bölükdən (batareyadan) və yaxud tabordan (diviziondan) təyin edilmiş qarovulun xidmətini
yoxlamaq;
qarovul növbəsini qurtardıqdan sonra tapşırığın yerinə yetirilməsi haqqında qarovul rəisinin
məlumatını dinləmək, postlar cədvəlində yazılmış bütün qeydlərlə tanış olmaq, ertəsi gündən
gec olmayaraq bütün bölüyün (batareyanın) tərkibi ilə xidmətin yerinə yetirilməsini təhlil etmək və
iradlar üzrə görülən tədbirləri qeyd edib, postlar cədvəlini hərbi hissə qərargahına göndərmək.
128. Qarovullar dəyişməyə getməzdən 15 dəqiqə qabaq xidməti yerinə yetirməyə hazır
olmalı və qarovul rəislərinin tabeliyinə qəbul edilməlidirlər. O vaxta qədər qarovul rəislərinin
vəzifəsidir:
döyüş patronlarını alıb şəxsi heyətə paylamaq və maqazinlərin (daraqların) düzgün
doldurulmasını yoxlamaq;
postlar cədvəli üzrə qarovulun tərkibini yoxlamaq;
silahları yoxlamaq;
geyimin və ləvazimatın sazlığını yoxlamaq;
qarovulun
hazırlığı haqqında bölük (batareya) və yaxud tabor (divizion) komandirinə
məlumat vermək.
Qarovullar (tapança ilə silahlanmış qarovul rəislərindən başqa) bölmədən doldurulmamış
silahla, maqazinləri (daraqları) çantalara qoyaraq getməlidirlər.
129. Hərbi hissələrdən bütün qarnizon qarovullarını hərbi hissə növbətçisi yola salır.
Qarovulların yola salınması haqqında o, hərbi hissə komandirinə (qərargah rəisinə) və qarnizon
hərbi komendantına məlumat verməlidir.
Dostları ilə paylaş: