Qarnizon hərbi komendantı hərbi qulluqçunun xidmət yerinə yola düşməsi vaxtı, onun
ləngiməsi müddəti və səbəbi haqqında hərbi qulluqçunun sənədlərində və uçot kitabında (5 saylı
əlavə) müvafiq qeydlər edir.
Müddətli xidmət hərbi qulluqçusu məzuniyyətdə və ya ezamiyyətdə olarkən, hərbi intizamı
pozarsa, bütün hərbi komendantlara, həmçinin hərbi qulluqçunun məzuniyyətdə və ezamiyyətdə
olduğu yerlərin hərbi komissarlarına belə hərbi qulluqçunun məzuniyyətini (ezamiyyətini)
dayandırmaq və onu öz hərbi hissəsinə qaytarmaq hüququ verilir. Eyni zamanda məzuniyyətin
(ezamiyyətin) dayandırılması səbəbləri barədə hərbi hissə komandirinə xəbər verilir.
32. Qarnizon hərbi komendantlığının yeri qarnizonun bütün hərbi hissələrinə, idarələrinə və
müəssisələrinə yaxşı məlum olmalı və onun qapısı bütün şəxslərin üzünə açıq olmalıdır.
Qarnizon hərbi komendantlığı yerli inzibati idarələrdə və ictimai yerlərdə (teatrlarda, mədəniyyət
evlərində, kinoteatrlarda,
klublarda, mehmanxanalarda) öz telefon nömrələri və ünvanının
olmasını təmin etməlidir.
Qarn
izon hərbi komendantlığının yerləşdirilməsi və avadanlığı haqqında göstərişlər 7 saylı
əlavədə şərh edilmişdir.
Qarnizon hərbi komendantlığı, ştat üzrə nəqliyyat vasitələri olmadıqda, nəqliyyatla qarnizon
rəisinin təsdiq etdiyi plana əsasən hərbi hissələrin (təşkilatların, idarələrin) hesabına təmin
olunur.
Dostları ilə paylaş: