27. Qarnizon hərbi komendantı şəxsən və tabeliyində olanlar vasitəsilə hərbi
qulluqçulardan ictimai yerlərdə və küçələrdə hərbi intizama, eləcə də qayda-qanuna ciddi
surətdə riayət etmələrini cəsarətlə və qətiyyətlə tələb etməli, onların heç bir nalayiq hərəkətini
cəzasız qoymamalıdır.
Qarnizon hərbi komendantının hərbi qulluqçular tərəfindən hərbi intizamın pozulması
hallarında hərbi rütbəcə özündən kiçik və özünə bərabər olanlara xəbərdarlıq etmək, yaxud
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsinə əsasən onları tutub
cəzalandırmaq, onlar sərxoş halda hərbi intizamı pozduqda, ayılana qədər bir sutkalığa
hauptvaxtda (müvəqqəti həbs edilmişlər kamerasında) saxlamaq, sonra isə bu hərbi
qulluqçuların məsuliyyətləri haqqında qərar qəbul etmək hüququ vardır.
Qarnizon hərbi komendantı hərbi rütbəcə ondan böyük olan hərbi qulluqçular hərbi intizamı
pozduqları hallarda onlara müraciət edir və intizam pozuntusuna son qoymasını qarnizon rəisi
adından tələb edir. Belə hərbi qulluqçu tərəfindən hərbi intizamın pozulmasına son qoymaq üçün
daha qəti tədbirlər görmək zəruri olduğu hallarda qarnizon hərbi komendantı bu barədə dərhal
qarnizon rəisinə məlumat verir və onun göstərişi ilə hərəkət edir.
Zərurət olduqda, qarnizon hərbi komendantı hərbi intizamı pozan hərbi qulluqçudan
şəxsiyyətini müəyyənləşdirən sənədləri təqdim etməyi tələb edir, belə sənədlər olmadıqda və ya
düzgün tərtib edilmədikdə, hərbi qulluqçunu tutub müvəqqəti həbs edilənlər kamerasında
yerləşdirir.
Qarnizon hərbi komendantı müqəssir barəsində görülən bütün tədbirlər haqqında onun
hərbi hissə komandirinə xəbər və qarnizon rəisinə məlumat verir.
28. İntizam qaydasında tutulmuş hərbi qulluqçunun sənədlərinin yoxluğuna görə onun
şəxsiyyətini tezliklə müəyyən etmək mümkün olmadıqda, qarnizon hərbi komendantı hərbi
qulluqçunun tutulub saxlanıldığı andan bir sutka ərzində onun şəxsiyyətinin müəyyən edilməsi
üçün tədbir görməlidir. Bütün belə şəxslər haqqında qarnizon hərbi komendantı qarnizon rəisinə
və hərbi prokurora dərhal məlumat verir. Bu şəxslər barəsində qərar onların tutulduğu andan üç
sutkadan gec olmayaraq qəbul edilməlidir.
29. Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş
və ya həbs edilmiş hərbi
qulluqçular Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
saxlanılırlar və onlar barəsində həmin qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür.
Dostları ilə paylaş: