İkinci bölmə.
Qarovul xidmətinin təşkili və yerinə yetirilməsi
VII fəsil.
Ümumi müddəalar
95. Qarovul xidmətini yerinə yetirmək döyüş vəzifəsini yerinə yetirmək deməkdir və şəxsi
heyətdən bu Nizamnamənin bütün müddəalarına dəqiq əməl etməyi, yüksək sayıqlıq, sarsılmaz
qətiyyət və təşəbbüskarlıq göstərməyi tələb edir.
Qarovul xidməti tələblərinin pozulmasında təqsirkarlar intizam və cinayət məsuliyyəti
daşıyırlar.
96. Qarovul xidmətini yerinə yetirmək üçün qarovullar təyin edilir.
Döyüş bayraqlarının, hərbi və dövlət obyektlərinin mühafizəsi və müdafiəsi, həmçinin
hauptvaxtda və intizam taborunda saxlanan şəxslərin mühafizəsi üzrə döyüş tapşırığını yerinə
ye
tirməkdən ötrü təyin edilmiş silahlı bölmə qarovul adlanır.
Hərbi and qəbul etməmiş, gənc əsgərin hazırlıq proqramını mənimsəməmiş, xəstələnmiş,
nalayiq hərəkətlərinə görə barələrində təhqiqat aparılan, həmçinin intizam cəzası çəkməkdən
ötrü hərbi qulluqçuların qarovula təyin olunmaları qadağandır.
97. Qarnizon (düşərgə) və daxili (gəmi) qarovulları olur: hər ikisi daimi və müvəqqəti ola
bilər.
Qarnizon (düşərgə) qarovulları özünün mühafizə bölmələri olmayan mərkəzi tabelikdəki
ordu obyektlərini, ümumqarnizon (ümumdüşərgə) əhəmiyyətli obyektləri, birləşmələrin və ya bir-
birinə yaxın məsafədə yerləşən bir neçə hərbi hissənin obyektlərini mühafizə və müdafiə etmək,
həmçinin qarnizon hauptvaxtında saxlanan şəxsləri mühafizə etmək üçün təyin edilir.
Daxili (gəmi) qarovulu bir hərbi hissənin (gəminin) obyektlərini mühafizə və müdafiə etmək
üçün təyin edilir.
Daimi qarovullar qarovullar cədvəlində nəzərdə tutulur. Müvəqqəti qarovullar qarovullar
cədvəlinə daxil edilmir; onlar hərbi əmlak dəmiryol stansiyalarında (limanda, aeroportda)
yüklənib boşaldılarkən, yaxud başqa yerlərdə müvəqqəti anbara yığılarkən, yanğın və ya təbii
fəlakət zamanı həmin əmlakı mühafizə və müdafiə etmək, müxtəlif nəqliyyat növləri ilə daşınan
xüsusi yükləri, həmçinin həbs edilənləri və məhkumları mühafizə və konvoy müşayiəti üçün
qarnizon (düşərgə toplanışı) rəisinin və ya hərbi hissə (gəmi) komandirinin əmri ilə təyin
olunurlar.
98. Qarnizon (düşərgə) qarovulları qarnizon (düşərgə toplanışı) rəisinə, qarnizon hərbi
komendantına, qarovullar (düşərgə toplanışı) növbətçisinə və onun köməkçisinə tabedir;
qarnizon (düşərgə) hauptvaxtındakı qarovul onlardan əlavə, hauptvaxt rəisinə tabedir.
Daxili (gəmi) qarovulları hərbi hissə (gəmi) komandirinə, hərbi hissə (gəmi) növbətçisinə və
hərbi hissə növbətçisinin köməkçisi zabitdirsə, ona tabedirlər. Hərbi hissə növbətçisinin
gizirlərdən təyin edilən köməkçisinə rəisləri zabit olmayan qarovullar, hərbi hissə növbətçisinin
çavuşlardan təyin edilən köməkçisinə isə rəisləri çavuş olan qarovullar tabedir.
Qar
ovullar dəyişmə zamanı qarovullar (düşərgə toplanışı, hərbi hissə, gəmi) növbətçisini
qarşılamaq üçün «Farağat» komandasının verildiyi andan bu şəxslərin tabeliyinə keçirlər.
Qarovullar növbədən sonra öz hərbi hissəsinə (bölməsinə) qayıtmaq üçün qarovul rəisinin
«Addımla marş» komandasını verdiyi andan göstərilən şəxslərin tabeliyindən çıxırlar.
99. Qarovulun tərkibinə qarovul rəisi, postların və növbələrin sayına görə qarovul nəfərləri,
dəyişdiricilər, zərurət olduqda isə qarovul rəisinin köməkçisi və nəqliyyat vasitələrinin sürücüləri
təyin edilirlər.
Hauptvaxtdakı qarovulların tərkibinə göstərilənlərdən əlavə, əsgərlərdən (matroslardan)
çıxarıcılar da təyin edilirlər.
100. Obyektlərin bilavasitə mühafizəsi və müdafiəsi üçün qarovulun tərkibindən saatdarlar
qoyulur.
Saatdar ona tapşırılmış postu mühafizə və müdafiə etmək üçün döyüş tapşırığını yerinə
yetirən silahlı qarovul nəfəridir.
Mühafizə və müdafiə edilməsi saatdara tapşırılmış bütün obyektlər, həmçinin onun öz
vəzifəsini icra etdiyi yer və ya sahə post adlanır.
Saatdarlar obyektlərin mühafizəsini onun ətrafındakı bayır və daxili hasarlar arasında və ya
bir hasarı olan obyektin hasarı boyunca daxili tərəfdən patrulluq etmək, hasarı olmayan
anbarların, saxlancların və i.a. ətrafında dolanmaq, həmçinin müşahidə qülləsindən müşahidə
etmək yolu ilə həyata keçirirlər. Ayrıca obyektlər hərəkət etməyən saatdarlar tərəfindən mühafizə
edilə bilər.
101. Qarnizon rəisləri, birləşmə və hərbi hissə komandirləri, hərbi obyekt rəisləri, həmçinin
onların bütün birbaşa rəisləri obyektlərin mühafizəsi və müdafiəsi üçün lazım olan şəxsi heyətin
sayının daim səmərəli azaldılmasına çalışmalıdırlar. Bu, aşağıdakı vasitələrlə əldə edilir:
bir-
birinə yaxın yerləşən və müxtəlif hərbi hissələrə məxsus olan bütün anbar, saxlanc, park
və başqa mühafizə olunan obyektlərin bir qarovulun mühafizəsi altında birləşdirilməsi;
texniki mühafizə və siqnalizasiya vasitələrindən, müşahidə qüllələrindən, həmçinin qarovul
itlərindən istifadə etməklə bu obyektlərin ümumi hasara alınması;
hərəkət etməyən saatdarların dayandığı postların sayının azaldılması, piyada və nəqliyyat
vasitələrində patrulluqetmə qaydası ilə obyektlərin mühafizəsinin təşkili.
102. Patrulluqetmə ilə obyektlərin mühafizəsi təşkil edilərkən, obyektin hasarlanmasından
və yerin şəraitindən asılı olaraq, göstərilən vaxt ərzində saatdara mühafizə və müdafiə üçün
gündüz 2 km-
dək, gecə 1 km-dək zolaq təyin edilir. Pis hava şəraitində (güclü dumanda, yağış,
qar yağanda) obyektlərin mühafizəsini gücləndirməkdən ötrü qarnizon rəisinin (hərbi hissə
komandirinin) sərəncamı ilə əlavə qarovul nəfərləri və ya nəqliyyat vasitələrində patrul nəfərləri
təyin oluna bilər. Bu halda əlavə qarovul nəfərlərinin xidmət etməsi və patrulluqetmə qaydası
qarnizon rəisi (hərbi hissə komandiri) tərəfindən təyin edilir.
Saatdarlar hərəkət marşrutları üzrə obyektlərin etibarlı mühafizəsini təmin edən sürətlə
piyada hərəkət edir, ərazini və hasarları gözdən keçirmək, xidmət çəkməsi barədə qarovul
rəisinə rabitə vasitələri ilə məlumat vermək və siqnalizasiya məntəqələrindən keçərkən,
müəyyən edilmiş siqnalı vermək üçün qısa müddətə dayanırlar. Qış vaxtı onlar xizəklə hərəkət
edə bilərlər.
