VI fəsil.
Parol
90. Parol məxfi sözdür: o qarovul rəisi üçün dəyişməyə gəlmiş qarovulun doğrudan da bu
məqsəd üçün təyin olunmasını təsdiq edən bir vasitədir.
Bundan əlavə, parol qarnizon rəisinin (hərbi hissə komandirinin),
qarnizon hərbi
komend
antının və ya qarovullar (hərbi hissə) növbətçisinin əmri ilə gəlmiş şəxsinə həqiqətən
müvafiq rəis tərəfindən nəyə isə səlahiyyət verildiyini təsdiq etmək vasitəsidir.
91. Parol Azərbaycan Respublikasının hər hansı bir şəhərinin və ya rayonunun adı ilə ifadə
edilir və qarnizon qarovulları üçün qarnizon hərbi komendantı tərəfindən, daxili qarovullar üçün
isə hərbi hissə qərargahı rəisi tərəfindən hər gün üçün müəyyən edilir. Hər qarovul üçün ayrı
parol təyin edilir.
92. Parol 10 gündən artıq olmayaraq qabaqcadan müəyyən
edilir və qarnizon hərbi
komendantının (hərbi hissə qərargahı rəisinin) seyfində möhürlənmiş qovluqda saxlanan
parol
kitabına yazılır.
93. Təzə və köhnə parollar yazılmış kağızlar yeni qarovullar (hərbi hissə) növbətçisinə
qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) və ya onun köməkçisi tərəfindən təyin
olunmuş vaxtda qarovulların dəyişməsindən əvvəl verilir.
Qarovullar (hərbi hissə) növbətçisi parolların alınması haqqında parolvermə jurnalında qol
çəkir və öz köməkçisini (əgər qarovul ona tabedirsə, hərbi hissə üzrə növbətçinin köməkçisini)
parollarla tanış edir.
Qarnizon rəisinin (hərbi hissə komandirinin), qarnizon hərbi komendantının və ya qarovullar
(hərbi hissə) növbətçisinin qarovul rəislərinə sərəncamlarını aparan
şəxslərə də parol elə bu
qaydada verilir.
94. Parolu bilən bütün şəxslər, onu məxfi saxlamağa borcludurlar. Sorğu zamanı parol
kağıza yazılmaqla, onu ucadan elan etmədən xəbər verilir, sonra isə kağız dərhal yandırılır.
vii
[7]
Parol yazılan kağız itirildikdə və ya parol başqa yollarla açıldıqda, qarovul rəisi
və yaxud
qarovullar (hərbi hissə) növbətçisi tərəfindən parolun qüvvəsi dərhal dayandırılır, bu barədə
dərhal qarnizon hərbi komendantına (hərbi hissə qərargahı rəisinə) məlumat verilir. Qarovullar
(hərbi hissə) növbətçisi və ya onun köməkçisi təzə parolu qarovul rəisinə qarovul otağında
şəxsən təqdim edir.
Dostları ilə paylaş: