZİRƏ 13. 
Mövzu: TORT, ONLARIN HAZIRLANMASI, BİŞİRİLMƏSİ
VƏ BƏZƏDİLMƏSİ 
Plan: 
1. Bakı tortu, quş südü tortu, ideal tortu və s.. 
2. Dəmlənmiş xəmirdən hazirlanan məmulatlar. Pirojna və piroq. 
3. Müxtəlif yarımfabrikatların hazırlanması. Krem və şərbətlər, 
yağlı krem. 
4. Milli qənnadı məmulatların növləri, hazırlanması və tərtibi. 
Tort yüksək qidalı və kalorili yeyinti məhsulu olmqla yanaşı, həm də stolu 
bəzəməli, ona cəlbedici görünüş və bayram əhval-ruhiyyəsi verməlidir. Tortların 
hazırlanması üçün təzə və yüksək keyfiyyətli ənənəvi xammallarla yanaşı xüsusi 
dad və tama malik yeni xammallardan və yarımfabrikatlardan, meyvə və 
giləmeyvələrdən də geniş istifadə etmək lazımdır. Bəzənməsinədə xüsusi fikir 
verilməlidir. Bu isə tort bişirənin bacarığından, həvəsindən, bəzək üçün istifadə 
olunan əşyaların müxtəlifliyindən asılıdır. Əvvəllər daha çox biskvitli-kremli 
tortlar hazırlanırdı. Əsas yarımfabrikatlı biskvit və yağlı krem olmasına 
baxmayaraq səthinin bəzənməsinə, formasına, ölçüsünə və kütləsinə görə biskvitli-
kremli tortların 30-dan çox çeşidi hazırlanırdı. Müasir dövrdə, müxtəlif xəmirdən 
bişirilmiş yarımfabrikatlar əsasında 200-ə qədər çeşiddə tort hazırlanır. Həmin 
tortların bəzədilməsi üçün yağlı kremlə yanaşı zülallı krem, bişmiş krem, xamalı və 
xamalı-qaymaqlı kremlərdən, pomadkadan, jele kütləsindən və s. yarımfabrikatdan 
istifadə olunur. Tortların üzərinə müxtəlif güllər, yarpaq, modernləşdirilmiş 
omanentlər, şokalat fiqurlar, karamel bəzəkləri, meyvə-giləmeyvə, mürrəbə, sukat, 
marmelad və digər forma və bəzəklər vurulur. 
Kitabda 110-dan çox tortun resepti, hazırlanması və bəzənməsi haqqında 
məlumat verilir. Kitabın əvəlki bölmələrinə müxtəlif xəmir və y/fabrikatların 
hazırlanması haqqında məlumat verildiyi üçün ayrı-ayrı tortların hazırlanmasında 
həmin əməliyyatlar təkrar edilmir. 


66 
Tortların hazırlanmasında bir çox ümumi, texnoloyi. Gigiyenik və digər 
amillərə xüsusi fikir verilməlidir. Bunlardan əsasları aşağıdakılardır: 
1.
Bu vəya digər tortu hazırlamaq istədikdə, əvvəl reseptdə nəzərdə tutulan 
bütün xammalların evdə olması müyyənləşdirilməsilidir. Xammalların qarşılıqlı 
ə
vəz edilməsi tortun keyfiyyətinə və tamına mənfi təsiri göstərməməlidir. 

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin