IX fəsil.
Qarovul nəfərlərinin hüquqları və vəzifələri
Qarovul rəisi
Ümumi vəzifələr
130. Qarovul rəisi qarovula tapşırılmış obyektlərin mühafizəsinə və müdafiəsinə, qarovulun
şəxsi heyətinin döyüşə hazırlığına, onların düzgün xidmət etməsinə, hasarların, avadanlığın və
aparatların, nəqliyyat vasitələrinin, postlarda və qarovul otağında rabitə, siqnalizasiya və
yanğınsöndürmə vasitələrinin, həmçinin siyahıya uyğun qarovul otağında olan döyüş sursatının
və digər əmlakın saxlanmasına və sazlığına cavabdehdir.
131. Qarovul rəisinin şəxsən və ya qarovul heyəti ilə birlikdə mühafizə olunan obyektlərə,
saatdarlara, yaxud qarovul otağına aşkar basqın edildiyi hallarda xəbərdarlıq etmədən silah
işlətmək hüququ vardır.
Bundan əlavə, qarovul rəisinin həbs edilənlər arasında iğtişaşın qarşısını almaqdan ötrü və
ya qaçan həbs edilənə qarşı silah işlətmək hüququ vardır. Belə hallarda o, silah işlətməzdən
qabaq səslə və ya havaya atəş açmaqla əleyhinə silah işlədəcəyi şəxsləri xəbərdar etməlidir.
132. Qarovul rəisinin vəzifəsidir:
qarovulun məqsədini, qarovul rəisi üçün təlimatı və qarovulun bütün nəfərlərinin vəzifələrini
bilmək;
qarovulun şəxsi heyətindən öz vəzifələrini yaxşı bilməyi və dəqiq yerinə yetirməyi, yüksək
sayıqlıq və intizam tələb etmək;
qarovulun köhnə rəisindən postlar tabelini, postların yerləşmə sxemini, qarovul rəisi üçün
təlimatı və başqa sənədləri, döyüş sursatı olan yeşikləri, onların möhürlərini və açarlarını,
həmçinin rabitə, siqnalizasiya və yanğınsöndürmə vasitələrini siyahı ilə qəbul etmək;
qarovulun köhnə rəisi ilə birlikdə təlimatda göstərilən mühafizə olunan ən mühüm
əhəmiyyətli obyektləri xaricdən nəzərdən keçirməklə onların işıqlandırılmasını, hasarlarının və
səngərlərinin saz olmasını, həmçinin qarovul otağını və hauptvaxtın vəziyyətini şəxsən,
mühafizə olunan başqa obyektlərin vəziyyətini isə dəyişdiricilər və ya öz köməkçisi vasitəsilə
yoxlamaq;
postlarda, mühafizə olunan obyektlərin hasarlarında, texniki mühafizə və siqnalizasiya
vasitələrində aşkar edilmiş bütün nasazlıqlar haqqında postlar cədvəlində qeydlər etmək;
müəyyən edilmiş vaxtda növbəni postlara göndərmək, dəyişdiricilərin və qarovul
nəfərlərinin öz vəzifələrini bilməsini yoxlamaq və onlara hər postda xidmət yerinə yetirmənin
xüsusiyyətlərini xatırlatmaq;
ehtiyat qrupların döyüşə daim hazır olmasına, nəqliyyat, mühafizə, siqnalizasiya və rabitə
vasitələrinin, qarovulun şəxsi heyətinin silahlarının və döyüş patronlarının sazlığına,
təhlükəsizliyi gözləməklə silahların doldurulması və boşaldılması qaydalarına riayət edilməsinə,
həmçinin qarovulun postlara gedən bütün nəfərlərində olan yandırıcı və papirosçəkmə
ləvazimatının qarovul otağına qoyulmasına diqqət yetirmək;
qarovul otağında müəyyən edilmiş qayda-qanunu saxlamaq (229-240-cı maddələr);
hər dəfə növbə postlardan qayıtdıqdan sonra qarovulun şəxsi heyətini ehtiyat qruplarına
ayırmaq və təlimatın göstərişlərinə uyğun onlara mühafizə olunan obyektlərə və ya qarovul
otağına basqını dəf etmək və yanğınsöndürmə halları üçün tapşırıqlar vermək;
sutkada iki dəfədən az olmayaraq (bir dəfə gecə) saatdarların xidmət yerinə yetirmələrini,
mühafizə olunan obyektlərin və hasarların vəziyyətini, rabitə, siqnalizasiya və yanğınsöndürmə
vasitələrinin sazlığını postlar cədvəlində müvafiq qeydlər etməklə şəxsən yoxlamaq;
saatdarların xidmət yerinə yetirmələrini yoxlamaq üçün öz köməkçisini və dəyişdiriciləri
vaxtaşırı göndərmək;
saatdar çağırdıqda və ya ondan müəyyən olunmuş vaxtda xidməti yerinə yetirməsi
haqqında məlumat (siqnal) alınmadıqda, dərhal dəyişdiricini (öz köməkçisini) göndərmək və ya
şəxsən posta getmək;
bu Nizam
namənin 140 və 141-ci maddələrini rəhbər tutaraq qarovul otağına icazəsi olan
şəxslərdən başqa heç kimi buraxmamaq;
tutulub saxlanan şübhəli şəxslərlə qısa sorğu keçirmək, zərurət olduqda isə axtarış
aparmaq və onlar haqqında qarovullar (hərbi hissə) növbətçisinə dərhal məlumat vermək;
qarovul heyətindən xəstələnənləri qarovullar (hərbi hissə) növbətçisinin və ya onun
köməkçisinin icazəsi ilə hərbi hissəyə, yaxud yaxınlıqda yerləşən müalicə müəssisəsinə
göndərmək, qarovullar (hərbi hissə) növbətçisi vasitəsilə onların dəyişdirilməsini tələb etmək;
qışda şəxsi heyətin donmasının qarşısını almaqdan ötrü tədbirlər görmək;
saatdarın silah işlətdiyi hər bir halı yerindəcə araşdırmaq və bu barədə qarovullar (hərbi
hissə) növbətçisinə dərhal məlumat vermək;
qa
rovulun dəyişdirilməsi haqqında və dəyişdirilmə zamanı gözəçarpan bütün nasazlıqlar
barəsində qarovullar (hərbi hissə) növbətçisinə telefon vasitəsilə məlumat vermək.
133. Postda saatdar dəyişdirildiyi zaman hər hansı bir nasazlıq aşkar edilərsə, qarovul rəisi
çağırışla posta gəlməli, nasazlığın səbəbini və xarakterini müəyyən edərək, saatdarın
dəyişdirilməsi üçün əmr verməli, postda aşkar edilmiş nasazlıq barəsində qarovullar (hərbi hissə)
növbətçisinə dərhal məlumat verməlidir.
134. Qarovul heyətindən hər hansı şəxs tərəfindən vəzifə borcu yerinə yetirilmədikdə,
yaxud o, başqa nalayiq hərəkət etdikdə, qarovul rəisi zəruri tədbir görməli və bu barədə
qarovullar (hərbi hissə) növbətçisinə məlumat verməlidir. Nalayiq hərəkət bölmədə təhlil edilir.
135. Qarov
ul rəisi qəflətən xəstələndikdə bu barədə qarovullar (hərbi hissə) növbətçisinə
məlumat verməli sonra onun göstərişi ilə hərəkət etməlidir.
Dəyişdiricilərdən biri qəflətən xəstələndikdə qarovul rəisi onun vəzifəsini öz köməkçisinə
həvalə etməli, yaxud özü şəxsən icra etməli və bu barədə qarovullar (hərbi hissə) növbətçisinə
məlumat verməlidir.
136. Qarovul rəisi qarovulu «Silaha» aşağıdakı hallarda çağırmağa borcludur:
mühafizə olunan obyektlərə, saatdarlara, qarovul otağına basqın və ya texniki mühafizə
va
sitələri ilə müvafiq siqnallar daxil olduqda;
həbs edilənlər arasında iğtişaş baş verdikdə və onların qaçmasının qarşısını almaqdan
ötrü;
mühafizə olunan obyektlərdə və ya qarovul otağında yanğın, ya da təbii fəlakət təhlükəsi
baş verdikdə;
qarnizonda (
düşərgədə, hərbi hissədə) həyəcan elan edildikdə;
qarovulu yoxlayan şəxslər əmr etdikdə (241 və 242-ci maddələr).
Daxili qarovul ümumalay (ümumbriqada) axşam yoxlanışı zamanı da «Silaha» çağırılır.
Qarovulu «Silaha» çağırmaq üçün qarovul rəisi «Qarovul-Silaha» komandası verir. Bu
komanda ilə şəxsi heyət 235-ci maddədə göstərildiyi kimi hərəkət edir.
137. Saatdarlara, saatdarların mühafizə etdikləri obyektlərə və ya qarovul otağına basqın
edildikdə, qarovul rəisi təlimata görə hərəkət etməli və şəraitdən asılı olaraq, basqını dəf etmək
üçün tədbir görməli, basqın haqqında qarovullar (hərbi hissə) növbətçisinə dərhal məlumat
verməlidir.
Qarovul rəisi zərurət olduqda ehtiyat döyüş patronları, qumbaralar və onların partladıcıları
olan yeşikləri açır. Yeşiklərdən götürülən döyüş sursatı haqqında akt tərtib edilir. Akt blankları
əvvəlcədən hazırlanır və yeşiklərdə ehtiyat döyüş sursatı ilə birlikdə saxlanılır.
138. Əgər mühafizə olunan obyektlərin və ya qarovul otağının yaxınlığında ictimai asayiş
pozularsa, qaro
vul rəisi onun bərpa olunmasından ötrü qarovulun qüvvəsindən istifadə etməli və
bu barədə qarovullar (hərbi hissə) növbətçisinə dərhal məlumat verməlidir.
139. Mühafizə olunan obyektdə və ya qarovul otağında yanğını söndürmək üçün qarovul
rəisi qarovulun qüvvəsindən istifadə etməli, eyni vaxtda yanğınsöndürmə komandasını çağırmalı
və əmlakı xilas etmək üçün tədbir görməli, baş vermiş hadisələr haqqında qarovullar (hərbi
hissə) növbətçisinə dərhal məlumat verməlidir.
Texniki ərazidə və ya mühafizə olunan obyektin yaxınlığında yanğın baş verdikdə, qarovul
rəisi bu barədə qarovullar (hərbi hissə) növbətçisinə məlumat verməli və onun göstərişi ilə
hərəkət etməlidir.
Mühafizə olunan obyektdə təbii fəlakət təhlükəsi gözlənilən hallarda qarovul rəisi dərhal
qarovul
lar (hərbi hissə) növbətçisinə və mühafizə olunan obyektin rəisinə məlumat verməli,
mühafizə olunan əmlakı xilas etməkdən ötrü tədbir görməlidir.
Saatdarların həyatı yanğın və ya daşqın təhlükəsinə məruz qaldıqda, qarovul rəisi onlara
elə təhlükəsiz yerlərə keçməyi əmr edir ki, onlar oradan mühafizə olunan obyektə nəzarəti
davam etdirə bilsinlər, təhlükə sovuşandan sonra isə onları əvvəlki yerlərinə qaytarır.
140. Qarovul rəisi ancaq tabe olduğu (98-ci maddə) və onların müşayiət etdikləri şəxsləri,
həmçinin qarovul təyin olunan bölük (batareya) komandirinin bütün birbaşa rəislərini, əgər onları
üzdən tanıyırsa, qarovul otağına maneəsiz buraxır.
Bu şəxslərin qarovul otağına gəlməsi haqqında qarovul rəisi qarovullar (hərbi hissə)
növbətçisinə məlumat verməlidir.
Qarovul rəisi başqa şəxsləri qarovul otağına onların gəlişinin məqsədini, müvafiq sənədlərə
əsasən gələnin şəxsiyyətini və onların buraxılış vərəqəsi olmasını müəyyən edəndən sonra
buraxa bilər.
242-
ci maddədə adları çəkilmiş rəislərin göstərişi ilə qarovulu yoxlamaq üçün gəlmiş
şəxslər qarovul otağına ancaq qarovullar (hərbi hissə) növbətçisinin və ya onun köməkçisinin
(əgər qarovul ona tabedirsə, hərbi hissə növbətçisi köməkçisinin) müşayiəti ilə buraxıla bilər.
Qarovulu yoxlamaqdan ötrü gəlmiş öz hərbi hissəsinin zabitləri qarovul rəisi tərəfindən
daxili qarovulun qarovul otağına onların şəxsi vəsiqəsinə və qarovulu yoxlamağa hüquq verən
birdəfəlik vəsiqəyə əsasən buraxılırlar.
Qarovul rəisi düzgün tərtib olunmamış sənədlərlə gəlmiş şəxsləri saxlamalı, dərhal onlar
haqqında qarovullar (hərbi hissə) növbətçisinə məlumat verməli və sonra onun göstərişi ilə
hərəkət etməlidir.
Qarovul rəisi qarovul otağına qarovulu yoxlamaq məqsədilə gəlmiş şəxslərin gəlişindən
başqa, hər bir buraxılış haqqında postlar cədvəlinə qeyd etməlidir.
Qarovullar dəyişildiyi zaman qarovul otağına və mühafizə olunan obyektlərə qarovulu
yoxlamaq məqsədilə gəlmiş şəxslərdən başqa heç kəs buraxılmır.
141. Qarovula qarovul rəisinin tabe olduğu şəxslər və ya onların birbaşa rəisləri, qarnizon
qarovuluna isə həmçinin öz hərbi hissəsinin komandiri gəldikdə, qarovul rəisi onlara raport verir,
məsələn:
Dostları ilə paylaş: |