Qarovulun geyim forması 1. Qarovulun geyim forması şinel (yarımkürk), təmiz və saz paltar dəsti, ayaqqabı, baş
geyimi, bel qay
ışı və maqazinlər (daraqlar) üçün çantadan ibarətdir.
Post geyimi qışda kürk və keçə çəkmələr, yay vaxtı başlıqlı plaş, yaxud plaş-örtük işlədilir.
Kürkdən başqa post geyimi hər post üçün iki dəst olmalıdır və bunların bir dəsti qarovul otağında
saxlanmalıdır. Bunlardan başqa, qarovul otağında qarovul rəisi, onun köməkçisi və
dəyişdiricilərin hər biri üçün brezent plaş, yaxud plaş-örtük olmalıdır.
2. Yayda qarovullar dəyişmə yerinə lülələnib çiyindən asılan şinellərlə (zabitlər, gizir və
miçmanlardan başqa), havanın temperaturu +10 S-dən az olanda, eləcə də soyuq külək əsəndə
və yağışda şinelləri geymiş gəlirlər.
İsti vaxtlarda qarnizon hərbi komendantının (hərbi hissə qərargahı rəisinin) göstərişi ilə
qarovullar dəyişmə yerinə şinelsiz gələ bilərlər.
Şineli geymək qaydası dəyişmədə qarovullar növbətçisi tərəfindən, dəyişmədən sonra öz
təyinat yerinə gedərkən və xidmət vaxtı isə qarovul rəisi tərəfindən dəyişdirilə bilər.
3. Yayda soyuq küləkdə və yağış vaxtı növbələr postlara şinellərini geymiş göndərilir.
H
avanın kölgədə temperaturu +15 S-dən çox olduqda növbələrə şinellərini qarovul otağında
paltarasılanda qoymağa icazə verilir.
4. Post kürkü ancaq dəyişilmə vaxtı postda çıxardılır və geyilir.
5. Yağışlı havada növbələr postlara plaşlarda (plaş örtüklərdə) göndərilir.
Saatdarlar plaşı (plaş-örtüyü) postda lazım gəldikdə çıxardırlar (geyirlər).
Keçə çəkmələr qarovul otağında geyilir. Kürk və keçə çəkmələrini bayıra havanın
temperaturu —5
o
S-
dən və aşağı olduqda və soyuq külək əsdikdə geyməyə icazə verilir.
6.
Kürk şinelin üstündən, plaş (plaş-örtük) şinelin, yaxud kitelin üstündən geyilir. Çıxarılmış
kürk və plaşlar (plaş örtüklər) göbələkvari post örtüyü, yaxud budkada (müşahidə qülləsində)
asılır.
7. Qızdırılan daxili postların saatdarları temperatur +18 S-dən aşağı olmadığı bütün
hallarda şinelsiz olmalıdırlar. Postda olduqları vaxt şinel paltarasılanda, yaxud şkafda asılır.
8. Plaşlar (plaş-örtüklər) və keçə çəkmələr postlardan qayıdan kimi çıxarılır və qurudulur.
9 saylı əlavə
____________________________________________________________________________
(hərbi hissə, müəssisə)
_________________№-li Qarovulun döyüş patronları ehtiyatının
Uçotu kitabı