Ətraf yaxşı görünəndə ərazi şəraiti imkan verirsə, saatdarlar mühafizə olunan obyektləri və
onların giriş yollarını xüsusi hazırlanmış qüllələrdən müşahidə edə bilərlər.
103. Saatdarlara kömək məqsədilə bütün qarovul otaqlarında oyaq və istirahət edən
növbələrin qarovul nəfərlərindən ehtiyat qrupları təşkil edilir. Döyüş həyəcanı siqnalı zamanı
onlar qarovul rəisinin, onun köməkçisinin və ya dəyişdiricinin komandası altında qayda pozulan
yerə gəlib şəraitə görə hərəkət edirlər. Ehtiyac olduqda, bu qrupları qayda pozulan yerə tez
aparmaq üçün qarovullar nəqliyyatla təchiz edilirlər.
104. Qarovulun tərkibinə daxil olan şəxslər xidmət zamanı nalayiq hərəkət etdikdə, onlara
inzibati cəza qarovul növbəsindən və ya onlar başqa hərbi qulluqçularla əvəz edildikdən sonra
verilir.
Hərbi qulluqçunu nalayiq hərəkətinə görə xidməti davam etdirməyə buraxmaq qeyri-
mümkün olduqda, o, qarovul (h
ərbi hissə, gəmi) növbətçisinin sərəncamına əsasən başqa hərbi
qulluqçu ilə əvəz edilmək üçün silahsız və döyüş sursatsız hərbi hissəyə (bölməyə) göndərilir.
Onu qarovul rəisinin köməkçisi (dəyişdirici) və ya hərbi hissədən (bölmədən) bu məqsəd üçün
çağırılmış şəxs müşayiət edir.
105. Qarovulun şəxsi heyəti qarovul geyim formasında olmalıdır (8 saylı əlavə). Onlar
sərrast atəş üçün sazlanmış avtomat və ya süngülü karabinlə silahlanmalıdırlar. Qarovul rəisləri
özlərinin ştat silahları ilə silahlanırlar.
Qaro
vul döyüş patronları ilə aşağıdakı hesabla təchiz olunur: hər avtomata və tapançaya —
iki dolu maqazin, hər karabinə — daraqlarda 30 patron.
Bundan əlavə, qarnizon rəisinin (hərbi hissə komandirinin) xüsusi sərəncamına əsasən
qarovullar hərəsi 3 dolu maqazinli pulemyotla və qarovulun bütün heyətinin hər bir nəfəri 2 əl
qumbarası ilə silahlana bilər.
106. Silahlar postlara getməzdən əvvəl, məhkəmədə, istintaqda olanların və ya
məhkumların konvoy müşayiəti və qarovulları yoxlayan şəxsləri müşayiət üçün doldurulur,
qarovul otaqlarına qayıdan kimi dərhal boşaldılır və yoxlanılır.
Silahlar qarovul otağının qabağında xüsusi hazırlanmış və işıqlandırılmış, güllətutanı olan
yerdə, növbə maşınla postlara getdiyi halda isə qarovul rəisi üçün təlimatda göstərilən, zərurət
olduqda bu cür hazırlanmış yerlərdə və qarovul rəisinin və ya onun köməkçisinin (dəyişdiricilərin)
komandaları ilə və onların bilavasitə nəzarəti altında doldurulur və boşaldılır. Silah doldurularkən
və boşaldılarkən, onun lüləsi 45-60 dərəcəli bucaq altında yuxarıya, ətrafdakı yaşayış
binalarından və mühafizə olunan obyektlərdən yana yönəldilir. Qarovul otağının yaxınlığında və
ətrafında yaşayış və köməkçi binalar olduqda silah qarovul otağında güllətutan olan yerdə
doldurulur və boşaldılır.
Silah gəmilərdə yuxarı göyərtədə — xüsusi müəyyən edilmiş yerdə doldurulur və boşaldılır.
Tapançalar patronlar alınandan sonra bölmədə doldurulur və qarovul növbəni qurtarıb
bölməyə qayıdandan sonra orada boşaldılır.
107. Silah müvafiq silahlar üçün atıcılıq işi üzrə təlimatlarda göstərilən qaydalara uyğun
olaraq doldurulur və bu halda
Dostları ilə paylaş: |