Uçotu kitabı
Sıra
№-
si
Hərbi
rütbəsi
Adı,
atasının
adı və
soyadı
Hərbi hissənin №-si
(müəssisə və idarənin
adı), onun poçt ünvanı
və tabeliyi
Tutulub
saxlanma
vaxtı, nə
üçün
tutulub
Kimə xəbər
verilib,
yaxud
ha
nsı
tədbir
görülüb
1
2
3
4
5
6
Qeyd:
Tutulub saxlananların uçotu kitabındakı yazılar hər günün axırında hərbi
komendantın növbəti köməkçisi (qarovullar növbətçisi) tərəfindən imzalanır.
7 saylı əlavə
Qarnizon hərbi komendantlığının yerləşməsi və avadanlığı
1. Qarnizon hərbi komendantlığının yerləşməsi üçün ayrıca bina, yaxud yer ayrılmalıdır.
Ayrılmış bina, yaxud yerin ümumi sahəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
idarələrinin yerləşdirilməsi üçün müəyyən edilmiş normalara uyğun olmalıdır.
2. Hərbi komendantlığın yerləşdirilməsi üçün ayrılmış binada (yerdə) olan otaqlardan əlavə,
aşağıdakı otaqlar da olmalıdır:
qarovullar növbətçisinin və onun köməkçisinin otağı;
patrul nəfərləri otağı;
qarnizona gəlmiş hərbi qulluqçuların qeydiyyatı otağı;
müvəqqəti tutulub saxlanmış əsgər və matroslar üçün ayrıca, çavuşlar, gizir və miçmanlar
üçün ayrıca, eləcə də zabitlər üçün ayrıca kameralar;
məişət xidməti otağı.
3. Qarovullar növbətçisinin və onun köməkçisinin otağında aşağıdakılar olmalıdır:
sənədləri saxlamaq üçün dəmir, yaxud dəmir üzlüklü yeşik;
yazı ləvazimatı olan dəftərxana stolu;
üç-dörd stul;
yarıyumşaq taxt;
saat;
bayır termometri;
üst paltarı üçün şkaf, yaxud paltarasılan;
su qrafini və stəkanlar;
qarnizon rəisi, hərbi komendant, qarovullar, şəhərin yanğından mühafizə hissələri, hərbi
hissə komandirləri (müəssisə, idarə rəisləri) ilə əlaqə saxlamaq üçün telefon;
şəhər telefonlarının nömrələri olan məlumat kitabı;
növbətçiliyin qəbulu və təhvili kitabı;
qarovul növbətçisi üçün təlimat;
qarnizon qarovullarının postlar tabeli;
qarovulları yoxlamaq hüququ verən vəsiqələrin nümunələri;
nizamnamələr;
şam, yaxud ağneft lampası ehtiyatı.
4. Patrul nəfərləri otağında aşağıdakılar olmalıdır:
stol;
taxt;
patrul nəfərlərinin sayı qədər stul (kətil);
üst paltarı üçün şkaf, yaxud paltarasılan;
altlıq üstündə qoyulan fəvvarəciklə təchiz edilmiş və ağzı qıfılla bağlı içməli su bakı;
qəzetlər və jurnallar;
hərbi xidmətçilərin geyim forması olan plakatlar (şəkillər).
Patrul
nəfərlərinin silahlandıqları qarnizonlarda patrul nəfərləri otağında silah saxlamaq
üçün piramida və silahı təmizləmək üçün stol da olmalıdır.
5. Müvəqqəti tutulub saxlananlar otağında taxtlar və pəncərələrində dəmir şəbəkələr
olmalıdır.
6. Hərbi komendantlığın binasına xidmət edilməsi və onun təsərrüfat təminatı qaydaları
qarnizon rəisi tərəfindən müəyyən edilir.
8 saylı əlavə
Dostları ilə paylaş: |