Qopçur, tamğa, nüzul, qonalqa, malcəhət, vücuhat,
tövcihat, honiçc
və s. istilahların tədqiqatçılar tərəfindən geniş şərh olunmasına baxmayaraq, epiqrafik sənədlər
bu vergi istilahlarının texniki mənasını dəqiqləşdirməyə imkan verir.
Şah Təhmasibin hökmünün daş nüsxəsi Bakıda, İçərişəhərdə Cümə məscidinin kürsülüyünə
hörülmüşdür. Kitabənin bəzi yerləri, yağış və külək əsrlər boyu daşı yuyub xarab etdiyinə görə, tökülmüşdür.
Lakin yazını tamamilə bərpa edib oxumaq mümkün olmuşdur: "Xoşbəxt hökmdar, üzəngisi asimana çatan Şah
Təhmasib əl-Hüseyni - Allah onun hökmranlığını əbədiləşdirsin, - daimi hakimiyyəti günlərində zülqədə ayı,
doqquz yüz altmış dördüncü ildə (26.VII1- 25.IX. 1557) ali hökm verdi, ondan ötrü ki, Səfəvi dövlətinə tabe
olan ölkələrindən həddindən artıq [alınan] malcəhət, vücuhat azaldılsın, onun savabını ali həzrətlər,
müqəddəslər 14 məsumənin - onların hamısına Allahın salam və salavatı olsun - ruhlarına ehsan olaraq
verilsin. Bu fərmanı dəyişənlər Allahın lənətinə gəlsinlər".
Şah Təhmasibin Təbrizdəki Cümə məscidində mərmər lövhəyə həkk olunmuş fərmanında deyilir:
"...Bütün məhrusə məmləkətlərin: Azərbaycanın, İraqın, Farsın, Xorasanın, Şirvanın və Gilanın xüsusilə qızıl və
gümüş zərbxanalarının əvvəllər yığılmalı olan tamğasi ləğv olunur. Təbrizin, habelə Ərzurumun və İraqın 3885
tümən dinar məbləğindəki bütün əbvabi-cəmi ləğv edilir". Həmin fərmana əsasən tamğa vergisi boniçe ilə
əvəz olunmuşdur.
I Şah Abbasın Ordubad Cümə məscidinin qapıları üzərində qoyulmuş daş lövhədə nəsx xətti ilə farsca
beş sətirdə həkk olunmuş 1604 -cü il tarixli fərmanında deyilir: "...Ordubad qəsəbəsinin bütün əhalisinin... Şah
Abbas sülaləsinə etimadını, onların şiə məzhəbli olduqlarını nəzərə alaraq... sənətkarlardan, əsnaflardan,
bağlardan, əkin yerlərindən, dəyirmanlardan toplanan ixracat, itlaqat, nüzul, əvariz, qonalqa vergilərindən
ibarət olan malcəhət və vücuhatı azaldıb (tədricən) ləğv etsinlər, onları Azərbaycan boniçesindən çıxsınlar və
divan itlaqatından xaric etsinlər".
I Şah Abbasın Bakıdakı Cümə Məscidində qoyulmuş daşa həkk olunmuş ikinci fərmanında, 7 sətirlik
kitabədə isə deyilir: "Şirvan ölkəsinin Bakı şiələri icarəyə verilmiş təvcihatdan başqa, malcəhət vergisindən
(onun ramazan ayına düşən hissəsindən) azad edilsinlər. Tiyuldarlara bildirilir ki, ...tiyuldan da ramazan ayına
düşən hissə rəiyyətdən tələb olunmasın".
Bakı kitabəsindən isə məlum olur ki, malcəhətin müəyyən hissəsi pul ilə də alınırdı. Lakin Ordubad
kitabəsinə əsasən iddia etmək olar ki, malcəhətə yalnız "torpaq vergisi" deyil, digər gəlirli əmlakdan alınan
vergilər də daxil idi.
Bu fərmanların verilməsinin əsas səbəblərindən biri də sinfi mübarizənin kəskinləşməsi olmuşdur.
Məlumdur ki, Səfəvi şahları şiəliyi yayır, ondan sünni məzhəbli dövlətlərə qarşı kəskin bir silah kimi istifadə
edirdilər. Dövrün kitabələrinin mətninə şiəlik təriqəti və ehkamları ilə əlaqədar olan sözlər (məsələn, 14
məsumənin adı, şiəliyə mənsub olan təriqətlərin, dərviş təşkilatlarının duaları və s.) nəzəri cəlb edir.
Anadoluda yaranmış sufı təşkilatlarından biri də Bəktaşiyyə adlanırdı. Həmin təşkilatın bir qolu olan Baba
Samit dərvişləri Şirvanda da fəaliyyət göstərirdilər. Onun başlıca səcdəgahı olan Baba Samit ibn Hacı Bəktaşın
türbəsi indiki Sabirabad bölgəsinin (keçmiş Cavad) Şıxlar kəndindədir. Türbənin qapısı üzərindəki böyük bir
daşa həkk olunmuş 9 sətirlik kitabədə Baba Samitin atasının - Hacı Bəktaşın İmam Rza nəslindən olduğu
xüsusilə qeyd edilmişdir. Kitabədə göstərilir ki, türbə I Şah Təhmasibin dövründə, Şirvan bəylərbəyi Abdulla
xan Ustaclı tərəfindən hicri 993 (1535)-cü ildə inşa olunmuşdur. Bu məlumat Baba Samitin Səfəvi dövlətində
nüfuzlu şəxslərdən biri olduğunu göstərir. Bəktaşi və ya onun qolu olan Baba Samit dərvişləri cəmiyyəti
sonralar da Şirvan ərazisində uzun müddət fəaliyyətdə olmuşdur. Bəktaşiliyin "Əlini çağır" adlanan bir duası
Şirvan ərazisindəki bir sıra kitabələrdə həkk olunmuşdur. Qızılburunun 7 kilometrliyində, Hililçay qəsəbəsi
yaxınlığında yerli əhali tərəfındən Xəlil Baba piri adlandırılan türbənin üzərindəki kitabədə həmin dua,
1110(1698-1699-cu ildə dəfn olunmuş Pir Xəlilin adı qeyd edilmişdir. "Əlini çağır" duasına Abşeronun Buzovna
qəsəbəsində, Şamaxı rayonunun Dədəgünəş kəndindəki abidələrdə də rast gəlmək mümkündür. Baba Samit
dərvişləri cəmiyyətinə xəlifələr Səfəvi xanədanına sadiq olan nüfuzlu şəxsiyyətlər, adlı-sanlı şeyxlər və
ruhanilərdən təyin olunurdu. Xəlifə bütü n sosial- ideoloji məsələlərə nəzarət etməli, əxlaq normalarını
6
tənzimləməyə çalışmalı idi. Bu cəmiyyət vaxtilə Osmanlı və Səfəvi dövlətlərinin sosial-siyasi münasibətlərində
mühüm rol oynamışdır. Onun əsas məqsədi şiəlik ideyalarını yaymaq, ilk dövrlərdə ətrafına çoxlu qüvvə
toplamaq və Səfəvi qoşunlarının hücumu zamanı yerlərdə onlara sosial baza yaratmaqdan ibarət idi.
Kitabələr və Şah Hüseynin Şirvandakı cəmiyyətlərə, o cümlədən Baba Samit dərvişləri cəmiyyətinə
xəlifələr təyin olunması və onların vəzifələri haqqında hicri 1116 (1704)-cı il tarixli fərmanından aydın olur ki,
Şirvan ərazisi Səfəvi dövlətinə daxil olandan (1538) sonra da qeyd edilən cəmiyyət Səfəvi dövlətinin diqqət
mərkəzində olmuşdur. Abşeronun Buzovna qəsəbəsindəki Xəlifə Əli və Məhəmməd Mömin türbəsinin
kitabəsində: "Bu şərəfli məqbərə binasının tikilməsinə əzəmətli sultan, qələbələr atası, xilafət pənahı Şah Səfi
Bahadur xanın hökmranhğı zamanı günahları bağışlanmış, xəlifələrin pənahı mərhəmətli Allahın rəhmətinə
çatmış mərhumlar Xəlifə Əli ibn Xəlifə Qoç Əli və Məhəmməd Mömin ibn Xəlifə Əli üçün min əlli birinci (1051
[1641 -42]) ildə qadınların seçilmişi Bikə xanın səyi ilə müvəffəq olunmuşdur".
Xəlifəlik irsi idi. Bu fıkri qeyd olunan kitabə və Ramana məscidinin kitabəsi təsdiq edir. Kitabədə Xəlifə
Əlinin babası Şeyx Kamal kimi qeyd olunmuşdur: "Bu türbənin tikilməsini Hüseyni Səfəvi Şah Abbas Bahadur
xanın oğlu (nəvəsi) əzəmətli xaqan, şah Səfiəddinin - Allah onun hökmranlığını əbədiləşdirsin - hakimiyyəti
zamanı, Xəlifə Şeyx Kamalın oğlu Qoca Əlinin - Allah onların günahlarından keçsin - oğlu və Əli övladlarının
qapısının köpəyi Xəlifə Əli min qırx altıncı il tarixdə (1046/1636-37) əmr etmişdir". Şeyx Kamal Səfəvilərin
Ərdəbil məqbərəsində də işləmişdir.
Türbə ətrafındakı çox nəfıs işlənmiş, XVII əsr bakıh bədii daşyonma ustası və mahir xəttat, nəqqaş Seyid
Taha məktəbinə aid əsərlər - sənduqə, başdaşı formalı XVII əsr məzarüstü abidələrin kitabələrində də "Nadi
Əliyyən" (Əlini çağır) duası yazılmışdır. Abidələr Xacə Məhəmməd ibn Həsənə (vəf. 1041 [1631 -32), Mövlana
Xacə Əlaəddinə (vəf. 1034 [1625]), Mövlana Məhəmmədə (vəf. 1051 [1641-42], Məhəmməd Zaman ibn Molla
Söhraba (XVII əsr), Məhəmməd Möminə (vəf. 1046 [1636-37]) aiddir. Bunlar "Mövlana", "Xacə", "Molla" kimi
tanınmış mötəbər şəxsiyyətlər, alimlər olmuş və qeyd edilən cəmiyyətdə fəaliyyət göstərmişlər.
Şah Təhmasibin vaxtında da şiəliyin təbliğinə çox fıkir verilmişdir. Şah Təhmasib Qusar rayonunun
Həzrə kəndində ulu babası Şeyx Cüneydin məzarı üzərində böyük məscid -türbə binası tikdirmişdir. Yeddi
sətirdən ibarət, ərəb dilində nəsx xətti ilə böyük daş lövhəyə həkk olunmuş kitabə türbənin qərb qapısı
üzərindədir: "Bu mübarək və şərəfli imarətin, yüksək sultan, kəramətli və ədalətli xaqan, fars və ərəb
hökmdarlarının ağası - Allah onun kölgəsini yerlərdən əskik eləməsin - qurunun və suyun qəhrəmanı, dini,
dünyanı, xilafəti və səltənəti əzizləyən Mustafaya (Məhəmməd peyğəmbərə) mənsub olan şəriət qaydalarını
yayan, Murtəzəvi təriqətinin (şiəliyin) əsasını qoyan, minnət və ehsan edən, Allah tərəfindən şərəfləndirilmiş,
ehtiyacsız Allaha təvəkkül edən, Sultan oğlu Sultan Əbülmüzəffər Şah Təhmasib əl-Hüseyni Bahadur xanın -
Allah onun hökmranlığını və sultanlığını daimi etsin və hər iki dünyanı onun yaxşı işləri və ehsanı ilə
feyzləndirsin, öz qəlbini, biliyini Allaha və bəşər aləminə həsr etmək qüdrətliyi ilə həzrətlərindən seçsin -
hökmranlığı zamanında səadət və əzizlik sahiblərinin ən fəxrlisi, vahid Allahın rəhmətinə qovuşmuş Xacə
Fəxrəddin Əhməd Fərahaninin - yüksək Allah onun şükürlərini, səylərini və yaxşı işlərini qəbul etsin - oğlu,
qəbilələrin pənahgahı olan böyük vəzir həzrətləri, Allah rəhmətinə getmiş Ziyaəddin Nizamülmülk oğlu və
yüksək vəzirlərin vəziri, hökmdar və valilərin bəyənilmişi, xalqın bütün üzvlərinin tədbirçisi, xalqın yaxşı işlərinə
zəmin olan, əmmamə sahiblərinin xidmətkarı, kəramət sahiblərinin itaət olunmuşu, yaxşı işlər binalarının
banisi... Ağa Məhəmməd, kəramət sahiblərinin sultanı, yetkin və bəyənilmişlərin rəhbəri, ariflərin rəisi, düz
yolla gedənlərin y olgöstərəni, təriqət məsləkində vahid yol seçmiş, həqiqət məmləkətlərinin sahibi, öz
razılıqları ilə eyni məslək istəyənlərin müridi, kainatın sahibi, öz fazilliyi (biliyi) ilə dövlətli olan Sultan Şeyx
Cüneyd Səfəvinin - Allah onun qəbrinə nur saçsın və şəhid olduğu yeri haqq eləsin - qəbri üzərində doqquz yüz
əlli birinci ilin axırında tikilməsinə müvəffəq olmuşdur" (hicri 951 [1544 -45].
Şeyx Heydərin iki otaqdan ibarət türbəsinin qalıqları, bütöv sal daş üzərində 3 sətirdən ibarət farsca
yazılmış kitabə 1981-ci ildə Şabran dağlarında (indiki Abşeron bölgəsinin Tıxlı kəndindən bir qədər şimal -şərq
istiqamətində olan yerdə) tapılmışdır. Kitabədə iki tarix vardır: hicri 1031 (1621-22) və hicri 1049 (l639-40)- cu
il Bu illər türbənin bərpa olunduğu tarixi göstərir. Türbənin binası isə I Şah İsmayılın dövründə tikilmişdir.
Kitabələrin verdiyi məlumata görə, XVI-XVII əsrlərdə Bakıda və Abşeronda xeyli tikinti işləri
aparılmışdır. Bu zaman cümə məscidləri, mədrəsə-məktəblər, karvansaralar, ovdanlar, hamamlar və mülki-
ictimai təyinatlı binalar, hərbi istehkamlar təmir olunur, inşa edilirdi. Bakının qala divarları I Şah Abbasın
dövründə təmir olunmuşdu. Ərəbcə kitabədə deyilir: "Bu alınmaz qala və möhkəm təsirli qala hasarının, ən
böyük sultan, əzəmətli xaqan, xalqların başının sahibi, mərhəmətli Allahdan kömək almış Səfəvi əl -Hüseyni,
Bahadur xan Şah Abbasın - Allah onun dövlətini əbədiləşdirsin hakimiyyəti dövründə bina olunmasına misilsiz
dövlətin dayağı Zülfüqar xan min on yeddinci ildə (1017[ 1608-1609]) əmr etmişdir". Kitabədə adı çəkilən
Zülfüqar xanı Şah Abbas hələ Şamaxı və Bakı qalaları alınmazdan əvvəl Şirvan əmir ül-ümərası təyin etmişdi.
Zülfüqar xan da şahın etimadını doğrultmaqdan ötrü qalaları almış və Bakı qala hasarında əsaslı
tikinti işləri görmüş, əlavə yeraltı tunellər vasitəsilə müdafiə sistemini daha da möhkəmləndirmişdi. Zülfüqar
xan bacarıqlı, igid hərbi sərkərdə və müdrik diplomat idi. Onun bu keyfiyyətləri Şah Abbasa çox uğurlar gətirsə
də, Zülfüqar xanın nüfuz və bacarığından ehtiyat edən şah onu qətlə yetirdi.
7
Bu dövrdə Ordubadda, Naxçıvanda, Bakıda, Şamaxıda, Dərbənddə cümə məscidlərinin, mədrəsələrin,
bir sıra məktəb-məscid binalarının inşa olunması, əvvəlki dövrlərdə tikilmiş binaların bərpasının
genişləndirilməsi haqqında məlumat verən kitabələr Azərbaycanda maarif sisteminin kamilliyini göstərir.
Müxtəlif bədii tərtibata malik olan daş plastikası nümunələri Azərbaycan ərazisində bir sıra bədii daşyonma,
xəttatlıq, nəqqaşlıq məktəblərinin mövcud olduğunu sübut edir. Kitabələrə əsasən mərkəzi şəhərlərdə
yaranmış məktəblərin təsir dairəsini, onların fəaliyyətinin xronoloji çərçivəsini, bu məktəblərin əsasını qoymuş
mahir xəttat və nəqqaşların adlarını aşkar etmək mümkün olmuşdur.
Zəngəzur bölgəsinin Urud kəndində mövcud olan orta əsr qəbiristanlığındakı qoç fiqurlu, sənduqə
formalı xatirə abidələrindən birinin (1581) üzərində xəttat Vəlinin adı həkk edilmişdir. Urud abidələrinin
xronoloji əhatə dairəsi 1478 -1611 -ci illərlə müəyyən olunmuşdur.
Bakıda 30 ildən artıq fəaliyyət göstərmiş xəttat, nəqqaş və həkkaklardan Bakılı Əmirin oğlu ustad
Tahanın və Nəzirinin adları bir sıra abidələrdə qalmışdır.
Seyid Taha və Nəziri I Şah Abbasın Bakıdakı Cümə məscidində qalmış (1024[1615]-cü il tarixli) kitabənin
daş nüsxəsini hazırlamışlar. Böyük bir mətn əhəngdaşı üzərinə elə ustalıqla yazılmışdır ki, ilk baxışda onu
şəbəkə kimi qəbul etmək olar. Xırda xətlə, çox sıx şəkildə üstüstə, fars dilində yazılmış kitabənin, böyük bir
mət -nin daş üzərində cəmi 7 sətirdə yerləşdirilməsi xəttat və həkkakların ustalığını göstərir.
Seyid-Tahanın adı Buzovna qəsəbəsindəki köhnə qəbiristanlıqda, XVII əsrə aid sənduqə və başdaşı
formalı abidələr üzərində də həkk olunmuşdur. Abidələrə müxtəlif xətli, irili-xırdalı kitabələrdən başqa
sxematik, prizmatik stalaktitlərdən ibarət kiçik memarlıq ünsürləri əlavə edilmişdir.
Şirvan-Abşeron bədii daşyonma məktəbinin abidələrinə Abşeronda, Şamaxıda, Mərəzədə, İsmayıllıda,
Qəbələdə, Xaldanda, Sabirabadda, Qazıməmməddə (Hacıqabulda. -
Dostları ilə paylaş: |