Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri
nizamnaməsinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi
qərara alır:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri
nizamnaməsi təsdiq
edilsin və 1995-ci il yanvarın 1-dən qüvvəyə minsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 23 sentyabr 1994-cü il.
№ 886.
Azərbaycan Respublikasının 1994-cü il
23 sentyabr tari
xli, 886 saylı Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri
Nizamnaməsi
Bu Nizamnamədə qarnizon və qarovul xidmətlərinin təşkili və həyata keçirilməsi qaydaları
izah edilir, həmçinin qarnizonun
vəzifəli şəxslərinin, bu xidmətləri yerinə yetirən hərbi
qulluqçuların hüquqları və vəzifələri müəyyən olunur.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikası
qanunvericiliyində nəzərdə tutulmuş digər qoşunların bütün hərbi hissələri,
hərbi məktəbləri,
qərargahları, idarə, müəssisə və təşkilatları bu Nizamnaməni rəhbər tutmağa borcludurlar.
Birinci bölmə:
Qarnizon xidmətinin təşkili və yerinə yetirilməsi
I fəsil.
Ümumi müddəalar
1. Qarnizon yaşayış məntəqəsində və ya ondan kənarda daimi və yaxud müvəqqəti
yerləşən hərbi hissələr, hərbi məktəblər və müəssisələrdən təşkil edilir.
Adətən daha böyük qarnizon tərkibinə ona ən yaxın yaşayış məntəqələrində yerləşən bütün
hərbi hissələr, hərbi məktəblər və müəssisələr daxil edilir.
2
. Hər bir qarnizonda qarnizon və qarovul xidmətləri təşkil edilir.
Qarnizon xidməti qarnizonun şəxsi heyəti arasında yüksək hərbi intizamı
təmin etmək,
qoşunların gündəlik həyat və hazırlığı üçün lazımi şərait yaratmaq, onların iştirakı ilə qarnizon
tədbirlərini keçirmək məqsədini güdür.
Qarovul xidməti döyüş bayraqlarının, silahların, döyüş texnikasının və digər texnikanın,
döyüş sursatının, partlayıcı maddələrin, başqa əmlakın saxlandığı yerləri, digər hərbi və dövlət
obyektlərini etibarlı mühafizə və müdafiə etmək üçün, həmçinin hauptvaxtda və intizam xarakterli
hərbi hissədə saxlanan həbs edilənləri və məhkumları mühafizə etmək üçün nəzərdə tutulur.
3. Qarnizon xidmətinin təşkil edildiyi ərazinin sərhədləri Azərbaycan Respublikası Silahlı
Qüvvələri Baş Qərargahı (bundan sonra — Baş qərargah adlandırılacaqdır) rəisinin əmri ilə
müəyyən edilir. Bu sərhədlərə qoşun hissələrinin yerləşdiyi məntəqələrdən əlavə, qarnizon hərbi
hissələrinə təsərrüfat və mədəni xidmət üçün yaxınlıqdakı mühüm əhəmiyyətli bəzi yaşayış
məntəqələri də daxil edilə bilər.
Qarnizonun sərhədləri onun bütün şəxsi heyətinə yaxşı məlum olmalıdır.
4. Qarnizon ərazisində qarnizon və qarovul xidmətlərinə qarnizon rəisi rəhbərlik edir.
Daxili və sərhəd qoşunlarında qarovul xidmətinə bu qoşunların rəisləri rəhbərlik edirlər.
Tabeliklərində olan qoşunlarda qarnizon və qarovul xidmətlərinin vəziyyətinə cavabdehlik
bütün birbaşa rəislərə həvalə edilir.
Bütün birbaşa rəisləri tabeliklərində olan qoşunlarda qarnizon
və qarovul xidmətlərinin
vəziyyətini müntəzəm yoxlamalı, həmçinin qarnizonların rəisləri və komendantları ilə qarnizonda
hərbi intizamın və qayda-qanunun hərtərəfli yaxşılaşdırılmasına yönəldilən zəruri tədbirlər
görməlidirlər.
Qarnizon rəisinin bu xidmətlər üzrə sərəncamlarını Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin qarnizon ərazisində (qarnizonun sərhədləri daxilində) yerləşən hərbi hissələri, hərbi
məktəbləri, müəssisələri, komandaları və ayrı-ayrı hərbi qulluqçuları dəqiq yerinə yetirməlidirlər.
Hərbi Dəniz Qüvvələri hissələrinin, idarələrinin və müəssisələrinin
üstünlük təşkil etdiyi
qarnizonlarda qarnizon və qarovul xidmətlərinə Hərbi Dəniz Qüvvələrinin komandanı rəhbərlik
edir.
5. Müharibə dövründə hərbi birləşmə hüdudunda (ərazisində) yerləşən qarnizonlarda
qarnizon və qarovul xidmətlərinə hərbi birləşmə komandiri rəhbərlik edir.
6. Qoşunlar təlim mərkəzlərində və düşərgələrində yerləşdirilərkən, hərbi intizamın
gözlənilməsi, təlim mərkəzlərinin və ümumdüşərgə obyektlərinin
mühafizəsi tədbirləri
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsinin və bu
Nizamnamənin müddəalarına uyğun surətdə həyata keçirilir.
7. Qarnizon və qarovul xidmətlərinə qarnizon tərkibinə daxil olan hərbi hissələr cəlb
edilirlər.
Qarnizonda qarnizon və qarovul xidmətlərinə cəlb edilməyən hərbi hissələrin siyahısını Baş
Qərargah rəisi müəyyənləşdirir.
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin hərbi
hissələri qarnizonlarda
qarovul xidmətinə cəlb edilmirlər.
Qarnizondakı hərbi hissələr arasında qarnizon və qarovul xidmətlərinin yerinə yetirilməsi
növbəsini qarnizon rəisi onların tərkibindən və təyinatından asılı olaraq müəyyənləşdirir.
Hərbi məktəblər qarnizonda qarnizon və qarovul xidmətlərinə tədris planında bu məqsəd
üçün nəzərdə tutulan müddətdə cəlb edilir.
8. Hər bir hərbi qulluqçu qarnizon və yaxud qarovul xidməti yerinə yetirən şəxslərə kömək
etməyə borcludur. Patrul yaxud qarovul heyətində kiminsə xidməti
pozduğunu görən hərbi
qulluqçu bu barədə qarnizon komendantına, qarovullar (hərbi hissə, gəmi, təlim mərkəzi,
dü
şərgə toplanışı) növbətçisinə, yaxud qarovul rəisinə və özünün
bilavasitə rəisinə dərhal
məlumat verməlidir.