Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin şəxsi əşyaları 4.1. Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin şəxsi, o cümlədən qiymətli əşyaları, sənədləri və təltifləri yığılaraq qablaşdırılır, hərbi hissənin möhürü ilə möhürlənir və bu barədə iki nüsxədən ibarət akt tərtib edilir. 4.2. Aktın ikinci nüsxəsi hərbi hissədə saxlanılmaqla, vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin şəxsi, o cümlədən qiymətli əşyalarının, sənədlərinin və təltiflərinin göndərilmə üsulu və vaxtı haqqında müvafiq qeydlər aparılır, vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin valideynləri (yaxın qohumları və qanuni nümayəndələri) dəfn mərasimində iştirak etdikdə, şəxsi əşyalar bilavasitə onlara təhvil verilir. 4.3. Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin valideynləri (yaxın qohumları və ya qanuni nümayəndələri) dəfn mərasimində iştirak etmədikdə, yaxud onların yaşayış ünvanları məlum olmadıqda, şəxsi, o cümlədən qiymətli əşyalar, sənədlər və təltiflər aktın birinci nüsxəsi ilə birlikdə saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına təhvil verilir, valideynlərin (yaxın qohumların və ya qanuni nümayəndələrin) yaşayış ünvanları məlum olduqda isə, onlara poçt vasitəsilə göndərilir. 4.4. Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin şəxsi, o cümlədən qiymətli əşyalarının, sənədlərinin və təltiflərinin ölüm hadisəsi ilə bağlı aparılan ibtidai araşdırma üzrə sübut əhəmiyyətinə malik ola biləcəyinə güman etməyə kifayət qədər əsas olduqda, onlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 242-ci-247-ci maddələrinə əsasən götürülür. Maddə 5.