IV fəsil.
Qarnizonda patrulluqetmə
64. Hər bir qarnizonda hərbi qulluqçular arasında qayda-qanunu və yüksək hərbi intizamı
saxlamaq üçün qarnizon rəisinin əmri ilə küçələrdə və ictimai yerlərdə, dəmiryol stansiyalarında,
vağzallarda, limanlarda, aeroportlarda, həmçinin qarnizona bitişik yaşayış
məntəqələrində
patrulluqetmə təşkil olunur, bundan ötrü qarnizon hərbi hissələrinin, hərbi məktəblərinin və
müəssisələrinin tərkibindən patrullar təyin edilirlər.
Patrullar piyada, motosikllərdə, yaxud avtomaşınlarda ola bilərlər.
65. Qarnizonda patrulluq etmə qarnizon rəisinin təyin etdiyi günlərdə və saatlarda həyata
keçirilir.
Patrullar sutkalıq, yaxud günün və ya gecənin müəyyən vaxtı üçün təyin edilə bilərlər.
Sutkalıq təyin edilən patrullar hər 4 saatdan bir hərbi komendantlıqda
iki saat dincələrək
növbə ilə patrulluq edirlər.
66. Qarnizon patrulları qarnizon hərbi komendantına və hərbi komendantın növbətçi
köməkçisinə (hərbi komendantın növbətçi köməkçisi olmayan yerlərdə qarovullar növbətçisinə)
tabedirlər. Dəmiryol stansiyalarında, dəniz (çay) limanlarında və aeroportlarda patrulluq etməyə
təyin olunan patrullar onlardan əlavə, dəmiryol (su yolu) sahəsinin və stansiyasının (limanın),
aeroportun hərbi komendantına tabedirlər.
67. Patrul patrul rəisindən və iki-üç patrul nəfərindən ibarətdir.
Patrula həvalə edilən vəzifələrdən asılı olaraq, ona zabitlərdən, gizirlərdən (miçmanlardan)
və ya çavuşlardan rəis təyin edilir.
Bakı qarnizonunda, həmçinin dəmiryol stansiyası (liman, aeroport)
rayonunda
patrulluqetmə üçün təyin edilən patrulun rəisi zabitlərdən təyin edilir.
Patrul nəfərləri əsgərlərdən (matroslardan) və ya çavuşlardan təyin olunurlar.
68. Patrul naryadı şəraitdən asılı olaraq silahlı və ya silahsız ola bilər. Zabitlərdən və
gizirlərdən (miçmanlardan) təyin edilmiş patrul rəisləri bütün hallarda iki dolu maqazini olan
tapança ilə silahlanırlar. Patrulun qalan şəxsi heyətinin silahlanmasını qarnizon rəisi qarnizon
üzrə əmrlə müəyyən edir.
69. Patrulun şəxsi heyətinin sol qolunda qırmızı materialdan sarğı olmalıdır. Bu sarğıya ağ
boya ilə «PATRUL» sözü yazılır, yaxud ağ materialdan tikilir. Sarğının uzunluğu 30-40 sm, eni
10 sm olmalıdır.
Bakı qarnizonu patrullarının geyim formasını Azərbaycan Respublikasının
müdafiə naziri
müəyyən edir.
70. Patrul naryadı cədvəlini, patrulluqetmə sxemini və patrullar üçün təlimatı qarnizon hərbi
komendantı tərtib edir və qarnizon rəisi təsdiq edir.
Patrul naryadı cədvəlində patrulların sayı, tərkibi, silahları, geyim forması, xidmət tarixi və
patrul təyin olunan hərbi hissə (bölmə) göstərilir.
Patrul xidməti sxemində patrul nəfərlərinin hərəkət marşrutları, ictimai yerlər (teatrlar,
mədəniyyət evləri, kinoteatrlar, klublar və s.) kütləvi gəzinti yerləri, hərbi komendantlıqla əlaqə
saxlamaq üçün telefonlar, həmçinin polis şöbələrinin, sahə polis müvəkkillərinin yerləşdikləri
yerlər göstərilir.
Patrullar üçün təlimatda patrulların
vəzifələri, onların hər bir hərəkət marşrutunda xidmət
xüsusiyyətləri, qarnizon hərbi komendantlığı, yaxınlıqdakı polis şöbələri, sahə polis müvəkkilləri
ilə əlaqə üsulları göstərilir.
Qarnizonun patrul naryadı cədvəlindən çıxarışlar, yeni ayın başlanmasına 10 gün qalmış
patrul xidmətinə cəlb edilən bütün hərbi hissələrə göndərilir.
71. Patrul heyəti naryadın başlanmasına ən geci bir gün qalmış bir qayda olaraq ancaq
eyni bölmədən təyin edilir.
Patrul heyətinə intizamlı, tələbkar, yaxşı sıra hazırlığı olan, fiziki cəhətdən sağlam və yaxşı
xidmət edən hərbi qulluqçular təyin edilirlər.
Qarnizon patrullarının təyin olunduğu hərbi hissə komandirləri patrulların şəxsi heyətinin
seçilməsi, onun xidmətə hazırlanması və vaxtında qarnizon hərbi komendantının yanına təlimata
göndərilməsi üçün məsuliyyət daşıyırlar.
72. Qarnizon patrulu rəisinə növbəyə başlaması ərəfəsində hərbi hissə qərargahı
tərəfindən yazılı
göstəriş verilir, bu göstəriş əsasında qarnizon hərbi komendantı ona
patrulluqetmə hüququ haqqında vəsiqə təqdim edir. Vəsiqədə hərəkət marşrutu, patrul
xidmətinin vaxtı və xüsusi tapşırıqlar göstərilir.
73. Patrul rəisinin vəzifəsidir:
təyin olunmuş vaxtda qarnizon hərbi komendantının yanına təlimata gəlmək və zəruri
sənədləri öyrənmək;
patrulun vəzifələrini bilmək və patrul nəfərlərinin xidmətinə rəhbərlik etmək;
hərbi qulluqçular tərəfindən hərbi intizam tələblərinin yerinə
yetirilməsinə və müəyyən
edilmiş geyim forması qaydalarına əməl edilməsinə diqqət yetirmək;
hərbi rütbəcə özünə bərabər və özündən kiçik olan hərbi qulluqçular hərbi intizamı
pozduqda, onlara xəbərdarlıq etmək, zəruri hallarda onların sənədlərini yoxlamaq, ehtiyac olarsa
onları qarnizon hərbi komendantlığına göndərmək;
qayda-
qanunu bərpa etməklə rəislərə və böyüklərə yardım göstərmək və hərbi intizamı
pozan hərbi qulluqçuları onların tələbi ilə qarnizon hərbi komendantlığına göndərmək;
qarnizon hərbi komendantlığı (qarovullar növbətçisi), həmçinin polis postları ilə əlaqə
yaratmaq üçün öz marşrutunda telefon olan yerləri bilmək və patrulluqetmə haqqında hərbi
komendanta və ya onun köməkçisinə (qarovullar növbətçisinə) vaxtaşırı məlumat vermək;
küçələrdə və ictimai yerlərdə mülki şəxslər arasında qayda-qanunun saxlanmasında polis
işçilərinə zəruri yardım göstərmək;
tutulub saxlanan və qarnizon hərbi komendantlığına göndərilən hərbi qulluqçuların
siyahısını tərtib etmək (6 saylı əlavə); patrul xidməti qurtardıqdan sonra siyahını qarnizon hərbi
k
omendantına təqdim etmək, patrul şəxsi heyəti ilə birlikdə öz hərbi hissəsinə qayıtmaq və
tapşırığın yerinə yetirilməsi haqqında hərbi hissə növbətçisinə məlumat vermək.
Hərbi qulluqçu sərxoş halda tutulub saxlandıqda, patrul rəisi
ondan heç bir izahat tələb
etməməlidir.
74. Patrul nəfərinin vəzifəsidir:
sayıq xidmət etmək, hərbi qulluqçuların davranışına nəzarət etmək, onlar tərəfindən hərbi
intizamın və ictimai qaydanın pozulması hallarını gördükdə, bu barədə patrul rəisinə məlumat
vermək;
patrul rəisinin əmrlərini tez və düzgün yerinə yetirmək, onun
icazəsi olmadan heç yerə
getməmək;
tutulub saxlananlardan patrul rəisinin əmri olmadan heç bir şey qəbul etməmək və onlara
heç nə verməmək;
tutulub saxlananların xahişləri barəsində patrul rəisinə məlumat vermək;
patrul növbətçiliyini qurtarandan sonra öz bölməsinə qayıtmaq və gəlməsi haqqında
növbətçiyə məlumat vermək.
75. Patrul şəxsi heyəti xidmət vəzifələrini yerinə yetirərkən, hərbi intizamın saxlanmasında,
geyim forması, hərbi nəzakət və əsgəri salamlaşma qaydalarının yerinə yetirilməsində nümunəvi
olmalıdır. Xidmət vaxtı ona kənar şəxslərlə danışmaq və başqa yollarla öz vəzifəsini yerinə
yetirməkdən yayınmaq qadağandır.
76. Hərbi rütbəcə özünə bərabər və ya özündən kiçik olan hərbi qulluqçulara müraciət
etdikdə patrul rəisi onun hərbi rütbəsini və öz vəzifəsini deyərək,
zəruri tələbləri irəli sürür,
məsələn:
Dostları ilə paylaş: