Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında


Hərbi hissənin (birləşmənin) Döyüş bayrağının mühafizəsi üzrə qarovul rəisinin xüsusi



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə29/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   25   26   27   28   29   30   31   32   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

  
Hərbi hissənin (birləşmənin) Döyüş bayrağının mühafizəsi üzrə qarovul rəisinin xüsusi 
vəzifələri  
145. Qarovul rəisi hərbi hissənin (birləşmənin) Döyüş Bayrağının mühafizəsi üçün xüsusi 
məsuliyyət daşıyır. 
Qarovul dəyişdirildikdə, o, köhnə qarovul rəisindən möhürlənmiş çexolda və ya şüşəli 
şkafda saxlanan Döyüş Bayrağını şəxsən qəbul etməli və bu zaman çexolun (şkafın) və 
möhürün sazlığını, eləcə də möhürü onun özündə olan izi ilə tutuşdurmaqla yoxlamalıdır. 
Çexolun (şkafın) və möhürün sazlığına əmin olduqdan sonra o, dəyişdiriciyə və saatdara Döyüş 
Bayrağını mühafizə etmək üçün qəbul etməyi əmr edir. 
146. Qarovul rəisi Döyüş Bayrağını çıxarmaqdan ötrü ona hər dəfə hərbi hissə (birləşmə) 
komandirinin imzaladığı icazə vərəqəsi təqdim edildikdə, Döyüş Bayrağını ancaq hərbi hissə 
(b
irləşmə) qərargahı rəisinə və ya onun köməkçisinə (müavininə) verir. 
Qərargah rəisi və ya onun köməkçisi (müavini) Döyüş Bayrağını qəbul edib çexolu açır. 
Döyüş Bayrağını çıxarır və qarovul rəisinin iştirakı ilə postlar tabelinə uyğun ordenlərin, orden 
len
tlərinin, qumaşın, ucluğun və ağacın yerində olmasını və vəziyyətini yoxlayır. Bundan sonra 
qarovul rəisi postlar cədvəlində qeyd edir, məsələn: «Hərbi hissənin Döyüş Bayrağı filan ildə, 
ayda, gündə, saatda, filan ordenlərlə və orden lentləri ilə - №-li icazə vərəqəsinə əsasən verildi». 
Döyüş Bayrağını qəbul etmiş zabit və qarovul rəisi bu qeydin altında imza edirlər. Yazılı 
icazə vərəqəsini qarovul rəisi özündə saxlayır. 
Döyüş Bayrağı mühafizə edilmək üçün qarovula qaytarıldıqda, qarovul rəisi postlar tabelinə 
uyğun ordenlərin, orden lentlərinin, qumaşın, ucluğun və ağacın yerində olmasını və vəziyyətini 
yoxlayır, Bayrağın bayraqdar və ya assistentlər tərəfindən düzgün yığılmasına nəzarət edir. 
Çexol Döyüş Bayrağına geydirildikdən (Bayraq şkafa qoyulduqdan) və çexol (şkaf) gerbli 
möhürlə möhürləndikdən sonra qarovul rəisi möhürü onun özündə olan izi ilə tutuşdurub 
dəyişdiriciyə və saatdara Döyüş Bayrağını mühafizə etmək üçün qəbul etmək haqqında əmr 
verir. Döyüş Bayrağını mühafizə etmək üçün qəbul edəndən sonra qarovul rəisi postlar 
cədvəlində hansı ordenləri, orden lentlərini və hansı sayda qəbul etdiyi haqqında müvafiq qeyd 
edir; bundan sonra qarovul rəisi və Döyüş Bayrağını təhvil vermiş zabit həmin qeydin altında 
imza edirlər. 
Qarovul dəyişiləndən sonra yazılı icazə vərəqəsi postlar cədvəli ilə birlikdə təhvil verilir. 
Döyüş Bayrağı verildikdən sonra saatdar postdan çıxarılarsa, onun postdan çıxarılması və 
yenidən bu posta qaytarılması haqqında postlar tabelində müvafiq qeyd edilir. 
147. Döyüş Bayrağının yanındakı post üçün təhlükə (yanğın və təbii fəlakət) yarandıqda 
qarovul rəisi şəxsən Döyüş Bayrağını xilas etməkdən ötrü tədbirlər görməlidir. 
Qarovul rəisi hərbi hissənin Döyüş Bayrağı üçün yaranmış təhlükə və onun xilas edilməsi 
üzrə gördüyü tədbirlər haqqında hərbi hissə komandirinə dərhal məlumat verir və sonra onun 
sərəncamı üzrə hərəkət edir. 

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin