Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə25/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   21   22   23   24   25   26   27   28   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

 
 


VIII fəsil. 
Qarovulların təyin edilməsi və hazırlanması 
  
Qarovulların təyin edilməsi 
114. Qarovullar cədvəlinə əsasən (1 saylı əlavə) qarnizon qarovulları qarnizon hərbi 
komendantı, daxili qarovullar isə hərbi hissə qərargahı rəisi tərəfindən təyin edilir. 
Qarovullar hər sutkada dəyişdirilməlidir. Bir qayda olaraq eyni hərbi qulluqçular ən çoxu iki 
sutkadan bir qarovula təyin edilirlər. 
115. Obyektlərin vacibliyini, hasarlanmasını və mümkün qədər az saylı saatdarlarla etibarlı 
mühafizəsini nəzərə alaraq, onların mühafizəsini və müdafiəsini təşkil etməkdən ötrü qarnizon 
rəisinin (hərbi hissə komandirinin) göstərişinə əsasən qarnizon qarovulları cədvəlini qarnizon 
hərbi komendantı, daxili qarovullar cədvəlini isə hərbi hissə qərargahı rəisi tərtib edir. Qarovullar 
cədvəlini tərtib etməzdən qabaq ərazidə obyektlərin yerləşmə şəraitini öyrənmək lazımdır. 
Ordu və mərkəz tabeliyində və öz mühafizə bölmələri olan obyektlərin mühafizəsi üçün 
qarovullar cədvəlini hərbi obyektin (anbarın, bazanın) rəisi tərtib edir. 
Azərbaycan Respublikasının Daxili Qoşunlarından olan qarovullar qarnizon qarovulları 
cədvəlinə daxil edilmir. 
116. Qarovullar cədvəli ilə eyni vaxtda hər bir qarovul üçün postların yerləşmə sxemi, 
postlar tabeli (3 saylı əlavə) və qarovul rəisi üçün təlimat tərtib edilir. 
Postların yerləşmə sxemində postların və qadağan zonalarının sərhədləri, hasarın növü, 
növbələrin və patrulların postlara minik vasitələrində hərəkət marşrutları, saatdarların gündüz və 
gecə vaxtı hərəkət marşrutları, səngərlərin, müşahidə qüllələrinin, siqnalizasiya və 
yanğınsöndürmə vasitələrinin, qarovul itləri postlarının yerləri, postlara gələn daha çox təhlükəli 
yollar göstərilir. 
Postlar tabelində hər postda nəyin mühafizə və müdafiə olunması göstərilir. Tabeldə postun 
xüsusiyyətini və postda xidmət aparılmasının konkret şəraitini nəzərə almaqla, saatdarların 
vəzifələri, onlara qüllədən müşahidə aparmasına icazə verilən vaxt, kənar şəxslərin posta 
buraxılması qadağan edilmiş ən yaxın məsafə, posta, yaxud qonşu postlara basqın və postdan 
yanğın vaxtı saatdarların hərəkətləri, onların hansı hallarda silah işlətməsinə icazə verildiyi 
göstərilir. 
Təlimatda qarovula tapşırılmış obyektlərin mühafizəsi və müdafiəsi üzrə qarovul rəisinin 
xüsusi vəzifələri, gecə vaxtı və pis hava şəraitində mühafizənin gücləndirilməsi barədə, mühafizə 
olunan obyek
tlərə basqın edildikdə, yanğın və təbii fəlakət baş verdikdə, döyüş həyəcanı 
siqnalları üzrə qarovulun hərəkətləri barədə göstərişlər, həmçinin döyüş sursatı saxlanan 
yeşiklərin açılması qaydası göstərilir. 
Postların yerləşmə sxemi, postlar tabeli və qarovul rəisi üçün təlimat qarnizon rəisi (hərbi 
hissə komandiri) tərəfindən təsdiq edilir. 
117. Qarnizon qarovullarının, həmçinin hərbi məktəblərin daxili qarovullarının cədvəlləri 
Baş Qərargah rəisinin, hərbi hissələrin daxili qarovullarının cədvəli isə birləşmə komandirinin 
təsdiqinə verilir. 
Hərbi ali məktəblərin daxili qarovullarının cədvəlləri onların rəisləri tərəfindən təsdiq edilir. 


Birlik və yaxud mərkəz tabeliyində olan hərbi hissələrin daxili qarovullar cədvəli, həmçinin 
belə tabelikdə olmaqla öz mühafizə bölmələri olan obyektlərin mühafizəsi və müdafiəsi üçün 
təyin edilən daxili qarovullar cədvəlləri bilavasitə müvafiq rəislərin təsdiqinə verilir. 
Cədvələ qarovul postlarının yerləşmə sxemi əlavə olunur. 
118. Qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) qarovullar cədvəlinə əsasən 
hər ay üçün qarovullar naryadı cədvəlini (2 saylı əlavə) tərtib edir və o, qarnizon rəisi (hərbi hissə 
komandiri) tərəfindən təsdiq edilir. 
Qarovullar naryadı cədvəlindən çıxarışlar, həmçinin postların yerləşmə sxemləri, postlar 
tabelləri və qarovul rəisləri üçün təlimatlar qarnizon xidməti aparmağa cəlb edilən bütün qarnizon 
hərbi hissələrinə təzə ayın başlanmasına ən geci 10 sutka qalmış göndərilir. 
Hərbi hissə qərargahı təzə ayın başlanmasına 5-6 sutka qalmış qarovulların təyin edildiyi 
bölmələrin komandirlərinə onların naryada getmə günlərini və qarovulların tərkibini bildirir. 
Qarovullar naryadı cədvəlində, postların yerləşmə sxemində və postlar tabelində edilən hər 
hansı bir dəyişikliyi qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) vaxtında hərbi 
hissələrə (bölmələrə) bildirir. 
119. Qarovul rəisi obyektdə beş və daha artıq post olduqda zabitlərdən, yaxud gizirlərdən 
(miçmanlardan), ondan az post olduqda isə, çavuşlardan təyin edilir. 
Xüsusi əhəmiyyətli obyekti mühafizə edən qarovul rəisi postların sayından asılı olmayaraq, 
zabitlərdən və ya gizirlərdən (miçmanlardan) təyin edilir. 
Hərbi məktəblərdə postların sayından asılı olmayaraq, qarovul rəisi yuxarı kurs 
kursantlarından təyin edilə bilər. 
Qarnizon 
hauptvaxtında qarovul rəisi həmişə zabitlərdən təyin edilir. 
Qarnizon rəisinin (hərbi hissə komandirinin) qərarı ilə qarovula çavuşlardan qarovul rəisi 
köməkçisi təyin oluna bilər. Qarovul rəisi köməkçisinin təyin edilmədiyi halda onun vəzifəsini 
birinci d
əyişdirici yerinə yetirir. 
Qarovulun tərkibində qarovul itləri postları olduqda it bələdçilərinin başçılarından qarovul 
rəisinin qarovul itləri xidməti üzrə köməkçisi təyin edilir (13 saylı əlavə). 
120. Qarovulun heyətinə çavuşlardan, baş əsgərlərdən (baş matroslardan) və ya yaxşı 
hazırlıqlı əsgərlərdən (matroslardan) dəyişdiricilər təyin edilir. 
Postalrın sayından və yerindən asılı olaraq dəyişdiricilərin miqdarı elə hesablanır ki, hər bir 
dəyişdirici postlara beş nəfərdən çox saatdar qoymasın, postlara getməyə, saatdarların 
dəyişdirilməsinə və qarovul otağına qayıtmasına bir saatdan çox vaxt sərf edilməsin. 
Qarovula bir neçə dəyişdirici təyin edildikdə, onlar birinci dəyişdirici, ikinci dəyişdirici və s. 
adlanırlar. 
Qarovul ancaq bir postu mühafizə edirsə, dəyişdirici təyin edilmir, onun vəzifəsini qarovul 
rəisi yerinə yetirir. 
121. Qarovul nəfərləri əsgərlərdən (matroslardan) təyin edilirlər. Əsgərlər (matroslar) 
çatışmadıqda müddətli xidmət çavuşları qarovul nəfəri təyin oluna bilərlər. Bu halda postun 
(p
ostların) bütün növbələri onlardan təşkil edilir və hərbi rütbəsi qarovul nəfərinin hərbi 
rütbəsindən aşağı olmayan hərbi qulluqçu dəyişdirici təyin edilir. 


Qarovul nəfərlərinin sayı həmin qarovul üçün təyin edilmiş postların sayından asılıdır. 
Postların sutka ərzində mühafizəsi üçün üç növbəli, postlar ancaq gecə (qaranlıq başlanandan 
işıqlanana qədər) və ya bu postun anbarlarının, saxlanclarının bağlanmasından açılmasına 
qədər mühafizə olunduqda isə iki növbəli saatdarlar təyin edilirlər. 
Çıxarıcılar həbs edilənlərin sayından və hauptvaxtdakı ümumi istifadə yerlərinin harada 
yerləşməsindən asılı olaraq 10-15 həbs edilənə bir çıxarıcı təyin edilir. 
122. Qarovul heyəti, o cümlədən qarovul rəisi naryadın başlanmasına ən geci bir sutka 
qalmış, bir qayda olaraq, eyni bölmədən, nadir hallarda isə eyni hərbi hissədən təyin edilir. 
Bütün qarnizon qarovulları, bir qayda olaraq, eyni hərbi hissədən təyin edilirlər. 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin