Dəmiryol (su yolu) sahəsinin və stansiyasının (limanın), aeroportun hərbi komendantı 46. Dəmiryol (su yolu) sahəsinin və stansiyasının (limanın), aeroportun hərbi komendantı
öz sahəsinin və stansiyasının (limanının), aeroportunun ərazisi hüdudlarında hərbi qulluqçular
arasında yüksək hərbi intizamın saxlanması üzrə qarnizon hərbi komendantının vəzifələrini
yerinə yetirir. Bu vəzifələri yerinə yetirərkən, dəmiryol (su yolu) sahəsinin və stansiyasının
(limanın), aeroportun hərbi komendantı qarnizon rəisinə tabedir. Hərbi yükdaşıyan nəqliyyatları
müşayiət edən qarovullar isə ona tabedir.
47. Dəmiryol (su yolu) sahəsi və stansiyası (limanı), aeroport hərbi komendantının
vəzifəsidir:
dəmiryol (su yolu) sahəsinin və stansiyasının (limanın), aeroportun ərazisində hərbi
qulluqçular tərəfindən hərbi intizamın saxlanmasına və müəyyən edilmiş geyim forması
qaydalarına riayət edilməsinə diqqət yetirmək;
stansiyaya (limana, aeroporta) gələn sərnişin qatarlarını (gəmilərini, hava gəmilərini),
qarovulların müşayiət etdiyi hərbi eşelonları və hərbi yüklü nəqliyyatları qarşılamaq və ya bu
məqsədlə öz köməkçilərini göndərmək; hərbi intizamın vəziyyətini, hərbi qulluqçuların maddi-
məişət təminatını, yüklərin, eləcə də material hissənin bərkidilməsini yoxlamaq;
hərbi intizamı kobudcasına pozan və ya cinayət törətmiş hərbi qulluqçuları saxlamaq,
zərurət olduqda isə qatarlardan, dəniz (çay) və hava gəmilərindən düşürmək;
hərbi gözləmə salonlarında və hərbi kassalarda qayda-qanunu müəyyənləşdirmək və
saxlamaq, hərbi qulluqçuların və onların ailələrinin hərbi bilet almaq növbəsini təyin etmək;
yükləri almağa və onları yolda qorumağa gedən və ya öz hərbi hissələrinə qayıdan
qarovulları ləngimədən yola salmaq;
onun sərəncamına ayrılmış patrullara təlimat vermək və onların nöqsansız xidmət
etmələrinə diqqət yetirmək;
minikdəyişmə məntəqələrində tək və ya komanda tərkibində gedən hərbi qulluqçuların
mədəni-məişət xidmətini və istirahətini təşkil etmək;
dəmiryol (su yolu) sahəsinin və stansiyasının (limanın), aeroportun ərazisində yerləşən
qarnizon qarovullarının, həmçinin hərbi yüklü nəqliyyatı müşayiət edən qarovulların xidmətini
yoxlamaq;
keçib gedən hərbi eşelonlarda və hərbi yüklü nəqliyyatlarda yanğından mühafizə
qaydalarının yerinə yetirilməsini yoxlamaq;
vağzalda hərbi gözləmə salonlarının və keçib gedən hərbi eşelonların, qarovulların mindiyi
vaqonların sanitariya vəziyyətinə diqqət yetirmək, həmçinin yolda xəstələnmiş və ya zərər
çəkmiş hərbi qulluqçulara tibbi yardım göstərilməsi üçün tədbirlər görmək;
baş vermiş bütün hadisələr, hərbi qulluqçular tərəfindən hərbi intizamın pozulması və
görülən tədbirlər haqqında qarnizon rəisinə məlumat vermək;
hərbi qulluqçular tərəfindən törədilmiş və ya onlara qarşı, həmçinin dövlət və ya hərbi
mülkiyyət əleyhinə edilmiş cinayətlər və fövqəladə hadisələr barəsində qarnizon hərbi
prokuroruna x
əbər vermək.
48. Hərbi qulluqçular hərbi intizamı pozduqda, dəmiryol (su yolu) sahəsinin və stansiyasının
(limanın), aeroportun hərbi komendantı bu Nizamnamənin 27-ci maddəsinin göstərişlərini rəhbər
tutmalıdır. O, intizamı pozduğuna görə tutulmuş hərbi qulluqçunu, lazım gəldikdə, patrul və
nəqliyyat çağıraraq qarnizon hərbi komendantının yanına göndərməlidir.